Umbay Əmirov (Umbay Abbas oğlu Əmirov; d.1899 — v.?) — Cümhuriyyət tələbəsi, həkim, Azərbaycan SSR Səhiyyə Nazirinin müavini.
Umbay Əmirov | |
---|---|
Əmirov Umbay Abbas oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Şuşa, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | 1958 |
Vətəndaşlığı |
Rusiya imperiyası AXC SSRİ |
Həyat yoldaşı | Dilarə Səfərova |
Uşaqları | Rasim, Arif, Beyim |
Təhsili | Odessa Universiteti |
Umbay Abbas oğlu Əmirov 1899-cu ildə Şuşa şəhərində anadan olmuşdu. Şuşa real məktəbini bitirmişdi. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri idi. 1916-cı ildən Odessa Universitetində təhsil almış, lakin maddi çətinlik üzündən təhsilini yarımçıq buraxıb geri qayıtmışdı. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən təhsilini tibb sahəsində davam etdirmək üçün yenidən həmin universitetə göndərilmişdir. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.[1] Azərbaycan SSR-nin səhiyyə nazirinin müavini vəzifəsində çalışmışdı.
Umbay Əmirov Dilarə Səfərova ilə ailə qurmuşdu. Rasim və Arif adlı iki oğlu, Beyim adlı qızı vardı.