Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Road&Traffic
Road and Traffic — Xəzər regionunda yol infrastrukturu, ictimai nəqliyyat, yol təhlükəsizliyi və informasiya texnologiyaları kimi sektorların peşəkarlarını öz meydançasında bir araya toplayan biznes platforma. == Məqsəd == Sərgi yol, körpü və tunellərin layihələndirilməsi və inşası əsnasında bu sahənin mütəxəssislərinə müasir həll seçimlərini təqdim etmək, habelə bazarın tələbatlarını və intellektual nəqliyyat sistemi (İNS) sektoruna aid olan məhsullarınızın satış potensialını tədqiq etmək, Azərbaycanın ictimai nəqliyyat operatorları ilə görüşmək və bu sahə üzrə tenderlərdə iştirak etmək imkanı yaradır. == Tarix == === 2014 === Road&Traffic 2014 sərgisində Azərbaycan, Almaniya, Türkiyə və Fransa şirkətləri tərəfindən geniş çeşiddə yol-tikinti avadanlıqları, materiallar, infrastruktur və servis xidmətləri nümayiş etdirilib. === 2018 === "Road & Traffic 2018" sərgisində yol-tunel inşaatı, yol hərəkətinin idarə edilməsi sahəsində müasir informasiya texnologiyalarının tətbiqi və ictimai nəqliyyat sahəsi üzrə istehsalçı və operatorların görüşü baş tutmuş, eləcə də yol təhlükəsizliyi ilə bağlı problemlərin həlli yolları üzrə əldə olunan ən son nailiyyətləri nümayiş etdirilmişdir. === 2022 === Road&Traffic 2022 sərgisində Azərbaycan, Almaniya, Belarus, Yunanıstan, İtaliya, Qazaxıstan, Rusiya Federasiyası, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) şirkətləri öz məhsul və xidmətlərini təqdim ediblər.
Renault Trafic
Renault Trafic — Fransız avtomobil və kommersiya avtomobilləri istehsalçısı Renault tərəfindən dizayn edilmiş, işlənib hazırlanmış və bazara çıxarılan orta ölçülü furqondur. Opel/Vauxhall Vivaro, FIAT Talento (Scudo Van) və Nissan NV300 adı ilə digər bazarlarda da satılır. O, Renaultun Fransanın Sandouville şəhərindəki fabrikində istehsal olunur. Türkiyəyə 1,6 dCi 115 at gücünə malik mühərriklə gəlir.
Trafik
Trafik (ing. traffic) — hərəkət, nəqliyyat, ticarət. Trafik müxtəlif sahələr üçün olur: Konpyuter texnikasında Trafik — informasiyanın həcmi. Trafik verilənləri — kompüter sistemi vasitəsilə ötürülən və müvafiq rabitə zəncirinin tərkib hissəsi olan kompüter sistemlərində yaradılan informasiya ilə əlaqəli olan və informasiyanın mənbəyi, təyinatı, marşrutu, vaxtı, tarixi, həcmi, davamlılığı və ya əsas xidmətin növünü göstərən kompüter verilənlərini nəzərdə tutur.Kompüter şəbəkəsində Trafik — müraciətlərin və ya sorğuların sayı.Nəqliyyatda Trafik — yol hərəkətinin intensivliyi.Filmlər Trafik (film, 2000) — 2000-ci ilin filmi.Mahnılar Trafik (Zemfira) — Zemfiranın ifasında mahnı. Trafik (CENTR) — CENTR qrupunun ifasında mahnı.
Raffi Hovanisyan
Raffi Riçard Hovanisyan (erm. Րաֆֆի Հովհաննիսյան; 20 noyabr 1959, Fresno, Kaliforniya) — erməni siyasətçi, İrs Partiyasının sədri, 2013-cü il seçkilərində prezidentliyə namizəd. == Biografiya == Raffi Hovanisyan 1959-cu ildə Kaliforniyanın Fresno şəhərində Riçard və Armenouhi Hovanisyanın ailəsində anadan olub. 1977-cu ildə Berkli Kaliforniya Universitetində politologiya fakültəsində təhsil almağa başlayıb. 1979-cu ildə Kaliforniya Universitetinin Los Angeles kampusuna "Ermənistan tarixi" fakültəsinə keçib. 1980–82-ci illərdə Fletçer institutunda təhsil alıb. Həmin illərdə Taft Universitetində Ermənistan Tarixi fənni üzrə dərslər verib. 1990-cı ildə ABŞ-dən Ermənistan-a köçüb və burada siyasi fəaliyyətə başlayıb. 1991–1992-ci illərdə Ermənistanın ilk Xarici İşlər Naziri olub. 2002-ci ildə İrs Partiyasının əsasını qoyub.