Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Triada
Triada (çin. 三合会) — Çin mafiya qruplaşması. Triadalar, böyük hissəsi Çin, Malaziya, Honkonq, Tayvan və Sinqapurda yerləşən çoxsaylı quldur qurumlarından ibarətdir. Həmçinin Nyu-York, Los-Anceles, Sietl, Detroyt, Çikaqo, Buenos Ayres, Amsterdam, Vankuver və San Fransiskoda müəyyən qədər fəal olan mütəşəkkil dəstələr daha çox oğurluq, sifarişli qətl, narkotik alveri və piratçılıq fəaliyyəti ilə məşğul olurlar. Triadanın əsası 18-ci əsrdə qoyulub və o vaxt Tian Di Hui adı ilə tanınırdı. Son zamanlar saxta Çin valyutası hazırlamaqla məşğul olan Mafiya üzvlərinin sayı 50.000 nəfərə çatır. Triadanın yaşadığı ölkələr aşağıdakılardır: Çin Malaziya Sinqapur İtaliya Tayvan Kanada Yeni Zelandiya Avstraliya ABŞ Argentina Almaniya Böyük Britaniya (14K-Triade banda qrupu) Niderland Dominikan Respublikası Vyetnam Tailand Filippin Yaponiya Filippin Makao Rusiya Fransa İspaniya Myanma Laos İndoneziya Meksika Braziliya == Banda qrupları == Vereinigte Wo (40 000 adam, 10 Klan) 14K-Triade (25 000 adam, 30 Klan) Sun Yee On (50 000 adam) Bou (1000 adam, 2 Klan) Shih-Hai-Triad (10 000 adam) == Xarici keçidlər == Q&A for tourists on triads in Hong Kong SF Weekly Feature Article Profiling Member of Hop Sing Tong -- Raymond "Shrimp Boy" Chow (2007) An essay about Triads Arxivləşdirilib 2012-02-04 at the Wayback Machine Asian Gang Sweep 2 Chinatown biz bigs busted. Pete Bowles. Newsday. 12/10/1993.
Triada (Çin mafiyası)
Triada (çin. 三合会) — Çin mafiya qruplaşması. Triadalar, böyük hissəsi Çin, Malaziya, Honkonq, Tayvan və Sinqapurda yerləşən çoxsaylı quldur qurumlarından ibarətdir. Həmçinin Nyu-York, Los-Anceles, Sietl, Detroyt, Çikaqo, Buenos Ayres, Amsterdam, Vankuver və San Fransiskoda müəyyən qədər fəal olan mütəşəkkil dəstələr daha çox oğurluq, sifarişli qətl, narkotik alveri və piratçılıq fəaliyyəti ilə məşğul olurlar. Triadanın əsası 18-ci əsrdə qoyulub və o vaxt Tian Di Hui adı ilə tanınırdı. Son zamanlar saxta Çin valyutası hazırlamaqla məşğul olan Mafiya üzvlərinin sayı 50.000 nəfərə çatır. Triadanın yaşadığı ölkələr aşağıdakılardır: Çin Malaziya Sinqapur İtaliya Tayvan Kanada Yeni Zelandiya Avstraliya ABŞ Argentina Almaniya Böyük Britaniya (14K-Triade banda qrupu) Niderland Dominikan Respublikası Vyetnam Tailand Filippin Yaponiya Filippin Makao Rusiya Fransa İspaniya Myanma Laos İndoneziya Meksika Braziliya == Banda qrupları == Vereinigte Wo (40 000 adam, 10 Klan) 14K-Triade (25 000 adam, 30 Klan) Sun Yee On (50 000 adam) Bou (1000 adam, 2 Klan) Shih-Hai-Triad (10 000 adam) == Xarici keçidlər == Q&A for tourists on triads in Hong Kong SF Weekly Feature Article Profiling Member of Hop Sing Tong -- Raymond "Shrimp Boy" Chow (2007) An essay about Triads Arxivləşdirilib 2012-02-04 at the Wayback Machine Asian Gang Sweep 2 Chinatown biz bigs busted. Pete Bowles. Newsday. 12/10/1993.
Bulbophyllum triadenium
Bulbophyllum triadenium (lat. Bulbophyllum triadenium) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Dendrobium triadenium
Dendrobium mutabile (lat. Dendrobium mutabile) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin dendrobium cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Anisopetala mutabilis (Blume) M.A.Clem. Callista mutabilis (Blume) Kuntze Onychium mutabile Blume === Heterotipik sinonimləri === Anisopetala rigida (Blume) M.A.Clem. Dendrobium firmum Steud. Dendrobium sclerophyllum Lindl. Dendrobium triadenium Lindl.
Teben triadası
Teben triadası — Qədim Misirdə Teben şəhərinin üç ən çox sitayiş olunan tanrısı: Amon, onun həyat yoldaşı Mut və oğulları Xonsu. Yeni padşahlığın XVIII və XX sülalələri triadanın çiçəklənmə dövrü hesab edilir. Bu tanrılar Karnak məbəd kompleksində əsas ibadət obyekti rolunu daşıyırdılar. Triadanın məbədləri və ziyarətgahları bütün Misirdə mövcuddur. Onlardan biri hətta Dəxlə vahəsinin yaxınlığında, Deyr əl-Həcərdədir. Karnak məbəd kompleksində monumental məbəd qapısını tikdirən və şərəfinə nəhəng heykəl ucaldılan firon I Amenhotep tez-tez bu tanrılar arasında təsvir edilmişdir. Hər il Tebendə bu triadanın şərəfinə Opet bayramı keçirilirdi.
Trias
Trias :
Triod
Triod — giriş siqnalının elektrik dövrəsində cərəyanı idarə etməyə imkan verən elektron borudur. Onun üç elektrodu var: termoelektron katod (birbaşa və ya dolayı qızdırılan), anod və bir idarəetmə şəbəkəsi.
Riad
"Riad" — Azərbaycan Respublikasında fəaliyyət göstərmiş özəl aviaşirkət. Şirkətin təsisçisi Rasim Rəfiyev idi. Onun qurduğu bu şirkət oğlu Riadın adını daşıyırdı. Aviaşirkət Dubay, İstanbul və digər şəhərlərə reyslər təşkil edirdi. Bu şirkətdən qazanılan pulların böyük hissəsini Rasim Rəfiyev Bakının "Neftçi" komandasına xərcləyirdi. Belə ki, o, 1995-1997-ci illərdə "Neftçi"nin əsas sponsoru olmuşdur. Məhz həmin illərdə komandanın formalarının üzərinə bu şirkətin adı yazılırdı.
Trias crassifolia
Bulbophyllum crassifolium (lat. Bulbophyllum crassifolium) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Bulbophyllum crassifolium növü Şri-Lanka üçün endemik növdür.
Trias dövrü
Trias dövrü (trias) — Mezozoy erasının ilk dövrü. Perm dövründən sonra və Yura dövründən əvvəl olub. 250 milyon il əvvəl başlayıb və 200 milyon il əvvəl başa çatıb. Həmin dövrə aid olan suxur layları trias sistemi adlanır. Trias dövründə səbəbi bilinməyən məhv olma baş verib. Trias dövrü - Mezozoy erasının birinci geoloji dövrü; 45-47 mln il davam etmişdir. Trias dövrü əvvəllərində platformalar, demək olar ki, tamamilə quruya çevrilmiş, dəniz, hətta ayrı-ayrı geosinklinalların bəzi hissələrindən çəkilmişdir. Erkən trias epoxasının ortalarında dəniz geosinklinalların hamısını yenidən örtmüş, habelə Sakit okeanın ətraf əyalətlərində bir çox kənar dənizlər əmələ gəlmişdir. Gec trias epoxasında maksimum həddə çatan transqressiya bütün geosinklinalları basmış və bəzi ərazilərdə platformaları da tutmuşdur. Tetis vilayətindən Qondvana hüdudlarına uzanan böyük bir körfəz əmələ gəlmiş və sonralar bu körfəz geniş bir boğaza çevrilərək, nəhəng qitəni 2 hissəyə bölmüşdür.
Trias oblonga
Bulbophyllum oblongum (lat. Bulbophyllum oblongum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Hind-Çin üçün endemik növdür. == Sinonimləri == Bulbophyllum burkillii Gage Bulbophyllum moulmeinense Rchb.f. Trias oblonga Dendrobium tripterum Wall. ex Hook.f. Trias ovata Lindl.
Trias ovata
Bulbophyllum oblongum (lat. Bulbophyllum oblongum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Hind-Çin üçün endemik növdür. == Sinonimləri == Bulbophyllum burkillii Gage Bulbophyllum moulmeinense Rchb.f. Trias oblonga Dendrobium tripterum Wall. ex Hook.f. Trias ovata Lindl.
Markinyos Trad
Marcos Marcello Trad (28 avqust 1964, Kampu-Qrandi) — braziliyalı siyasətçi və hüquqşünasdır, 2017-2022-ci illərdə Campo Grande şəhərinin meri olub. Hüquqşünasdır, Rio de Janeyro Federal Universitetini (UFRJ) bitirib. O, siyasətə 2004-cü ildə müşavir kimi başlayıb. O, 2006-cı ildə birinci müddətə dövlət deputatı seçilməzdən əvvəl, 2010 və 2014-cü illərdə yenidən seçilmədən əvvəl bələdiyyənin torpaq məsələləri üzrə katibi olub. 2016-cı ildə o, 241 876 etibarlı səslə ilk müddətə Campo Grande meri seçildi. Bir hüquqşünas kimi o, Braziliya Vəkillər Kollegiyasının Mato Grosso do Sul bölməsinin müşavir kimi üzvü, sonra Etika və İntizam Komitəsinə sədrlik edib. Dövlət İdman Ədalət Məhkəməsinə (TJD-MS) qoşuldu və ona rəhbərlik etdi. 2022-ci ilin yanvarında 2022 -ci il əyalət seçkilərində Mato Qrosso do Sul hökumətinə namizədlik elan edildi. Keçmiş federal deputat Nelson Trad və Terezinha Mandetta'nın oğlu, Campo Grande'nin keçmiş meri Nelson Trad Filho'nun qardaşı və keçmiş federal deputat Fabio Trad ; Rio de Janeyro Federal Universitetinin (UFRJ) Hüquq fakültəsini bitirmişdir. 2002-ci ilin dekabrında Tatyana Trad ilə evləndi və onunla Mariana və Alice Trad adlı iki qızı dünyaya gəldi.
Riad Məmmədov
Riad Tahir oğlu Məmmədov (11 yanvar 1989, Bakı) — pianoçu, musiqişünas, caz və klassik musiqinin ifaçısı. Teodor Kurentzisin dəvəti ilə 2015-ci ildə Bakıda keçiriləcək Birinci Avropa Oyunlarının açılış mərasiminə xüsusi musiqi müşaviri təyin edildi. Rusiya, Azərbaycan, Kanada musiqi festivallarının üzvü. Dünyada caz muğam janrında işləyən bir neçə peşəkar musiqiçidən biridir. == Həyatı == Riad Məmmədov rəssam ailəsində dünyaya gəlmişdir. Riadın atası Tahir Məmmədov Azərbaycanın əməkdar rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professorudur, anası Nailə Məmmədova sənətşünas və elmi əməkdaşdır, Azərbaycan Dövlət rəsm qalereyasında işləyir. İlk konsertlərini pianoçu 7 yaşında ikən verməyə başlamışdır. Riad Məmmədovun adı Rusiyada, Azərbaycanda və başqa ölkələrdə geniş yayılmışdır. Yaradıcılıq fəaliyyətində pianoçu müxtəlif janrları və musiqi istiqamətlərini bir araya gətirir. O həm klassik repertuar əsərlərində, həm də caz ifasında eyni dərəcədə məharətli və virtuozdur.
Riad Salameh
Riad Hüseynzadə ( ) — bank rəhbəri. 2012-ci ildə Beynəlxalq Global Finance təşkilatı bütün dünya üzrə mərkəzi bankların rəhbərlərinin fəaliyyətini qiymətləndirərkən, ona aşağı qiymət olan, "C" qiymətini vermişdir.
Riad Əhmədov
Riad Əhmədov (20 dekabr 1956, Bakı – 26 yanvar 1992, Daşaltı, Şuşa rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Riad Əhmədov 1956-cı il dekabr ayının 20-də Bakıda anadan olub. Riadın ata babası Həmid Əhmədov Qərbi Azərbaycanda anadan olub. Riad Əhmədov 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1976–1979-cu illərdə Azərbaycan SSR Ədliyyə Nazirliyi yanında Məhkəmə Ekspertizası institutunda laborant işləyib. 1979–1980-ci illərdə həmin nazirliyin Qanun Layihələrinin Hazırlanması və Qanunvericiliyin Sistemləşdirilməsi idarəsində məsləhətçi, 1980–1981-ci illərdə isə Ədliyyə Nazirliyinin kadrlar şöbəsində baş məsləhətçi vəzifələrində çalışıb. 1981-ci ildə təhlükəsizlik orqanlarında fəaliyyətə başlayan Riad Əhmədov, 1981–1982-ci illərdə DTK-nın Minskdəki Ali Məktəbində təhsil alıb. 1984-cü ildə isə DTK-nın Y. V. Andropov adına institutu nəzdindəki kurslarda dinləyici olub. 1992-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin rəis müavini vəzifəsinə irəli çəkilmişdir. Riad Əhmədovun başçılıq etdiyi xüsusi kəşfiyyat dəstəsi Qarabağ uğrunda gedən döyüşlərdə düşmənin xeyli canlı qüvvəsini və hərbi texnikasını məhv etmişdir.
Arida
Arida (lat. Arida) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Arida arizonica (R.C.Jacks. & R.R.Johnson) D.R.Morgan & R.L.Hartm. Arida blepharophylla (A.Gray) D. R. Morgan & R. L. Hartm. Arida carnosa (A. Gray) D. R. Morgan & R. L. Hartm. Arida coulteri (A. Gray) D. R. Morgan & R. L. Hartm. Arida crispa (Brandegee) D. R. Morgan & R. L. Hartm. Arida mattturneri B.L.Turner & G.L.Nesom Arida parviflora (A. Gray) D. R. Morgan & R. L. Hartm. Arida riparia (Kunth) D. R. Morgan & R. L. Hartm.
Arpad
Arpad — Macar knyazı. Almosun oğlu idi, anası bilinmir. Arpad 10 Onoqur tayfasını idarə edirdi. Hakimiyyətə gəldikdən sonra Kurşanla birlikdə imperator VI Leo ilə Bulqarlara qarşı müqavilə imzaladı. 901-ci ildə Pannoniyaya qədər gedib çıxmışdı. == Övladları == Liüntika - vəliəhd şahzadə, Kəbərlərin tayfa başçısı. Tarxos - şahzadə. Üllö - şahzadə. Yutaş - şahzadə. Zoltan - növbəti knyaz.
Eliad
Eliad (31 yanvar 1990, Rişon-le-Sion, Mərkəz dairəsi) — musiqiçi. == Biblioqrafiya == Nahum İraq və türk əsilli ailədə anadan olub. Orat Ramat Yossef junior orta məktəbində və Ramot orta məktəbinin Bat Yama musiqi sinifində təhsil alıb. 2008-ci ildə o, SAXAL-a baş çəkib, təhsil və gənclər korpusu qrupunda müğənni kimi xidmət edib. Onun xidməti ilə paralel olaraq, TripL istehsalçı etiketinin debüt albomu üzərində işləmişdir == Karyera == === Aktyorluqda === 1997-ci ildə Eliad uğurlu "Şəmş" seriyasında bar kimi iştirak etməyə başlayıb. 1998-ci ildə "Ben-Qurion" filmində çəkilib və Popeye And son filmində dublyaj edib. 2004-cü ildə o, "HaPijamot" da qonaq rolunu oynayıb, 2009-cu ildə o, cazı "Joniur Baktana" da dublyaj edib, 2011-ci ildə isə "Alifim" də çıxış edib.
Erida
Erida (simvolı: ; q.yun. Ἔρις, lat. Eris, əvvəllər 2003 UB|313) şərti adı istifadə edilirdi — cırtdan planet, 5 yanvar 2005-ci ildə astronomlardan ibarət qrup tərəfindən kəşf edildi. Qrupa Maykl Braun (Kaliforniya texnologiya institutu), Devid Rabinovic, Cedvik Truxilo (Cemini rəsədxanası) daxil idi. Qrup Palomar rəsədxanasındakı 122 sm-lik teleskopdan istifadə etmişdir. 29 iyul 2005-ci ildə kəşf haqqında artıq ictimaiyyətə məlumat verildi. Perihelisi 5.7 milyard km, afelisi 14,6 milyard km-dir. Orta radiusu 1163 km-dir. Səthində temperatur −231S dir. Günəş ətrafında 1 dövrü 557 ildir.
Priap
Priap (yun. Πρίαπος; lat. Priapus) yunan mifologiyasında bolluq, bərəkət, artım (nəsiltörətmə) tanrısı, sürünün, arıların, balıqların və meyvələrin qoruyucusu, Dionisin Afroditadan olan oğlu; Dionisin nimfadan olan oğlu. Roma mifologiyasında o, əcaib, həddən ziyadə inkişaf etmiş, daimi ereksiyalı cinsiyyət üzvünə malik bir kişi cildində təsvir olunur. Qədim Misir mifologiyasında onun oxşarı bolluq, bərəkət tanrısı Osirisdir. Afrodita onu Lampsak yaxınlığında Abarnida adlanan yerdə dünyaya gətirmiş, lakin onun bu ədəbsiz görkəmini görcək dərhal ondan imtina etmişdir. == İstinadlar == == Mənbə == Hans Herter: Priapos. In: Der Kleine Pauly (KlP). Band 4, Stuttgart 1972, Sp. 1130–1131.
Qrind
Qrind (lat. Globicephala) — Delfinlər sinfinə daxil olan heyvan cinsi. Cinsə iki növ daxildir: Adi qrind (Globicephala melas) və Qısaüzgəc qrind (Globicephala macrorhynchus). «Qrind» sözü Farer dilindən götürülmüşdür. == Xüsusiyyət == Qrindlərin uzunluqları 3,6 - 8,5 metr arasında dəyişir. Çəkiləri 800 kq olsada bəzən 3 tonu keçə bilir. Ağ ləkələr istisna demək olar ki, qara rəngdə olur. Hər iki növ bir birindən əsasən üzgəclərinə görə fərqlənirlər. Qısaüzgəc qrindlərdə hər çənədə 14-18 diş, Adi qrindlərdə isə hər çənədə 16-26 arası diş olur. Osa və Qısaüzgəc qrindlər nadir məməlilərdəndir ki (insanda daxil), dişiləri Menopauza dövrü keçirir və bu uzun on illiklər boyu təkrarlanır.
THAAD
Ərazinin Yüksək Hündürlükdə Havadan Müdafiəsi (İngiliscə: Terminal High Altitude Area Defense) və ya THAAD, qısa və orta mənzilli təhdid ünsürlərinə qarşı təkmilləşdirilərək yaradılmış, ABŞ Quru Qoşunlarına məxsus olan ballistik raketlərdən müdafiə sistemidir. Lockheed Martin şirkəti tərəfindən istehsal edilmiş THAAD sistemi ümumi olaraq Skad və ona oxşayan qısa mənzilli ballistik raketlər üçün müvəqqəti bir həll yolu kimi arsenala qəbul edilsə də, daha təkmilləşdirilmiş və uzun mənzilli qitələrarası ballistik raketlərə qarşı da, qismən müdafiə imkanlarına malikdir. THAAD ABŞ istehsalı anti-ballistik raketdən müdafiə sistemidir. 2008-ci ildən silahlanmaya daxil olub. Qısa və orta mənzilli ballistik raketləri onların terminal fazasında məhv etmək üçün yaradılıb. Raketləri döyüş başlığı daşımır, kinetik zərbə ilə hədəfini məhv edir. THAAD sistemi AN/TPY-2 radarları istifadə edir. Bu radarlar dünyanın ən geniş mənzilli daşınabilən yer/hava radarlarıdır. AN/TPY-2 radarları 1000 km məsafədə atılan ballistik raketləri atmosferə çatmamış müəyyən edir. Raketin sürəti 2,8 km/san, lülə çapı 34 sm, ağırlığı 900 kq-dır.
Tiraj
Tiraj (fr. tirage) — Eyni adlı nəşrin nümunələrinin sayı. Termin bir qayda olaraq nəşr məhsulunun sayı ilə bağlı işlədilir. Bir qayda olaraq az tirajlı (15 min ədədə qədər), orta tirajlı (100 minə ədədə qədər) və kütləvi tirajlar olur (100 min ədəddən çox). Kütləvi tirajlar xüsusi müəssisələrdə dərc edilir.
Tiran
Tiran (q.yun. τύραννος) — Qədim Yunanıstanda, əsasən e.ə. VII–VI əsrlərdə hakimiyyəti zor gücünə keçirmiş şəxs. Müasir dövrdə hərfi mənada qəddar despot, pis əzab verən deməkdir. Bəzən bu söz "diktator" sözünün sinonimi kimi istifadə olunur.
Trdat
Trdat (parf 𐭕𐭉𐭓𐭉𐭃𐭕, Tīridāt; qra. Տրդատ, Trdat) — İran mənşəli söz. Mənası – "tanrı Tir tərəfindən verilmiş". == Parfiya == I Tiridat (Parfiya çarı) (e.ə. 211). II Tiridat, hakimiyyəti təq. e.ə. 30–26. III Tiridat, hakimiyyəti təq. e.ə.
Triba
Triba (lat. tribus, tribuo bölürəm, ayırıram) — Qədim Romada triba komisiyasında bir səsə malik əhalinin bölündüyü ərazi və seçki dairələrinin adı. Bu bölgü prinsipi e.ə.VI əsrdə Roma çarı Serviy Tulliy tərəfindən tətbiq edimişdir. Nəticədə Roma ərazisi 4 şəhər və 17 kənd tribasına bölünmüş olur. Sonradan bu say e.ə. 241 ci ildə 35 triba çatır. Ənənəyə görə Roma əhalisi 3 triba — latınlara, sabinlərə (piçenlərə) və etrusklara bölünürdü. İlkin olaraq hər bir triba 100 sonralar isə 300 ailə ya nəsil daxil idi.
Tridax
Tridax (lat. Tridax) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Riyad
Riyad (ərəb. رياض‎) — ərəb mənşəli ad.