Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Topdansatış
Topdansatış — malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu məcəllədə müəyyən edilmiş qaydada qaimə-faktura və ya elektron-qaimə faktura və ya elektron vergi hesab-faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti.
Xəzər Topdansatış Əməliyyat Cəmiyyəti
Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı (1920-1996-cı illərdə Azərbaycan İstehlak Cəmiyyətləri İttifaqı) və ya qısaca Azərittifaq- 1920-ci ildə Xəzər Topdansatış Əməliyyat Cəmiyyəti ittifaqının bazasında təşkil olunmuş qurum. Azərbaycanda kooperasiya hərəkatı neft mədənləri rayonlarında (Balaxanı, Bibiheybət) fəhlə istehlak kooperativlərinin təşkili ilə başlamışdır. İlk istehlak cəmiyyəti Bakıda (1887), daha sonra isə Xankəndidə (1899) yaradılmışdır. 1915-ci ilin mayında Bakının 12 istehlak cəmiyyəti (10 mədən-zavod və 2 şəhər) birləşərək "Topdansatış Əməliyyatları Cəmiyyəti-Kooperasiya" adlı istehlak cəmiyyətləri ittifaqını yaratdılar. Həmin il dekabr ayının ayının ortalarında həmin cəmiyyət özündə 18 istehlak cəmiyyətini özündə birləşdirirdi. 1916-cı ilin dekabrında isə onların sayı 48-ə çatmışdı. 1917-ci ilin iyulunda Tiflis və İrəvan quberniyalarının ittifaqın tərkibinə daxil olması ilə əlaqədar müvəkillərin növbəti yığıncağında ittifaq "Xəzər İstehlak Cəmiyyətləri İttifaqı" (mərkəzi idarəsi Bakıda olmaqla) adlandırıldı. 1918-ci ilin əvvəlində Azərbaycanda artıq 287 istehlak cəmiyyəti fəaliyyət göstərirdi. Onların yarıdan çoxunu, təxminən 56 faizini kənd istehlak cəmiyyətləri, 32 faizini şəhər, 10 faizini isə mədən-zavod cəmiyyətləri təşkil edirdi. Rusiyada baş verən inqilab ərzaq böhranı yaradmaqla, bu cəmiyyətlərin dağılmasına səbəb oldu.
Topdağ
Topdağ (Babək) — Babək rayonu ərazisində dağ. Araz çayı sahilindədir. Hündürlüyü 785 m. Topdağ (Zəngilan) — Zəngilan rayonu ərazisində dağ. Yerli əhali arasında Topunqəlbisi adı ilə tanınır.
Todan
Todan — Azərbaycan Respublikasının Goranboy rayonunun Todan kənd inzibati ərazi dairəsində kənd. Kəndin keçmiş adı Pir Davidan olmuşdur. Yaşayış məntəqəsi oradakı Pirin adı ilə adlandırılmışdır. Oykonim ehtimal ki, Pir Cavidan (xürəmilərin ilk başçısı) adının yerli əhali tərəfindən təhrif edilmiş formasıdır. Bəzi tədqiqatçılar isə oykonimi türk dillərində todan (sıldırım qaya, dik yamac) coğrafi termini ilə əlaqələndirirlər. Kənd dağətəyi ərazidə yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 970 nəfər əhali yaşayır.
Topdağ (Babək)
Topdağ — Babək rayonu ərazisində dağ (hünd. 786,6 m). Naxçıvan dağarası çökəkliyinin cənub-şərqində, Naxçıvan düzü sahəsində, Araz su anbarının sahilindəki alçaq burunu əmələ gətirən zirvə. Qaraçuq qəsəbəsindən 1,75 km qərbdədir. Üst Pleystosenin allüvial-prolüvial çöküntülərdən təşkil olunmuşdur. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin cənub-qərb cinahında yerləşir.
Todan bələdiyyəsi
Goranboy bələdiyyələri — Goranboy rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Toplan və Kölgəsi (1977)
Filmdə Toplan adlı balaca bir itin başına gələn maraqlı hadisələrdən bəhs edilir. Ssenarinin müəllifi: Əzizə Əhmədova Rejissor: Nazim Məmmədov Quruluşçu rəssam: Bəhman Əliyev Operator: Antonina Korotnitskaya Bəstəkar: Oqtay Rəcəbov Səs operatoru: Kamal Seyidov Rəssamlar: Tahir Piriyev, Tamilla Əsgərova Cizgi rəssamları: Vaqif Məmmədov, Vahid Talıbov, Arifə Hatəmi, Hüseyn Cavid İsmayılov (Cavid İsmayılov kimi), Gülşən Quliyeva, Rauf Dadaşov, Solmaz Hüseynova Rejissor assistenti: Sima Qurbanova Operator assistenti: Ramiz Ağayev Montaj edən: Nailə Dadaşova Mahnıları oxuyur: Flora Kərimova Redaktor: Ədhəm Qulubəyov Filmin direktoru: Kamil Rəhmanzadə Sadıq Hüseynov — köpək Almaz Mustafayeva — toplan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 258-263.
Toplan və kölgəsi (film, 1977)
Filmdə Toplan adlı balaca bir itin başına gələn maraqlı hadisələrdən bəhs edilir. Ssenarinin müəllifi: Əzizə Əhmədova Rejissor: Nazim Məmmədov Quruluşçu rəssam: Bəhman Əliyev Operator: Antonina Korotnitskaya Bəstəkar: Oqtay Rəcəbov Səs operatoru: Kamal Seyidov Rəssamlar: Tahir Piriyev, Tamilla Əsgərova Cizgi rəssamları: Vaqif Məmmədov, Vahid Talıbov, Arifə Hatəmi, Hüseyn Cavid İsmayılov (Cavid İsmayılov kimi), Gülşən Quliyeva, Rauf Dadaşov, Solmaz Hüseynova Rejissor assistenti: Sima Qurbanova Operator assistenti: Ramiz Ağayev Montaj edən: Nailə Dadaşova Mahnıları oxuyur: Flora Kərimova Redaktor: Ədhəm Qulubəyov Filmin direktoru: Kamil Rəhmanzadə Sadıq Hüseynov — köpək Almaz Mustafayeva — toplan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 258-263.
Toplan, nəsə baş verir (film, 2021)
Toplan, nəsə baş (hindcə: Koochie Koochie Hota Hai) — Tarh Mansukraninin rejissoru olduğu 2021-ci ildə kinoteatrlara veriləcəyi gözlənilən Hindistan cizgi filmi. Film 1998-ci ildə çəkilən Nəsə baş verir filminin cizgi filmi versiyasıdır. Səsləndirilmə olmayıb. Film necə var idisə, elə də qalıb. Bu da cizgi film sahəsində bir ilkdir. Lakin, filmin bəzi yerləri yararsız hala düşdüyündən yeni aktyorlar, aktrisalar səsləndiriblər. Rahul və Anceli Sent-Havye kollecinin tələbələridirlər. Rahul məktəb müdirinin qızı Tinaya vurulur. Tina Ancelinin tam əksidir. Rahul get-gedə Tinanın qəlbini ələ alır.
Cozdan
Cüzdan – İranın İsfahan ostanının Nəcəfabad şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,393 nəfər və 1,561 ailədən ibarət idi.
Jordan
David Star Cordan (ing. David Starr Jordan, 19 yanvar 1851[…] – 19 sentyabr 1931[…], Stenford[d], Kaliforniya) — Amerika ixtioloqu, zooloqu və pasifisti.
Novdan
Novdan-İranın Fars ostanının Kazerun şəhristanının Kuhmərə bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,589 nəfər və 581 ailədən ibarət idi.
Qoydan
Qoydan — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Kənd Lahıc turizm zonasında, Girdiman çayının sol sahilində yerləşir. Əhalisi 68 nəfər, 35 kişi, 33 qadındir. Əhali əsasən heyvandarlıq və arıçılıqla məşğul olur. Kənd elektrik enerjisi ilə təmin edilir. Kənddə yeməkxana və çayxana yoxdur. Kəndə yay mövsümündə avtomobillə, qış mövsümündə isə Lahıc qəsəbəsindən sonra 6 km yolu piyada və ya atla getmək olar. İsmayıllı-Lahıc-Şamaxı turist marşrutları kəndin yaxınlığından keçir.
Tonian
Toni (yun. τόνος- gərilmək, dartmaq) — Neoproterozoy erasının ilk dövrüdür. Bu dövr təxminən 1000 milyon il əvvəldən 720 milyon il əvvələ qədər dəvam etmişdir. Toni, Mezoproterozoy erasının Steni dövründən əvvəl və Kriogen dövründən sonrakı dövrdür. Orta Steni zamanı meydana gələn superqitə Rodiniyanın parçalanmasına aparan rift, 900-850 Milyon il əvvəl başlayan bu dövrdə meydana gəldi. Akritarxların ilk böyük təkamülü Toni zamanı baş vermişdir. İlk heyvan fosilləri Toninin sonlarına, 800 milyon əvvələ aiddir. Bunun bariz nümunəsi, kəşfçiləri və bir çox digər alimlər tərəfindən "süngər" kimi təsvir olunan Otavia antikadır.
Topbağ
Topbağ — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 3 iyul 1998-ci il tarixli, 518-IQ saylı Qərarı ilə Qəbələ rayonunun Zalam kənd inzibati ərazi vahidinin Topbağ kəndi Yenikənd kənd inzibati ərazi vahidinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 953-IIQ saylı Qərarı ilə Qəbələ rayonunun Topbağ kəndi Yenikənd kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Topbağ kənd inzibati ərazi vahidi yaradılmışdır. Əsl adı Topabağdır. Yaşayış məntəqəsini inqilabdan əvvəl mövcud olmuş Vəndamdərə kəndinin əhalisi əvvəllər zoğal və fındıq bağları olan indiki sahədə salmışdılar. Oykonim topa (sıx) və bağ (ağaclıq) sözlərindən ibarət olub, "sıx ağaclığı olan kənd" mənasındadır. Ərazisində bir neçə övliyalar olduğuna görə kənd topa şəklində olan bu ziyarətlərdən adını götürüb. Kənd Vəndam və Dəmiraparan çaylarının suayrıcında, Şəki, Qəbələ yaylasında yerləşir. Rayon mərkəzi ilə arası 30 km-dir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 532 nəfər əhali yaşayır.
Toplar
Toplar — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Toplar oyk. Gədəbəy r-nunun Böyük Qaramurad i.ə.v.-də kənd. Kiçik Qafqaz dağlarının ətəyindədir. Yerli məlumata görə, yaşayış məntəqəsini Ataxan kəndindən Topu Məhəmmədhəsən adlı şəxs saldığı üçün onun ləqəbilə Topular adlanmışdır. Sonralar tələffüzdə ad təhrifə uğramış, “u” səsi adın tərkibindən düşmüş və kəndin adı Toplar şəklində qeydə alınmışdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 191 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Topçaq
Topçaq düzü — Cəbrayıl rayonunun ərazisində yerləşir. Vaxtı ilə "Topçaq" düzü haqqında bir yazımızda bu adın "topa yer", dəyirmi yer" mənalarını verdiyini göstərmişdik. Bu fikri hörmətli xalq yazıçımız Sabir Əhmədliyə istinadən şərh etmişdik. Bu düzün təsvirini "Azığa doğru" romanında verən yazıçı yazır ki, babaların dediyinə görə, Topçaq vaxtı ilə müharibə meydanı olub. Bu el- obada Topçaq kimi tamaşalı yer olarmı? Bir düzdü, bir meydandı, məcməyi kimi dəpdəyirmidi. Toponimik, etnonimik araşdırmalar göstərir ki, T o p ç a q\\Topçak\\ Tobıçak bir etnosun adıdır. İ. N. Berezin orta yüzilliklərə aid olan "İqor knyaz Severskiy" adlı kitaba yazdığı rəydə T o p ç a k \\ T o b ı ç a k adlı tayfa birliklərindən də bəhs etmiş, həmin adın "kök at"; mənasını göstərmişdir. "qüvvətli, gözəl at"; 2) "girdə", "dairəvi", "yumru" mənalarındadır. F. E. Korş t o p ç a k sözünün "xüsusi növ at " mənasında olduğunu göstərmişdir.
İordan
İordan (təq. VI əsr, güm. Roma imperiyası – təq. VI əsr) – erkən orta əsrlərin yazıçı və tarixçisi. Bizanslı İordan Orta əsrlərin görkəmli yazıçı və tarixçilərindən olmuşdur. Onun həyatı haqqında çox az məlumat var. Mövcud məlumatlar yalnız yazıçının öz əsərində verilmişdir(ilk ədəbi bioqrafiya nümunəsi). Məlumdur ki, İordan Vl əsrdə yaşamışdır, milliyyətcə qot(ostqot) olmuşdur. Bəzi mənbələrdə onun alan tayfasından olduğu da deyilir(T. Mommzen hesab edir ki, İordan qot olmaqla yanaşı, alan da ola bilər). İordan məşhur sərkərdə Qunqis Bazanın notarisi (salnaməçisi, katibi)olmuşdur(İordanın babası Pariy də alanların başçısı Konlakın notarisi olmuşdur).
Topxana
Topxana (İstanbul)
Ovdan
Ovdan — suyu yığıb saxlamaq üçün üstü tikili yeraltı hovuz, nohur. Ovdanlar əsasən yeraltı torpaq sularından qidalanırlar. Ovdana giriş əsasən küləyin əks tərəfindən qoyulur. Ovdan 2 hissədən ibarət olur. Yeraltı və yerüstü hissələrdən. Yeraltı giriş pilləkənlər vasitəsilə olur. Əgər ovdan yağış suyu yığılması üçündürsə, pilləkənlərin axırındakı hovuzlar quyularla əvəz edilir. Ovdanlar əsasən yol ayrıcında, karvan yolunun yaxınlığında tikilərmiş. Ovdanların yanında yolçuların istirahəti üçün ağac əkilərmiş. Ovdanlar həmçinin yolçuların susuzluğunu aradan qaldırmaq üçün də nəzərdə tutulurmuş.
Tapan
Tapan (Daşkəsən) — Azərbaycan Respublikasının Daşkəsən rayonunun inzibati ərazi vahidində kənd. Tapan — Tapanlı kəndinin digər adı.
Topaz
Topaz — qiymətli daşdır. Kimyəvi formulu- Al2[SiO4][FOH]2 Rumbik sinqoniyanın rumbik-dipiramida sinfində kristallaşır.Tez-tez yaxşı inkişaf etmiş və böyük kristallarda tapılır. Kristalları prizmatik habitusda olur. Qeyri-mükəmməl ayrılma qabiliyyətinə malikdir. Sərtliyi 8, xüsusi çəkisi 3,5-dir. Rəngi sarı, bənövşəyi, ağ, qonurudur.Şüşə parıltılıdır. Şəffafdır. Penevmatogen proses nəticəsində əmələ gəlmişdir. Peqmatitlərdə və həmçinin qreyzenlərdə tapılır. Qreyzen- maqmatogen mənşəli süxurların pnovmatogen-hidrotermal dəyişmələrə məruz qalmış növlərinə deyilir.
Toran
Alatoranlıq, alaqaranlıq və ya toran — şəfəq vaxtı ilə günəşin doğuşu və günəşin qürubu ilə qaranlıq vaxt arasındadır. Üst atmosferdə səpələnmiş gün işığı aşağı atmosferi işıqlandırır və bu vəziyyətdə yer nə tamamilə işıqlıdır, nə də tamamilə qaranlıqdır. Günəş üfüqdə olduğundan, əslində görünə bilməz. Bu anda “mavi saat” (fransızca: l'heure bleue) adlanan mühit işığının qeyri-adi, romantik təbiəti fotoqraf və rəssamlar arasında populyardır. Alatoranlıq, texniki olaraq süni işıqlandırmaya ehtiyac olmadan xarici fəaliyyətlərin edilə biləcəyi günün səhər başlayıb, axşam başa çatan hissəsi olaraq təyin edilmişdir. Elmi baxımdan, alatoranlıq Günəşin (mərkəzinin) üfüqə görə mövcud olan bucağı ilə müəyyən edilir. Alatoranlıq üç alt kateqoriyaya malikdir: gündəlik mövqeyi (ən parlaq), dəniz mövqeyi və astronomik mövqeyi (ən qaranlıq).
Gillermo Cordan
Hoppana hoppan
HOPPANA HOPPAN-qədim uşaq oyunudur. == Oyun == Uşaqlar çöpatma və ya sayma qaydası ilə oyun başçısı seçirlər. Başçı uşaqları iki dəstəyə ayırır. Sağdakı uşaqlardan birinə bir şey uzadıb deyir: - Al bunu! Soldakı uşaqlardan biri soruşur: - O nədir? Sağdakı uşaqlardan biri deyir: - Hoppana hoppandı. Kim hoppana hoppan deyə bilməsə, hoppa hoppa, ver yoldaşına, hoppana hoppan eləsin. Bu sözləri desin. Yuxarıdakı sözləri uşaqlar dövrə vurub bir-bir deyir, başçının yanına yüyürürlər. Başçının yanına çatınca hər kəs həmin sözləri söyləyə bilməsə, hərə ona bir lopux vurur.
Jordan Peterson
Cordan Bernt Piterson (12 iyun 1962, Edmonton) — psixologiya üzrə Kanadalı professor. Toronto Universitetində fəaliyyət göstərir. O, eyni zamanda təcrübəli klinik psixoloq və ictimai ziyalıdır. Onun əsas işləri anormal psixologiyanı, sosial, şəxsiyyət, dini və ideoloji inam psixologiyasını, şəxsiyyət və fəaliyyətin qiymətləndirilməsini və təkmilləşdirilməsini əhatə edir. O, Alberta Universiteti və MakGill Universitetində təhsil almışdır. MakGilldə 1991-ci ildən 1993-cü ilə qədər post-doktoral araşdırmaçı kimi qaldıqdan sonra Harvard Universitetinin psixologiya kafedrasında əvvəlcə assistent, sonra isə dosent kimi işləmişdir. 1998-ci ildə Kanadaya, Toronto Universitetinin psixologiya kafedrasına köçmüşdür. Hal-hazırda da orada professor kimi işləyir. Piterson 1999-cu ildə nəşr olunan "Mənanın Xəritəsi: İnancın Arxitekturası" adlı ilk kitabında inanc və mif sistemlərinin strukturunu, onların duyğu tənzimlənməsində rolunu, mənanın yaranışını və bir çox başqa mövzuları təsvir etmək üçün bir sıra akademik sahələri araşdırmışdır. Onun "Həyatın 12 qaydası: Xaos üçün antidot" adlı ikinci kitabı isə 2018-ci ilin yanvar ayında dərc edilmişdir.
Jordan Qalland
Jordan Qalland (2 yanvar 1980, Farminqton[d]) — Amerika Birləşmiş Ştatlarının pop müğənisidir (estrada artistidir). == Həyatı == Jordan Qalland 2 yanvar 1980-ci ildə Nyu-Yorkda anadan olub.
Kamil Jordan
Kamil Jordan Mari Enmon (5 yanvar 1838[…], Lion – 22 yanvar 1922[…], Paris) — Fransız riyaziyyatçı; cəbr, funksiyalar nəzəriyyəsi, topologiya və kristalloqrafiya üzrə əsərlərin müəllifi. == Həyatı == Kamil Jordan 5 yanvar 1838-ci ildə Lyonda anadan olub. 22 yanvar 1922-ci ildə Parisdə vəfat edib.
Lopyan təpəsi
Lopyan təpəsi (bolq. Лопянски камък, ‘Lopyanski Kamak’ \lo-'pyan-ski 'ka-m&k\) — Antarktidanın Qreyam torpağının Triniti yarımadası sahillərindən 1.7 km cənubda yerləşən, 583 m hündürlüklü təpədir. Təpə Erul yüksəkliyindən və Russell İst buzlağından cənubda yerləşmişdir. Təpə qərbi Bolqarıstanda yerləşən Lopyan şəhərinin adını daşıyır. == Yerləşməsi == Lopyan təpəsi 63°42′11″ c. e. 58°23′29″ q. u. koordinatlarında yerləşmişdir. Giqen zirvəsindən 1.98 km cənub-şərqdə, Koburq zirvəsindən 2.27 km cənub-qərbdə, Panhard nuntakından 4.96 km şimal-qərbdə, Siniger nunatakından 2.64 km şimal-şərqdə, Roman təpəsindən 3.63 km şərqdə yerləşmişdir.
Maykl Cordan
Maykl Cordan (17 fevral 1963[…], Bruklin, Nyu-York ştatı[…]) — Amerikalı basketbolçu. MBA-nın keçmiş oyunçusu. == Həyatı == Mayklın valideynləri Ceyms Cordan və Deloris Pipls 1956-cı ildə (Şimali Karolina ştatının) Uollas şəhərində basketbol oyununda olarkən tanış olublar. Ceyms həmin vaxt ABŞ Hərbi Hava Qüvvələrində xidmət edirdi. Deloris isə Tuskegee İnstitutunda təhsil alırdı. Onlar tanış olduqdan sonra tez bir zamanda evləndilər.Mayklın iki qardaşı və iki bacısı var. 1970-ci ildə onlar ailəlikcə Vilminqton şəhərinə köçdülər. Orta məktəbdə oxuyarkən o dərslərini yaxşı oxumurdu və məktəbdə nizam-intizam qaydalarına riayət etmirdi. Cordon bir çox idman növü ilə məşğul idi, lakin ən çox o, beysbolu sevirdi. Beysbol üzrə Maykl uşaqlar arasında müəyyən uğurlar əldə etdi.