Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Slava Ukraini
Ukraynaya eşq olsun! və ya Slava Ukraini! (Ukraynaca: Слава Україні!, Rom: Slava Ukraini!) Ukraynanın suverenliyi və müqavimətinin simvolu kimi tanınan, 2018-ci ildən isə Ukrayna Silahlı Qüvvələrinin rəsmi salamı kimi tanınan Ukrayna milli salamıdır. Salamlamaya adətən "Qəhrəmanlara eşq olsun!" (Ukraynaca: Героям слава! Rom: Geroyam slava!) sözü də müşayiət edir. Şüar ilk dəfə XX əsrin əvvəllərində, 1917-ci ildən 1921-ci ilə qədər davam etmiş Ukraynanın Müstəqillik Müharibəsi zamanı ukraynalılar arasında çox populyarlaşdığı zaman müxtəlif formalarda ortaya çıxmışdır. 1930-cu illərdən, xüsusilə İkinci Dünya Müharibəsində Stepan Banderanın Ukrayna Millətçiləri Təşkilatı və Ukrayna Üsyan Ordusu başda olmaqla müxtəlif Ukrayna millətçi qrupları, daha sonra isə Soyuq müharibə dövründə Qərbdəki Ukrayna diaspor qrupları və qaçqın icmaları tərəfindən istifadə edilmişdir. Sovet İttifaqında bu ifadənin nasistlərlə əməkdaşlıq edən şəxslərin şüarı olduğu əsas gətirilərək qadağan edilmiş, sovet və daha sonra isə Rusiya hakimiyyəti tərəfindən nüfuzdan salınmağa çalışılmışdır. Sovet İttifaqının dağılması ilə əlaqədar olaraq yenidən gündəmə gəlmiş və xüsusilə 2014-cü ildən sonra Rusiya-Ukrayna müharibəsi zamanı demokratiya və Ukraynanın müstəqilliyini vurğulamaq üçün yenidən istifadə edilmişdir. Ukrayna Futbol Federasiyasının məlumatına görə, "Ukraynaya eşq olsun!" Ukraynada geniş yayılmış bir salamlaşma formasıdır.
Ukraine NOW
Ukraine NOW — Banda Agency tərəfindən yaradılmış və Ukrayna Nazirlər Kabinetinin qərarı ilə 10 may 2018-ci il tarixində təsdiqlənmiş Ukraynanın turistik brendi. 2018-ci ildə Ukraine NOW brendi Red Dot Design Award 2018 mükafatını qazanmışdır. Brendin loqotipində ölkənin adı, kommunikasiya mesajı səciyyəsi daşıyan NOW (ing. indi) yazısı və Ukraynanın yuxarı dərəcəli milli domeni olan UA piktoqramı yer almışdır. Loqotipin fərqli xüsusiyyətlərindən biri onun üzrəində dəyişikliklərin aparıla bilməsi imkanından ibarətdir. İstifadə zamanı məxsusi elementlər üzərində dəyişikliklərin aparılması mümkündür. Həmçinin, brend üçün çıxıntısız şrift kateqoriyasına aid edilən Ermilov Bold şrifti hazırlanmışdır. Şriftin adı avanqardçı rəssam Vasili Yermilovun adı ilə bağlıdır. Şriftin müəllifi rəssamın işlərindən ilhamlandığını bildirmişdir. Brendin üslubuna sarı, göy, qara rənglərdən istifadə xasdır.
Ukraincə Vikipediya
Ukraincə Vikipediya — Vikipediyanın ukrain dilində olan bölməsidir. Bu günə gədər 1.333.490 məqalə yaradılıb.