Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
III Tutmos
III Tutmos (e.ə. 1481 – təq. e.ə. 1425) — Misir XVIII sülalə fironu. III Tutmos bir sıra uğurlu müharibələr apararaq II Ramzes və III Amenofis kimi Misiri güc sahibinə çevirə bilmişdir. XVIII sülalə dövründə vərəsəlik ana xətti ilə təyin olunduğu üçün III Tutmos taxta iddiaçı ola bilməzdi. Qanuni hakimiyyət Hatşepsut ondan isə I Tutmosun qızına və göründüyü kimi II Tutmosun bacısına (arvadına) keçmiş olur. Lakin, birbaşa xələflik hüququ olmasa da III Tutmos tanrı Amonun şərəfinə təşkil olunmuş mərasimdə Amonun iradəsi ilə onun kahini olduğu üçün firon elan edilir.
II Tutmos
II Tutmos (təq. e.ə. 1510 – təq. e.ə. 1479) — Misir fironu.
I Tutmos
I Tutmos (e. ə. XVI əsr – təq. e.ə. 1493) — == Həyatı == I Tutmosun hakimiyyəti işğalçılıq müharibələrinin genişlənməsi ilə səciyyələnir. I Amenxotepin bacısına evlənən I Tutmos bu nikaha əsasən hakimyyətə sahib olmuşdu. I Tutmos cənubda Misirin siyasi mövqeyini möhkəmləndirmək məqsədilə yürüş təşkil etmiş və burada baş vermiş üsyanı yatırmışdı. I Tutmosun Şərqi Aralıq dənizi ölkələrinə yürüşü də uğurlu olmuşdu. O, Fərat çayına qədər gəlib çatmış, Mitanni qoşununu darmadağın etmişdi. Qələbə zamanı qənimət kimi ələ keçirdiyi hərbi əsirlərin sayı məlum deyildi.
ATMOS 2000
ATMOS 2000 (avtonom olaraq yük maşınına quraşdırılmış haubitsa sistemi) İsrailin hərbi məhsullar istehsal edən Soltam Systems şirkəti tərəfindən istehsal olunan 155 mm/52 çaplı özüyeriyən artilleriya sistemidir. == Təyinatı == Azərbaycan Ordusunun artilleriya hissələrində məhdud sayda mövcud olan, standart versiyada 6x6 çəkimli TATRA T815 VVN 6X6 şassisi bazasında hazırlanan İsrailin ATMOS 2000 özüyeriyən artilleriya qurğusu düşmənin artilleriyasını, minaatanlarını, cəmləşmə rayonlarında yerləşən texnikası və canlı qüvvəsini, idarəetmə bölmələrini və təminat məntəqələrini məhv etmək, uzunmüddətli müdafiə qurğularını dağıtmaq, habelə mina sahələrində və digər səhra maneələrində keçidləri təmin etmək üçün hazırlananan artilleriya sistemidir. == İstehsalçı == Əvvəlcə bu artilleriya sisteminin inkişafı "Soltam" tərəfindən həyata keçirilirmişdir. ATMOS 2000 ilk növbədə ixracyönümlü sistem olaraq hazırlandı, yalnız 2006-cı ildə İsrail ordusu tərəfindən onun sınaqlarına başlandı. 2010-cu ildən isə sonradan bu şirkət İsrailin "Elbit Sistems" kompaniyasının tərkibinə daxil oldu. Bu isə sonuncunu artilleriya sistemlərinin məşhur ixracatçılarından birinə çevirdi. "Soltam" indi də "Elbit Sistems" kompaniyasının tərkibində müasir tipli müxtəlif çaplı artilleriya silahlarının geniş assortimentinin layihələndirilməsini, hazırlanmasını və istehsalını həyata keçirir. Sistemlər bütün standart NATO döyüş sursatlarından istifadə edə bilir. Müştərilərin tələblərini ödəmək üçün "Soltam" artilleriya sistemləri atəşi idarəetmə sistemi, sürət RLS-i, ətalətli naviqasiya və hədəf aşkarlama sistemi və s. ilə təchiz edilir.
Dolby Atmos
Dolby Atmos - Dolby Laboratories tərəfindən hazırlanmış 360 dərəcə səs təcrübəsi təqdim edən səs texnologiyadır. O, səsləri üçölçülü obyektlər kimi şərh etməyə imkan verən hündürlük kanalları əlavə etməklə mövcud surround səs sistemlərini genişləndirir. Atmos-un cinema bazarına giriş etməsinin ardınca Atmos brendi altında in-ceiling və up-firing dinamiklərdən istifadə edən bir neçə istehlak texnologiyası təqdim olundu.
Utyos-Bolşevik burnu
Utyos-Bolşevik burnu — qayalıq burun Vrangel adasının şərqində yerləşir. Burun 1929-cu ildə Vrangel ada rəhbəri olan А. İ. Mineev tərəfindən adlandırılmışdır. Xəritəyə isə ilk dəfə Konstantin Alekseyeviç Salişev tərəfindən qeydə alınmışdır. Burnun ən hündür nöqtəsi 79 metrdir.
Riçard Vilyam Trost
Riçard Vilyam Trost (14 noyabr 1833 - 8 noyabr 1905) — Amerikalı rəssam. Riçards 1833-cü il noyabrın 14-də Pensilvaniya ştatının Filadelfiya şəhərində anadan olub. O, 1846 və 1847-ci illərdə yaşadığı yerdə Mərkəzi Liseydə oxuyub. Riçardsın qatıldığı ilk ictimai sərgi 1858-ci ildə rəssam Albert Bayerstadın Nyu Bedfordda təşkil etdiyi sərgi olub. 1861-1899-cu illərdə Milli Dizayn Akademiyasında, 1863-1885-ci illərdə Bruklin İncəsənət Assosiasiyasında Riçardsın əsərləri sərgiləndi. Riçard 1881-ci ildə Rod-Aylend ştatının Ceymstaun şəhərində məskunlaşıb və ömrünün sonuna qədər burada yaşayıb. O, 1905-ci il aprelin 17-də Rod-Aylend ştatının Nyuport şəhərində vəfat edib.