TUTUCU
TUTUQLUQ
OBASTAN VİKİ
Dalğalı tutuquşu
Dalğalı tutuquşu (lat. Melopsittacus undulatus) — tutuquşukimilər dəstəsindən quş. == Haqqında == Qəfəsdə saxlanılmasına və çoxaldılmasına görə ən çox dekorativ quşlardan (XIX əsrin ortalarından) biridir. == Xüsusiyyətləri == Bədəninin uz. 18 sm-ədək, kütləsi 25 q-a qədərdir. Vəhşi dalğalı tutuquşunda yaşıl rəng üstünlük təşkil edir; başın ön tərəfi və boğazı sarı, quyruğu göydür. Başında, mantiya da və qanadlarında nazik qara və sarı zolaqlar var. Erkəklərində gicgah tünd-göy, dişilərində açıq-göy, yuvalama dövründə boz rəngdə olur. == Yayılması == Avstraliyada geniş yayılmışdır. Savannalarda və suvatı olan quru seyrək meşələrdə məskunlaşır.
Karolin tutuquşusu
Karolin tutuquşusu (lat. Conuropsis carolinensis) — karolin tutuquşusu cinsinə aid quş növü.
Sultan tutuquşu
Nymphicus hollandicus (lat. Nymphicus hollandicus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin tutuquşukimilər dəstəsinin kakadular fəsiləsinin korellalar cinsinə aid heyvan növü. Sultan tutuquşusu yanaqlarındakı narıncı (qulaq bölgəsindəki) tüklərdən ayırd edilir. Bu tüklər tünd rəngdədirsə quşun erkək, açıq rəngdədirsə dişi olduğunu göstərir. Ümumiyyətlə, erkəklərin göz ətrafındakı tükləri ağdır, amma dişilərdə sarı və digər rənglərdə ola bilər. Ortalama həyat müddəti: Təxminən 10-15 ildir. Başdan quyruğunun ucuna qədər uzunluqları 25-35 sm-dir. Qanadları açıq vəziyyətdə uzunluqları 25-30 sm-dir. Günəbaxan, quru əncir içi, armud, albalı v. b qidalarla qidalanırlar.
Sultan tutuquşusu

Tutuquşu
Tutuquşular (lat. Psittacidae) — tutuquşukimilər dəstəsinə aid quş fəsiləsi. Tropik ölkələrdə yayılmış, növlərlə zəngin, tutuquşu dəstəsi qapalı bir qrupdur. Onların bədən quruluşu və digər quşlardan kəskin fərqi bu qrupun qədim mənşəyini göstərir. Tutuquşuların xarici görünüşü çox xarakterikdir. Onlar sıx bədən quruluşuna sahibdirlər, qısa boyun və böyük baş, güclü gaga ilə təchiz olunmuşdur. Üst və alt çənələrin kənarları adətən dalğalı əyilmiş, bəzən üst çənədə daha çox və ya daha az aydın diş var. Üst çənə kəllə sümüyünə hərəkətli şəkildə bağlıdır. Öz növbəsində, alt çənə bir qədər geri və irəli hərəkət edə bilir. Tutuquşu da başqa quşlar kimi quş yemi və toxum yeyir.
Tutuquşu ilə qadın (Kurbe)
“Tutuquşu ilə qadın” (fr. La Femme au perroquet, ing. Woman with a Parrot) — 1866 cı ildə fransız rəssamı Qüstav Kurbenin yağlı boya texnikası ilə nü üslubunda çəkmiş olduğu rəsm əsəri. Metropoliten muzeyində sərgilənən bu tablonun ölçüləri 129,5 × 195,6 sm-dir.. 1863 cü ildə Paris Salonunda sərgilənən Aleksandr Kabanelin “Veneranın doğulması” əsərindən ilhamlanan Qüstav Kurbe onu təkrarlamaq qərarına gəlir.. 1864 cü ildə bu məqsədlə təqdim etdiyi “Venera və Psixeya” tablosu jüri tərəfindən qəbul edilmir. Yalnız iki il sonra “Tutuquşu ilə qadın” əsərini təqdir və münsiflər heyətinin ciddi seçimindən sonra 1866 cı ildə Paris Salonunda sərgilənənmək üçün vəsiqə alır. Tabloda çarpayıda arxası üstə uzanmış, kürən saçları yatağa səpələnmiş çılpaq qadın təsvir edilmişdir. Onun yuxarı qaldırmış olduğu sol əli üzərində hər iki qanadları açıq şəkildə bəzəkli tutuquşu oturmuşdur. Sağ tərəfdə küncdə tutuquşuya məxsus dirək təsvir edilmişdir.
Tutuquşukimilər
Tutuquşukimilər (lat. Psittaciformes) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinə aid heyvan dəstəsi.
Tutuquşular
Tutuquşular (lat. Psittacidae) — tutuquşukimilər dəstəsinə aid quş fəsiləsi. Tropik ölkələrdə yayılmış, növlərlə zəngin, tutuquşu dəstəsi qapalı bir qrupdur. Onların bədən quruluşu və digər quşlardan kəskin fərqi bu qrupun qədim mənşəyini göstərir. Tutuquşuların xarici görünüşü çox xarakterikdir. Onlar sıx bədən quruluşuna sahibdirlər, qısa boyun və böyük baş, güclü gaga ilə təchiz olunmuşdur. Üst və alt çənələrin kənarları adətən dalğalı əyilmiş, bəzən üst çənədə daha çox və ya daha az aydın diş var. Üst çənə kəllə sümüyünə hərəkətli şəkildə bağlıdır. Öz növbəsində, alt çənə bir qədər geri və irəli hərəkət edə bilir. Tutuquşu da başqa quşlar kimi quş yemi və toxum yeyir.

Значение слова в других словарях