Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Toskana
Toskana — İtaliyanın sahəsi 23,000 kvadrat kilometr (8,900 kv mi) və əhalisi 3.8 milyon olan regionlarından biridir. Regionun paytaxtı Florensiyadır (Firenze də deyilir). Toskana regionunun kilsələri, sarayları, sənət qalereyaları, muzeyləri, kəndləri, böyük mədəni və bədii irsi var. Bu eksponatların çoxuna Florensiyada və Siena kimi əsas şəhərlərində, həmçinin San Gimignano kimi ətrafa səpələnmiş kiçik kəndlərində rast gəlinir. Arettso əyalətində: Arettso Kastilyon Fyorentino Kortona Luçinyano Poppi Sansepolkro Florensiya əyalətində: Florensiya Fyezole Çertaldo Qrosseto əyalətində: Qrosseto Massa Marittima Orbetello Pitilyano Rozelle Sorano Sovana Livorno əyalətində: Campilya Marittima Livorno Pyombino Populoniya Suvereto Lukka əyalətində: Barqa Kastelnuovo di Qarfanyana Kastilyone di Qarfanyana Lukka Pyetrasanta Viarecco Villa Bazilika Massa və Karrara əyalətlərində: Massa və Karrara Pontremoli Fivittsano Piza əyalətində: Piza San Miniato Volterra Vikopizano Prato əyalətində: Karminyano Pocco a Kayano Prato Pistoya əyalətində: Peşa Pistoya Siena əyalətində: Kolle di Val d'Elsa Pyentsa Montepulçano Montalçino San Ciminyano Siena Toskana şəhərlərində böyük təbii və memarlıq gözəlliyi var. Bütün il boyu çoxlu turist qəbul edilir. Bunun da regionun iqtisadiyyatı üçün mühüm əhəmiyyəti var. Moda və tekstil sənayesi Florensiya iqtisadiyyatının dayaqlarından biridir. 15-ci əsrdə Florensiya bu cür yun və ipək kimi lüks tekstil sahəsində məşhur idi. Bu gün Avropada ən böyük dizaynerlər Toskanada, xüsusilə də Florensiyada tekstil sektorunda çalışırlar.
Tokat
Tokat — Türkiyənin Tokat ilinin inzibati mərkəzi. Qaradəniz bölgəsində yer alan Tokat şimalında Samsun, şimal-şərqində Ordu, cənub və cənub-şərqində Sivas, cənub-qərbində Yozğad, qərbində Amasiya ilə həmsərhəddir. 2009-cu ilin siyahıyaalmasına görə 129.879 sakinə sahib idi. Əhalinin sayı 2018-ci ildə 201.294 nəfərə çatmışdır.
Masanori Tokita
Masanori Tokita (24 iyun 1925 – 5 mart 2004) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 12 oyun keçirib, 2 qol vurub.
Tokara adaları
Tokara adaları (yap. 吐噶喇列島) — Sakit okeanda, Yaponiyaya məxsus adalar qrupu. Onlar Ryukyu adalarının (Nansey) bir hissəsidir. Osumi və Amami adaları arasında yerləşir. Osumi adalarından Şərqi Çin dənizini Sakit Okeanla birləşdirən Tokara boğazı ilə ayrılır. Adalarda Toşima kəndi yerləşir. Adalar inzibati cəhətdən Kaqoşima prefekturasına daxildir.
Takata Sanae
Takata Sanae (高田 早苗, 4 aprel 1860, Tokio – 3 dekabr 1938) – Yaponiya pedaqoqu və siyasətçisi. Vaseda Universitetinin qurucularından biridir. == Həyatı == Takata Sanae 4 aprel 1860-cı ildə Yaponiyanın Edo şəhərində doğulmuşdur. Gəmi evi sahibi olan Takata Koheyin üçüncü oğlu idi. 1881-ci ildə Azusa Ono ilə birlikdə "Otokay"ı yaratmışdır. 1882-ci ildə Tokio Universitetini bitirmiş, universitetdə Ernest Fenollosanın tələbəsi olmuşdur. 1882-ci ildə Ono vasitəsilə Okuma Şiqenobu ilə tanış olmuş və 1882-ci ildə Konstitusional İslahat Partiyasının yaradılmasında iştirak etmişdir. Okuma Şiqenobu ilə birlikdə Vaseda Universitetinin əsasını qoyan şəxslərdən biri olmuş, burada konstitusiya haqqında mühazirələr vermişdir. 1887-ci ildə "Yomiuri Shimbun" qəzetinin baş redaktoru olmuş, Ozaki Koyo və Koda Rohan kimi yazıçılarla əməkdaşlıq etmişdir. 1889-cu ildə nəşr olunmuş "Belletristikanın tədqiqi" (Biciqaku) əsəri Yaponiyada belletristika haqqında ilk işlərdən biridir.
Böyük Toskana hersoqluğu
Böyük Toskana hersoqluğu (it. Granducato di Toscana, lat. Magnus Ducatus Etrurıae) — 1569-1859-cu illərdə bəzi aralıqlarda Mərkəzi İtaliyada mövcud olan dövlətdir. Bu dövlət 1569-cu ildə Florensiya hersoqluğunun yerinə qurulmuşdur. Toskana hersoqluğunun paytaxtı Florensiya şəhəridir. == Tarixi == Qurulduğu dövrdə hersoqluğu Mediçilər idarə edirdilər. Böyük Toskana hersoqluğu qurulmamışdan əvvəl həmin ərazidə hökm sürən Florensiya Respublikası (1115-1532) və Florensiya hersoqluğu (1532-1569) ilə müqayisədə tarixdə daha az tanınır. Böyük Toskana hersoqluğunun ən qüvvətli dövrü Medicilər dövründə olmuşdur. İlk böyük hersoq olan I Kozimo Medici və xələfləri dövründə Florensiya iqtisadi və hərbi cəhətdən mühüm uğurlar əldə etmişdi. Bu inkişaf II Ferdinandinonun dövrünə qədər davam etmişdi.
Tokat ili
Tokat ili — Türkiyədə il. Şimalda Samsun, şimal-şərqdə Ordu, şərq və cənubda Sivas, cənub-qərbdə Yozqat və qərbdə Amasya rayonları ilə həmsərhəddir. Rayonlarından Yeşilyurt və Sulusaray İç Anadolu Bölgəsində qalır. 1943-cü ildə Taşova, 1944te Artova və Turhal, 1954-cü ildə Almus, 1987-ci ildə Bazar və Yeşilyurt, 1990-cı ildə Sulusaray və Başçiftlik rayonları yaradılıb. 2010 TÜİK məlumatlarına görə mərkəz rayonla birlikdə 12 rayon, 77 beldə və 609 kənd vardır. "1980 Genel Nüfus Sayımı: Tüm idari birimler (Şehir, belde, köy): Tokat İli" (türk). Türkiye İstatistik Kurumu. 2015-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-4..
I Ferdinand (Toskana hersoqu)
Ferdinando I Mediçi (it. Ferdinando de' Medici, 30.7.1549–3.2.1609) — 1587–1609-cu illərdə böyük Toskana hersoqu olmuşdur, İtaliya və və ölkənin hüdudlarından kənarda Mediçilər evinin nüfuzu və təsirini xeyli artırmışdır. == Həyatı == I Kozimo və Eleonora Toledolunun kiçik oğlu olan Ferdinando hersoq taxt-tacına namizəd sayılmırdı və artıq 14 yaşında müqəddəs andı vermədən kardinal titulunu aldı. Gəncliyini Romada keçirərək o, özünün tikdiyi Mediçilər villasına İtaliyaya aid maddi mədəniyyət əsərlərini yığırdı. Xalq arasında birmənalı reputasiyaya sahib olmayan Françesko adlı qardaşının qəfil ölümündən sonra, Ferdinand bütün Toskananın varisi oldu. Elmi məlumatlara görə, Françesko arsen ilə zəhərlənmişdi və çox güman ki bunu Ferdinandın özü etmişdir. Toskana taxt-tacını əldə edərək o, eyni zamanda kardinal titulunu daşıyırdı, ancaq papanın razılığı ilə titulundan imtina etdi ki, 1589-cu ildə Yekaterina Mediçinin nəvəsi Kristina Lotaringiyalı nikah bağlasın. Ferdinando, o vaxtı antikatolik partiyasına rəhbərlik edən IV Henrixə ssuda ilə dəstək verərək, üstün fərasətlilik göstərdi. Henrix Fransada hakimiyyətə gələndən sonra, Ferdinando Marsel buxtasına donanmasını göndərdi və ispanların qəsd etdiyi İf qəsrini ələ aldı. Bu hadisədən sonra Ferdinandonun fransız kralı ilə əlaqələri pozuldu, lakin barışıq əlaməti olaraq kral 1600-cü ildə Ferdinandonun qardaşı qızı Mariya Mediçi ilə evləndi.