Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Topuqlu
Totuqlu və ya Topuqlu — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Gədəbəy rayonunun Qoşabulaq inzibati ərazi vahidliyindədir. Topuqlu oyk., sadə. Gədəbəy r-nunun Qoşabulaq i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Totuqlu variantında da qeydə alınmışdır. Yerli məlumata görə, yaşayış məntəqəsi 1910-cu illərdə Totux adlı bir nəfərin saldığı binə yerində yarandığı üçün belə adlanmışdır. Topuq toponimiyada daban termininin sinonimi olub, kəndin dağ ətəyində, aşağıda yerləşdiyini bildirir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 221 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Totuqlu
Totuqlu və ya Topuqlu — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Gədəbəy rayonunun Qoşabulaq inzibati ərazi vahidliyindədir. Topuqlu oyk., sadə. Gədəbəy r-nunun Qoşabulaq i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Totuqlu variantında da qeydə alınmışdır. Yerli məlumata görə, yaşayış məntəqəsi 1910-cu illərdə Totux adlı bir nəfərin saldığı binə yerində yarandığı üçün belə adlanmışdır. Topuq toponimiyada daban termininin sinonimi olub, kəndin dağ ətəyində, aşağıda yerləşdiyini bildirir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 221 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Toyuqçu məhəlləsi
Toyuqçular məhəlləsi və ya tuyuqçular, tuğçular— Gəncənin qədim məhəllələrindən biri. Məhəllənin adlandırılması ilə bağlı müxtəlif fərziyyələr var. Burada Toyuqçular məscidi və Hacı Mirbağır ağa türbəsi yerləşir. Gəncənin Tuyuqçu məhəlləsi Nizami küçəsinin Ordubadi küçəsi ilə kəsişdiyi ərazidən sola doğru, Qəmbər Hüseynli küçəsi ilə Hacı Əli Hüseynzadə küçəsinin VI dalanı daxil olan hissələrdə yerləşir. Məhəllə şimaldan Sutökülən, şərqdən Səfərabad, Dəmirçilər, cənubdan Qaramanlı, qərbdən isə Şahsevənlər, Qıllılar məhəllələri ilə əhatələnib. 1804-cü ilin may ayında məhəllədə 43 ev olub. Bu evlərdə 70 kişi 64 qadın yəni 134 nəfər şəxs yaşayıb. 1916-cı ilin məlumatlarına görə, məhəllədə 960 ailə yaşayıb. 1915-ci ildə məhəllədə sakinlər tərəfindən Toyuqçular məscidi tikilmişdir. Digər məscidlərdən fərqli olaraq günbəzsiz, eyvanlı məscid tiplərinə aid olub Göyçay məscidinə bənzəyib.
Oyuqlu dağı
Oyuqludağ (Ordubad)
Cəngəllik toyuğu
Cəngəllik toyuğu (lat. Gallus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinə aid heyvan cinsi.
Hind toyuğu
Qamışlıq toyuğu
Sultan toyuğu
Sultan toyuğu--Porphyrio porphyrio, Gruiformes dəstəsindan bir quş növü. Status. Nadir, oturaq növdür. Yayılması. Ağzıbir gölündə və Mil düzü su hövzələrində rast gəlinir. Yaşayış yeri. Ən çox sevdiyi yuvalama yerləri gölün kənarlarındakı sıx qamışlıqdır. Təbiətdə sayı. Dövlət ekologiya komitəsinin hesablamalarına əsasən 1993-cü ildə 130 min fərd qeydə alınmışdır. Lakin növün çoxillik say dinamikası göstərir ki, soyuq və sərt qışlarda bu quşların bir neçə dəfə kütləvi məhvi baş vermiş və populyasiyanın sıxlığı minimuma düşmüşdür.Adı qırmızı-kitaba düşmüşdür.
Çopuqlu
Çopuqlu (Çaroymaq) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. Çopuqlu (Xudabəndə) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd.
Toyuqlar
Toyuq — toyuqkimilər dəstəsindan aid quş yarımnövü. Ev quşları siyahısına daxildir. Əti və yumurtası insanların əsas qida növlərindəndir. Tükündən məişətdə istifadə edilir. Toyuqların təxminən 8000 il əvvəl Cənub-Şərqi Asiyada əhliləşdirildiyi güman edilir. Toyuqlarda pətənək adlı xüsusi orqan var. Toyuqların dişləri yoxdur, ona görə də yeməklərini parçalamaq üçün pətənəkdən istifadə edirlər. Toyuğun ağızdan yediyi qida əvvəlcə pətənəyə keçir və orada müvəqqəti saxlanılır, sonra da mədəyə doğru hərəkət edir. Əti üçün yetişdirilən toyuqlar Broyler adlanır. Bu toyuq növləri yemi sürətli və effektiv şəkildə əzələ kütləsinə çevirmək qabiliyyətinə görə seçilir.
Uyuqlu
Uyuqlu — Qubadlı rayonu ərazisində dağ. Azərbaycanla Ermənistan sərhədindədir. Əsli Oyuqludur. Yerli əhali arasında Oyuğun dağı adı ilə tanınır. Oyuq sözü burada “sərhəd nişanı” mənasındadır. XIX əsrdə bu dağda Ermənistanın Gorus rayonundakı Şumux və Azərbaycanın Qubadlı rayonundakı Seytas kəndlərinin sərhədini bildirmək üçün kömür basdırıldığına görə belə adlandırılmışdır.
Toyuq
Toyuq — toyuqkimilər dəstəsindan aid quş yarımnövü. Ev quşları siyahısına daxildir. Əti və yumurtası insanların əsas qida növlərindəndir. Tükündən məişətdə istifadə edilir. Toyuqların təxminən 8000 il əvvəl Cənub-Şərqi Asiyada əhliləşdirildiyi güman edilir. Toyuqlarda pətənək adlı xüsusi orqan var. Toyuqların dişləri yoxdur, ona görə də yeməklərini parçalamaq üçün pətənəkdən istifadə edirlər. Toyuğun ağızdan yediyi qida əvvəlcə pətənəyə keçir və orada müvəqqəti saxlanılır, sonra da mədəyə doğru hərəkət edir. Əti üçün yetişdirilən toyuqlar Broyler adlanır. Bu toyuq növləri yemi sürətli və effektiv şəkildə əzələ kütləsinə çevirmək qabiliyyətinə görə seçilir.
Qovuqlu itburnu
Qovuqlu itburnu (lat. Rosa pulverulenta) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. Qafqazda (Narzan), Rusiyanın Avropa hissəsində, İranda və Kiçik Asiyada təbii areallarına rast gəlinir. Naxçıvan MR və Lənkəran rayonu ərazilərində rast gəlinir. Azərbaycanın nadir bitkisidir.VU D2. Aşağı dağ qurşağından orta dağ qurşağına qədər açıq işıqlı yerlərdə, daşlı-qayalı quru yamaclarda yayılmışdır. Azərbaycanda dar bir arealda yayılmışdır. Hündürlüyü 50-90 sm-dən çox olmayan, alçaqboy kolcuqdur. Qopartikanı müxtəlifdir. Yarpaqları 3-6 sm uzunluğunda olub, 5-7 yarpaqcıqdan ibarətdir.
Qovuqlu zurna
Qovuqlu zurna (Bladder pipe ing.) — Almanca Platerspiel və ya Blaterpfeife. Bir üfürmə borusu, torba və chanterin (boru üzərində barmaqları qoymaq üçün deşiklər olan) təpəsində qamış yerinin içərisinə yerləşdirilmiş ikili qamışla səsləndirilən chanterdən ibarətdir. Şişirilmiş kisənin içərisindəki qamış davamlı səslənir, və hava axınını dillə kəsmirdi. Bunun ilk olaraq nə zaman yaranması bilinməməklə birlikdə bunun 13-cü əsrdən əvvəl Avropadan gəldiyinə inanılır. Universal tuluqzurna və Renesans Krumhornu arasında aralıq mərhələ olaraq qovuqlu zurna 14–16-cı əsrlərdə formalaşdı.
Qovuqlu çay
Qovuqlu çay (digər adları: qovuq çay, şarcıq çay, inci çay və ya babl çay) — qovuqlu içkilər növündən çay. 1980-ci illər əsnasında Tayvanın Tayçunq şəhərinin çay mağazalarında ilk dəfə servis edildi. Ən çox qovuqlu çay reseptləri meyvə və ya süd ilə qarışıq bir çay döşəməni ehtiva edir. Qovuqlu çayların ümumiyyətlə, iki fərqli növü var: meyvə dadlı çaylar və süd çayları. Qovuqlu çay ən çox çeynənən tapioka topları'ndan ("boba") ibarətdir, lakin o, çəmən jeli, aloe vera, qırmızı lobya və partlayan boba kimi digər əlavələrlə də hazırlana bilər. Qovuqlu çayları iki kateqoriyaya bölünür: südsüz çaylar və südlü çaylar. Hər iki növ əsas olaraq qara çay, yaşıl çay və ya oolong çay seçimi ilə gəlir. Südlü çaylara adətən toz və ya təzə süd daxildir, lakin qatılaşdırılmış süd, badam südü, soya südü və ya kokos südündən də istifadə edilə bilər.
Soluqlu (Çaypara)
Soluqlu (fars. سلوكلو‎‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 319 nəfər yaşayır (56 ailə).
Somuqlu (Miyanə)
Somuqlu (fars. سمكلو‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 30 nəfər yaşayır (8 ailə).
Ağ rus toyuğu
Ağ rus toyuğu (rus. Русская белая) — yumurtalıq toyuq cinsi. SSRİ-də yerli toyuqların leqqornla cütləşdirilməsindən alınmışdır. Yerli şəraitdə yaxşı uyğunlaşır, tez kökəlir. Lələkləri ağ, pipiyi dik, dimdiyi və ayaqları sarıdır. Toyuqların diri çəkisi 2,2–2,4 kiloqram, xoruzlarınkı 2,9–3,2 kiloqram olur. 140–150 günlükdən yumurtalamağa başlayır. İldə 200 və ya daha çox yumurta verir. Yumurtası 58–65 qram gəlir. Postsovet məkanında geniş yayılmışdır.
Bankiv cəngəllik toyuğu
Bankiv cəngəllik toyuğu (lat. Gallus gallus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinin cəngəllik toyuğu cinsinə aid heyvan növü. == Yarımnövləri == G. g. bankiva G. g. gallus G. g. jabouillei G. g. murghi G. g.
Boz cəngəllik toyuğu
Boz cəngəllik toyuğu (lat. Gallus sonneratii) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinin cəngəllik toyuğu cinsinə aid heyvan növü.
Seylon cəngəllik toyuğu
Seylon cəngəllik toyuğu (lat. Gallus lafayettii) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinin cəngəllik toyuğu cinsinə aid heyvan növü.
Yaşıl cəngəllik toyuğu
Yaşıl cəngəllik toyuğu (lat. Gallus varius) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinin cəngəllik toyuğu cinsinə aid heyvan növü.
Azərbaycan toyuğu (cins)
Azərbaycan toyuq cinsi — Azərbaycan toyuq cinsi yumurtalıq istiqamətli cinsdir. Azərbaycanın yerli isti iqlim şəraitinə davamlıdır. Hər toyuqdan ildə orta hesabla 120–150 ədəd yumurta almaq mümkündür. Yumurtanın çəkisi 50–60 qram olur. Yumurtadan cücə çıxma faizi yüksəkdir. Fərələr 4–5 aylığında yumurta verirlər. Xoruzların diri kütləsi 2,5–3 kq, toyuqlarınki isə 1,8–2.5 kq arasında dəyişir. Yetişdirmə şəraitindən asılı olaraq eksteryeri və məhsuldarlıq göstəriciləri müxtəlif olur. Xəstəliklərə davamlı olduğuna görə, həyətyanı təsərrüfatlarda yetişdirilir. Azərbaycan ərazisində geniş ərazidə yayılmışdır.
Tovuzlu (Xudabəndə)
Tovuzlu (fars. توزلو‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 2,085 nəfər yaşayır (450 ailə).
Toxumlu bitkilər
Toxumlu bitkilər (lat. Spermatophyta) — ali bitkilərin toxum əmələ gətirən bitkilər qrupu. Çiçəkli bitkilər və çılpaqtoxumlular bu qrupa aiddirlər.
Toxumlu qıjılar
Toxumlu qıjılar (lat. Pteridospermopsida) — çılpaqtoxumlular şöbəsinə aid nəsli kəsilmiş bitki sinfi. Meyen S. V. Ginkgo — a living pteridosperm // The International Organisation of Palaeobotany Newsletter. 1981. N 15. P. 9—11.
Çopuqlu (Kərəsf)
Çopuqlu (fars. چپقلو‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 177 nəfər yaşayır (40 ailə).
Çopuqlu (Xudabəndə)
Çopuqlu (Çaroymaq)
Çopuqlu (fars. چپقلو‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə kənddə 315 nəfər yaşayır (63 ailə).
Soyuqsu (Altınova)
Soyuqsu — Türkiyənin Yalova vilayətinin Altınova rayonuna bağlı kənd. Kənd 1946-cı ildə Ayazma adlandırılmışdır. Bu ad yunan sözü olan "agíasma" sözündən gəlir, mənası "müqəddəs yer, ziyarətgah" deməkdir. Kənd Yalova vilayətindən 23 kilometr, Altınova rayonundan isə 2 kilometr məsafədədir.
Çopuqlu (Hövmə)
Çopuqlu (fars. چپقلو‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 282 nəfər yaşayır (54 ailə).
Göyüşlü
Böyük Göyüşlü — Azərbaycanın Bərdə rayonunda kənd. Bala Göyüşlü — Azərbaycanın Bərdə rayonunda kənd.
Söyüdlü
Söyüdlü (Qars) Söyüdlü (Xoy) — Söyüdlü (Başkeçid) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid bələdiyyəsinin inzibati-ərazi vahidində kənd; Söyüdlü (Cəbrayıl) — Azərbaycanın Cəbrayıl rayonunda kənd; Söyüdlü (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunda kənd. Söyüdlü (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda kənd. Söyüdlü (Şörəyel) — Şörəyel mahalında kənd. Böyük Söyüdlü — Azərbaycanın Oğuz rayonunda kənd. 5 oktyabr 1999-cu ildə ləğv olunmuşdur. Söyüdlü (Duzluca) — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd. Söyüdlü — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Ağin (Ani) rayonunda kənd. Söyüdlü — Gədəbəy rayonu ərazisində dağ. Söyüdlü çay — Kəlbəcər rayonu ərazisində çay. Söyüdlüdərə — Xanlar rayonu ərazisində dağ.
Mübariz Göyüşlü
Mübariz Müstəqim oğlu Göyüşlü (23 yanvar 1981, Daş Salahlı, Qazax rayonu) — Müasir İnkişaf İctimai Birliyinin sədri, Yeni Media Qrupunun təsisçisi və baş redaktoru və Türk Eli jurnalının baş redaktoru. AMEA Mərkəzi Elmi Kitabxanasının Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, Bakı Dövlət Universitetinin müəllimi, siyasi şərhçi. Türk-İslam ideoloji prinsipini müdafiə edir. 2001-ci ildən 2005-ci ilə kimi müxtəlif gənclər təşkilatlarinda çalışaraq həmin prinsipləri təbliğ edib. Bu ideoloji prinsipləri daha geniş təbliğ etmək üçün 2005-ci il 5 iyunda “Müasir İnkişaf” İctimai Birliyinin əsasını qoyub və daha geniş aiditoriyanı əhatə etməyə, həyata keçirilən tədbirlərin səmərəliliyini artırmağa çalışır. Mübariz Göyüşlü 1981-ci il yanvarın 23-də Qazax rayonunun Daş Salahlı kəndində anadan olub. Bakı şəhəri, Xətai rayonundakı 269 saylı orta məktəbdə 1987-1997-ci illərdə orta təhsil; Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində 1998-2003-cü illərdə bakalavr (qiyabi), 2005-2008-ci illərdə mətbuat tarixi və ideoloji iş metodları istiqaməti üzrə magistraturada (qiyabi) ali təhsil alıb. 2014-2015-ci illərdə Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən tələbələrin akademik məsləhətçisi kursunu müvəffəqiyyətlə bitirib. 2016-cı ildən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika kafedrasında siyasi elmlər üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün (“Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin informasiya təminatı (iki ölkənin 2005-2015-ci illər media materialları əsasında”) elmi iş üzərində çalışır. İxtisasca jurnalistdir.
Söyüdlü arx
Söyüdlü arx- kitabı İlyas Əfəndiyev tərəfindən yazılmışdır. Roman 1958-ci ildə dərc olunub. İlyas Əfəndiyev yaradıcılığa lirik ruhlu hekayələrlə başlayıb və 1939-cu ildə onun "Kənddən məktublar" adlı beş hekayədən ibarət ilk kitabı çıxıb. Gənc yazıçının şirin, lirik, dəqiq və ifadəli nəsr dili, cazibədar təhkiyə tərzi ilk yazılarından diqqəti çəkib."Söyüdlü arx" (1958) romanının əsas qəhrəmanı, şəhərdən kəndə işləməyə gəlmiş Nuriyyə xanım gənc aktirasıdır, lakin əsərin süjetində yenilik ondadır ki, Nuriyyə ancaq kənddə mədəni quruculuqla məşğuldur, kitabxana müdiridir. O, burada dram dərnəyi təşkil edir, cavanları kitabxanaya cəlb edir. Təsərrüfat məsələlərində yenilikçilərlə mühafizəkarlar arasında konfilikt Söyüdlü arxın uzadılması problemiylə bağlıdır və mübahisələr kəndin rəhbər işçiləri arasında gedir. Romanın uğur qazanmasında əsas rolu Nuriyyənin mədəniyyət sahəsində fəaliyyəti yox, onun mənəvi aləmi, şəxsi həyatı oynayır. Yazıçı qəhrəmanın həyatının bu tərəflərinə xüsusi diqqət yetirir.Roman birinci şəxsin-Nuriyyənin dilindən, onun xatirələri kimi verilir. Nuriyyə altı il ərzində sevib ürəyində gəzdirdiyi Murada təsadüfən rast gəlir, lakin onun ailəsi olduğunu bildikdə nəcib qız sevgisini qəlbinin dərinliyində basdırmağa qərar verir. Romanın sonunda bu gözəl təbiətli qadın, nəhayət ki, öz taleyini tapır və əsər nikbin sonluqla bitir.
Söyüdlü hadisələri
Gədəbəy hadisələri və ya Söyüdlü hadisələri — Gədəbəyin Söyüdlü kəndində Gədəbəy qızıl emalı zavodunun tullantıları üçün süni göl yaradılmasına razı olmayan kənd sakinlərinin 20 iyun 2023-cü il tarixində başlatdıqları etiraz aksiyaları. Etiraza səbəb təkcə qızıl mədənləri üçün süni göl düzəltmək yox, həm də qızıl mədən tullantıxanasının ləğvi və qızıl emalı zavodunun zəhərli tullantıları ərazidə toplanması faktorudur. Etirazın qarşısını almaq üçün kənd əhalisinin üzərinə daxili qoşunlar yeridilib. Polis gözyaşardıcı qaz və rezin güllə istifadə edərək etiraz aksiyasını yatırdıb. Kənd sakinləri 21 iyun 2023 tarixində 2-ci dəfə aksiya keçirib. Onlar ötən günki aksiyada həbs olunan 5 nəfərin sərbəst buraxılması üçün rayon polis idarəsinə doğru yürüş etməyə çalışıblar. Lakin polis sakinlərə mane olub. Polis kəndin çıxışında dayanaraq sakinlərin kəndi tərk etməsinin qarşısını alıb. Polislər Gədəbəyin Söyüdlü kəndinə giriş-çıxışı bağlayıblar və kəndə yalnız sakinlər buraxılıb. Söyüdlü kəndində baş verən etirazları bəzi media orqanları xarici amillərlə əlaqələndirirlər.
Söyüdlü (Duzluca)
Söyüdlü — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd. Kənd 1901-ci ildən eyni addadır.
Söyüdlü (Qars)
Söyüdlü — Türkiyənin Qars vilayətinin Mərkəz rayonunda kənd. Əhalisi 267 nəfərdir (2022).
Söyüdlü hadisəsi
Gədəbəy hadisələri və ya Söyüdlü hadisələri — Gədəbəyin Söyüdlü kəndində Gədəbəy qızıl emalı zavodunun tullantıları üçün süni göl yaradılmasına razı olmayan kənd sakinlərinin 20 iyun 2023-cü il tarixində başlatdıqları etiraz aksiyaları. Etiraza səbəb təkcə qızıl mədənləri üçün süni göl düzəltmək yox, həm də qızıl mədən tullantıxanasının ləğvi və qızıl emalı zavodunun zəhərli tullantıları ərazidə toplanması faktorudur. Etirazın qarşısını almaq üçün kənd əhalisinin üzərinə daxili qoşunlar yeridilib. Polis gözyaşardıcı qaz və rezin güllə istifadə edərək etiraz aksiyasını yatırdıb. Kənd sakinləri 21 iyun 2023 tarixində 2-ci dəfə aksiya keçirib. Onlar ötən günki aksiyada həbs olunan 5 nəfərin sərbəst buraxılması üçün rayon polis idarəsinə doğru yürüş etməyə çalışıblar. Lakin polis sakinlərə mane olub. Polis kəndin çıxışında dayanaraq sakinlərin kəndi tərk etməsinin qarşısını alıb. Polislər Gədəbəyin Söyüdlü kəndinə giriş-çıxışı bağlayıblar və kəndə yalnız sakinlər buraxılıb. Söyüdlü kəndində baş verən etirazları bəzi media orqanları xarici amillərlə əlaqələndirirlər.