Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tomak
Tomak (ing. Tomacco) — pomidorun qələmlik tütünə vurulması yolu ilə əldə edilmiş bitki. 2003-cü ildə amerikan fermeri Rob Braur tərəfindən yetişdirilmişdir. Tomakı hibrid adlandırmaq düzgün deyildir, çünki o calaq yolu ilə əldə edilməmişdir. == Tarixi == 1959-cu ildə "Scientific American"' jurnalında belə bitkinin yetişdirilməsi prosesi təsvir edilmişdi və iddia edilirdi ki, tərkibində nikotin olan pomidor tipli bitki əldə etmək mümkündür. Hələ yetişdirilməzdən öncə bitki "Simpsonlar" multserialında ("E-İ-E-İ- (Annoyed Grunt)" seriyası) xatırlanmışdı. Bu seriyadan ilhamlanan Rob Baur jurnaldakı məqalənin köməyilə bu bitkini yetişdirə bilmişdi. Yoxlamalar göstərdi ki, bitkinin yarpaqlarında doğrudan da nikotin var. 2004-cü ildə "tomacco" sözü Amerikan dialekt cəmiyyəti tərəfindən neologizm kimi tanınmışdır.
Tupak
Tupak — Kişi adı. Tupak Şakur — afro-amerikan hip-hop ifaçısı. Tupak Amaru — İnk hökmdarı.DigərTupak (Əbyəlil) — Rusiyada kənd.
Tutak
Tutak (türk. Tutak) — Türkiyənin Şərqi Anadolu regionunda yerləşən Ağrı ilində bir ilçə. Yüksək dağlarla əhatə olunmuş və Murad çayı ilə suvarılan kiçik bir düzənlikdə, Ağrı şəhərindən Patnos ilçəsinə gedən yolda yerləşir. 1562 km² ərazini əhatə edir və hündürlüyü 1535 metrdir. == Əhali == Əhalisi 2010-cu il siyahıyaalmasına əsasən 34 812 nəfərdir, onlardan 7170 nəfəri Tutak şəhərində, əksəriyyəti isə ətraf kəndlərdə yaşayır. Bələdiyyə başçısı Fırat Öztürkdür (BDP). === Milli tərkibi === Tutak ilçəsində Azərbaycan türklərinin subetnik qrup olan qarapapaqlar və kürdlər iç-içə yaşayır. İlçə mərkəzində qarapapaq türkləri çoxluqda olsa da, kəndlərdə kürdlər üstünlük təşkil edir. == İqtisadiyyat == Tutak, bu kasıb kənd bölgəsinə məktəblər, xəstəxana və digər əsas imkanlar verən kiçik bir şəhərdir. İlçənin əsas gəlir mənbəyi dağ kənarındakı mal-qaradır.
Thea
Çay — bitki növü
Tyak
Dağdöşü (əvvəlki adı: Tyak) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Hadrut qəsəbə inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Tyak kəndi Dağdöşü kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 14 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Dağdöşü kəndi 14 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == XIX əsrə aid sənədlərdə Tağ kimi qeydə alınmış bu kəndin adı XX əsrdə Tyak variantında işlənmişdir. Bəzi tədqiqatçılar bu coğrafi adı türk dillərində "sığınacaq", "köçəbə", "oba" mənasında işlədilən töyək sözü ilə əlaqələndirirlər. 1992-ci ildən coğrafi mövqeyinə görə Dağdöşü adını almışdır. == Tarixi == === Tarixi abidələri === Dağdöşü kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir. == Əhalisi == 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Dağdöşü kəndinin əhalisinin sayı 71 nəfər təşkil edirdi. == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Con Toşak
Con Benjamin Toşak (22 mart 1949, Kardiff) - keçmiş uelsi futbolçu, məşqçi. Karyerası ərzində Real Madrid FK , Real Sosyedad FK kimi klublara baş məşqçilik edib. 2014-cü ildə Xəzər-Lənkəran FK klubunun baş məşqçisi təyin olunub.
Micrelium tolak
Anthemis bornmuelleri (lat. Anthemis bornmuelleri) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin anthemis cinsinə aid bitki növü. == Sinonimləri == Acmella lanceolata Link ex Spreng. Amellus carolinianus Walter Anthemis abyssinica J.Gay ex A.Rich. Anthemis abyssinica var. abyssinica abyssinica Anthemis cotula Blanco [Illegitimate] Anthemis cotula var. hierosolymitana Eig Anthemis cotula subsp. lithuanica (DC.) Tzvelev Anthemis cotula-foetida Crantz Anthemis cotuloides Raf. ex DC. Anthemis galilaea var. brachyota Eig Anthemis galilaea var.
Quantum Break
Quantum Break — Xbox One platformasında çıxacaq oyundur. Remedy Entertaiment şirkəti tərəfindən hazırlanan oyun Microsoft Studios tərəfindən yayınlanacaq.Oyun 21 may 2013 Xbox One tədbirində təqdim olunub. Eyni zamanda Quantum Break Serialının çəkilişlərinə də başlanılıb. == Mövzusu == Oyun, Jack Joyce, Beth Wilder, ve Paul Serene adındakı zamanı yönləndirə bilən 3 insan üzərinə qurulmuşdur. Məsələn Paul Serene gələcəyi görə bilmə bacarığına sahibdir. Oyundakı hadisələr ABŞ-nin şimal şərqində Riverport Üniversitetində aparılan Zamanda Səyahət təcrübəsinin səhv getməsi ilə daha da sürətlənir. Oyunun hazırlanması sırasında şirkət CERN-də işləyən bir nəfər nəzəri fizikaçıdan da faydalanıb.
Talak (səhra)
Таlak — Nigerin qərbində, həmcinin Əlcəzair və Mali ərazilərinin bir qismini əhatə edən səhra. Səhranın sahəsi 100.000 km². Talak Saxaranın tərkib hissəsidir. Bu ərazidə Niger çayının bəzi kiçik qolları axır. Əvvəllər məhv olmuş bitki və heyvan növlərinin qalıqlarına rast gəlinmişdir. Şərqindən transsaxara şossesi keçir.
Terak (Averon)
Terak (Averon) (fr. Tayrac, oks. Tairac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Salveta-Perales kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12278. Kommuna təxminən Parisdən 520 km cənubda, Tuluza şəhərindən 95 km şimal-şərqdə, Rodezdən isə 32 km cənub-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 172 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 98 yaş arasında (15-64 yaş arasında) 64 nəfər İqtisadi cəhətdən fəal, 34 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 65.3%, 1999-cu ildə 66.7%).
Tupak (Əbyəlil)
Tupak kəndi (başq. Тупаҡ) - Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Taştimer kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Tupak kənd ərazisin milli tərkibi: başqırdlar — 99 %. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askar): 26 km., kənd sovetliyindən (Mixaylovka): 3 km., == İstinadlar == == Mənbə == Совет муниципальных образований Республики Башкортостан.
Tupak Amaru
Tupak Amaru və ya Túpac Amaru (Keçua: Thupaq Amaru) — 1545-1572-ci illərdə hakimiyyətdə olmuş son İnk hökmdarı və Sapa İnka.
Tupak Sakur
Tupak Amaru Şakur (16 iyun 1971, Nyu-York-13 sentyabr, 1996, Las-Veqas) afro-amerikan hip-hop ifaçısı, Qərbi Sahil repinin və qanqsta-repin ən görkəmli ulduzlarından biri və əfsanəvi reper. Dünya üzrə 75 milyondan artıq (onlardan 50 — ABŞ-də)musiqi albomlarını sata bilib. Bu da onu dünyada satış üzrə birinci ifaçıya çevirir. İki Qremmi mükafatı laureatı olaraq, altı filmdə çəkilmişdir. Bir sıra səbəbə görə həbsxanada cəza çəkmişdir. Musiqisində getto həyatının bir çox ağırlıqlarını təmsil edən Tupak ölümə "If I Die 2Nite" və "Death Around the Corner" mahnılarını == Həyatı == Afeni Şakur və Billi Qarland ailəsində doğulmuş Tupak II Tupak Amarunun şərəfinə adlandırılmışdı. 1988-ci ildə evi tərk etmiş Tupak "Strictly Dope" rep-qrupuna qoşuldu. 3 ildən sonra dostların "Digital Underground" qrupuna daxil etmiş Tupak onun 1991 il "Same Song" sinqlində oxumuşdur. Həmin ildə Şakur "Brenda's Got a Baby" hiti ilə "2Pacalypse Now" öz debüt solo albomu buraxdı. "Juice" filmində (1992) təsvir edildiyi aqressiv Bişop personajı və Laki rolu ("Poetic Justice", 1993) Şakurun şəxsi həyatının bir çox problemini əks etdi.
Tupak Shakur

Typhlodromips theae
Vabr-Tizak
Vabr-Tizak (fr. Vabre-Tizac, oks. Vabre e Tisac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Ryopeyru kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12285. Kommuna təxminən Parisdən 510 km cənubda, Tuluza şəhərindən 95 km şimal-şərqdə, Rodezdən isə 35 km qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 433 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 251 nəfərin (15-64 yaş arasında) 182 nəfəri iqtisadi cəhətdən fəal, 69 nəfər hərəkətsiz (fəaliyyət göstərici 72.5%, 1999-cu ildə 67.2%) idi.
TUPAK (film)
Tupak məktəbli hekayəsi. e-nəsil hadisə komediyası. — 2022-ci ildə çəkilmiş Azərbaycan Film Akademiyası layihəsidir. Quruluşçu rejissor və ssenari müəllifi Zaur Tahirsoydur. Layihə Azərbaycan Film Akademiyası Postmodern Aktyorluq Məktəbinin tədris proqramı çərçivəsində ərəsəyə gətirilib == Məzmunu == Çoxserialı bədii film sitkomu. İki məktəbli, Tural və Pakizənin situasiya komediyasıdır. Pakizə Turalı sevir və bunu zorla qəbul etdirməyə çalışır. Tural isə bu sevgiyə biganədir. İki fərqli xarakterin hekayəsindən ibarət qısa çox serialı filmdir. == Filmin janrı == Film Komediya janrındadır.
Speak Now
Speak Now — amerikalı müğənni Teylor Sviftin üçüncü studiya albomu. 25 oktyabr 2010-cu ildə Big Machine Records tərəfindən buraxılıb.
Bal Qandahar Tilak
Lokamanya Bal Qanqadhar Tilak (ing. Lokmanya Bal Gangadhar Tilak, marathi बाळ गंगाधर टिळक; 23 iyul 1856 – 1 sentyabr 1920, Bombey, Britaniya Hindistanı) — hind siyasi xadim, sosial reformator. Milliyyətcə maratxdır. Hindistanın azadlıq uğrunda hərəkatının liderlərindən biridir.
Break My Silence
Break My Silence — 2010-cu ilin aprel ayında Azərbaycanda yaradılmış metalcore qrupu. Qrupun ilk demo mahnısı - "Blind To The Truth" 2011-ci ildə dinləyicilərə təqdim olunmuşdur. Yeni vokalist "Vita" ilə birlikdə qrupun "Boundary Of Emptiness" adlı ilk debüt studio albomu 2012-ci il mayın 21-də dinləyicilərin ixtiyarına verilmişdir.
Con Benjamin Toşak
Con Benjamin Toşak (22 mart 1949, Kardiff) - keçmiş uelsi futbolçu, məşqçi. Karyerası ərzində Real Madrid FK , Real Sosyedad FK kimi klublara baş məşqçilik edib. 2014-cü ildə Xəzər-Lənkəran FK klubunun baş məşqçisi təyin olunub.
TUPAK (film,2022)
Tupak məktəbli hekayəsi. e-nəsil hadisə komediyası. — 2022-ci ildə çəkilmiş Azərbaycan Film Akademiyası layihəsidir. Quruluşçu rejissor və ssenari müəllifi Zaur Tahirsoydur. Layihə Azərbaycan Film Akademiyası Postmodern Aktyorluq Məktəbinin tədris proqramı çərçivəsində ərəsəyə gətirilib == Məzmunu == Çoxserialı bədii film sitkomu. İki məktəbli, Tural və Pakizənin situasiya komediyasıdır. Pakizə Turalı sevir və bunu zorla qəbul etdirməyə çalışır. Tural isə bu sevgiyə biganədir. İki fərqli xarakterin hekayəsindən ibarət qısa çox serialı filmdir. == Filmin janrı == Film Komediya janrındadır.
TUPAK (film, 2022)

Bal Qandadhar Tilak
Lokamanya Bal Qanqadhar Tilak (ing. Lokmanya Bal Gangadhar Tilak, marathi बाळ गंगाधर टिळक; 23 iyul 1856 – 1 sentyabr 1920, Bombey, Britaniya Hindistanı) — hind siyasi xadim, sosial reformator. Milliyyətcə maratxdır. Hindistanın azadlıq uğrunda hərəkatının liderlərindən biridir.
II Tupak Amaru
II Tupak Amaru, əsl adı Xose Qabriel Kondorkanki Nogera (isp. Túpac Amaru II, José Gabriel Condorcanqui Noguera; 10 mart 1738, Tinta[d] – 18 may 1781, Kusko[d]) – Latın Amerikası inqilabçısı, Peruda ispan müstəmləkəçi hakimiyyətlərinə qarşı yerli xalqların üsyanının təşkilatçısı və rəhbəri. Bu ad İnk İmperiyasının son hökmdarı Tupak Amarunun şərəfinə götürülüb. Üsyan uğursuz olsa da, II Tupak Amaru Perunun ispan hökmranlığından azad edilməsinin simvoluna çevrildi. == Həyatı == II Tupak Amaru Kusko şəhəri yaxınlığında, Tinta əyalətindəki (korreximyento) Surimana kəndində anadan olub. Doğulanda ona ispan adı olan Xose Qabriel Kondorkanki adı qoyulub. Onun ata tərəfdən ulu babası sonuncu sapa-ink Tupak Amarunun qızının oğlu idi. Surimana kəndi digər iki yaşayış məntəqəsi (Pampamarka və Tunqasuka) ilə birlikdə Tupak Amaru ailəsinə miras qalmış əmlakın (kasikazqo) bir hissəsi idi. O, təhsilini hindi zadəganları və kasiklərin uşaqları üçün xüsusi Yezuit kollecində almışdır. Kolleci bitirəndə o, ispan və latın dillərini bilirdi.
Tərk
Tərk (farsca: تَرك) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanında şəhər. Əhalisi azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar. 1390 hicri (2011) ilində İranda gərçəkləşən umumi sayıma görə (سرشماری عمومی نفوس و مسکن سال 90) şəhərdə yaşıyanların sayısı 2406 başdır.Tanınmış şair Həbib Sahir bu şəhərdə anadan olub və sonra ata və anası ilə Təbrizə köçüb.