Simonson yarpaqsünbülü
Təbii halda Çində, Tropik ərazilərdə yayılmışdır. Bu növlər yüksək dağlarda, çayların sahillərində bitir və yerli bitkilərin mühüm komponenti olurlar.
Hündürlüyü 12 m-ə çatır.Cavan gövdələri parlaq gümüşü rəngdədir, mum qatı ilə örtülmüşdür.Simonson yarpaqsünbülünün gövdəsi 24 saat ərzində təxminən 120 sm-ə qədər böyüyür.Yarpaqları boruvarı, növbəli, xətvari olub, 2 cərgədən qarışıq düzülmüşdür.Bambukların tezböyüyən zoğlarında qabıqşəkilli yarpaqları vardır, ona görə onları digər taxılların yeraltı orqanlarına-kökümsovlara bənzədirlər.Çiçəkləri ayrı cinsli oturaq, lətlidir, sadə və ya budaqlı qıçalar şəklində toplanmışdır. Bambuklar həyatında 1 dəfə çiçəkləyir və çiçəklədikdən sonra məhv olurlar.Ağacşəkilli formaları çiçəkləyənə qədər bir neçə onillik, bəzən yüz ildən artıq bitə bilərlər.Meyvələri iri giləmeyvələrə və ya qozlara bənzəyir.
Təpələrin yamaclarında, bataqlıqlaşmamış təzə torpaqlarda, xüsusilə də qırmızı torpaqlarda daha yaxşı bitir.
Gəncədə, Zaqatalada, Lənkəranda təbii halda bitir.
Gövdələrindən idman ləvazimatı, mebel və çəpər hazırlanmasında, yüngül təsərrüfat binalarının tikilməsində, barama qurdu yetişdirmək üçün və s. İstifadə edilir.
Tofiq Məmmədov, "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015.