Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Fransalı
Fransızlar – Fransanın əsas əhalisi, millət. ABŞ və Kanadada, həmçinin keçmişdə Fransanın müstəmləkə və dominionu olmuş ölkələrdə də yaşayırlar. Fransız dilində danışırlar, dindarlarının əksəriyyəti katolikdir. Fransanın formalaşmasında keltlər (qallar, e.ə. 1-ci minilliyin ortaları), romalılar (e.ə. 3–1 əsrlər), sonralar vestqotlar, burqundlar, franklar və b. iştirak etmişdir. 6-cı əsrdə Qalliyada vestqotlar və burqundlar öz krallıqlarını, franklar isə Frank dövlətini yaratdılar. 9-cu əsrdə Karolinqlər imperiyası parçalandığı zaman frank sözü həm ölkənin, həm də xalqın adında və dilində qalmışdı. Vahid fransız xalqı və dili təqr.
Fransalı Elizabet
Fransalı Elizabet (isp. Elisabet de Francia; fr. Élisabeth de France) (22 noyabr 1602[…], Fontenblo – 6 oktyabr 1644[…], Madrid) — İspaniya və Portuqaliya kralının xanımı. Fransa kralı IV Henrinin və Mariya Mediçinin böyük qızıdır. Katalan üsyanı illərində 1640–1642 və 1643–1644-cü illərdə kral naibəsi olaraq İspaniyanı idarə etdi.
Fransalı Klaudye
Fransalı Mariya
Fransalı Mariya (fr. Marie de Lorraine; 22 noyabr 1515, Bar-le-Dyuk[d] – 11 iyun 1560, Edinburq qalası) — Şotlandiya kralı V Ceymsin ikinci xanımı, Şotlandiya kraliçası. 1538-ci ildə Şotlandiya kralı ilə evləndi və Şotlandiya kraliçası oldu. Ən kiçik övladı Mariya Stüartın doğumundan 6 gün sonra kral vəfat etdi və körpə qızcığaz Şotlandiya kraliçası elan edildi. Ceyms Hamiltonun 12 illik naibliyinin ardından Mariya 1554-cü ildə kraliçanın naibəsi olaraq vəzifəyə gətirildi. 6 illik naibəliyi dövründə katolik Fransa krallığı ilə əlaqələri gücləndirmiş, İngiltərədən azad və katolikləşmiş bir Şotlandiya krallığı qurmaq istəmişdi. Ancaq Şotlandiyadakı protestant reformasiyasının önünü ala bilmədi və ölümündən sonra qızına iğtişaşlarla çalxalanan bir krallıq buraxdı. == Həyatı == === Uşaqlıq illəri === Medlin 22 noyabr 1515-ci ildə Lotaringiyadakı Bar-le-Dyuk sarayında Quiza hersoqu Klaud və xanımı Burbonlu Antuanettanın ilk qızı olaraq dünyaya gəldi. Hələ 5 yaşında ikən doğulan bacısına xaç anası olaraq seçildi. Çox keçmədən Mört-Mozeldəki bir kilsədə rahibə həyatı yaşayan nənəsi Filippanın yanına getdi və onun himayəsində böyüdü.
Fransalı Madlen
Valualı Medlin (fr. Madeleine de Valois; 10 avqust 1520, Sen-Jermen-an-Le[d] – 7 iyul 1537, Edinburq) — Şotlandiya kralı V Ceymsin ilk xanımı, Şotlandiya kraliçası. O, Fransa kralı I Fransisk və xanımı Fransalı Klodun qızıdır. Evliliyi 1517-ci ildə bağlanan Şotlandiya-Fransa sülhünə əsasən baş tutdu. Ancaq Medlinin doğuşdan bəri səhhəti yaxşı deyildi və toydan yalnız 6 ay sonra vəfat etdi. Bu səbəblə Şotlandiyanın Yay kraliçası olaraq anılır. == Həyatı == === Uşaqlıq illəri === Medlin 10 avqust 1520-ci ildə Sen-Jermen-an-Le sarayında Fransa kralı I Fransisk və xanımı Fransalı Klodun üçüncü qızı olaraq dünyaya gəldi. Olduqca çəlimsiz bir uşaq olan Medlin həssas olan səhhətinin pozulmaması üçün daha mülayim iqlimi olan cənub torpaqlarına göndərildi. Burada anası və bacısı Valualı Marqarita ilə birlikdə bibisi Navarra kraliçası Anqulemli Marqaritanın yanında qaldı. 4 yaşında ikən anası vəfat etdi və 2 bacı bibilərinin himayəsinə verildi.
Fransalı Robert
Robert de Klermon (fr. Robert du Clermont; təq. 1256[…] – 7 fevral 1317) — Fransa kralı IX Lüdovikin oğlu, Burbon sülaləsinin banisi. == Həyatı == Robert 1256-cı ildə Fransa kralı IX Lüdovik və onun xanımı Provanslı Marqaritanın ən kiçik oğlu olaraq dünyaya gəlib. Uşaqlıq illəriylə bağlı yetərli məlumat olmasa da, azyaşlı ikən yaşadığı bədbəxt hadisə əsnasında aldığı zədəylə ömürlük şikəst qaldığı məlumdur. Bu səbəblə həyatda ikən aktiv siyasi fəaliiyəti olmamışdır. Buna baxmayaraq, 1272-ci ildə dövrün nüfuzlu ailələrindən olan Burqundiya hersoqu IV Hüqonun nəvəsi Beatrisayla evləndirildi. Onun məhz bu evlilikdən dünyaya gələn böyük oğlu Lüdovik, 1589-cu ildə taxta çıxan IV Henrinin ulu babasıdır. Beləcə, onun törəmələri özündən 9 nəsil sonra taxta çıxdı. == Mənbə == Bourbon, John Bell Henneman Jr., Medieval France: An Encyclopedia, Ed.
Fransalı İolanda
Valualı Yolanda (fr. Yolande de Valois; it. Iolanda di Valois) (23 sentyabr 1434, Tur – 23 avqust 1478, Şamberi) — Savoyya hersoqu IX Amadeusun xanımı, Savoyya hersoqinası. Atası Fransa kralı VII Çarlz, anası isə onun ikinci xanımı Anjulu Mariyadır. 1452-ci ildə Savoyya hersoqu Lüdovikin böyük oğlu Amadeusla evləndirildi. Ərinin 1465-ci ildə taxta çıxmasıyla Savoyya hersoqinası oldu. Ancaq ərinin epilepsiya xəstəsi olması səbəbilə hersoqluğun idarəsində söz sahibi olmuşdur. 1472-ci ilin martında əri IX Amadeusun vəfat etməsiylə, oğlu Filibert hersoq, özü isə taxt naibi elan edildi. Atasına qarşı ayaqlanıb onu taxtdan devirən qardaşı XI Lüdovikə qarşı Burqundiya hersoqu Cəsur Karlla ittifaq bağladı. Ancaq müttəfiq qoşunların 1476-cı ildə fransızlara məğlub olmasının ardından, oğlu bütün bu itkilərin səbəbkarı olaraq anasını gördü və onu həbs etdirdi.
Fransalı Klod
Fransalı Klod (fr. Claude de France, 13 oktyabr 1499 – 20 iyul 1524, Blua) — Fransa kralı I Fransiskin ilk xanımı, Fransa kraliçası. O, eyni zamanda Fransa kralı XII Lüdovikin qızı idi. == Mənbə == Henri Pigaillem: Claude de France : Première épouse de François Ier, mère d’Henri II. Pygmalion, 2006, 2756400386 Yves Bottineau: Georges Ier d'Amboise (1460–1510): un prélat normand de la Renaissance, Rouen, PTC, pp. 67–68. Ornato, Monique (2001). Répertoire de personnages apparentés à la couronne de France aux XIVe et XVe siècles [Directory of characters related to the crown of France in the 14th and 15th centuries]. Publications de la Sorbonne. p. 145.
Fransalı Aqnessa (Burqundiya hersoqinası)
Fransalı Aqnessa (fr. Agnès de France; 1260 – 19 dekabr 1327) — Burqundiya hersoqu II Robertin xanımı, Burqundiya hersoqinası. == Həyatı == Aqnessa 1260-cı ildə Fransa kralı IX Lüdovik və xanımı Provanslı Marqaritanın ən kiçik qızı olaraq dünyaya gəldi. Uşaqlıq illəriylə bağlı yetərli məlumat yoxdur. 1279-cu ildə Burqundiya hersoqu II Robertlə evləndirildi və bu Burqundiya hersoqinası oldu. Bu evlilikdən 8 övladı dünyaya gələn Aqnessa, ərinin 1306-cı ildə vəfatının ardından böyük oğlu Hüqonun azyaşlı olması səbəbilə taxt naibəsi elan edildi. 5 il boyunca bu vəzifədə xidmət edən Aqnessa, oğlunun yetkinliyə çatmasıyla dövlət işlərindən uzaqlaşdı. Daha sonra isə digər oğlu Edo hersoq elan edildi. Bu dönəmdə isə saraydan tamamilə uzaqlaşan Aqnessa 1327-ci ilin dekabrında Kot-d'Orda vəfat etdi. == Mənbə == Topping, Peter (1974).
Fransalı Blanş (Avstriya hersoqinası)
Fransalı Blanş (fr. Blanche de France; 1278, Paris – 1 mart 1305, Vyana) — Avstriya hersoqu və Bohemiya kralı I Rudolfun xanımı, Avstriya hersoqinası. == Həyatı == Blanş 1278-ci ildə Parisdə dünyaya gəldi. Atası Fransa kralı III Filipp, anası isə onun ikinci xanımı Brabantlı Mariyadır. Dörd uğursuz nişanlılığın ardından Blanş nəhayət beşinci nişanlısı ilə ailə həyatı qurdu. Onun ilk nişanı 1290-cı ilin sentyabrında Namur markizi I Conla baş tutsa da, qısa zaman sonra bu nişan pozuldu. Onun ikinci nişanlısı isə İngiltərə taxtının varisi Eduard oldu. 31 iyul 1291-ci ildə bağlanan sülh ilə cütlüyün nişanlanması qərarlaşdırılsa da, çox keçmədən varisin anası vəfat etdi. Dul qalan İngiltərə kralı I Eduard isə özünə yeni xanım axtarmağa başladı və oğlunun nişan mərasimini müvəqqəti olaraq təxirə saldı. Növbəti 2 il ərzində Blanş artıq yetkinlik yaşına çatmışdı ancaq I Eduard hələ də özünə uyğun bir xanım tapa bilməmişdi.
Fransalı Blanş (Kastiliya infantası)
Fransalı Blanş (fr. Blanche de France; isp. Blanca de Francia; 1253[…] – 1320, Paris) — Fransa kralı IX Lüdovikin qızı, Kastiliya infantası. == Həyatı == Blanş 1253-cü ildə Təl-Əviv yaxınlığında dünyaya gəlib. Atası Fransa kralı IX Lüdovik, anası isə onun xanımı Provanslı Marqaritadır. Uşaqlıq illəriylə bağlı yetərli məlumat yoxdur. 1269-cu ilin noyabrında Kastiliya kralı X Alfonsonun böyük oğlu və Kastiliya infantı Ferdinand de la Cerda ilə evləndirildi. Cütlüyün bu evlilikdən 2 oğlu dünyaya gəlsə də, çox keçmədən İnfant Ferdinand 1275-ci ildə vəfat etdi. Ənənəyə görə, kralın böyük oğlu vəfat etsə, ondan sonrakı qardaşı deyil, vəfat edən varisin böyük oğul övladı varis elan edilməli idi. Ancaq kralın ikinci oğlu Sanço 1284-cü ildə atasının vəfatı ilə taxtı ələ keçirdi.
Fransalı Marqarita (İngiltərə kraliçası)
Fransalı Marqarita (fr. Marguerite de France; 1282, Paris – 14 fevral 1318 və ya 1318) — İngiltərə kralı I Eduardın ikinci xanımı, İngiltərə kraliçası. == Mənbə == Williamson, David (1986). Kings and Queens of Britain. Topsfield, MA: Salem House Publ. ISBN 0-88162-213-3 Crawford, Anne (2003). "Margaret of France (c.1277–1318)". In Hartley, Cathy (ed.). A Historical Dictionary of British Women.
Fransalı İzabella (Navarra kraliçası)
Fransalı İzabella (fr. Isabelle de France; 18 mart 1241, bilinmir – 17 aprel 1271) — Navarra kralı II Teobaldın xanımı, Navarra kraliçası. == Həyatı == İzabella 1241-ci ildə Fransa kralı IX Lüdovik və xanımı Provanslı Marqaritanın ikinci qızı olaraq dünyaya gəldi. Hələ 2 yaşındaykən böyük bacısı Blanşın vəfatıyla cütlüyün ən böyük övladı oldu. Hələ 1254-cü ildə Navarra kralı II Teobald İzabellayla evlənmək istədiyini bildirdi. Ancaq evlilik şərti olaraq, IX Lüdovik kral və bacısı arasındakı taxt mübarizəsinin nəticələnməsini gözlədi. Ardından 6 aprel 1255-ci ildə Melöndə baş tutan mərasimlə İzabella Navarra kraliçası elan olundu. Olduqca dindar olan İzabellanın bu evlilikdən övladı olmadı. 1270-ci ilin iyulunda atası və əriylə birlikdə Səkkinci səlib yürüşünə qatılan İzabella həmin ilin avqustunda atasını, dekabrında isə ərini itirdi. Səfərdən geri dönən İzabella anasıyla birlikdə vətəni olan Provansa qayıtdı.
Fransalı İzabella (İngiltərə kraliçası)
Fransalı İzabella (fr. Isabelle de France; ən tezi 1288 və ya 1296, Paris – 22 avqust 1358 və ya 1358) — İngiltərə kralı II Eduardın xanımı, İngiltərə kraliçası. O eyni zamanda Fransa kralı IV Filipp və Navarra kraliçası I Jannanın yeganə qızı idi. Cəmi 12 yaşında İngiltərəyə gəlməsinə baxmayaraq, İzabella qısa zamanda saraydakı mühüm siyasi fiqura çevrildi. Baronlarla olan mübarizəsində öncə kralı dəstəkləsə də, sonralar kralın əhatəsindəki bəzi saray məmurlarıyla münasibətlərinin pisləşməsi nəticəsində 1325-ci ildə kralla kraliça arasında soyuqluq yarandı. Belə ki, həmin il İzabella oğlu Eduardı da yanına alaraq müttəfiq axtarmaq bəhanəsiylə Fransaya səyahət etdi. O illərdə sürgündə olan Rocer Mortimerlə ittifaq quran kraliça 1326-cı ildə kiçik bir orduyla İngiltərəni işğal etdi. II Eduardın səltənəti dağıldı və noyabr ayında ələ keçiriləcəyi Uels torpaqlarına qaçdı. 1327-ci ilin yanvarında kral 14 yaşlı oğlunun lehinə taxt-tacdan əl çəkdirildi və həmin ilin 21 sentyabrında həbs tutulduğu Berkley qalasında öldü və ya ehtimal ki, yeni rejimin əmriylə öldürüldü. Oğlunun azyaşlı olması səbəbilə, İzabella taxt naibəsi elan edildi və sevgilisi Rocer Mortimerlə birlikdə səltənəti ələ aldı.
Fransalı İzabella (İspaniya kraliçası)
Fransalı Elizabet (isp. Elisabet de Francia; fr. Élisabeth de France) (22 noyabr 1602[…], Fontenblo – 6 oktyabr 1644[…], Madrid) — İspaniya və Portuqaliya kralının xanımı. Fransa kralı IV Henrinin və Mariya Mediçinin böyük qızıdır. Katalan üsyanı illərində 1640–1642 və 1643–1644-cü illərdə kral naibəsi olaraq İspaniyanı idarə etdi.