UZUNDRAZLIQ
UZUNQULAQLIQ
OBASTAN VİKİ
Uzunqulaq
Ulaq, uzunqulaq və ya eşşək (lat. Equus asinus asinus) — təkdırnaqlılar dəstəsinin atlar fəsiləsinə aid afrika eşşəyi növünün əhliləşdirilmiş yarımnövü. Təsərrüfatda mühüm əhəmiyyət kəsb etmişdir. Dünyada 40 milyondan çox uzunqulaq yaşayır və onların əksəriyyəti inkişaf etməmiş ölkələrdədir. Onlar tez-tez ağır yüklərin daşınması və ya arabaların çəkilməsi kimi işlərdə istifadə olunur və gücü və dözümlülüyü ilə tanınır. Uzunqulaqların ömrü təxminən 30 ilə yaxındır. Uzunqulaqlar ən çox istismara və pis rəftara məruz qalan heyvanlar sırasındadır. Uzunqularların hündürlükləri 1–1.4 metrə çatır. Onların iri başları və uzun yumşaq qulaqları olur. Vəhşi afrika eşşəkləri qırmızı dəniz sahillərində Somalidə, Eritreyadq və Şimali Efiopiyada yaşayırlar.
Uzunqulaq atlanqaç
Uzunqulaq atlanqaç (lat. Elephantulus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin atlanqaçlar dəstəsinin atlanqaçlar fəsiləsinə aid heyvan cinsi.

Значение слова в других словарях