Zoğalbulaq (əvvəlki adı: Traxtik) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Azıx kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Traxtik kəndi Zoğalbulaq kəndi adlandırılmışdır.[2] 2 oktyabr 1992-ci ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Zoğalbulaq kəndi 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[3]
Zoğalbulaq | |
---|---|
39°36′ şm. e. 47°00′ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
Ermənilər burada yerləşdikdən sonra kəndin adı Traxtik (erm. "cerınet guşəsi") kimi rəsmiləşdi. 1992-ci ildə kəndin keçmiş adi bərpa edildi. Kənd ərazidəki eyniadlı bulağın adını daşıyır.[4]
Zoğalbulaq kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır:
İnventar № | Abidənin adı | Tarixi | Yerləşdiyi ünvan | Növü | Əhəmiyyət dərəcəsi |
---|---|---|---|---|---|
228 | Alban məbədi[5] | 1094-cü il | Zoğalbulaq kəndi | Memarlıq | Ölkə |
Kənd Quruçayın sahilində, dağətəyi ərazidə yerləşir.
İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[6] | XXXX | XXXX | XXXX |
2009[7] | ↗XXXX | ↗XXXX | ↗XXXX |
Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Kənddə təhsil müəssisəsi mövcud deyil.
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Kənddə səhiyyə müəssisəsi mövcud deyil.