Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Uzunqulaq
Ulaq, uzunqulaq və ya eşşək (lat. Equus asinus asinus) — təkdırnaqlılar dəstəsinin atlar fəsiləsinə aid afrika eşşəyi növünün əhliləşdirilmiş yarımnövü. Təsərrüfatda mühüm əhəmiyyət kəsb etmişdir. Eşşəkləri hündürlükləri 1-1.4 metrə çatır. Onların iri başları və uzun yumşaq qulaqları olur. Vəhşi afrika eşşəkləri qırmızı dəniz sahillərində Somalidə, Eritreyadq və Şimali Efiopiyada yaşayırlar. == Ulaq nəqliyyat vasitəsi kimi == Atlar cinsindәn tәkdırnaqlı mәmәli heyvan yarımcinsi. Uzun vә hәrәkәtli qulaqlarının, ensiz dırnaqlarının vә ucunda uzun tüklәrdәn ibarәt fırçası olan nazik quyruğunun olması ilә әsl atlardan fәrqlәnir. Rәngi boz, ağ, qara, qәhvәyi olur. Vәhşi Ulaq Afrikada, Ön, Orta vә Mәrkәzi Asiyada yayılmışdır.
Uzunqulaq atlanqaç
Uzunqulaq atlanqaç (lat. Elephantulus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin atlanqaçlar dəstəsinin atlanqaçlar fəsiləsinə aid heyvan cinsi.
Uzunbulaq (Nir)
Uzunbulaq (fars. اوزان بلاغ‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 117 nəfər yaşayır (25 ailə).
Uzunbucaq
Uzunbucaq qoruğu (bolq. Узунбоджак) — Bolqarıstanın cənub-şərqindəki Stranca Təbiət Parkındakı beş qoruqdan biri olan UNESCO Biosfer Qoruğu. Qoruğu bəzən Lopuşna da adlandırırlar. Uzunbucaq 13 dekabr 1956-cı ildə təsis edilmiş və 1977-ci ilin martında YUNESKO-nun Biosfer Qoruğu Şəbəkəsinə daxil edilmişdir. Qoruq sahəsi 2529,6 hektardır (25.296 km²). Onun ərazisində bütün iqtisadi fəaliyyət növləri qadağandırи. == Coğrafiya == Qoruq Sarevo ucmasına daxil olan Kostya kəndi ilə Malko Tarnovo icmasına Slivarovo kəndi arasında yerləşir. Rezovsk çay vadisində, mənsəbdən təxminən 20 km məsafədə yerləşir. Relyef qeyri-bərabərdir. Burada vadinin eni 50 ilə 300 m arasında dəyişir.
Uzunqışlaq (Bükan)
Uzunqışlaq (fars. اوزون قشلاق‎‎) - İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 323 nəfər yaşayır (61 ailə).