Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ulduzvari şorangə
Ulduzvari şorangə (lat. Salsola stellulata) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin şorangə cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqazda, Avropada, Qərbi Sibirdə yayılmışdır. Orta Asiyada təsvir edilmişdir. == Botaniki təsviri == Hündürlüyü 10-12 sm olan, qaidə hissədən şaxələnmiş və aşağı hissədən budaqları oduncaqlaşmış yarımkolcuqdur. Yarpaqları oturan, yarımsilindrvarıdır, uzunluğu 5-10 mm, ucları kütdür. May ayında çiçəkləyir. Çiçəkyanlığının yarpaqları uzun tükcüklərlə örtülmüşdür. Sentyabr-oktyabr aylarında meyvə verir. Meyvələri pərdəvari qanadlı, böyrəkvari, adətən narıncı rəngdədir.
Ulduzvarı şoran