Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tomorrow
Tomorrow — (Azərbaycanca: Sabah) Maltanın 2013 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
The Day After Tomorrow
Birisigün (ing. The Day After Tomorrow) — 2004-cü il ABŞ istehsalı elmi fantastika, fəlakət filmi. Film qlobal istiləşmə və onun yarada biləcəyi problemlərdən bəhs edir. Baş rollarında Dennis Kueyd, Ceyk Cilenhol, Sela Vord, Emmi Rossum və İen Holm çəkilmişlər.
Tomorr
Tomorr — Albaniyanın cənubunda yerləşən dağ. Çuka e Partizanit adlı ən yüksək zirvəsi 2415 m hündürlükdə yerləşir. Bərat və Poliçan şəhərlərindən şərqdə yerləşir, həmçinin Osum çayı və Osum kanyonun yaxınlığındadı. == Dağın din əhəmiyyəti == Antik dövrdə yunanlar Tomorr dağını Amiron (yun. Άμυρον) adlandırırdılar, və bu dağ Dassaretis regionun mərkəzi idi. Regionun bu adı Yunanıstanın şimal-qərbində və Epir vilayətində yaşamış Dassartelər tayfasının şərəfinə adlandırılmışdır. Xristianlar bu dağı müqəddəs sayırdı, və Müqəddəs Məryəmin Yüksəlməsi günü (15 avqust) onlar bu dağa qalxırdılar. Həmçinin, Bəktaşilik sufizm ordenin üzvləri də bu dağa ehtiram göstərirdilər, avqustun 20-dən 25-dək hər il həcc ziyarəti zamanı Abbas ibn Əlini yada salırdılar.Alban mifologiyasında Tomorr dağı əfsanəvi qəhrəman Baba Tomorr ilə assosiasiya olunur, bu cəsurun uzun ağ saqqalı var idi və onun ətrafında dörd dişi qartalı uçurdu. Alman folklorşünas Maksimilian Lambertsə görə, Baba Tomorr illirya mifologiyasından qalan izdi.Tomorr dağının kultu alban ədəbiyyatının milli hərəkat dövründə rast gəlinir. Konstantin Xristofordi, Naim Bey Fraşeri, Anton Zako Çadjupi, Asdreni, Xilyo Mosi və Ndre Mceda kimi şairlər bu dağı öz əsərlərində qeyd etmişdilər.
Tomorr Milli Parkı
Tomorr Milli Parkı (alb. Parku Kombëtar i Malit te Tomorrit) ― 1956-cı ildə yaradılmış, Albaniyanın cənubunda, Tomorr massivinin mərkəzi və daha yüksək hissələrində yerləşən milli park. 2012-ci ilə qədər 261,06 km² ərazini əhatə edən park 2019-cu ildən etibarən ərazidəki daş karxanalarını da əhatə etməsi üzrə genişləndirilmişdir. Milli park 26 106 hektar ərazini əhatə edir. Tomorr Milli Parkı 1956-cı ildə yaradılıb və dağ biomüxtəlifliyinin və ekosisteminin bütövlüyünün milli səviyyədə qorunması üçün ən vacib qorunan ərazilərdən biri hesab olunur. Park Plantlife tərəfindən beynəlxalq əhəmiyyətli IPA (ing. Important Plant Area — mühüm bitki sahəsi) kimi tanınmışdır.Tomorr dağı əhəngdaşə və karstdan təşkil olunmuş antiklinaldır. Dağ cənubi Albaniyanın ən yüksək təbii nöqtələrindən biridir. Ərazinin fərqli geologiyası və topoqrafiyası nadir flora və fauna müxtəlifliyinə səbəb olmuşdur. Tomorr Milli Parkının meşələri müxtəlif növ enliyarpaqlı və iynəyarpaqlı ağaclardan və olduqca müxtəlif çiçək növlərindən ibarətdir.