Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mumbay
Mumbay -(mumbəi; marathi मुंबई, Mumbaī; 1995-ci ilə qədər Bombey बॉम्बे və ya बंबई Bambaī) Hindistanda Maharashtra əyalətinin paytaxtı və Cənub subkontinentinin əsas liman şəhəridir. O Salsette yarımadasında yerləşir. Şəhərin mərkəzi yarımadadan Ərəbistan dənizinə tərəf uzanan nazik tormaq sahələri üzərində yerləşmişdir. Şəhər Hindistanın iqtisadi mərkəzi hesab edilir və dünyada məşhur fil studiyası olan Bollivudun vətənidir. Mumbay nəqliyyat xətlərinin kəsişdiyi şəhər olub, özündə çoxlu sayda universitet, muzey, teatr və qalereyaları cəmləşdirir. Mumbay öz 13,7 milyon əhalisi ilə dünyanın ən çox əhalisi olan şəhərlərindən biridir. Ətraf sahəsində yerləşən metropol reionu ilə birlikdə onun əhalisi 20 milyindan artıqdır, bu da dünya üzrə 5-ci yer demədkir. Hindistanda əhalinin qeydiyyat məsləsi ilə məşğul olan idarələrin olmaması ucundan burada verilən rəqəmlər yalnız təxmini götürülə bilər. Mumbay böyük beynəlxalq nəqliyyat şəbəkəsinin düyümündə yerləşdiyindən hər il Hindistanın sərnişinlərinin yarısı yarısı keçir. Böyük iqtisadi rəngarənglik şəhərin kontrastında da özünü göstərir.
Murzay
Başqırdlar at və ya iri mal-qaranın dərisindən ustalıqla müxtəlif qablar düzəldirdilər. Bu qablar at südünün sağılması, saxlanması, kumıs hazırlanması və gəzdirilməsi üçün istifadə olunmuşdur. Məlumdur ki, başqırdların həyatında bir ərzaq kimi kumısın böyük əhəmiyyəti var. Onlar dəridən mehtərə (murtay), butulka (botlok), vedrə (baş künək) və başqa qabları böyük ustalıqla tikirlər. Bunların içərisində «haba» on çox tutumlu olub 6 ÷ 12 vedrə süd tutur. Başqırdlarda inək əmcəyinin dərisini emal etməklə qida məhsulu saxlamaq üçün düzəldilən dəri qab isə murzay adlanır.
Mumbay Universiteti
Mumbay Universiteti (ing. University of Mumbai, marathi मुंबई विद्यापीठ) — Hindistanın Mumbay şəhərində yerləşən ali təhsil müəssisəsi. Mədrəs və Kəlkətə universitetləri ilə birlikdə ölkəsinin ən qədim və öncül universitetlərindən biridir. Universitetin əsası 18 iyul 1857-ci ildə qoyulmuşdur. Quruluşunda nümunə kimi London Universiteti əsas götürülmüşdür. Universitetin zəngin kitabxana fondu var. Mumbay Universiteti ən çox milyarder məzunu olan universitetlərin siyahısında 9-cu yerdədir. 2014-cü ilə aid məlumata görə bu universitetin 12 milyarder-məzunu var. Milli Qiymətləndirmə və Akkreditasiya Şurası (NAAC) tərəfindən Mumbay Universitetinə "Beş Ulduz" statusu verilmişdir. Buranın məzunu olan məşhurlardan misal olaraq aşağıdakıların adlarını çəkmək olar: Mukeş Ambani — Hindistan milyonçusu, dünyanın ən zəngin adamlarından biri.
Aşıq Umbay
Aşıq Umbay (Umbay Sadıq oğlu Axundov; 21 mart 1941, Laçın rayonu) — Azərbaycan aşığı, "Əməkdar mədəniyyət işçisi". == Həyatı == Aşıq Umbay 1941-ci il mart ayının 21-də Laçın rayonunun Qarakeçdi kəndində kolxozçu ailəsində anadan olub. 1946–1953-cü illərdə 7 illik Qarakeçdi kənd məktəbini, 1953–1959-cu illərdə isə Minkənd kənd orta məktəbini bitirmişdir. 1968-ci ildə Həsən bəy Zərdabi adına Gəncə Dövlət Pedoqoji İnstitutunun tarix fakultəsinə daxil olmuş və 1974-cü ildə həmin institutu müvəfəqiyyətlə bitirmişdir. Gənc yaşlarından aşıq sənətinə böyük maraq göstərən Umbay Gəncəli Aşıq Maisdən 2 il aşıqlıq sənətinin sirlərini mənimsəmişdir. 1971-ci ildə rayonlararası "Gənc Aşıqlar Festivalı"nda birinci yerə çıxmışdır. 1976-cı ildə ümumittifaq festivalının laureatı olub qızıl medal alan Aşıq Umbayın 1989-cu ildə 2 qramafon valı yüksək tirajla satışa buraxılmışdır. 1992-ci ildə "Laçında dillənən saz" adlı şeirlər kitabı 7 min tirajla nəşr edilmişdir. Azərbaycan Dövlət Televiziyasında "Şah İsmayıl" və "Laçın həsrəti" dastanlarını danışmışdır. 1984-cü ildə IV aşıqlar qurultayının üzvü olan Aşıq Umbay 2008-ci ildə keçirilən V aşıqlar qurultayının idarə heyətinin üzvü seçilmişdir.
Umbay Əmirov
Umbay Əmirov (Umbay Abbas oğlu Əmirov; d.1899 — v.?) — Cümhuriyyət tələbəsi, həkim, Azərbaycan SSR Səhiyyə Nazirinin müavini. Umbay Abbas oğlu Əmirov 1899-cu ildə Şuşa şəhərində anadan olmuşdu. Şuşa real məktəbini bitirmişdi. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri idi. 1916-cı ildən Odessa Universitetində təhsil almış, lakin maddi çətinlik üzündən təhsilini yarımçıq buraxıb geri qayıtmışdı. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən təhsilini tibb sahəsində davam etdirmək üçün yenidən həmin universitetə göndərilmişdir. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır. Azərbaycan SSR-nin səhiyyə nazirinin müavini vəzifəsində çalışmışdı. Umbay Əmirov Dilarə Səfərova ilə ailə qurmuşdu. Rasim və Arif adlı iki oğlu, Beyim adlı qızı vardı.
Şinci Muray
Şinci Muray (d. 1 dekabr 1979) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 5 oyun keçirib.
A.E.Murray
Albert Edvard Mürrey (ing. Albert Edward Murray; 1935) — ABŞ botaniki. Albert Edvard Mürrey toxumlu bitkilər üzrə ixtisaslaşıb.. Nuevas Combinaciones de Subespecies Asiáticas de Acer. «Morris Arboretum Bulletin». Murray, AE, AO Klein. Relationship between Photoconvertible & Nonphotoconvertible Protochlorophyllides. Plant Physiology 48: 383—388. 1971. Prunus pojarkovii A.E.Murray in Kalmia, 1: 31 (1969).
Ivan Murray Johnston
Ayven Mürrey Jonston (ing. Ivan Murray Johnston (1898-1960)) - ABŞ botaniki. Fitzroya cupressoides Leucophyllum frutescens Astragalus sprucei Euplassa Euplassa occidentalis Fuchsia hypoleuca Robert Jan 'Roy' van de Hoek: Restoration and Recovery for Elna Bakker, and Ivan Johnston. "R&R" for the Playa del Rey Frogs and Plants.