Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ukraine NOW
Ukraine NOW — Banda Agency tərəfindən yaradılmış və Ukrayna Nazirlər Kabinetinin qərarı ilə 10 may 2018-ci il tarixində təsdiqlənmiş Ukraynanın turistik brendi. 2018-ci ildə Ukraine NOW brendi Red Dot Design Award 2018 mükafatını qazanmışdır. Brendin loqotipində ölkənin adı, kommunikasiya mesajı səciyyəsi daşıyan NOW (ing. indi) yazısı və Ukraynanın yuxarı dərəcəli milli domeni olan UA piktoqramı yer almışdır. Loqotipin fərqli xüsusiyyətlərindən biri onun üzrəində dəyişikliklərin aparıla bilməsi imkanından ibarətdir. İstifadə zamanı məxsusi elementlər üzərində dəyişikliklərin aparılması mümkündür. Həmçinin, brend üçün çıxıntısız şrift kateqoriyasına aid edilən Ermilov Bold şrifti hazırlanmışdır. Şriftin adı avanqardçı rəssam Vasili Yermilovun adı ilə bağlıdır. Şriftin müəllifi rəssamın işlərindən ilhamlandığını bildirmişdir. Brendin üslubuna sarı, göy, qara rənglərdən istifadə xasdır.