Vadim Getman
Vadim Petroviç Getman (ukr. Вадим Петрович Гетьман; 12 iyul 1935, Snitin[d], Xarkov vilayəti – 22 aprel 1998, Kiyev) — Ukraynalı sovet iqtisadçı, maliyyəçi və siyasətçisi. Ukrayna Milli Bankının ikinci rəhbəri (1992–1993), "Ukrayna Qəhrəmanı" (2005) mükafatı laureatı.
Məktəbi bitirdikdən sonra universitetin coğrafiya fakültəsinə daxil olmaq üçün Kiyevə gedə Vadim, imtahanları əla qiymətlərlə versə də Universitetə qəbul olunmadı.
1956-cı ildə Vadim Getman adına Kiyev Milli İqtisadiyyat Universitetini bitirmiş, sonra Zaporojya vilayətinin müxtəlif maliyyə və planlaşdırma orqanlarında çalışmışdır.
1975-ci ildə Getman Ukrayna SSR Qiymətlər üzrə Dövlət Komitəsi rəhbərinin birinci müavini təyin edilib. 1987-ci ildə Ukrayna SSR Aqrar-Sənaye Bankının (1990-cı ildən — "Ukrayna" bankı) idarə heyətinin rəhbəri olub. (SSRİ-nin dağılmasından sonra Getman Ukrayna Aqroprombankının Ümumittifaq Bankından ayrılmasına nail oldu və bununla da Ukraynada ilk kommersiya bankını təsis etdi). Milli valyutanın yaradılmasının təşəbbüskarlarından biri olub. Getman bu vəzifədə 1992-ci ilin martına qədər, Ukrayna Milli Bankının idarə heyətinin rəhbəri seçilənə qədər qaldı.