Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Suya tullanma 2017 Su idman növləri üzrə Dünya Çempionatında – Kişilər 1 metr tramplin
Kişilər 1 metr tramplin — 2017 Su idman növləri üzrə Dünya Çempionatında 14 və 16 iyul 2017-ci il tarixləri aralığında keçirilən yarışdır. == Nəticələr == Təsnifat mərhələsinə 14 iyul 11:00-da start verilmişdir. Final mərhələsinə 16 iyul 15:30-da start verilmişdir.Yaşıl finalçılar deməkdir.
Donald Trampın filmoqrafiyası
Donald Tramp — ABŞ-nin 45-ci prezidenti, biznesmeni və mediamaqnatı. O, müxtəlif illər ərzində filmlərdə və teleseriallarda epizodik rollarda çəkilmiş və televiziya verilişlərinin qonağı olmuşdur.
Tromelin adası
Tromelin adası (fr. Tromelin) — Hind okeanında yerləşən yaşayışı olmayan ada. Adaya Mavriki iddia edir. Bununla belə Fransanın nəzarətindədir. Ada Fransanın mülkiyyəti olaraq Fransa Dənizaşırı Bölgələr Birliyinin bir parçası olan Fransanın Cənub və Antarktika əraziləri bölgəsinin Eparse adaları zonasına daxildir. Coğrafi baxımından isə Mavriki daxili adalarına daxildir. == Coğrafiya == Ada Hind okeanının cənubunda, Madaqaskardan 450 km şərqdə yerləşir. Ada vulkan mənşəllidir. Burada qoruq təşkil edilmişdir. Adada uçuş zolağı vardır.
Jan Templin
Jan Templin (fr. Jean Templin; ilk adı Yanuş Templin pol. Janusz Templin olmuşdur; 14 dekabr 1928, Fransa – 23 noyabr 1980) — hücumçu mövqeyində oynamış Fransa futbolçusu. Çempionlar Kubokunun ilk mövsümünün finalında vurulan qollardan birinin müəllifi. == Həyatı == 1928-ci ildə müasir Belarus ərazisində, Baranoviçi şəhərində anadan olmuşdur (o zaman Polşa Respublikasının Novoqrudek voyevodalığı idi). Futbolçu karyerasına Fransanın "Vilfranş Bojole" həvəskar klubunda başlamışdır. 1950-ci ildə yüksək liqanın "Reyms" klubuna keçdi. "Reyms"in forması ilə 150-dən çox oyuna çıxmış və iki dəfə Fransa çempionu olmuşdur, bundan başqa 1953-cü ildə Latın Kubokunun qalibi olmuşdur. 1955/56 mövsümündə klubla birlikdə Çempionlar Kubokunun ilk finalının iştirakçısı oldu. "Real Madrid"ə qarşı keçirilən oyun 3:4 hesabı ilə ispaniyalıların xeyrinə bitdi, Templin həmin oyunun 10-cu dəqiqəsində klubunun 2-ci qolunu vurmuşdur.