Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Unlimited Love
Unlimited Love — ABŞ rok qrupu Red Hot Chili Peppers-in on ikinci studiya albomu. 1 aprel 2022-ci ildə Warner Records tərəfindən buraxılıb.
Emap International Limited
Ascential plc (əvvəllər EMAP və Top Right Group) — Birləşmiş Krallıq media şirkəti. Şirkət sərgilər, festivallar və məlumat xidmətlərində ixtisaslaşmışdır. "Ascential plc" London fond birjasında verilmişdir və FTSE 250 İndeksinin tərkib hissəsidir. == Tarixi == Riçard Vinfrey 1887-ci ildə "Spalding Guardian"ı, daha sonra "Lynn News" və "Peterborough Advertiser"i satın almışdır. O həmçinin, "North Cambs Echo"nun fəaliyyətini başlatmışdır. Vinfrey sonradan liberal siyasətçi və kənd təsərrüfatı hüquqlarının təbliğatçısı olmuş, qəzetlər onun siyasi baxışlarını təbliğ etmək üçün istifadə edilmişdir. İkinci Dünya müharibəsi illərində Vinfreyin qəzetdən gələn gəlirlər onun oğlu Riçard Pattinson Vinfreyə keçməyə başlamışdır. 1947-ci ildə Pattinson Vinfreyin rəhbərliyi altında ailənin qəzetləri "East Midland Allied Press" (EMAP) adı altında birləşdirilmişdir. 2012-ci ilin mart ayında şirkət adının "Top Right Group" olaraq dəyişdiriləcəyini və jurnalların, tədbirlər və məlumat bizneslərinin üç müstəqil şirkətə ayrılacağını elan etmişdir. "EMAP" adı o vaxt .irkətin dövriyyəsinin təxminən 18 faizini təşkil edən jurnalların fəaliyyəti üçün istifadə olunmağa davam edəcəkdi.
Scott Trust Limited
"Scott Trust Limited" — Birləşmiş Krallıq şirkəti. Şirkət "Guardian Media Group"un sahibidir Trast 1936-cı ildə "Manchester Guardian" və "Manchester Evening News"un sahibi Con Skott tərəfindən təsis edilmişdir. Trastın məqsədlərindən biri "The Guardian"ın liberal xarakterini gələcək sahiblərinin onu dəyişdirmək cəhdlərindən qorumaq idi. "Scott Trust" sonradan ləğv edilmiş və 1948-ci ildə yenidən formalaşmışdır. Bu zaman Con Skott şuranın üzvlərini təyin etmək üçün müstəsna hüququndan imtina etmişdir. Müvafiq sənədlərin imzalanmasından 5 ay sonra Con Skott vəfat etmişdir. 2008-ci ilin oktyabrında trastın ləğvi və onun aktivlərinin yeni "The Scott Trust Limited" şirkətinə təhvil verilməsi elan edilmişdir. Bu müqavilənin məqsədi fondun "The Guardian"a verdiyi müdafiəni gücləndirmə idi.
Caspian Marine Services Limited
Guardian News and Media Limited
"Guardian Media Group plc" (çox vaxt "GMG"adlandırılır) — Birləşmiş Krallıq mətbuat şirkəti. "The Guardian" və "The Observer" daxil olmaqla bir sıra media aktivlərinə sahibdir. Şirkət özü "Scott Trust" qrupuna məxsusdur. == Strukturu == "GMG"ə bir sıra bölmələr və şirkətlər daxildir: Guardian News & Media ("The Guardian", "The Observer" qəzetləri, "guardian.co.uk" saytı) GMG Regional Media ("Manchester Online", "Channel M" daxildir) GMG Radio ("Smooth", "Real" və "Rock Radio" kimi bir sıra regional radio stansiyaları daxildir) Trader Media Group ("The Auto Trader" jurnalı və veb saytı) GMG Property Services (daşınmaz əmlak proqramı, verilənlər bazası və "CFP Software", "The Media Design House" dizayn bürosu və "ThinkProperty.com" istehlakçı portalı) "Guardian Media Group" öz sahibinin olan "Scott Trust" şirkətinin əsas məqsədlərini dəstəkləmək üçün mövcuddur.