Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Toksin
Toksin (q.yun. τοξικός, toxikos - zəhərli) – adətən bioloji mənşəli, yəni canlı orqanizmlər tərəfindən istehsal olunan zəhərli maddələri ifadə edir. Bununla insan əli ilə yaradılmış sintetik zəhərli maddələr bu sinfə daxil sayılmır. Fizioloji funksiyaları süstləşdirən, hədəf orqanizmlərin xəstələnməsinə və ya ölümünə səbəb olan bakteriya, bitki, yaxud heyvan mənşəli maddələrdir. Kimyəvi tərkibinə görə toksinlər zülal, polipeptid yaxud kiçik molekul ola bilir. Başqa üzvi və qeyri-üzvi zəhərlərdən fərqli olaraq toksin orqanizmə düşdükdə orada anticisim yaradır. Toksin ilan, əqrəb və hörümçək zəhərinin, habelə bir sıra zəhərli bitkilərin tərkibinə daxildir. Bakteriya mənşəli toksin daha geniş yayılmışdır. Toksinlər ağız, dəri və ya tənəffüz yolu ilə qəbul edildikdə müəyyən bir dozada və müəyyən bir zaman anında bioloji sistemlərə zərər verən maddələrdir.
Torki
Torki (ing. Torquay — Böyük Britaniyada, İngiltərədə (İngiltərə Boyük Britaniya dövlətinin vilayətidir) vilayətində şəhər.
Botulizm toksini
Botulizm toksini — hazırda məlum olan bütün zəhərlərdən ən güclüsüdür. Onu çoxlu miqdarda həm maye, həm də quru halında istehsal etmək mümkündür. Botulizm toksini istiyə davamlıdır. Quru halda özünün zəhərliliyini uzun müddət saxlaya bilir ki, buda toksin ehtiyatı yaratmağa imkan verir. Toksinin dadı və iyi olmadığı üçün onu hiss etmək çətindir. Botulizm toksini çox güclü zəhərləmə xüsusiyyətinə malikdir. İnsanların və heyvanların zəhərlənməsi əksər hallarda (90–100%) ölümlə nəticələnir. Ona görə də botulizm toksini düşmənin tətbiq edəcəyi bakterioloji silahın ən çox ehtimal edilən növlərindən biri hesab edilir.
Thaksin Shinawatra
Taksin Çinnavat (tay ทักษิณ ชินวัตร ; 26 iyul 1949[…], Sankanpxenq[d]) — Tailand iş adamı, siyasətçi və ziyarətçi professorudur. 2001-ci ildən 2006-cı ilədək Taylandın Baş naziri vəzifəsində çalışmışdır. Hakimiyyətdən kənarlaşdırıldıqdan sonra 2008-ci ildə korrupsiyada günahkar bilinir və hazırda özünü sürgündə yaşayır. Thaksin 1987-ci ildə mobil telefon operatoru Advanced Info Service və İT və telekommunikasiya konqlomeratı Shin Corporation şirkətini qurdu və nəticədə onu Taylandın ən varlı adamlarından biri etdi. O, 1998-ci ildə Tay Rak Tayland Partiyasını (TRT) qurdu və sürüşkən bir seçki qələbəsindən sonra 2001-ci ildə Baş Nazir oldu. Tamamilə vəzifə tutan ilk demokratik yolla seçilmiş Baş nazir və 2005-ci ildə yenidən seçildi. böyük əksəriyyəti. Taksin 2500-dən çox insanın öldüyü "narkotiklərə qarşı müharibə" elan etdi. Thaksin hökuməti yoxsulluğu azaltmaq, infrastrukturu genişləndirmək, kiçik və orta sahibkarlığı təşviq etmək və ümumdünya səhiyyə əhatə dairəsini genişləndirmək üçün proqramlara başlamışdır. Thaksin, müsəlman cənub əyalətlərində separatçı üsyanlara qarşı güclü silahlı bir yanaşma etdi.
Torsion bar
Torsion bar və ya burulma çubuğu ümumiyyətlə tanklar və ya Zirehli transportyor kimi zirehli maşınlarda avtomobilin gövdəsi ilə yol arasında əlaqəni çevik vəziyyətə gətirmək üçün istifadə edilən bir cihazdır. Belə qurğular İkinci Dünya Müharibəsi zamanı tanklarda istifadə edilmiş qayçı və qıvrım yaylardan ibarət ənənəvi asqı (transmissiya) mexanizmlərini sadələşdirmək və təkmilləşdirmək məqsədi ilə hazırlanmışdır. İkinci Dünya Müharibəsi illərində tankların atış məsafəsinin və silah daşıma qabiliyyətinin artırılması zərurəti bu döyüş maşınlarının çəkisinin artması ilə nəticələndi. Ənənəvi asqı sistemləri öz çəkilərinə, strukturlarına görə yüksək keyfiyyətli metaldan istifadə zərurəti və istehsal çətinliklərinə görə kifayət etməmiş və bu mexanizmlərlə əvəz edilmişdirlər. 50-60 ton ağırlığında olan tanklar bu az yer tutan və daha ucuz başa gələn mexanizmlərin köməyi ilə daha effektiv döyüş maşınlarına çevrilmişdirlər. Burulma çubuqlu asqı sistemi, adından da göründüyü kimi, yükün təsiri ilə metal çubuğun burulması prinsipi ilə işləyir. Xüsusi metal ərintilərindən istehsal edilən burulma çubuqlarının bir ucu avtomobilin gövdəsinə, digər ucu isə palet və ya təkərə birləşdirilərək yol və avtomobil arasında çevik əlaqə təmin edilir. Burulma çubuğu asqı sistemləri bir müddət bəzi avtomobillərdə əsas asqı mexanizmi kimi istifadə edilmişdirlər. Bu gün oxşar birləşmələr hələ də müstəqil asqı sistemi olmayan bəzi avtomobillərin arxa oxlarında istifadə olunur.
Arda (Tolkin)
Árda (kv: /'arda/) — C. R. R. Tolkinin legendariumunda Yer kürəsinin adı, "Üzüklərin hökmdarında" və əlaqəli əsərlərdə bütün qeyd olunan yerləri özündə cəmləşdirən bir dünya, aləm. Faktiki olaraq bu Tolkinin icad etdiyi mifik tarixdə Yer planeti və günəş sistemidir. Ardada bir neçə dəniz və okean, Orta Dünya və Aman qitələri, İkinci Dövrdə mövcud olan nəhəng Númenor adası və Tolkinin qaralamalarında qeyd etdiyi digər torpaqlar yerləşirdi. == Ümumi məlumat == Arda Tolkinın kosmologiyasında Eä kainatının bir hissəsidir. O, Eä-nın qalan hissəsi kimi, Ainur Musiqisi vasitəsilə İlúvatarın övladları yəni elflər və insanlar üçün yaradılmışdır. Tolkin kosmologiyasında Günəş, Ay, ulduzlar və digər göy cisimləri bu planetin orbitində olduğundan, onlar da Ardanın bir hissəsi hesab olunur, ona görə də Arda bəzən “Günəş sistemi” kimi təxmin edilir. Göy cisimlərsiz bu Planetin özü isə Ambar və ya İmbar adlanır. Əvvəldən Arda yastı formasında idi, burada yerləşən qitələr nəhəng Ekkaya (kv. Ekkaia) və ya Vaya (kv. Váya; ing.
Con Tolkin
Con Ronald Ruel Tolkin (ing. John Ronald Reuel Tolkien; /dʒɒn ˈrɒnld ˈruːəl ˈtɒlkiːn/; 3 yanvar 1892[…], Blumfonteyn, Azad Oranj Dövləti[…] – 2 sentyabr 1973[…], Bornmut, Dorset[d][…]) — ingilis yazıçısı, linqvisti və filoloqu, "Hobbit və ya oraya və geriyə" povestinin, "Üzüklərin hökmdarı" trilogiyasının və "Silmarillion" romanının müəllifi kimi məşhurdur. Tolkin 1925–1945-ci illərdə Oksfordda yerləşən Pembrok Kollecində ingilis və anqlosakson dilləri üzrə, 1945–1959-cu illərdə isə ingilis dili və ədəbiyyatı üzrə professor dərəcəsində işləmişdir. Digər məşhur ingilis yazıçısı Klayv Lyuislə birlikdə "İnklinqlər" ədəbi cəmiyyətinin üzvü olmuşdur. 28 mart 1972-ci ildə kraliça II Elizabet tərəfindən ona Britaniya İmperiyası ordeninin komandoru dərəcəsi verilmişdir. Tolkinin vəfatından sonra, oğlu Kristofer atasının qeydləri və əlyazmaları əsasında bir neçə əsər, o cümlədən "Silmarillion"u nəşr etdirdi. Bu kitab, "Hobbit" və "Üzüklərin hökmdarı" ilə birlikdə Arda adlı xəyali dünya və onun bir hissəsi olan Orta dünya haqqında nağıllar, şeirlər, hekayələr, süni dillər və ədəbi esselərin toplusunu təşkil edir. 1951–1955-ci illərdə Tolkin bu toplunun böyük hissəsini adlandırmaq üçün "legendarium" (ing. Legendarium) ifadəsini istifadə etmişdi. İlk kitabı olan "Hobbit"i 1937-ci ildə nəşr etdirir.
Dmitri Korkin
Dmitri Korkin (saxa Коркин Дмитрий Петрович 5 sentyabr 1928, Kıtanax[d], Yakutiya MSSR – 22 fevral 1984, Saxa) — Yakut əsilli Sovet sərbəst güləş üzrə məşqçisi, Yakutiya Muxtar Sovet Sosialist Respublikasının əməkdar müəllimi, Yakutiya Muxtar Sovet Sosialist Respublikası, Rusiya Sovet Federativ Sosialist Respublikası və SSRİ-nın əməkdar məşqçisi, Şərəf nişanı və Oktyabr inqilabı ordeni sahibi, Yakutiyanın 20-ci əsrinin insanı. 1970-ci illərin birinci yarısının ən yaxşı dünya güləşçilərinin məşqçisi — Olimpiya çempionları — Roman Dmitriev (1972) və Pavel Pinigin (1976). == Bioqrafiyası == 5 sentyabr 1928-ci ildə Kıtanaxda kolxozçu Pyotr Kirilloviç və Maria Andreevna Korkinsin ailəsində anadan olmuşdur. 1934-cü ildə Dmitri, bacısı və kiçik qardaşı yetim qalır. 1939-cu ildə Belolyubski (Arılax) ibtidai məktəbinin birinci sinfinə daxil olur. 1940–41 tədris ilində Kıtanax yeddi illik məktəbində ikinci sinif şagirdi idi. Bulunski rayonunun Boroqonski qəsəbəsindəki yeddi illik məktəbi (1948), Yakutsk şəhərinin 2 nömrəli orta məktəbini (1951) bitirir. Yakutsk şəhərinin sanitar-meşə məktəbində müəllim və baş pioner lider kimi çalışmışdır (1951–52). Leninqrad Pedaqoji İnstitutunun tələbəsi kimi (1952–56) sambo güləşində idman ustası namizədi olur. Təhsilini birdikdən sonra rus dili və ədəbiyyatı müəllimi ixtisasına yiyələnir.
Taksin Çinnavat
Taksin Çinnavat (tay ทักษิณ ชินวัตร ; 26 iyul 1949[…], Sankanpxenq[d]) — Tailand iş adamı, siyasətçi və ziyarətçi professorudur. 2001-ci ildən 2006-cı ilədək Taylandın Baş naziri vəzifəsində çalışmışdır. Hakimiyyətdən kənarlaşdırıldıqdan sonra 2008-ci ildə korrupsiyada günahkar bilinir və hazırda özünü sürgündə yaşayır. Thaksin 1987-ci ildə mobil telefon operatoru Advanced Info Service və İT və telekommunikasiya konqlomeratı Shin Corporation şirkətini qurdu və nəticədə onu Taylandın ən varlı adamlarından biri etdi. O, 1998-ci ildə Tay Rak Tayland Partiyasını (TRT) qurdu və sürüşkən bir seçki qələbəsindən sonra 2001-ci ildə Baş Nazir oldu. Tamamilə vəzifə tutan ilk demokratik yolla seçilmiş Baş nazir və 2005-ci ildə yenidən seçildi. böyük əksəriyyəti. Taksin 2500-dən çox insanın öldüyü "narkotiklərə qarşı müharibə" elan etdi. Thaksin hökuməti yoxsulluğu azaltmaq, infrastrukturu genişləndirmək, kiçik və orta sahibkarlığı təşviq etmək və ümumdünya səhiyyə əhatə dairəsini genişləndirmək üçün proqramlara başlamışdır. Thaksin, müsəlman cənub əyalətlərində separatçı üsyanlara qarşı güclü silahlı bir yanaşma etdi.
Toksik maddə
Toksiklik — maddənin və ya orqanizmin digər orqanizmə zərərli təsir göstərməsi xassəsi. N.S.Stroqanova (1982) görə su toksikologiyasında 2 toksiklik ayırd edilir. Su mühitinin təbii proseslərlə (mikroorqanizmlərin, bitkilərin və heyvanların ifrazatı) gedir və süni toksiklik – insan fəaliyyəti nəticəsində (çirkab suların su hövzələrinə axıdılması, qurunun səthindən kimyəvi zəhərli maddələrin axıb gəlməsi, atmosferdən zəhərli maddələrin (azot oksidi, kükürd və s.) düşməsi.
Tonkin körfəzi
Bakbo körfəzi (vyet. Vịnh Băc Bô; çin. 北部湾) və ya Tonkin körfəzi (fr. Golfe du Tonkin) — Cənubi Çin dənizinin Çin (Quansi-Çjuan Muxtar Rayonu, Quandun vilayəti, Haynan vilayəti) və Vyetnam (Bakbo rayonu) sahillərində yerləşən körfəzi. Şərqdən sərhədi Leyçjoubandao yarımadası və Haynan boğazı ilə ayrılan Haynan adası ilə müəyyən edilir. Bakbo körfəzinin uzunluğu 330 km, girişdə eni 241 km, dərinliyi 82 m-ə qədərdir. Əsas limanı Hayfondur. 4 avqust 1964-cü ildə ABŞ Prezidenti Lindon B. Conson Şimali Vyetnam qüvvələrinin Bakbo körfəzində iki dəfə Amerika esmineslərinə hücum etdiyini iddia etmişdir. Bu, ABŞ-nin Vyetnam müharibəsində iştirakına əsas olmuşdur. == İstinadlar == == Ədəbiyyat == Беседнов Л. М. Рыбы Тонкинского залива.
Tonkin stiraksı
Tonkin stiraksı (lat. Styrax tonkinensis) — stiraks cinsinə aid bitki növü.
Yohan Martinius Toresen
Vilyam Koplend (ing. William Copeland; 10 yanvar 1834, Arendal[d] – 11 fevral 1902, İşikavaço[d]) və ya əsl adı ilə Yohan Martinius Toresen (norv. Johan Martinius Thoresen) – Norveç əsilli ABŞ pivəçisi. 1869-cu ildə Yaponiyada Spring Valley Brewery pivə şirkətinin əsasını qoymuşdur. O, Yaponiyada südçülük və pivəçilik ilə məşğul olmuş ilk əcnəbi şəxsdir. == İlk illəri == Vilyam Koplend 1834-cü ildə Norveçdə Yohan Martinius Toresen adı ilə doğulmuşdur. 1840-cı illərin sonlarında Norveçdə yaşayan bir alman pivə ustasının yanında 5 il işləmişdir. O, 1850-ci illərdə ABŞ-yə miqrasiya etdikdən sonra özünə Vilyam Koplend adını götürmüş və ABŞ vətəndaşı olmuşdur. == Yaponiyada fəaliyyəti == === 1864–1880 === Koplend 1864-cü ildə Yaponiyanın Yokohama şəhərinə köçmüş və araba biznesi ilə məşğul olmağa cəhd etmiş, daha sonra südçülüyə yönəlmişdir. Onun adı "Yokohama şəhərinin yazılı tarixi" əsərində 1868-ci ildə burada yaşayan avropalı və amerikalıların siyahısında göstərilmişdir.
Torsi (rayon)
Torsi (fr. Torcy) — Fransanın İl-de-Frans regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Sena və Marna. Suprefektura — Torsi. Rayon əhalisi 2006-cı ildə 378 585 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 1254 nəf / km². Rayon sahəsi — 302 km².
Tonkin körfəzi olayı
Tonkin körfəzi olayı (vyet. Sự kiện Vịnh Bắc Bộ; ing. Gulf of Tonkin incident) və ya USS Maddox olayı (ing. USS Maddox incident) — ABŞ-ni Vyetnam müharibəsinə cəlb edən beynəlxalq hərbi qarşıdurma. Qarşıdurma iki toqquşmadan ibarət idi: biri həqiqi, o biri isə iddia olan uydurma. == Mənşə == Birinci Hindçin müharibəsinin sonunda, Fransa ilə Vyetnamlılar arasında olan əleyhdarlığına son qoymaq üçün Cenevrə konfransı (1954) yığılıb. ABŞ da onda iştrak edib, fəqət, Cenevrə akkordlarını (1954) imzalamağdan imtina etmişdi. 1961-ci ildə Cənubi Vyetnamın prezidenti, No Din Diem, əhalisinin bəzi hissələrdən, o cümlədən onun katolik tərəfdarlarının hakimiyyətinə qarşı olan buddistlər tərəfindən narzılıqlarnan üzləşib. 1963-cü ildə Cənubi Vyetnam hökumətinə qarşı buddist etirazları artıq beynəlxalq diqqəti cəlb edib. Bu il ABŞ-nin regionda kommunizm cilovlaması planı üçün pis il idi.
Diffuz toksik zob
Qreyv xəstəliyi və ya Eroziv osteoartrit – OA iltihabı yarımtipidir, ən çox 40–50 yaşlı qadınlarda olur. Ailə anamnezi xəstələrin 2/3 izlənir. Oynaqda iltihab əlamətləri degenerasiyanı üstələyir, PİF, DİF, I MKF zədələnir. İltihab əlamətləri illər sonrası sönür və deformasiyaya gətirir. X-ray – osteofitlər və mərkəzi eroziyalar ("qağayı qanadları simptomu və ya tərsinə çevrilmiş "T" hərf) olur. Bir qismində ankiloz yaranır.
C. R. R. Tolkin
Con Ronald Ruel Tolkin (ing. John Ronald Reuel Tolkien; /dʒɒn ˈrɒnld ˈruːəl ˈtɒlkiːn/; 3 yanvar 1892[…], Blumfonteyn, Azad Oranj Dövləti[…] – 2 sentyabr 1973[…], Bornmut, Dorset[d][…]) — ingilis yazıçısı, linqvisti və filoloqu, "Hobbit və ya oraya və geriyə" povestinin, "Üzüklərin hökmdarı" trilogiyasının və "Silmarillion" romanının müəllifi kimi məşhurdur. Tolkin 1925–1945-ci illərdə Oksfordda yerləşən Pembrok Kollecində ingilis və anqlosakson dilləri üzrə, 1945–1959-cu illərdə isə ingilis dili və ədəbiyyatı üzrə professor dərəcəsində işləmişdir. Digər məşhur ingilis yazıçısı Klayv Lyuislə birlikdə "İnklinqlər" ədəbi cəmiyyətinin üzvü olmuşdur. 28 mart 1972-ci ildə kraliça II Elizabet tərəfindən ona Britaniya İmperiyası ordeninin komandoru dərəcəsi verilmişdir. Tolkinin vəfatından sonra, oğlu Kristofer atasının qeydləri və əlyazmaları əsasında bir neçə əsər, o cümlədən "Silmarillion"u nəşr etdirdi. Bu kitab, "Hobbit" və "Üzüklərin hökmdarı" ilə birlikdə Arda adlı xəyali dünya və onun bir hissəsi olan Orta dünya haqqında nağıllar, şeirlər, hekayələr, süni dillər və ədəbi esselərin toplusunu təşkil edir. 1951–1955-ci illərdə Tolkin bu toplunun böyük hissəsini adlandırmaq üçün "legendarium" (ing. Legendarium) ifadəsini istifadə etmişdi. İlk kitabı olan "Hobbit"i 1937-ci ildə nəşr etdirir.
Morşin
Morşın (ukr. Моршин) — Ukraynanın Lvov vilayətində şəhər. Ukraynada ən yaxşı və ən perspektivli balneoloji kurortlardan biri kimi tanınır. == Qalereya == == Xarici keçidlər == Danylyuk, Yu.Z., Dmytruk, V.I. Morshyn (МОРШИН). Encyclopedia of History of Ukraine.
Morşın

Yorkşir pudinqi
Yorkşir pudinqi — Yorkşir qraflığının ənənəvi ingilis pudinqi. Sulu xəmirdən hazırlanaraq rostbif və xörək şirəsi birlikdə süfrəyə verilir. == Tarixi == Buğda unu ilə piroq və pudinqlərin hazırlandığı zaman, Şimali İngiltərə aşpazları ət qızarana qədər pudinq hazırlamaq üçün altlığa damcılana piydən istidadə üsulunu öyrənmişdilər. 1737-ci ildə "Damcılanan pudinq"in resepti ("A Dripping Pudding") "The Whole Duty of a Woman" kitabında çap olunmuşdur: Yorkşir pudinqi - britaniyalıların ənənəvi bazar günü naharının bir hissəsini təşkil eləyir. Yorkşir pudinqinin inqridientləri ucuz olduğundan süfrəyə ən əvvəl verilir.
Frank Qorşin
Frank Qorşin (ing. Frank Gorshin; doğum 5 aprel 1933, Pitsburq, Pensilvaniya, ABŞ – ölüm 17 may 2005, Berbank, Kaliforniya, ABŞ) — ABŞ aktyoru.
Möksin (Auırqazı)
Möqsin (başq. Мөҡсин, rus. Муксино) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd İşli kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 27 km, kənd sovetliyindən (İşli): 8 km. ən yaxın dəmiryol stansiyasından (Ağ Göl stansiyası): 51 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə tatarlar (92%) üstünlük təşkil edir.
Yorkşir Heykəl Parkı
Yorkşir Heykəl Parkı (ing. Yorkshire Sculpture Park) və ya qısaca YHP (ing. YSP) — İngiltərənin Vest-Yorkşir qraflığında, Vest-Bretton prixodunda, Ueykfild şəhəri yaxınlığında yerləşən açıq hava qalereyası. Muzey kompleksində Henri Mur və Barbara Hepuort kimi britaniyalı və ya beynəlxalq sənətkarların əsərləri sərgilənir. Qalereyada sərgilənən Murun əsərlərindən ibarət kolleksiya sənətkarın Avropadakı ən böyük sərgisidir. Heykəl parkı Bretton Holl park ərazisini əhatə edir və Vest-Yorkşir ilə İst-Yorkşir qraflıqları arasında yerləşir. == Park ərazisi == Park XX əsrin ortalarına kimi bir ailənin evi olmuş, daha sonra kollecə çevrilmiş Bretton Hollun yaxınlığında yerləşir. Park ərazisində follilər, gözəl təbiət mənzərələri və XVIII əsrdən qalma memarlıq abidələrini görmək mümkündür. Bundan başqa burada maral parkı və maral qoruğu (ABŞ heykəltəraşı Ceyms Tarrell tərəfindən mənimsənilib), buz evi və kameliya evi yerləşir. Bəzi sənətkarlar öz əsərlərini bu parkda yaratmışdırlar.
Törks və Kaykos
Törks və Kaykos (ing. the Turks and Caicos Islands) — Karib dənizində Britaniya dəniz ərazilərinə aid ərazi. Müdafiə və beynəlxalq məsələləri Böyük Britaniyanın səlahiyyətlərindədir. == Tarixi == Yerli rəhbərliyin korrupsiya əməllərinə görə 15 avqust 2009-cu ildən adalarda Böyük Britaniyanın birbaşa idarəetməsi tətbiq edilib. == İqtisadiyyatı == === Pul vahidi === Hazırda ölkənin pul vahidi ABŞ dollarıdır.
Törks və Kaykos adaları