Toplar — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Böyük Qaramurad kənd inzibati ərazi dairəsində kənd.[1]
Toplar | |
---|---|
40°34′ şm. e. 45°39′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Toplar oyk. Kiçik Qafqaz dağlarının ətəyindədir. Yerli məlumata görə, yaşayış məntəqəsini Ataxan kəndindən Topu Məhəmmədhəsən adlı şəxs saldığı üçün onun ləqəbilə Topular adlanmışdır. Sonralar tələffüzdə ad təhrifə uğramış, “u” səsi adın tərkibindən düşmüş və kəndin adı Toplar şəklində qeydə alınmışdır.[2]
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 191 nəfər əhali yaşayır.[3]