Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tuyqun (Təbriz)
Tuyqun (fars. طويقون‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 313 nəfər yaşayır (79 ailə).
Uyğun
Uyğun (özb. Uyg‘un, əsl adı — Rəhmətulla Ataquzuyev (özb. Rahmatulla Otaqo‘zi); 1 (14) may 1905, Merke, Cambul vilayəti – 22 aprel 1990, Daşkənd) — Özbək şairi və ictimai xadimi. == Həyatı == Uyğun müasir özbək ədəbiyyatında lirik şeirin və dramaturgiyanın inkişafında xüsusi xidmətləri olan sənətkarlardandır. O, 1905-ci ildə Cənubi Qazaxıstanın Mark kəndində anadan olmuşdur. Uyğun onun təxəllüsüdür. Əsl adı və familiyası Rəhmətulla Ataqazıyevdir. Elmə olan maraq onu Daşkənd şəhərinə gətirmişdir. O, 1923-1925-ci illərdə K.Marks adına Daşkənd təlim-tərbiyə texnikumunda təhsil almışdır. 1925-1927-ci illərdə isə Daşkənd Pedaqoji Texnikumunu bitirmişdir.
Ramiz Duyğun
Şair. Ssenari müəllifi. Məlikov Ramiz Məmməd oğlu - şair, publisist, 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Ramiz Duyğun 1938-ci il fevralın 10-da Azərbaycanın Əli Bayramlı (indiki Şirvan) rayonundakı Güdəcühur kəndində anadan olmuşdur. Burada ibtidai, Axtaçıda yeddiillik məktəbi bitirmişdir (1945-1952). Bir il kolxozda işləmişdir. Əli Bayramlı şəhərində orta təhsil almışdır (1953-1956). N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir (1956-1962). Şimali Qafqaz hərbi dairəsində müəyyən kurs keçdikdən sonra Belorusiya hərbi dairəsində (1962-1971), sonra Zaqafqaziya hərbi dairəsində (1971-1978) xidmət etmişdir. N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun xüsusi hazırlıq kafedrasında müəllim (1978-1985), şöbə rəisi (1985-1990) olmuşdur.
Turqun Almas
Turqun Almas(30 oktyabr 1924, Qaşqar şəhəri — 11 sentyabr 2001) — Uyğur şairi, dramaturqu. == Həyatı == Turqun Almas 30 oktyabr 1924-cü ildə Qaşqar şəhərində doğulmuşdu. İlk təhsilini doğulduğu şəhərdə alan şair sonra Qulca şəhərinə gedərək orada oxuyur. Urumçi şəhərindəki Darülmuəllimini bitirən Almas Qaraşəhərə müəllim işləməyə göndərilir. 1947-ci ilin mayında Turqun Almas və dostları Kaşqarda mitinq təşkil edirlər. Mitinqin təşkilatçılarını həbs edirlər. 1948-ci ilin aprelin 8-də xalqın təzyiqi altında Turqun Almas və yoldaşlarını həbsdən buraxmaq məcburiyyətində qalırlar. Həbsdən çıxan şair həmin il Qulca şəhərinə gedərək orada "Alma" qəzetində işə girir. Sora da isə Urumçi şəhərindəki "Tarım" jurnalında əmək fəaliyyətini davam etdirir. 1990-cı ildə Aktu rayonunun Barın kəndində baş verən silahlı toqquşmalardan sonra senzor nəzarəti artır və yazıçı, şair, jurnalistlər və sənət adamlarına qarşı təqiblər başlayır.
Tutqun ayıca
Qara ayıca (lat. Axiopoena maura) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid olan növ. == Görünüşü == Qanadları açıq halda 100–105 mm-dir. Ön qanadın uzunluğu 43–48 mm-dir. Hər iki cinsin rəngi eynidir. Ön qanadlar ipək parıltılı, qara rənglidir. Arxa qanadların əsası kərpici-qırmızı, kənarı isə bozumtul-qaradır. Bəzən ön qanadların xarici kənarında 1–2 ağ ləkə olur. Yaxalığı qırmızı, qarıncığı qonuru-qırmızı olub, ucu qaradır. == Arealı == Növə Orta Asiya, Pakistanın şimal-qərbi, Əfqanıstan, Türkmənistan, Qazaxıstan, Zaqafqaziya, Azərbaycan və Şərqi İran ərazilərində rast gəlinir.
Toygün bəy Qacar
Toygün bəy Qacar (?-?) — Qacar elinin nümayəndəsi, Qızılbaş əmiri, Şəki hakimi (1551-1555). == Həyatı == 1551-ci ildə I Şah Təhmasib Şəkinin müstəqilliyinə son qoymaq qərarına gəldi. Qacar elinin qatıldığı Qızılbaş ordusu Şəkini tutub, Səfəvilər dövlətinə birləşdirdi. Toygün bəy Qacar Şəkinin hakimi təyin edildi. Toygün bəy Qacar Qızılbaşlar ordusunun sərkərdələrindən biri kimi bəzi yürüşlərdə iştirak etmişdi. 1551-ci ildə I Şah Təhmasibin əmri ilə Qızılbaş ordusu asi gürcülərə qarşı yürüş edir. Qızılbaş ordusunun başçılarından biri Şahverdi sultan Ziyadoğlu-Qacar Qarabağ ordusunun başında mərkəzi hökumətə qarşı çıxmış Gürcüstan valilərini cəzalandırmışdı. 1552-ci ildə Osmanlı ordusu yenidən Qızılbaşlar məmləkətinə soxuldu. I Şah Təhmasib düşmən ordusuna qarşı bir neçə istiqamətdə qoşun tərtib etdi. Dəvil istiqamətində Bayram bəy Qacar, Toygün bəy Qacar, başqa istiqamətində isə Şahverdi sultan öz qoşunları ilə vuruşurdu.
63-ün tutqun payızı (film, 2003)
63-ün tutqun payızı qısametrajlı sənədli televiziya filmi rejissor Orman Çingizoğlu tərəfindən 2003-cü ildə çəkilmişdir. Film Lider televiziyasında istehsal edilmişdir. Film 1963-cü ildə Sumqayıtdakı anti-sovet mitinqindən bəhs edir. == Məzmun == Film 1963-cü ildə Sumqayıtdakı anti-sovet mitinqindən bəhs edir. 1963-cü il noyabrın 7-də Oktyabr inqilabının növbəti ildönümünə həsr edilmiş nümayiş zamanı Boru Prokat Zavodunun bir qrup fəhləsi əsas dəstədən ayrılaraq şəhər rəhbərliyinin dayandığı tribunaya sarı getmiş, mədəniyyət evinin fasadından Nikita Xruşşovun böyük portretini qopararaq ayaqlar altına atmışdılar. 600-800 nəfərə qədər adam 3 gün ərzində Sumqayıtı bir-birinə qatmışdı. Xruşşov dövrünün son iri kütləvi qarşıdurması kimi dəyərləndirilən Sumqayıt hadisələri kütləvi psixologiyada baş verən incə transformasiyaları anlamaqda əyani nümunədir.