Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ucagöy noxud
Pisum elatius Bieb. (P. humile Boiss. & Noe, P. sativum L. subsp. elatius (Bieb.) Aschers. & Graebn.) Hündürlüyü (20) 30-70 (100) sm və ondan yüksək olan, gövdəsi sadə və yaxud budaqlanmış birillik çılpaq göyümtül ot bitkisidir. Yalançı zoğları iridir, yarım oxşəkilli, uzunsovdur, çox vaxt aşağı hissəsi və həmçinin yuxarısı oyuqlu dişlidir. == Yarpaq == Yarpaqları 2-3 cüt yarpaqcıqlarladır, yarpaqcıqlar yalançı zoğlardan biraz iri və ya onlara bərabərdir, elliptik və ya uzunsovdur, tamkənarlı və ya kənarları az dişlidir, aşağı yarpaqları əksinə-yumurtaşəkillidir. == Çiçək == Çiçək saplağı adətən yalançı zoğlardan 2-3 dəfə uzundur və üzərində 1-2 ədəd çiçək olur. Tacın uzunluğu 20–25 mm-dir. Yelkən bənövşəyi və ya tünd-qırmızı rəngdədir; qanadları demək olar ki, qara tünd-bənövşəyi rəngdədir, ovaldır; qayıq tutqundur və qanadlardan biraz qısadır.
Qaboy
Qoboy (alm. Oboe‎, fr. hautbois, hərfi mənası – hündür ağac) — ağac nəfəsli musiqi aləti. Konus formalı alət olub klapanlar sistemi ilə təchiz olunur. == Tarixçə == Qaboy hələ qədim zamanlardan, e.ə. III minillikdə "memet" adı altında mövcud olmuşdur. Qədim ney alətindən törəmişdir. XVIII əsrin I yarısından peşəkar musiqidə istifadə olunur. == Quruluşu == Ağacdan düzəldilir. 17-ci əsrin 2-ci yarısında Fransada yaranmışdır.
Uzboy
Uzboy — Mərkəzi Asiyanın səhralıq ərazisində keçən qurumuş çay yatağı. Türkmənistan ərazisində Sarıqamış çökəkliyindən başlayaraq Xəzər dənizi istiqamətinə istiqamətlənir. Onun zunluğu 550 kilometrdir. Həmdə axmaz göllər üçün ümumi ifadə kimi istifadə edilir. == Xüsusiyyətləri == Bu qol enli bir yatağa malik olaraq, çoxlu sayda terrasvari enişlərə sahibdir. Bu terraslar nə vaxtsa mövcud olan şəlalələrin yerləridir. Bu çayın olduqca gursulu olmasına dəlalət edir. Qurumuş yataq boyunca çoxlu sayda su calılarının qalıqları müşahidə edilir. Bəziləri bu çayın Amudəryanın bir qolu olmasını deyirlər. O nə zamansa Xəzər dənizinə tökülürmüşVladimir Afanasiev Obruçev Özünün Xəzər arxası regiona ekspedisiyası zamanı 1886 ildə Uzboy haqqında belə yazırdı: «Bala-İşem quyusundan 200 addım qərbdə, Sərdar Xivə karvan yolunun üzərində 40°15 ş.
Ucacou nodiflorum
Synedrella (lat. Synedrella) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Synedrella nodiflora (L.) Gaertn.Sinonim Blainvillea latifolia (L.f.) DC. Blainvillea latifolia var. latifolia Eclipta latifolia L.f. Ucacou nodiflorum (L.) Hitchc.
Vaqif Ucatay
Vaqif Ucatay (Hüseynov Vaqif Hüseyn oğlu; 22 iyun 1955, Təkyə, Dəvəçi rayonu – 20 dekabr 2020, Bakı) — Azərbaycan rəssamı; Azərbaycan "Karikaturaçı Rəssamlar Birliyi"nin üzvü (2006). == Həyatı == Vaqif Ucatay 22 iyun 1955-ci ildə Dəvəçi rayonununnun Təkyə kəndində anadan olub. 1972-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin boyakarlıq fakultəsinə qəbul olmuşdur. 1973–1975-ci illərdə Krasnoyarsk şəhərində hərbi xidmətdə olmuş, 1978-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbinin boyakarlıq fakultəsini bitirmişdir. 1981–1987-ci illərdə Sankt-Peterburqda Repin adına Rəssamlıq Akademiyasının boyakarlıq fakultəsində təhsil alıb. 1993-cü ildən Əzim Əzimzadə adına Rəssamlıq Kollecində və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında pedaqoji fəaliyyətlə məşğuldur.20 dekabr 2020-ci ildə 65 yaşında dünyasını dəyişib. == Yaradıcılığı == 1990-cı illərdən karikatura ilə ciddi məşğul olur. Əsərləri bir sıra kitab və jurnallarda çap olunub. 1993-cü ildən pedaqoq-rəssam kimi fəaliyyət göstərir. Bir çox sərgilərin və müsabiqələrin iştirakçısıdır.
Dora Çabay
Dora Çabay (d. 20 aprel 1989) — Macarıstanı təmsil edən su poloçusu. == Karyerası == Dora Çabay, Macarıstan yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasına 11:14 hesabı ilə məğlub olan Macarıstan yığması, London Olimpiadasını dördüncü pillədə başa vurdu. Daha sonra Dora Çabay, Macarıstan yığmasının heyətində 2016-cı ildə Braziliyanın ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Rusiya yığmasına 18:20 hesabı ilə məğlub olan Macarıstan yığması, Rio-de-Janeyro Olimpiadasını dördüncü pillədə başa vurdu.