Toygün bəy Qacar

Toygün bəy Qacar (?-?) — Qacar elinin nümayəndəsi, Qızılbaş əmiri, Şəki hakimi (1551-1555).

Toygün bəy Qacar
bayraq
Şəki hakimliyi 
bayraq2
1551 – 1555

1551-ci ildə I Şah Təhmasib Şəkinin müstəqilliyinə son qoymaq qərarına gəldi. Qacar elinin qatıldığı Qızılbaş ordusu Şəkini tutub, Səfəvilər dövlətinə birləşdirdi. Toygün bəy Qacar Şəkinin hakimi təyin edildi.

Toygün bəy Qacar Qızılbaşlar ordusunun sərkərdələrindən biri kimi bəzi yürüşlərdə iştirak etmişdi. 1551-ci ildə I Şah Təhmasibin əmri ilə Qızılbaş ordusu asi gürcülərə qarşı yürüş edir. Qızılbaş ordusunun başçılarından biri Şahverdi sultan Ziyadoğlu-Qacar Qarabağ ordusunun başında mərkəzi hökumətə qarşı çıxmış Gürcüstan valilərini cəzalandırmışdı.

1552-ci ildə Osmanlı ordusu yenidən Qızılbaşlar məmləkətinə soxuldu. I Şah Təhmasib düşmən ordusuna qarşı bir neçə istiqamətdə qoşun tərtib etdi. Dəvil istiqamətində Bayram bəy Qacar, Toygün bəy Qacar, başqa istiqamətində isə Şahverdi sultan öz qoşunları ilə vuruşurdu.

  • Ənvər Çingizoğlu. Qacarlar və Qacar kəndi. Bakı: "Şuşa", 2008, 334 səh.