Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rambler
"Rambler" (rus. Рамблер) — məşhur internet axtarış sistemlərindən biri; veb portal. Yaradıcısı Dmitri Kryukovdur. Dmitri Kryukov arzusunda olduğu axtarış sistemini hazırlayarkən ilk növbədə layihəyə ad fikirləşir. Bunun üçün o, ingilis-rus lüğətini açır, onun diqqətini "Rambler" sözü cəlb edir. Sözün mənası – "sərsəri, səyyah, avara" Dmitrinin xoşuna gəlir. Həqiqətən də axtarış maşınının robotları gecə-gündüz informasiyanı yığaraq, dinclik bilmədən saytlar üzrə hərəkət edirlər. Artıq 1996-cı ilin payızında axtarış sisteminin son variantı hazır idi. 1996-cı il, sentyabrın 26-da rambler.ru domeni qeydiyyata alındı, oktyabrın 8-də yaradıcının ad günündə "Rambler" rəsmən təqdim olundu. Başlanğıc mərhələdə 100 min sənəd indeks edilmişdi.
Fillip Remler
Fillip Remler (ing. Philip Remler; 7 may 1958) — ABŞ alimi. == Həyatı == Fillip Remler ABŞ Dövlət Departamentində xarici xidmət əməkdaşı olaraq çalışmışdır. O, eyni zamanda ABŞ-nin Moskvadakı səfirinin baş müşaviri vəzifəsində işləmişdir. Bundan sonra Remler 2007-ci ilin dekabrından 2012-ci ilin yanvarınadək ATƏT-in Moldovadakı missiyasının rəhbəri olmuşdur. Remler 1983-cü ildə ABŞ Dövlət Departamentinə işə düzəlmişdir. O, karyerasının əvvəlində Türkiyə, SSRİ və Azərbaycanda xidmət etmişdir. Remler həmçinin, Milli Təhlükəsizlik Şurasında İraq üzrə, o cümlədən Amerikanın Gürcüstandakı səfirliyindəki vəzifələrdə olmuşdur. Regional Münaqişələr üzrə Xüsusi Danışıqçının Dövlət Departamenti Başçısının müavini vəzifəsində çalışarkən Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupu ilə sıx əməkdaşlıq etmişdir. O, hal-hazırda Karnegi Beynəlxalq Sülh Fondunun qeyri-rezident alimidir.
Termlər
Termlər (yunanca) — "Termos" sözündən olub, isti deməkdir. Romada imperatorun əmri ilə tikilən, isti və soyuq hovuzları olan hamamlar. Termlərin qapıları bütün azad adamlar üçün açıq olurdu. Romalılar vaxtlarının çoxunu burada keçirirdilər. Сергеенко М. Е. «Жизнь Древнего Рима». М.-Л., 1960 Hoffmann Th.R. «Die Kunst der römischen Antike».Stuttgart, 2005.
Ərəblər
Ərəblər — Afrika və Asiya qitələrində kompakt şəkildə yaşayan , dünyanın ən böyük xalqlarından biri. Səudiyyə Ərəbistanında, Suriyada, İordaniyada, İraqda, Yəməndə, Omanda, Misirdə, Sudanda (əhalisinin 1/2-ni təşkil edirlər), Əlcəzairdə, Liviyada, Tunisdə və s. əhalinin əksəriyyətini təşkil edirlər. Dünyada sayları təxminən 354.503 milyon nəfərdir. Hazırda dünyada 21 müstəqil ərəb dövləti var. Ərəblər ana dilləri ərəbcə olan, başlıca Ərəb yarımadası və şimali Afrikada yerləşmiş olan sami xalqdır. Aralıq dənizinin cənubunda Afrikada Böyük Səhra və Sudana, şərqində İraqa və Ərəb yarımadasına qədər uzanan bir coğrafiyada yaşayırlar. Əhalisinin əksəriyyəti ərəblərdən ibarət olan və ərəbcə danışılan ölkələr ərəb ölkələri olaraq adlanırlar. Bu ölkələrdə, ərəbcədən əlavə olaraq Şimali Afrikada bərbərcə, İraqda kürdcə və türkməncə, Cənubi Ərəbistanda isə müxtəlif yerli dillər danışılır. İbrahim peyğəmbərin İsmayıl və İshaq adında iki oğulu olmuşdur.
Bala Ərəblər
Bala Ərəblər — Azərbaycan Respublikasının Bərdə rayonunun Güloğlular kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Bərdə rayonunun Güloğlular kənd inzibati ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Bala Ərəblər kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.
Ərəblər (Bərdə)
Ərəblər — Azərbaycan Respublikasının Bərdə rayonunun Güloğlular kənd inzibati ərazi dairəsində kənd. Qarabağ düzündədir; 2. Dəvəçi rayonunun Gəndov i.ə.v.-də kənd. Samur-Dəvəçi ovalığındadır. Yaşayış məntəqələri vaxtilə Azərbaycanda məskunlaşmış ərəblərin adı ilə bağlıdır. Oykonim ərəb etnoniminə -lər şək.-sini əlavə etməklə yaranmışdır.
Ərəblər (Dərbənd)
Ərəblər və ya Ərəbli — Dağıstan Respublikasının Dərbənd rayonunda yerləşən kənd. Milli tərkibi 2003-cü ilin sonlarına olan məlumat: ləzgilər — 948 nəf. (45,5 %) tabasaranlılar — 700 nəf. (33,6 %) azərbaycanlılar — 239 nəf. (11,5 %) darginlər — 76 nəf. (3,6 %) ağullar — 67 nəf. (3,2 %) qumuklar — 20 nəf. (1,0 %) ruslar — 10 nəf. (0,5 %) digərləri — 24 nəf. (1,2 %) Etiqad baxımından kənd əhalisi şiə və sünni müsəlmanlardan ibarətdir.
Ərəblər (Qürah)
Ərəblər (Qürah) (rus. Арабля́р) — Dağıstan Respublikasının Qürah rayonunda yerləşən kəndlərdən biridir. 2010-cu ilin məlumatına görə kənddə 514 nəfər yaşayır.
Ərəblər (dəqiqləşdirmə)
Ərəblər — Asiyada xalq. Yaşayış məntəqələri Ərəblər (Bərdə) — Azərbaycanın Bərdə rayonunda kənd. Bala Ərəblər — Azərbaycanın Bərdə rayonunda kənd. Ərəblər (Şabran) — Azərbaycanın Şabran rayonunda kənd.
Ərəblər (xalq)
Ərəblər — Afrika və Asiya qitələrində kompakt şəkildə yaşayan , dünyanın ən böyük xalqlarından biri. Səudiyyə Ərəbistanında, Suriyada, İordaniyada, İraqda, Yəməndə, Omanda, Misirdə, Sudanda (əhalisinin 1/2-ni təşkil edirlər), Əlcəzairdə, Liviyada, Tunisdə və s. əhalinin əksəriyyətini təşkil edirlər. Dünyada sayları təxminən 354.503 milyon nəfərdir. Hazırda dünyada 21 müstəqil ərəb dövləti var. Ərəblər ana dilləri ərəbcə olan, başlıca Ərəb yarımadası və şimali Afrikada yerləşmiş olan sami xalqdır. Aralıq dənizinin cənubunda Afrikada Böyük Səhra və Sudana, şərqində İraqa və Ərəb yarımadasına qədər uzanan bir coğrafiyada yaşayırlar. Əhalisinin əksəriyyəti ərəblərdən ibarət olan və ərəbcə danışılan ölkələr ərəb ölkələri olaraq adlanırlar. Bu ölkələrdə, ərəbcədən əlavə olaraq Şimali Afrikada bərbərcə, İraqda kürdcə və türkməncə, Cənubi Ərəbistanda isə müxtəlif yerli dillər danışılır. İbrahim peyğəmbərin İsmayıl və İshaq adında iki oğulu olmuşdur.
Ərəblər (Şabran)
Ərəblər — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Şabran rayonunun Gəndov inzibati ərazi vahidində kənd. Samur-Dəvəçi ovalığındadır. Yaşayış məntəqələri vaxtilə Azərbaycanda məskunlaşmış ərəblərin adı ilə bağlıdır. Oykonim ərəb etnoniminə -lər Şəkilçisini əlavə etməklə yaranmışdır.
Fələstinli ərəblər
Fələstinlilər (ərəb. الفلسطينيون‎, əl-Filəstiniyyun; ivr. ‏פָלַסְטִינִים‏‎, Faləstinim) və ya Fələstin xalqı (ərəb. الشعب الفلسطيني‎, əş-şəb əl-Filəstini), həmçinin Fələstin ərəbləri və ya fələstinli ərəblər (ərəb. العرب الفلسطينيون‎, əl-ərəb əl-Filəstiniyyun) — minilliklər boyu Fələstin regionunda məskunlaşmış, indiki dövrdə mədəni və linqvistik baxımdan ərəb olan xalqlardan törəmiş etnomilli qrup. Müxtəlif müharibələrə və mühacirətlərə baxmayaraq, dünyadakı Fələstin əhalisinin təxminən yarısı indiki İsraili, Fələstinin Qərb sahili və Qəzzə zolağının ərazilərini əhatə edən keçmiş Fələstin mandatı ərazisində yaşamağa davam edir. İsraildə fələstinlilər ölkənin ərəb vətəndaşlarının bir hissəsi olaraq əhalinin demək olar ki, 21 faizini təşkil edir. Onların bir çoxu fələstinli qaçqın və ya məcburi köçkün fələstinlilərdir. Odur ki, onlar arasında bir milyon çox fələstinli Qəzzə zolağından, təxminən 750,000 nəfəri İordan çayının qərb sahilindən və təxminən 250,000 İsrailin özündəndir. Fələstin diasporunun yarıdan çoxu heç bir ölkədə qanuni vətəndaşlığı olmayan apatrid şəxslərdir.
Rəmlər dağı
Rəmlər dağı — Şərur rayonu ərazisində dağ (hünd. 2289,0 m). Dərələyəz silsiləsinin suayırıcısındakı Qaraquş yüksəkliyindən (hünd. 2600,5 m) qərbə ayrılan eyniadlı qolda zirvə. Tənənəm kəndindən 5,5 km şimal-şərqdədir. Üst Triasın Karni və Nori mərtəbələrinə aid Tənənəm lay dəstəsinin dolomit və əhəngdaşılarından təşkil olunmuş cənub və qərb yamacları sıldırımlı konusvari yüksəklikdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin cənub-şərq batım sahəsində müşahidə edilən Ərdağı sinklinalının nüvə hissəsində və yerləşir. Qərb yamaclarından submeridional istiqamətli əks-fay üstəgəlmə qırılması keçir. Yamaclarından şimal-qərb və şimal-şərq istiqamətli fay qırılmaları keçir.
Tük tökən kremlər
Tük tökən kremlər və ya kimyəvi depilyasiya, arzuolunmaz tüklərdən müvəqqəti olaraq xilas olmaq üçün tətbiq edilən kosmetik məhsullardır. Bir qrup depilyasiya üsuludur. Tüklərin zülallar quruluşunu dağıdaraq tökülməsini təmin edir.