Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sandro Tonali
Sandro Tonali (it. Sandro Tonali ; 8 may 2000, Lodi, Lombardiya) — İtaliyalı peşəkar futbolçu. Orta xətt oyunçusudur. İngiltərə Premyer Liqasında çıxış edən "Nyukasl Yunayted" klubunun və İtaliya milli komandasının yarımmüdafiəçisi. Sandro Tonali "Pyaçentsa" və "Breşiya" klublarının yetirməsidir. O, 26 avqust 2017-ci ildə "Breşiya"nın səfərdə "Avellino" klubu ilə oyununda peşəkar karyerasında debüt edir. 28 aprel 2018-ci il tarixində "Salerintana" klubuna qarşı oyunda Sandro Tonali ilk qolunu vurur. 25 avqust 2019-cu ildə "Breşiya"nın heyətində "Kalyari" klubuna qarşı oyunda meydana çıxmaqla İtaliya A Seriyasında debüt edir. 9 sentyabr 2020-ci il tarixində Tonali "Milan" klubunun oyunçusu kimi təqdim edilir. Müqaviləyə görə futbolçu ilk mövsümu 10 milyon avro qarşılığında icarə əsasında "Milan"da oynayacaq, sonra isə "Milan" klubu daha 10 milyon avro ödəyərək futbolçunun transfer hüququnu alacaq.