Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Unianqa gölləri
Unianqa gölləri — Şimal-Şərqi Çadda, Böyük Səhrada, Qərbi Tibesti və şərqi Ennedi dağlarındakı bir hövzədə yerləşən bir neçə göldür. 2012-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir.UNESCO-nun açıqlamasına görə göllər ildə 2 millimetr (0.1 düym)-dən az yağış yağan isti və hiperarid bir səhrada yerləşirlər. Göllər müxtəlif ölçü, dərinlik, kimyəvi tərkib və rənglər nümayiş etdirir. Qrupda üzmumi 18 göl var. Göllərin ümumi səth sahəsi təxminən 20 kvadrat kilometrdir. Göllərin ən böyüyü olan Yoa gölü təxminən 3.5 kvadrat kilometr sahəyə və 20 metr (66 ft)-ə çatan dərinliyə malikdir. == Coğrafiya == Bu göllər Yer səhralarında bənzərsiz bir hidroloji sistem meydana gətirir. Suyun yüksək quraqlıq mühitlərdə buxarlamağa məruz qaldığı zaman göllərdə duzluluq meydana gəlir. Bu vəziyyətdə, Yoa gölündən buxarlanma sürəti 6 metr (20 ft)-ə bərabər olsa belə, 25 metr (82 ft) bərabər olan gölün ümumi dərinliyi və unikal fiziki amillər mərkəzi Teli gölü istisna olmaqla, bütün gölləri təmiz saxlamaq üçün birləşir. Göllərin şirinsulu olmasının (Teli gölü istisna olmaqla) bir neçə səbəbi var.