1. Bir şeyi əlindən buraxaraq yaxına, ya uzağa tullamaq, fırlatmaq.
2. Bir şeyi hündür yerdən aşağı tullamaq, salmaq. Lövbəri dənizə atmaq. Damın qarını atmaq.
3. Salmaq. Həbsə atmaq.
□ Özünü atmaq – atılmaq, tələsik girmək, keçmək, daxil olmaq.
4. Tərk etmək, buraxmaq, üz döndərmək. Ev-eşiyini atmaq. Arvad-uşağını atmaq. İşi atmaq.
// məc. Əl çəkmək, tullamaq, tərk etmək. Papirosu atmaq. İçkini atmaq.
5. Rədd etmək, əməl etməmək.
6. Doldurulmuş tüfəngdən, tapançadan, topdan və s. silahdan atəş açmaq. Tüfəng atmaq. Top atmaq. Pulemyot atmaq.
7. məc. dan. Vurmaq, öldürmək, yaralamaq (tüfəng, ya tapança ilə). Quş atmaq.
8. Örtmək, salmaq, sərmək. Üstünə yorğan atmaq.
9. Səpmək. Toxum atmaq.
10. Sökülmək.
11. Döyünmək, vurmaq, tərpənmək. Ürəyi atmaq. Nəbzi atmaq.
12. Çıxarmaq, buraxmaq, pozmaq. Məqalənin birinci abzasını atmaq.
13. məc. Uzatmaq.
14. məc. dan. İçmək.
15. Bir sıra isimlərin yanına gətirilərək mürəkkəb feil və müxtəlif ifadələr düzəldilir; məs.: can atmaq (bax can), kif atmaq (bax kif), əl atmaq (bax əl), addım atmaq (bax addım), püşk atmaq (bax püşk).