1. Od vurub yandırmaq, yanğın törətmək. Ocağı odlamaq. Tonqalı odlamaq.
// Alışdırmaq, yandırmaq.
[Hüseynəli əmi] …dəri kisənin içərisindən çaxmağı və daşı götürüb qovu odladı…
Nəriman dərhal fitili odladı.
2. məc. Odlu silahla öldürmək, ya yaralamaq.
[Sərvər Məşədi İbada:] Danışma, yaz, yoxsa odlaram səni!
3. məc. Bərk hirsləndirmək, əsəbiləşdirmək, özündən çıxartmaq.
Qapıçıların sözləri Talış xanı odlayırdı.