Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
United Airlines
United Airlines Inc (adətən sadəcə "United" adlandırılır) — İllinoys ştatının Çikaqo şəhərində yerləşən böyük bir Amerika hava yolu şirkəti.. 2010-cu ildə 3 milyard dollarlıq bir ortaqlığın ardından United tamamilə United Continental Holdingsə məxsus olmuşdur. Aviaşirkət bir vaxtlar dünyanın ən böyük təyyarə istehsalçılarından biri olan Boeing şirkətinə məxsus idi.
Baku United FC
Baku United FC — İngiltərənin futzal klubu. == Tarixi == Baku United futzal klubu 2008-ci ildə Odlar Yurdu təşkilatı tərəfindən yaradılmışdır. Həmin dövrdə "Odlar Yurdu" Diaspor Təşkilatı London şəhərində təhsil alan və yaşayan tələbələrdən ibarət bir neçə həvəskar futbol komandaları formalaşdırmışdı. Həmin komandalar öz aralarında qeyri peşəkar yarışlar keçirməklə yanaşı, bəzən birləşib vahid komanda formalaşdıraraq digər komandalarla oynayırdılar. Sonralar "Baku United" adı məhz həmin tarixi ənənədən yaranmağa başladı. Yarandığı ilk illərdən etibarən komanda Böyük Britaniyada təşkil olunan müxtəlif turnirlərdə iştirak etmişdir. "Baku United" futbol komandasının iştirak etdiyi ilk turnir "Odlar Yurdu" Diaspor Təşkilatı tərəfindən təsis edilən "Heydar Aliyev" CUP futzal turniri idi. Bu turnir 2008-2010-cu illərdə Böyük Britaniyada, 2011-ci ildə bu ölkə ilə yanaşı Çexiyada, 2012-ci ildə əlavə olaraq Rumıniya və Avstriyada, 2013-cü ildə isə ümumilikdə 8 ölkədə 88 komanda arasında keçirilib. "Baku United" futzal komandası 2009-cu ildə "Heydər Əliyev Kuboku"nun qalibi adına layiq görülüb. "Baku United"in qatıldığı yarışlardan biri də İngiltərədə ənənəvi olaraq təşkil olunan Lobanovski turniri idi.
United Buddy Bears
United Buddy Bears — bütün dünyada sülh ideyasını dəstəkləyən dünya turnesi çərçivəsində beynəlxalq mədəniyyət layihəsidir. Hər birinin hündürlüyü 2 metr olan 140-dan çox Baddi ayısı Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınmış ölkələrin sayını təmsil edəcəklər. 2002-ci ildə Berlin şəhərində keçirilmiş ilk sərgidən başlayaraq bütün dünyada artıq 40 milyondan çox tamaşaçı "Bir-birimizi daha yaxşı tanımalıyıq ki, bir-birimizi daha yaxşı anlaya, daha çox inana və sülh şəraitində qonşu ola bilək" şüarı ilə səbir, xalqlar arasında dostluq və sülhü təbliğ edir. == Vəzifəsi == Baddi ayıları sakit əl-ələ tutub durur və xalqlar, mədəniyyətlər və dinlər arasında səbir və razılığı təbliğ edirlər. Hər Baddi ayısı öz ölkəsini təmsil edən rəssam tərəfindən bəzənmişdir. Belə şənlik toplantısında beynəlxalq rəssamlar qrupunun cürbəcür üslub istiqamətləri həyat sevincini yayan vahid bir əsərə birləşir. Ayıların cürbəcür, təmsil olunmuş ölkələrə xas olan bəzənməsinə görə tamaşaçılar dünya ətrafında səyahət edirlər. Azərbaycan tərəfdən Birləşmiş Baddi Ayılarını rəssam İbrahim Əhrari bəzəmişdir. == Dəstək və yardım == Sərgilər Almaniyanın səfirliklərinin, həmçinin UNİCEF-in bütün dünyada olan xoşməramlı səfirlərinin (Peter Ustinov, Ceki Çan, Miya Ferrou, Ken Don, Kristian Xerbiqer) dəstəyi ilə keçirilir. Bəzi sərgiləri ev sahibi olan ölkələrin prezidentləri və ya baş nazirləri açmışlar, misal üçün, Almaniya prezidenti Horst Köller, Yaponiyanın baş naziri Yuniçiro Koizumi, Avstraliyanın baş naziri Con Hovard və Misir prezidentinin xanımı Suzanna Mübarək.
United States Army Center of Military History
ABŞ Ordusu Hərbi Tarix Mərkəzi (HTM; ing. United States Army Center of Military History) — Birləşmiş Ştatlar Ordusunun Təlim və Doktrina Komandanlığının tərkibində olan idarə. Heraldika İnstitutu Ordu Katibinin İnzibati Köməkçi Ofisinin tərkibindədir. Mərkəz Birləşmiş Ştatlar Ordusunda tarixin və hərbi qeydlərin düzgün istifadəsinə cavabdehdir. Ənənəvi olaraq, bu missiya həm sülh, həm də müharibə dövründə ordunun rəsmi tarixini qeyd etmək, eyni zamanda ordu heyətinə tarixi məsələlərdə məsləhət vermək demək idi. HTM Ordu Tarixi Proqramına rəhbərlik edən qabaqcıl təşkilatdır. == İstinadlar == == Əlavə ədəbiyyat == U.S. Army History CMH Online Bookshelves History of "History" in the U.S. Army Publications of the United States Army Center of Military History Army Historical Program(by fiscal year) Oral History: Techniques and Procedures The U.S. Army Art and Photo Collection Army History (a professional bulletin) Organizational History == Xarici keçidlər == history.army.mil — ABŞ Ordusu Hərbi Tarix Mərkəzinin rəsmi saytı Gough, Terrence J. "The U.S. Army Center of Military History: A Brief History". United States Department of the Army.
Unity
Unity - Canonical tərəfindən Ubuntu üçün yaradılan qrafik istifadəçi interfeysdir. KDE, GNOME, Xfce, LXDE qrafik interfeyslərindən fərqli olaraq, Unity proqramlar toplusu deyil, mövcud proqramları istifadə etmək üçün sistemdir.
Qızıl unitaz
Qızıl unitaz (italyanca: Bidone d’oro) — İtaliya A seriyasının ən bərbad futbolçusuna verilən mükafat. == Bütün qaliblər == İl ərzində ümidləri doğrultmayan, biabırçı səviyyədə çıxış edən oyunçuya verilən mükafat 2003-cü ildə təsis olunub. İndiyədək Rivaldo (2003-cü il), Nikola Leqrottalye (2004-cü il), Kristian Vyeri (2005-ci il), Adriano (2006-cı və 2007-ci illər) və Rikardu Kuarejma (2008-ci il) "Qızl unitaz"a "layiq görülüb". 2009-cu ildə isə bu mükafata Yuventus klubunun futbolçusu Felipe Melo layiq görülüb.
Uinter Lamar
Uinter Lamar (d. 14 yanvar 1979) — Kanadanı təmsil edən su poloçusu. == Karyerası == Uinter Lamar, Kanada yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Qazaxıstan yığmasını 10:4 hesabı ilə məğlub edən Kanada yığması, Afina Olimpiadasını yeddinci pillədə başa vurdu.
Unitar dövlət
Dövlət — vahid, ayrılmaz dövlət olub ərazisinin hər hansı siyasi müstəqilliyə malik olmayan inzibati ərazi vahidlərinə bölünməsi ilə xarakterizə edilir. Unitar dövlət (latın dilində "unus" - "vahid", "tək" deməkdir) – sadə, bəsit, vahid dövlətdir ki, onun tərkibi bir qayda olaraq inzibati ərazi vahidlərindən (vilayət, mahal, rayon, departament və s.) ibarətdir. Unitar dövlətə aşağıdakı xüsusiyyətlər xasdır: Ölkənin bütün ərazisində qüvvədə olan vahid konstitusiya Yüksək dövlət hakimiyyəti orqanlarının vahid sistemi Ölkənin bütün ərazisinə şamil edilən yuridiksiyası Vahid hüquqi sistem Bələdiyyə orqanlarının ümumdövlət hakimiyyət orqanlarına tabe edilməsi. Unitar dövlətin iki tipi mövcuddur: mərkəzləşdirilməmiş və mərkəzləşdirilmiş. Birinci tipdə, regional orqanlar mərkəzi orqanlardan asılı olmayaraq formalaşır ona görə də onlar arasında hüquqi münasibətlər desentralizasiya (mərkəzləşdirilməmiş) əsasları üzərində qurulur. (Böyük Britaniya, Yeni Zelandiya, Yaponiya, İspaniya, İtaliya). İkinci tipə elə unitar dövlətlər aiddir ki, burada mərkəz (Niderland, Qazaxıstan, Özbəkistan) tərəfindən təyin olunan vəzifəli şəxslərin vasitəsilə regional orqanların mərkəzə tabeçiliyi həyata keçirilir. Dövlət quruluşunun unitar forması dünyada daha geniş yayılmışdır. Belə dövlətlərdə federasiyadan fərqli olaraq vahid konstitusiya, dövlət hakimiyyətinin vahid ali nümayəndəli orqanları, vahid hökuməti, vahid vətəndaşlığı, vahid maliyyə-kredit və pul sistemi və s. olur.
Unit
Unit — Mərkəzi Asiya, Şərqi Avropa və Cənubi Qafqazda feminizm və LGBTQ+ mövzularına diqqət yetirən jurnalistlər və fəalların beynəlxalq media şəbəkəsidir. Onun məqsədi jurnalistlər, fəallar, media və insan hüquqları məsələləri ilə məşğul olan təşkilatlar və təcrid olunmuş icmalar arasında uzunmüddətli və konstruktiv tərəfdaşlıq qurmaqdır. Kvir mövzularında müzakirələri davam etdirmək üçün seminarlar və təcrübələr təklif edilir, media və tədqiqat layihələri həyata keçirilir. Unit, jurnalistləri beynəlxalq səviyyədə birləşdirən, araşdırmaları dəstəkləyən və araşdırma jurnalistikasını gücləndirən Berlində yerləşən n-ost media QHT-nin bir hissəsidir. == Tarix == 2018-ci ildə jurnalist Əli Feruzun (Novaya Gazeta) təşəbbüsü ilə Unit Berlində yerləşən jurnalistika şəbəkəsi n-ost tərəfindən hazırlanmışdır. 2023-cü ilin oktyabr ayında Polşanın Krakov şəhərində şəbəkənin toplantısında "Mərkəzi Asiya, Şərqi Avropa və Cənubi Qafqazdan kvir hekayələr" adlı kitabın təqdimatı keçirildi. == Layihə ölkələri == Unit kollektivi hesab edir ki, həmrəylik istənilən real dəyişikliyin baş verməsinin açarıdır. Təşkilat 10 ölkədən olan jurnalistlərlə birgə çalışır. Əhatə dairəsinə qeyd edilən regionlardan aşağıdakı ölkələr daxildir: Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan. Unit LGBTQ+ məsələləri ilə işləyən fəallar və müdafiəçilərlə müttəfiq olur, təhsil, jurnalist və tədqiqat layihələri bağlı müzakirələri genişləndirməyə çalışır.
Meri Elizabet Uinsted
Meri Elizabet Uinsted (ing. Mary Elizabeth Winstead; 28 noyabr 1984, Roki-Maunt[d]) — ABŞ aktrisası. O, "Passions" serialında ifa etdiyi Jessica Bennett rolu ilə tanınmağa başlayıb. 2004-cü ildə o, "Tru Calling" serialında, 2005-ci ildə isə superqəhrəman filmi "Sky High"da çəkilib. Onun şöhrəti qorxu serialı "Wolf Lake" ilə daha da artıb, aktrisa "Monster Island", "Təyinat nöqtəsi 3", "Black Christmas" və "Death Proof" kimi bir sıra filmdə rol alıb. == Həyatı == Meri Elizabet Uinsted 28 noyabr 1984-cü ildə Şimali Karolina ştatının Roki-Maunt şəhərində dünyaya gəlib. Anası Betti Lou, atası isə Ceyms Ronald Uinsteddir. O, beş uşaqdan ən kiçiyidir. Babası aktrisa Ava Qardnerin xalası oğludur. Meri beş yaşında ikən ailəsi ilə birlikdə Yuta ştatının Sendi şəhərinə köçüb.
Stock-keeping unit
SKU (Stock Keeping Unit) — Hissələr şəklində anbarda olan inventar vahidinin qeydə alınan miqdarı formasında tərif verilir. Məhsulun özəlliyi, formasi və ölçüsü barədə xüsisiyyətlərdir. Bu xüsusiyyətlər məhsulun anbarlaşma metodunu və yerini təyin edər. Məhsulun xüsusiyyətləri və görüləcək işlərin üsullarına görə istifadə ediləcək avadanlıqlar da dəyişə bilər.
UNICEF
UNICEF, BMT-nin Uşaq Fondu (ing. United Nations International Children’s Emergency Fond; azərb. BMT-nin Uşaq Fondu‎) — 1954-cü ildə uşaq hüquqlarının qorunması üçün qurulmuş təşkilat. == Haqqında == BMT-nin Uşaq Fondu uşaq və körpələrin problemlərini ön plana çəkən universal qurumlardan hesab olunur. Təşkilatın əsası 1946-cı il dekabrın 11-də qoyulmuş və ilk dövrlərdə Beynəlxalq Fövqəladə Uşaqlara Yardım Fondu (UNİCEF — United Nations International Children’s Emergency Fund) adlandırılmışdır. BMT Baş Mərkəzi 1953-cü ilin aprelində Fondun fəaliyyətini müddətsiz elan etdi və adını müasir formaya saldı. 1959-cu ildə "Uşaq hüquqları" bəyannaməsi qəbul edildi. Uşaq Fondunun yardımları aşağıdakı üç formada həyata keçirilir. Proseslər bunlardır: -Uşaqlara yardım proqram və planlarının hazırlanmasının dəstəklənməsi; -bu proqramların həyata keçirilməsi üçün material və avadanlıqların verilməsi; -İnkişaf etməkdə olan ölkələrin özündə Fond heyətinin hazırlanması üçün lazımı vəsait və kadrların ayrılması. 1965-ci ildə Uşaq Fondunun son dərəcə məhsuldar fəaliyyəti və yubileyi onun dünya Nobel mükafatına layiq görülməsi ilə nəticələndi.
UNISEF
UNICEF, BMT-nin Uşaq Fondu (ing. United Nations International Children’s Emergency Fond; azərb. BMT-nin Uşaq Fondu‎) — 1954-cü ildə uşaq hüquqlarının qorunması üçün qurulmuş təşkilat. == Haqqında == BMT-nin Uşaq Fondu uşaq və körpələrin problemlərini ön plana çəkən universal qurumlardan hesab olunur. Təşkilatın əsası 1946-cı il dekabrın 11-də qoyulmuş və ilk dövrlərdə Beynəlxalq Fövqəladə Uşaqlara Yardım Fondu (UNİCEF — United Nations International Children’s Emergency Fund) adlandırılmışdır. BMT Baş Mərkəzi 1953-cü ilin aprelində Fondun fəaliyyətini müddətsiz elan etdi və adını müasir formaya saldı. 1959-cu ildə "Uşaq hüquqları" bəyannaməsi qəbul edildi. Uşaq Fondunun yardımları aşağıdakı üç formada həyata keçirilir. Proseslər bunlardır: -Uşaqlara yardım proqram və planlarının hazırlanmasının dəstəklənməsi; -bu proqramların həyata keçirilməsi üçün material və avadanlıqların verilməsi; -İnkişaf etməkdə olan ölkələrin özündə Fond heyətinin hazırlanması üçün lazımı vəsait və kadrların ayrılması. 1965-ci ildə Uşaq Fondunun son dərəcə məhsuldar fəaliyyəti və yubileyi onun dünya Nobel mükafatına layiq görülməsi ilə nəticələndi.
Gate: Jieitai Kano Chi nite, Kaku Tatakaeri
Gate: Jieitai Kano Chi nite, Kaku Tatakaeri (yaponca: ゲート 自衛隊 彼の地にて、斯く戦えり, azərb. Darvaza: Buna görə Yaponiya Özünümüdafiə Qüvvələri orada döyüşdü!‎) — Daysuke İzuka və Kurocişinin rəssamlığı ilə Takumi Yanay tərəfindən yazılan fentezi ranobe seriyası. AlphaPolis nəşriyyatı tərəfindən nəşr olunur. Satoru Saounun rəssamlığı ilə istehsal olunan manqa adaptasiyası 2011-ci ilin iyulunda nəşr olunmağa başlamışdır. Bundan əlavə 2015-ci ildən 3 spin-off manqası nəşr olunur. Ranobe əsasında A-1 Pictures tərəfindən anime serialı adaptasiyası çəkimişdir. Animenin birinci mövsümü 2015-ci ilin iyulundan sentyabrına qədər, ikinci mövsümü 2016-cı ilin yanvarından martına kimi yayımlanmışdır. Manqa adaptasiyası Sekai Project, anime serialı Sentai Filmworks, Madman Entertainment və MVM Films tərəfindən lisenziyalaşdırılmışdır. == Məzmun == Bir gün Tokionun Ginza rayonunda müəmmalı darvaza açılır və darvazanın içindən çıxan legion əsgərləri və fentezi bədheybətləri şəhərə hücum edirlər. Daha yaxşı silahlanmış və taktiki cəhətdən daha üstün olan Yaponiya Özünümüdafiə Qüvvələri asanlıqla düşməni püskürdür və darvazanın nəzarətini ələ keçirir.