Ağbənd

AğbəndAzərbaycan Respublikasının Zəngilan rayonunun Vejnəli kənd inzibati ərazi dairəsində qəsəbə.[1]

Ağbənd
38°54′ şm. e. 46°34′ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Zəngilan rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 428 nəf.
Xəritəni göstər/gizlə
Ağbənd xəritədə
Ağbənd
Ağbənd

Ağbənd qəsəbəsi Araz çayının sahilində, Ağbənd dağının ətəyindədir. Yaşayış məntəqəsi adını ətəyində salındığı dağın adından almışdır. 1958-ci ildə meydana gəlmiş bu qəsəbəni Bartaz, Vejneli, Dəlləkli, Əmirxanlı, Baharlı, Çöpədərə və Sürtük kəndlərindən gəlmiş ailələr salmışdır. Qazaxıstanın Selinoqrad vilayətində Akbənt qəsəbəsi qeydə alınmışdır.[2]

1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi.

2020-ci ilin oktyabr ayının 22-də Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunmuşdur. Bununla da, işğal altında olan Azərbaycan-İran dövlət sərhədi tam nəzarətə götürülüb.[3]

Ağbənd dağı

[redaktə | mənbəni redaktə et]

Zəngilan rayonu ərazisində dağ. Ağbənd qəsəbəsinin cənub-şərqindədir. Süxurları ağ rəngdə olan dağ Araz çayının dərəsinə doğru bəndi xatırladan formada uzandığı üçün belə adlandırılmışdır.[2]

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  2. 1 2 Ağbənd // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
  3. "Azərbaycan-İran dövlət sərhədinin tam nəzarətə götürülməsindən dörd il ötür". Report İnformasiya Agentliyi (az.). 2024-10-21. İstifadə tarixi: 2024-10-22.