Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əl-Ubeyd (şəhər)
Əl-Ubeyd ( ərəb. الأبيض‎, ing. Al-Ubayyid) — Sudanda şəhər, Şimali Kordofan əyalətinin inzibati mərkəzi. Burada dəmiryol stansiyası var. Şose və karvan yolları qovşağı olan şəhərdə sabun istehsal olunur. Burada qummiarabik (yapışqan) ticarəti edilir. 2013-cü ilin hesablamalarına görə şəhərin əhalisi 418,280 nəfərdir. Əhalinin əksəriyyəti müsəlmandır, xristian azlıq var. Əsas etnik qruplar ərəblər, nubalar, becalar və nilotlardır. Şəhər həm də əsasən avropalılar və turistlərdən ibarət kiçik əcnəbi qruplara evdir.
Biq-Bend milli parkı
Biq-Bend- ABŞ-də milli park. == Haqqında == Binq-Bend-Texas ştatının cənub-qərbində Rio-Qrande çayı ilə ayrılan Meksika sərhəddindədir. Milli parkın ərazisində Çisos dağı yerləşir ki, onun da ən hündür nöqtəsi 2385 m olub Emoridir. Milli parkın bir hissəsində Çiuaua səhrası yerləşir ki, burada səhra iqlimi hakimdir. Həmçinin burada müxtəlif kaktus növlərinə də rast gəlinir. Rio-Qrande çayı çox da iri olmayan kanyonlar yaradır ki, buda lentvatri oazisləri xatırladır.
Ağbənd
Ağbənd – Azərbaycan Respublikasının Zəngilan rayonunun Vejnəli kənd inzibati ərazi dairəsində qəsəbə. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. 2020-ci ilin oktyabr ayının 22-də Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunmuşdur. == Tarixi == Ağbənd qəsəbəsi Araz çayının sahilində, Ağbənd dağının ətəyindədir. Yaşayış məntəqəsi adını ətəyində salındığı dağın adından almışdır. 1958-ci ildə meydana gəlmiş bu qəsəbəni Bartaz, Vejneli, Dəlləkli, Əmirxanlı, Baharlı, Çöpədərə və Sürtük kəndlərindən gəlmiş ailələr salmışdır. Qazaxıstanın Selinoqrad vilayətində Akbənt qəsəbəsi qeydə alınmışdır. == Ağbənd dağı == Zəngilan rayonu ərazisində dağ. Ağbənd qəsəbəsinin cənub-şərqindədir. Süxurları ağ rəngdə olan dağ Araz çayının dərəsinə doğru bəndi xatırladan formada uzandığı üçün belə adlandırılmışdır.
Günbəd
Günbəd (Tikantəpə)
Rabənd
Rəbənd — Azərbaycan Respublikasının Zəngilan rayonunun Yenikənd kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.25 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Rəbənd
Rəbənd — Azərbaycan Respublikasının Zəngilan rayonunun Yenikənd kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.25 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Yüzbənd
Yüzbənd (Əhər)
Çubənd
Çubənd—Qaradağ vilayətinin Əhər mahalında yerləşən kənd. Hazırda Əhər şəhristanına bağlıdır. Çubənd kəndi Qaradağın qədim kəndlərindəndir. Bu kənd tarixin bir çox olaylarına tanıqlıq edib. Cəfər xan Çubəndi Nasir Dövran-şair. Ənvər Çingizoğlu, Qarşı yatan Qaradağ. Bakı, "Ozan", 1998, 192 səh.
Cübənd (Əhər)
Cübənd (fars. جوبند‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 196 nəfər yaşayır (48 ailə).
Dərb Günbəd
Dərb Günbəd — İranın Luristan ostanının Kuhdəşt şəhristanının Dərb Günbəd bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,119 nəfər və 451 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti ləklərdən ibarətdir və lək dilində danışırlar.
Günbəd (Bostanabad)
Günbəd (fars. گنبد‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 387 nəfər yaşayır (71 ailə).
Günbəd (Tikantəpə)
Günbəd (fars. گنبد‎) — İranın Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 170 nəfər yaşayır (37 ailə).
Günbəd (Urmiya)
Günbəd (fars. گنبد‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 957 nəfər yaşayır (138 ailə).
Günbəd (Xoy)
Günbəd (fars. گنبد‎‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 132 nəfər yaşayır (27 ailə).
Günbəd (İcrud)
Günbəd (fars. گنبد‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 106 nəfər yaşayır (31 ailə).
Günbəd (Əcəbşir)
Günbəd (fars. گنبد‎) — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 301 nəfər yaşayır (77 ailə).
Yalə Günbəd
Yalə Günbəd (fars. يله گنبد‎), İmamzadə və ya İmamzadə Yeləgümbəz — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə 429 nəfər yaşayır (105 ailə).
Yüzbənd (Kəleybər)
Yüzbənd (fars. يوزبند‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd.
Yüzbənd (Əhər)
Yüzbənd (fars. يوزبند‎‎‎‎‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd.
Ünləndi (Duzluca)
2 = <tr class="mergedrow"> ...<templatestyles>...</templatestyles>Ünlendi, Tuzluca rakım_dipnotlarÜnlendi, Tuzluca nüfus_dipnotlarÜnlendi, Tuzluca ülkeÜnlendi, Tuzluca Ünləndi — Türkiyənin İğdır vilayətinin Duzluca rayonunda kənd. Kəndin köhnə adı Dəmirşən və ya Dəmişan olmuşdur.
Bend Over and Pray the Lord
Bend Over and Pray the Lord — Lordi studiya albomu.
Bənd
Bənd — şeirin bir neçə misradan ibarət qismən bitkin parçalarına deyilir. Şair şeirdə danışacağı fikri müəyyən bitkin hissələrə verir. Şeirdə bəndələri bir-birilə əlaqəsiz təsəvvür etmək olmaz. Ayrı-ayrı bəndlərdəki misralar bir-birini tamamladığı kimi, şeirin bəndləri də məzmunca bir-birilə bağlanmalıdır. Şeir növlərinin müəyyənləşməsində bənddəki misraların sayı əsas şərtdir. Bununla bərabər, bir sıra şeir şəkillərindəki bəndlər misraların sayı etibarı ilə eynidir. Belə ki, hər bəndi dörd misradan ibarət olan şeirlərin mürəbbe (dördlük), qoşma, gəraylı kimi şəkilləri vardır. Klassik şeir janrları olan mürəbbelərin hər bəndi dörd, müxəmməslərin beş, müsəddəsin altı, müsəbbelərin yeddi misradan ibarət olmuşdur. Şeir növləri əsasən bənddəki misraların sayına görə təyin olunur. == İstinadlar == == Həmçinin bax == Beyt Misra == Ədəbiyyat == Şəmistan Mikayılov, Ədəbiyyat nəzəriyyəsi.
Übeyd mədəniyyəti
Übeyd mədəniyyəti və ya Obeyd mədəniyyəti — enolit dövrünə aid mədəniyyət. E.ə. V minillikdə Yaxın Şərqdə, xüsusilə Mesopotamiyada mədəni inkişafın yüksək səviyyədə olmuşdur. Məhz bu dövrdə ilk dəfə olaraq Mesopotamiyada qədim şəhər mədəniyyətinin meydana çıxdığını, Şumer mədəniyyətinin bünövrəsinin qoyulmuşdur. E.ə. V minillikdə Cənubi Mesopotamiyada mövcud olmuş Ubeyd arxeoloji mədəniyyəti e.ə. V minilliyin birinci yarısında daha da inkişaf edərək yayılmış və Mesopotamiyanın şimal əyalətlərini əhatə etmişdir. Мəlum olduğu kimi, Ubeyd mədəniyyəti protoşumerlərə və şumerlərə aid edilir. Şumer dili Hind-Avropa dilləri ilə qohum olmamış, onun türk dilləri ilə bağlı olmasına dair inkaredilməz dəlillər aşkar olunmuşdur. Bu mədəniyyət üçün xarakterik olan arxasıüstə uzadılmış skeletlərin Мesopotamiyada yayılması şumerlərin gəlişi ilə əlaqələndirilir.
Übeyd Zəkani
Xacə Nizaməddin Übeydullah əz-Zakani (fars. خواجه نظام الدین عبید الله الزاکانی‎; 1301 – 1371, Şiraz), daha çox Übeyd Zəkani (عبید زاکانی) kimi tanınır — Elxanilər dövlətində yaşamış fars şairi. O, fars ədəbiyyatının ən yaxşı satiriklərindən biri hesab olunurdu. Onun ən məşhur əsəri dini riyakarlığa hücum edən siyasi satira olan "Muş-o qorbeh"dir ("Siçan və pişik"). Çox məşhur bir şəxsiyyət olsa da, əsərlərinin əksəriyyətində təxribatçı və ədəbsiz mətnlərdən ibarət olduğu üçün Übeydin yaradıcılığına son vaxtlara qədər az diqqət yetirilirdi. O, Fransa maarifçi yazıçısı Volter ilə müqayisə edilmişdir. Übeyd islam dövrünün əvvəllərində İranın şimalında Qəzvinə köçmüş ərəb qəbiləsi olan Bənu Xəfacənin nəslindən olan Zəkani ailəsindən idi. Zəkani ailəsi iki qoldan ibarət idi; biri din sahəsi ilə seçilir, digəri isə Übeydin mənsub olduğu mülkədar və bürokratlardan ibarət idi. Übeydin özünün 1319-cu ildən əvvəl Qəzvində anadan olduğu güman edilir. İran o zamanlar monqol Elxani hakimiyyəti altında idi və bu dövr geniş şəkildə fars poeziyasının qızıl dövrü hesab olunurdu.
Göy Günbəd Türbəsi
Göy Günbəz Türbəsi və ya Göy Günbəd Türbəsi — Marağa şəhərində Dairəvi Türbənin yaxınlığında yerləşən və Möminə Xatun Türbəsinin təsiri ilə inşa edilmiş Azərbaycan memarlığının maraqlı nümunələrindən biri. == Memarlıq xüsusiyyətləri == Göy Günbəz Səlcuq memarlığının səkkizbucaqlı qülləvari türbələrindən biridir. Göy Günbəzin qülləsinin plan-məkan quruluşu Xərrəqan türbələri ilə birtiplidir – səkkizüzlü prizmanın bucaqları bayırda silindrik dayaqlarla möhkəmləndirilmişdir. Ancaq dayaqlararası sivri tağçalarda və karnizdə stalaktitlərdən istifadə etmək baxımından Göy Günbəz Mömünə Xatun Türbəsinin aydın təsirinə məruz qalmışdır. Bununla belə marağalı memar öz böyük naxçıvanlı həmvətənini yamsılamaqdan uzaq olmuşdur. Mömünə Xatun türbəsində incəlik, təntənə klassik ciddiliyə tabe edildiyi halda, Göy Günbəz türbəsində dekorativlik, bədii şuxluğa üstünlük verilmişdir. Hətta Göy Günbəzin üst yazı qurşağı da kufi xəttinin daha dekorativ növü ilə yazılmışdır. Göy Günbəz türbəsinin memarlıq bəzəyində ikiplanlı relyefi olan kərpic naxışlara tuş gəlinir. Onda daha qabarıq naxış quruluşu xüsusi profilli xırda kərpiclərdən yığılmışdır. Bu ümumi şəbəkənin altından keçən girihlər daha sıx quruluşlu olub, dayaz relyeflidir.
Kafir Günbəd Türbəsi
Kafir Günbəd Türbəsi – İranda, Qəzvinin Niyaq kəndi yaxınlığında yerləşən və inşa tarixi XII – XIII əsrlərə aid edilən türbə. Türbə ümumilikdə səkkizbucaqlı quruluşa malikdir. Türbənin tinləri bayır tərəfdə qabarıq olub üzləri yelən kimi dövrələyir. İçəridə isə hər üzdə sivri tağça qurulmuşdur. Tağçaların üst əyri hissəsi ümumi səthdən bir az irəli çıxmışdır. Onların arasındakı tromplar günbəz oturacağının çevrəsinə keçidi təmin edir. İç məkan sferokonik günbəzlə örtülü olmuşdur. Qalıqlara əsasən araşdırmaçılar Kafir Günbəd türbəsinin səkkizüzlü piramida biçimli günbəzlə örtüldüyü qənaətindədirlər. Kafir Günbəd türbəsinin iç və dış səthlərində bəzək izləri qalmamışdır. Bu abidəni Azərbaycanın digər səkkizüzlü türbələrindən fərqləndirən bir cəhət də onun üzlərində dünyanın dörd yönünə açılan qapı gözlərinin olmasıdır.
Qırmızı Günbəd Türbəsi
Qırmızı Günbəz Türbəsi (az-əbcəd. قیرمیزی گۆنبز توربهسی‎, fars. گنبد سرخ‎) — XII əsrdə Marağada tikilmiş qülləvari günbəzlərdən biri. Qırmızı Günbəz türbəsi Azərbaycan ərazisində inşa olunmuş ən qədim müsəlman xatirə tikililərindən biri olmaqla yanaşı Azərbaycan memarlıq tarixində kaşı, istifadəsinin ilk bəlli örnəyi olan abidədir. Azərbaycan memarlıq irsində də “memar” ixtisası adına birinci dəfə Qırmızı Günbəz türbəsinin kitabəsində rast gəlinir. Bu fakt XI-XII yüzilliklərdə Azərbaycanda memar nəsillərinin olduğunu sübut edir. 12-ci əsrdə iqamətgahı Naxçıvanda olan Azərbaycan Atabəyləri dövləti meydana gəlir. O, şimaldan Kür çayına qədər Azərbaycanın bütün cənub vilayətlərini, o cümlədən indiki İran və İraqın bir hissəsini əhatə edirdi. Bu dövrdə Naxçıvan böyük bir dövlətin iqtisadi, siyasi və mədəni həyatının mərkəzinə çevrilir. Şəhərsalma və xalq sənətçiləri yüksək səviyyəyə qalxır.
Üç Günbəd Türbəsi
Üç Günbəz Türbəsi və ya Üç Günbəd türbəsi – Qərbi Azərbaycanın Urmiya şəhərində yerləşən Səlcuqlular dövründə tikilmiş türbə. Urmiya gölünün sahilində yerləşir. Üç Günbəz türbəsinin adının müxtəlif yozumları olsa da onlardan elmi əsası olan yeganə fikir abidənin vaxtilə içində olduğu üç qülləvari türbə qrupundan yadigar qalması və təklikdə əsgi adı daşımasıdır. H. Qəzvini "Zeyle tarixe qozide" əsərində (1330) Marağa vilayətində "Se günbəd" adını çəkməsi bu türbənin, ya da türbələr qrupunun o çağda böyük nüfuz daşıdığına və ellikcə tanındığına işarədir. El rəvayətinə örə Üç Günbəz türbəsini Xarəzmşah Cəlaləddin ucaltdırmışdır. Ancaq türbənin kitabəsindən bəllidir ki, türbə Sultan Cəlaləddinin Azərbaycana gəlişindən xeyli əvvəl – hicri 580 – ci ildə (miladi 1184) tikilmişdir. Ola bilər ki, Üç Günbəzin yanında olan və dağılaraq dövrümüzə çatmayan bir türbə Sultan Cəlaləddin çağının əsəri imiş. Türbənin kitabəsində abidəni ucaldan memar öz imzasını qoymuşdur. Türbənin memarı Əbumənsur Musa oğludur. Üç Günbəz türbəsinin plan biçimi bayırda dairəvi, daxildə isə kvadratdır.