Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tragium anisum
Adi cirəgülü (lat. Pimpinella anisum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin cirəgülü cinsinə aid bitki növü. Adi cirəgülünün vətəninin Aralıq dənizi sahilləri və ya Yaxın Şərq olduğunu hesab edilsə də hələ də, onun vətəni dəqiq məlum deyil. Bəzi müəlliflər (Dekandol, Kalestani) isə bu bitkinin yabanı əcdadının Anisum creticum olduğunu hesab edirlər. Anisum odoratum Raf. Anisum officinale DC. Anisum officinarum Moench Anisum vulgare Gaertn. Apium anisum (L.) Crantz Carum anisum (L.) Baill. Ptychotis vargasiana DC. Selinum anisum (L.) E.H.L. Krause Seseli gilliesii Hook. & Arn. Sison anisum (L.) Spreng.
Tropizm
Tropizm və ya taksislər - bioloji amillərə özünəməxsus cavab vermək üsullarıdır. Tropizmlərin aşağıdakı növlərini fərqləndirirlər: Fototropizm- canlı orqanizmin işığın təsiri ilə hərəkət etmə meyli; Termotropizm - istilik təsiri ilə hərəkətetmə meyli; Xemotropizm - müəyyən fiziki-kimyəvi mühiti seçməyə meyli; Topotropizm - mexaniki qıcıqlandırıcıların təsir ilə hərəkət etmə meyli və s. Ümumi psixologiya. Prof. S.İ.Seyidov və prof. M.Ə.Həmzəyevin elmi redaktorluğu ilə.
Turanizm
Turançılıq, turanizm — bütün Ural-Altay xalqlarının birliyini nəzərdə tutan siyasi ideoloji inanc. İlk olaraq finlər, macarlar, estonlar və Rusiya tərkibindəki fin-ugor xalqları ilə bərabər mancurlar, monqollar və türkdilli xalqların birləşməsi məqsədilə ortaya atılmışdır. Türkçü və turancı şəxslərdən Ziya Gökalp isə "Türkçülüyün əsasları" adlı əsərində turancılığın heç də macarları, monqolları, mancurları, finləri birləşdürmək məqsədi güdmədiyini bildirmişdir. Rusiyada 1905-ci il inqilabından əvvəl azərbaycanlı və tatar ziyalıları tərəfindən dəstəklənmiş bu ideologiya, Türkiyədə 1908-cı ildə II Məşrutiyətin elan edilməsindən sonra yayılmağa başladı. İttihad və tərəqqi partiyasının rəhbərləri arasında Ziya Gökalpın irəli sürdüyü turançılıq baxışları əsas götürülmüşdür. O dövrün Osmanlı komandanlarından biri olan Ənvər paşa isə 1918–1922-ci illərdə keçmiş Rusiya İmperiyasının ərazisində turançılıq fikrini canlandırmağa çalışırkən şəhid olmuşdur. Ziya Gökalpın bir şeirindəki aşağıdakı beyt, turançılıq baxışlarını konkret əks etdirir: Vətən nə Türkiyədir türklərə, nə Türküstan; Vətən böyük və əbədi bir ölkədir: Turan. Turania.org.
Rasizm
İrqçilik və ya rasizm — İrqçilik, insanların qruplarının fiziki görünüşünə uyğun fərqli davranış xüsusiyyətlərinə sahib olduqlarına və bir irqin digərindən üstün olmasına görə bölünə biləcəyinə inamdır. Ayrıca fərqli bir irqi və ya etnik mənşəli olduğu üçün digər insanlara qarşı yönəlmiş qərəz, ayrı-seçkilik və ya düşmənçilik mənasını verə bilər. İrqçiliyin müasir variantları çox vaxt xalqlar arasında bioloji fərqlərin sosial qavranılmasına əsaslanır. Bu görüşlər, ehtimal olunan ortaq irsi əlamətlərə, qabiliyyətlərə və ya keyfiyyətlərə əsaslanaraq fərqli irqlərin bir-birlərindən üstün və ya daha aşağı olduğu sıralanan ictimai hərəkətlər, təcrübələr və ya inanclar və ya siyasi sistemlər şəklində ola bilər. Ayrı-seçkilik praktikasında və ya qanunlarda qərəz və ya lovğalanma ifadəsini dəstəkləyən siyasi sistemlər (məsələn, aparteid) baxımından, irqçi ideologiya nativizm, ksenofobiya, digərlik, seqreqasiya, iyerarxik sıralama və supremasizm kimi əlaqəli sosial aspektləri əhatə edə bilər. Çağdaş sosial elmdə irq və etnik anlayışlar ayrı hesab olunsa da, iki termin məşhur istifadə və köhnə ictimai elm ədəbiyyatında uzun bərabərliyə malikdir. "Etnik mənsubiyyət" adətən ənənəvi olaraq "irqi" ilə əlaqəli bir mənada istifadə olunur: insan qrupunun vacib və ya doğma olması ehtimal olunan keyfiyyətlərə görə bölünməsi (məsələn, ortaq əcdad və ya ortaq davranış). Buna görə, irqçilik və irqi ayrı-seçkilik, bu fərqliliklərin irqi olaraq təsvir edilməsindən asılı olmayaraq, etnik və ya mədəni zəmində ayrı-seçkiliyi təsvir etmək üçün istifadə olunur. Birləşmiş Millətlər Təşkilatının irqi ayrı-seçkiliyə dair konvensiyasına görə, "irqi" və "etnik" ayrı-seçkilik terminləri arasında heç bir fərq yoxdur. BMT Konvensiyası, irq fərqliliyinə əsaslanan üstünlüyün elmi cəhətdən yalan, mənəvi məhkum, sosial ədalətsiz və təhlükəli olduğu qənaətinə gəlir.
Taoizm
Daosizm — milli dindir. Daosizm (Çin 道教 — dàojiào) din və fəlsəfə elementlərini özündə birləşdirən Çin ənənəvi təlimi olan Tao və ya "şeylərin yolu" doktrinasıdır Dini və fəlsəfəni birləşdirən "San tzyao" adlanan üç ənənəvi Çin təlimlərindən biridir. Lüğətdə "Dao" "yol" deməkdir. Termin kimi "Dao-tzyao" "yol haqqında təlim" və ya Tien Tao "Səmanın yolu" səfi təlim kimi hələ e.ə. IX əsrlərdə Sarı İmperator Xuan-di tərəfindən yaradılmışdı. İlkin mənbəyi ibtidai sehrə və şamanizmə gedib çıxır. Din kimi e.ə. II əsrdən etibarən yaranmağa başlasa da, Daos dini sistemi isə artıq III–IV əsrlərdə formalaşdı. Dinin əsasında Çju imperiyasının şaman kultu, ölümsüzlük ideyası, mistik mərasimlər və fəlsəfə ənənəsi durmuşdu. Daoizm harmoniyaya çatmağın təlimi əsasında yaradılmış dindir.
Taşizm
Taşizm — rəsmdə qeyri-qanuni formalı rəngli ləkələrin və damcıların istifadəsinə əsaslanan sənət növüdür.Termin, fransızca "tache" (ləkə) sözündən götürülmüşdür. Bu anlayış əvvəlcədən rəsm hərəkətini inkar edir və bədii yaradıcılıqda təsadüfiliyin ön plana çıxarılmasını nəzərdə tutur.Avropa incəsənətində Amerikada yaranmış abstrakt ekspressionizm cərəyanının ekvivalenti hesab oluna bilər. Bu hərəkata verilən digər adlar l'art informel (Amerika incəsənətindəki hərəkətli rəsmə bənzər) və abstraksiya lirikasıdır (Amerika incəsənətindəki Lirik abstraksiyaya bənzər). Bu hərəkata verilən digər adlar l'art informel (Amerika incəsənətindəki hərəkətli rəsmə bənzər) və abstraksiya lirikasıdır (Amerika incəsənətindəki Lirik abstraksiyaya bənzər). Paris Məktəbi termini II Dünya müharibəsindən sonra taşizm əvəzinə istifadə edilməyə başladı.Bu hərəkatın əhəmiyyətli dəstəkçiləri arasında Jean Dubuffet, Pierre Soulages, Nicholas de Stael, Hans Hartung, Serge Poliakoff və Georges Mathieu kimi sənətçilər var. Chilversə görə, taşizm termini ilk dəfə 1951-ci ildə istifadə edilib (Fransız tənqidçiləri Charles Estienne və Pierre Gueguen tərəfindən irəli sürülüb) və fransız tənqidçi və rəssamı Michel Tapie tərəfindən yazılan Un Art autre (1952) kitabı ilə bütün dünyaya elan edilib. Kubizmə reaksiya olaraq doğan taşizm; qəfil fırça vuruşları, damlalar və ləkələrlə eyniləşdirilir və bəzən xəttatlıq sənətini təqlid edir. Taşizm həm də sənət tənqidinin ön planda olduğu 1950-ci illərdə Fransada liderlik edən Art Informel hərəkatı ilə sıx bağlıdır. Lakin bu tendensiyanın qəbulu ənənəvi anlayışla tam üst-üstə düşmür.
Pan-İranizm
Paniranizm (fars. پان‌ایرانیسم‎) — əsasən İranda yayılan ideologiya. Bu ideologiyanın tərəfdarları İranda yaşayan xalqların, eləcə də osetinlərin, talışların, tatların, kürdlərin, taciklərin, puştunların, bəlucların, zazaların bir dövlət altında birləşdirilməsini istəyirlər. İdeologiyanı dəstəkləyənlərin fikrincə türk dillərindən biri olan Azərbaycan dilində danışsalar da iranlı kökünə sahib olduğuna görə azərbaycanlılar da bu sıraya aiddirlər. Paniranizm ilk dəfə 1920-ci illərdə Mahmud Əfşar Yəzdi irəli sürülmüşdür.
Pan İranizm
Paniranizm (fars. پان‌ایرانیسم‎) — əsasən İranda yayılan ideologiya. Bu ideologiyanın tərəfdarları İranda yaşayan xalqların, eləcə də osetinlərin, talışların, tatların, kürdlərin, taciklərin, puştunların, bəlucların, zazaların bir dövlət altında birləşdirilməsini istəyirlər. İdeologiyanı dəstəkləyənlərin fikrincə türk dillərindən biri olan Azərbaycan dilində danışsalar da iranlı kökünə sahib olduğuna görə azərbaycanlılar da bu sıraya aiddirlər. Paniranizm ilk dəfə 1920-ci illərdə Mahmud Əfşar Yəzdi irəli sürülmüşdür.
Melissa tragi
Tarqim
Tarqim(inquş Тӏаргам) — İnquşetiyada qədim şəhər. Ceyrax rayonunda yerləşir. İndi tərk edilmiş ərazi, inzibati cəhətdən Quli kənd yaşayış məntəqəsinə daxildir.. Şəhər ərazisində bir çox tarixi obyektlərlə təmsil olunan “Tarqim” memarlıq kompleksi var. Buraya qala tipli qədim siklop tikililər, 4 müdafiə qalası, 4 kiçik müdafiə qalası və 16 uçuq-sökük yaşayış qalası, o cümlədən 19 qəbir abidəsi, 2 məqbərə və 5 ziyarətgah daxildir. Hazırda İnquş memarlığının bu obyektləri və şəhərin bütün ərazisi Ceyrax-Assa Dövlət Tarix-Memarlıq və Təbiət Muzey-Qoruğuna daxildir və dövlətin mühafizəsi altındadır. Şəhər İnquşetiyanın cənubunda, Gürcüstanla sərhədə yaxın, Tarqim hövzəsində Assa çayının sağ sahilində yerləşir. Şəhər dəniz səviyyəsindən 1080 m yüksəklikdədir. Ən yaxın yaşayış məntəqələri: şimal-qərbdə - Eqikxal, cənub-qərbdə - Xamxi, cənubda - Qureti, qərbdə isə Barxanədir. Coğrafi cəhətdən Tarqimə Txaba-Yerdi qala kompleksi yolunda yerləşən Qureti və İsmayıl-koa kəndləri daxildir.
Taqım
Taqım və ya dəstə , ehtiyaclara və şərtlərə görə sayı dəyişməklə birlikdə təməl olaraq 35-40 şəxsi heyətdən ibarət olan hərbi bölmə. Dəstə komandiri Kiçik leytenant, Leytenant və ya Baş leytenant rütbəsindədir. Müstəqil vəzifə icra edə biləcək ən kiçik bölmədir. Təməl olaraq bir piyada dəstəsi,dəstə qərargahı, 3 piyada manqası və topçu manqasından ibarətdir. Ancaq bu birliyin vəzifələrinə görə dəyişə bilər. Sərhəd dəstəsi, Kəşfiyyat taqımı, Topçu taqımı, Minaatan taqımı kimi növləri var və bunların vəzifəyə görə özlərinə xas quruluşları vardır.
Tağım
Taqım və ya dəstə , ehtiyaclara və şərtlərə görə sayı dəyişməklə birlikdə təməl olaraq 35-40 şəxsi heyətdən ibarət olan hərbi bölmə. Dəstə komandiri Kiçik leytenant, Leytenant və ya Baş leytenant rütbəsindədir. Müstəqil vəzifə icra edə biləcək ən kiçik bölmədir. Təməl olaraq bir piyada dəstəsi,dəstə qərargahı, 3 piyada manqası və topçu manqasından ibarətdir. Ancaq bu birliyin vəzifələrinə görə dəyişə bilər. Sərhəd dəstəsi, Kəşfiyyat taqımı, Topçu taqımı, Minaatan taqımı kimi növləri var və bunların vəzifəyə görə özlərinə xas quruluşları vardır.
Raqim Hadiyev
Taqım (film)
Taqım — 1986-cı ildə Oliver Stoun rejissoru olduğu film. Oskar mükafatına layiq görülmüşdür.
Taqım (film, 1986)
Taqım — 1986-cı ildə Oliver Stoun rejissoru olduğu film. Oskar mükafatına layiq görülmüşdür.