Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Traxeit
Traxeit- Yuxarı tənəffüs yollarının iltihabı və obstruksiyası ilə müşayiət olunan traxeyanın infeksiyasına traxeit deyilir. Traxeit ilk dəfə 1920-ci illərdə tibbi ədəbiyyatda təsvir edilib və həmin dövrdə kəskin larinqotraxeobronxit adlandırılıb. Kəskin traxeit: kəskin və qəfl başlanğıc və yüksək morbidlik və mortalite ilə müşahidə edilir. Yarımkəskin traxeit: daha yavaş başlayır və az ağır gedişata malikdir. Əsasən uzun müddət intubasiya edilmiş, traxeostomiya qoyulmuş və/və ya respirator və ya nevroloji xəstəlikləri olan uşaqlarda müşahidə olunur. Bakteriya: Staphylococcus aureus (ən çox rast gəlinən), qrup A betta-hemolitik streptokokk, Moraxella catarrhalis və H.influenzae Pseudomonas aeruginosa, digər Qram-neqativ enteral bakteriyalar nozokomial infeksiyalara səbəb olur Mycobacterium tuberculosis, Mycoplasma pneumoniaeç Corynebacterium diphtheria, H.influenzae tip B və bir çox respirator anaerob bakteriyalar nadir hallarda traxeitə səbəb olur. Viruslar: qrip, paraqrip, respirator sinsitial virus, herpes simpleks və qızılca virusları da traxeitə səbəb olur və çox zaman bakteriyal patogenlərlə yanaşı müşahidə edilir. Göbələk: Əsasən xroniki steroid preparatlar qəbul edən və ya immun sistemi zəif olan və ya immun çatışmazlığı olan xəstələrdə rast gəlinir. Anamnez Yüksək hərarət; ağrısız öskürək; səsli tənəffüs; letargiya (yuxululuq); təngənəfəslik; tənəffüs yollarının proqressiv artan (saatlar və ya günlər ərzində) obstruksiyası. Səsin kallığı (disfoniya), disfagiya, boyunda ağrı, tüpürcəyin (ağız suyu) ağızdan axması az hallarda müşahidə edilir.
Tranzit
Tranzit (iqtisadiyyat) — iqtisadiyyatın bir qolu. Tranzit (internet) — internetin bir qolu. Tranzit (nəqliyyat) — sərnişin və ya yüklərin bir ölkədən digərinə arılıq ölkədən daşınması. Tranzit (astronomiya) — müəyyən bir nöqtədən baxarkən bir fəza cisminin digərinin qarşısından keçməsi müşahidə olunan astronomik hadisələr Tranzit (politologiya) — siyasi rejimlər mövcud olan dövlətlərin demokratiyaya keçidi prosesi. Tranzit (FK) — Latviyanın Ventspils şəhərinin futbol klubu.
Traxtik
Zoğalbulaq (əvvəlki adı: Traxtik) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Azıx kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Traxtik kəndi Zoğalbulaq kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Zoğalbulaq kəndi 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Ermənilər burada yerləşdikdən sonra kəndin adı Traxtik (erm. "cerınet guşəsi") kimi rəsmiləşdi. 1992-ci ildə kəndin keçmiş adi bərpa edildi. Kənd ərazidəki eyniadlı bulağın adını daşıyır. Zoğalbulaq kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: Kənd Quruçayın sahilində, dağətəyi ərazidə yerləşir. Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Raxit
Raxit (ing. rickets) – osteomalyasiyada olduğu kimi sümük və qığırdağın mineralizasiyasının qazanılmış və ya anadangəlmə səbəbdən pozulması və qeyri-mineral sümük matriksin (osteoid) toplanması baş verir. OP-dən fərqli olaraq mineral sümüyün sümük matriksinə nisbəti enir. Epifizlərin bağlanmasına qədərki dövrdə yaranan patologiyadır və bu böyüklərin osteomalyasiyasına uyğundur. Etioloji səbəblər (Vit D defisiti və ya rezistentliyi, və ya parathormonla bağlı olmayan fosfatların böyrəklərdə mübadiləsinin pozulması). Klinika: sümüklərdə ağrı və deformasiya, proksimal əzələrdə zəiflik, "ördək" yerişi, boyun ləngiməsi, hipotoniya, apatiya, normal əzələ fermentləri.
Tranzit (iqtisadiyyat)
Tranzit —
Keyk (Traxin çarı)
Keyk (q.yun. Κήϋξ) — yunan mifologiyasında personaj. O, Hesperin oğludur. Keyk Amfitrionun və ya Heraklın qardaşı oğludur. O, Heraklın müttəfiqi olmuşdur. Keyk Traxin çarı olmuş, həyat yoldaşı Kikndan Feminist adlı övladı olmuşdur. Bir versiyaya görə, o, Hilasın atasıdır. Keyk Heraklın övladlarını hərarətlə qarşılamışdır. Herakl o və arkadiyalıları ilə birlikdə məskən salmışdır. Keyk Heraklın övladlarına sığınacaq vermişdir.
Sic transit gloria mundi
Sic transit gloria mundi — "dünyanın şöhrəti belə keçir" mənasını verən latınca ifadə. Bu ifadə 1409-cu il (V Aleksandrın tacqoyma mərasimində istifadə edildiyi zaman) və 1963-cü illər arasında papanın tacqoyma mərasimlərində istifadə edilmişdir. Yeni seçilmiş papa öz sedia gestatorunda (mərasim taxtı) Müqəddəs Pyotr bazilikasının müqəddəs mərasimindən çıxış edərkən yürüş üç dəfə dayandı. Hər dəfə bir papanın mərasim ustası əlində gümüş və ya mis qamış tutaraq, yanan kətan yedəyində papanın qarşısında diz çökərdi. Ardıcıl olaraq üç dəfə parça yanan kimi o, yüksək və kədərli səslə deyirdi: "Pater Sancte, sic transit gloria mundi!" (“Müqəddəs Ata, dünya şöhrəti belə keçir!”). Papaya ünvanlanan bu sözlər həyatın keçici təbiətini və yer üzündəki şərəflərin xatırladıcısı olaraq xidmət etdi. İfadənin bir forması Tomas Kempisin 1418-ci ildə Məsihin Təqlidi adlı əsərində meydana çıxdı: "O quam cito transit gloria mundi" ("Dünyanın izzəti necə də tez keçib gedir"). İdiomatik kontekstlərdə bu ifadə "şöhrət keçicidir" mənasında istifadə edilmişdir. Amerikalı şair Emili Dikinsonun ilk nəşr olunan şeiri "Sic Transit Gloria Mundi" adlanırdı. İngilis illüstratoru Corc Kruikşank tərəfindən 1819-cu ildə çəkilmiş qravürü "Dənizçilərin Tərəqqi: Sic transit gloria mundi" adlanır.
Lazurit yolu Beynəlxalq Tranzit Dəhlizi
Lapis Lazuli (Lazurit yolu) Beynəlxalq Tranzit Dəhlizi— 2017-ci ilin 15 noyabr tarixində Türkmənistanın paytaxtı Aşqabat şəhərində keçirilən Regional İqtisadi Əməkdaşlıq konfransı çərçivəsində Türkiyə, Gürcüstan, Azərbaycan, Türkmənistan və Əfqanıstan hökümətləri arasında imzalanan müqavilə. Yeni müqaviləyə əsasən bu ölkələr yaxın zamanda öz aralarında regional dəmir yolları və magistral yollarla birləşərək yeni ticarət dəhlizi formalaşdıracaqlar. Həmçinin yeni müqavilə tarixi Lapis Lazuli ticarət yolunun yenidən bərpasını nəzərdə tutur. Lapis Lazuli beynəlxalq ticarət dəhlizi ideyası ilk dəfə 2012-ci ildə Əfqanıstan İslam Respublikası tərəfindən irəli sürülmüşdü. Layihə ilə bağlı ölkələrarası yekun görüş 2016-cı ilin noyabr ayında Bakı şəhərində baş tutmuşdu. Məqsəd dənizə çıxışı olmayan Əfqanıstan regional ölkələrlə ticarət və iqtisadi əlaqələrini gücləndirmək, həmçinin yerli Əfqan mallarının qısa və təhlükəsiz yolla Avropa bazarlarına daşınmasını təmin etmək idi. Layihənin ilkin mərhələdə büdcəsi 2 milyard ABŞ dolları həcmində müəyyən edilmişdir. Dəhlizin başlağıc nöqtəsi kimi Əfqanıstan – Türkmənistan sərhədinin yaxınlığında yerləşən Aqina şəhəri (Fəryab əyaləti) və Torqundi şəhəri (Herat əyaləti)i təyin ediliblər. Bu şəhərlər qonşu Türkmənistanla dəmir yolu əlaqəsinə malik olub Əfqanıstanı Xəzər Dənizi hövzəsi ilə birləşdirəcək əsas şəbəkədir. Türkmənistan ərazisindən dəmir yolu vasitəsilə daşınan yüklərin əvvəlcə Türkmənbaşı Dəniz limanına ordan isə Bakı beynəlxalq Ələt limanına daşınması nəzərdə tutulub.