Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Uzundağ
Uzundağ — Ordubad rayonu ərazisində dağ (hünd. 1109,7 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Yağlıdərə yüksəkliyindən (hünd. 3825,9 m) cənub-qərbə ayrılan Girdəni qolunun qurtaracağında zirvə. Düylünçayla Vənəndçayın suayırıcısında, Vənənd kəndindən 1,3 km qərbdədir. Alt Eosenin İpr mərtəbəsinin yuxarı hissəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin mərkəzi strukturu olan Şurud-Vənənd sinklinalının cənub-qərb qanadını mürəkkəbləşdirən Xoşkeşin-Düylün sinklinalının nüvə hissəsində yerləşir.
Uzunlar
Ermənistan Uzunlar (Loru) — Borçalı qəzasında, indi Ermənistan ərazisində kənd. Rusiya Uzunlar (Arxangel) — Uzunlar (Krım) — Krım Respublikası da kənd.
Musa Uzunlar
Musa Uzunlar (22 aprel 1959 və ya 21 aprel 1959, Antalya) – Türkiyə aktyoru. == Həyatı və karyerası == Musa Uzunlar 22 aprel 1959-cu ildə Antalyada anadan olmuşdur. 1983-cü ildə Memar Sinan Universitetinin teatr bölümünün məzunu olub. Həmin il İstanbul Dövlət Teatrına daxil olub. Otuza yaxın əsərdə rol alıb. Dostoyevskinin "Budala"sında Mışkin, hötenin "Urfaust"unda Faust, Yaqub Kadri Karaosmanoğlunun "Yaban"ında Əhməd Cəlal kimi önəmli rolları məharətlə ifa edib. Teatr sənətçisi olan aktyor “Üzləşmə”, “Ful yarpaqları”, “Yaban”, “Haydutlar”, “?frasiyabın hekayələri”, “Şərəfə XX əsr” və “Urfaust” kimi tamaşalarda rol alıb. "Qurdlar Vadisi Pusqu"da və Qurdlar Vadisi Qladio filmində İsgəndər Böyük rolunu canlandıran Musa Uzunlar daha öncə bir çox filmlərdəki uğurlu çıxışları ilə tamaşaçıların yaddaşında qalmağı bacarıb. == Rol aldığı tamaşalar == 1981: Kösem Sultan : Turan Oflazoğlu - İstanbul Dövlət Teatrı 1983: İstanbul Efendisi : Musahipzade Celal - İstanbul Dövlət Teatrı 1983: Küçük Nasreddin : Serpil Akıllıoğlu - İstanbul Dövlət Teatrı 1983: Lysistrata : Aristophanes - İstanbul Dövlət Teatrı 1984: Sevgili Doktor : Neil Simon - İstanbul Dövlət Teatrı 1984: Düşüş : Nahit Sırrı Örik, Oyunlaştıran: Kemal Bekir - İstanbul Dövlət Teatrı 1986: Ermiş Jeanne : Bernard Shaw - İstanbul Dövlət Teatrı 1987: İnsan Maiere : Franz Xaver Roetz - İstanbul Dövlət Teatrı 1988: Oyunun Oyunu : Michael Frayn - İstanbul Dövlət Teatrı 1989: Ballar Balını Buldum (Yunus Emre) : Nezihe Araz - İstanbul Dövlət Teatrı 1990: Budala : Fyodor Dostoyevski\Simon Gray - İstanbul Dövlət Teatrı 1991: Afife Jale : Nezihe Araz - İstanbul Dövlət Teatrı 1992: Savaş Yorgunu Kadınlar : Nezihe Araz - İstanbul Dövlət Teatrı Lozan : Ataol Behramoğlu - Antalya Dövlət Teatrı Geyikler Lanetler : Murathan Mungan - Antalya Dövlət Teatrı Mahmut ile Yezida : Murathan Mungan - Antalya Dövlət Teatrı 1995: Maymun Davası : Jerome Lawrance - Robert E. Lee - Antalya Dövlət Teatrı 1997: Ölüler konuşmak İster - Melih Cevdet Anday - Antalya Dövlət Teatrı 1998: Urfaust : Goethe - İstanbul Dövlət Teatrı 1999: Merhaba 20. Yüzyıl : Steve Martin - Tiyatrokare 2000: Haydutlar : Schiller - İstanbul Dövlət Teatrı 2001: Efrasıyab'ın Hikayeleri : İhsan Oktay Anar - İstanbul Dövlət Teatrı 2003: Yaban : Yakup Kadri Karaosmanoğlu - İstanbul Dövlət Teatrı 2004: Ful Yaprakları : Civan Canova - İstanbul Dövlət Teatrı Valizdeki Kayıp Şehir : Zeynep Utku, Gülce Uğurlu - Stüdyo Drama 2008: Kara Kaplı : Jean-Claude Carriere - Tiyatro Yüzleşme 2010: Ölüleri Gömün : Irwin Shaw - İstanbul Dövlət Teatrı == Rol aldığı filmlər == 1999: Hayal Kurma Oyunları 2009: Kurtlar Vadisi Gladio === Rol aldığı seriallar === 1989: Geçmiş Bahar Mimozaları 1990: Bütün Kapılar Kapalıydı 1993: Süper Baba (Sinan) 1998: Ateş Dansı (Sinan) 1999: Nilgün (Sinan) 2000: Merdoğlu 2004: Yağmur Zamanı (Levent) 2007: Kurtlar Vadisi Pusu (İskender Büyük) 2010: Fatmagül'ün Suçu Ne?
Uzundaş (Soyuqbulaq)
Uzundaş (fars. اوزون تاش‎) — İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 371 nəfər yaşayır (45 ailə).
Uzunlar (Arxangel)
Uzunlar (başq. Оҙондар, rus. Узунларово) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd. Kənd Uzunlar kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Arxangel): 25 km, ən yaxın dəmiryol stansiyasından (Ravtau stansiyası): 14 km. Ufadan olan məsfə: 10 km. Kənd ərazisindən İnzer çayı axır.
Uzunlar (Loru)
Uzunlar — Tiflis quberniyasının Loru-Borçalı qəzasında, indi Allahverdi (Tumanyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 12 km məsafədə yerləşir. == Toponimi == Toponim eyniadlı tayfa adı əsasında formalaşmışdır, quruluşca sadə etnotoponimdir. Kəndin başqa adı Qaçağan. 1967-ci ildə kənd ermənicə Odzun adlandırılmışdır. XIX əsrin ortalarında Türkiyədən gəlmə ermənilər yerləşdirildikdən sonra azərbaycanlılar qovulmuşdur. 1887-ci ilə aid mə’luma görə kəndin əhalisi erməni idi. XVII əsrin əvvəllərinə aid ermənicə mənbədə Şərqi Anadoluda Uzunlu kəndinin adı çəkilir Ermənistan SSR Ali Soveti RH-nin 30.IX.1967-cı il fərmanı ilə kəndin adı dəyişdirilərək Odzun qoyulmuşdur.
Uzunlar kilsəsi
Uzunlar məbədi – Qərbi Azərbaycanın (indiki Ermənistan) Allahverdi (19. 09. 1969 – cu ildən Tumanyan) rayonunun Uzunlar (30. 09. 1968 – ci ildən Odzun) kəndində VI yüzilin sonu, VII yüzilin əvvəllərinə aid qədim alban, türk - oğuz məbədi. == Tarixi == Günbəzli bazilika üslubunda inşa olunmuş məbəd öz adını Uzunlar kəndindən almış, "Uzunlar" toponimi isə uz // quz // oğuz formalı türk boyunun adından və türk dillərində cəm şəkilçisi olan –lar şəkilçisindən ibarətdir. Qədimdən türk boylarının yurdu olan Uzunlar kəndinə ilk ermənilər XIX əsrin əvvəllərində köçürülmüşlər. == Memarlıq xüsusiyyətləri == Uzunlar məbədinin əsası VI əsrdə qoyulmuş və burda ilk tikililər də həmin dövrdə inşa edilmişdir. Lakin sonrakı dövrdə Sünik kilsəsinin rəhbəri III Uzun Hovannes təxminən 717 – 728 – ci illərdə monastır konpleksini inkişaf etdirmiş və kompleksə yeni binalar əlavə etmişdir. Həmin dövrdə kompleksinəsas binası üç nefli açıq rəngli tuf daşından inşa edilmiş bazilikaidi.
Uzunlar məbədi
Uzunlar məbədi – Qərbi Azərbaycanın (indiki Ermənistan) Allahverdi (19. 09. 1969 – cu ildən Tumanyan) rayonunun Uzunlar (30. 09. 1968 – ci ildən Odzun) kəndində VI yüzilin sonu, VII yüzilin əvvəllərinə aid qədim alban, türk - oğuz məbədi. == Tarixi == Günbəzli bazilika üslubunda inşa olunmuş məbəd öz adını Uzunlar kəndindən almış, "Uzunlar" toponimi isə uz // quz // oğuz formalı türk boyunun adından və türk dillərində cəm şəkilçisi olan –lar şəkilçisindən ibarətdir. Qədimdən türk boylarının yurdu olan Uzunlar kəndinə ilk ermənilər XIX əsrin əvvəllərində köçürülmüşlər. == Memarlıq xüsusiyyətləri == Uzunlar məbədinin əsası VI əsrdə qoyulmuş və burda ilk tikililər də həmin dövrdə inşa edilmişdir. Lakin sonrakı dövrdə Sünik kilsəsinin rəhbəri III Uzun Hovannes təxminən 717 – 728 – ci illərdə monastır konpleksini inkişaf etdirmiş və kompleksə yeni binalar əlavə etmişdir. Həmin dövrdə kompleksinəsas binası üç nefli açıq rəngli tuf daşından inşa edilmiş bazilikaidi.
Uzunsov ardıc
Juniperus communis var. saxatilis (lat. Juniperus communis var. saxatilis) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinin adi ardıc növünə aid bitki yarımnövü. Kiçik Asiya dan təsvir edilmişdir. Alçaqboyu, yerə sərilən və ya sürülən koldur. Cavan budaqları sarımtıl-qırmızıya çalır. Yaşlı budaqlarının rəngi bozdur, iynəyarpaqları sıx, xətvarı olub, ağ zolaqlıdır. Yarpaqlarının uzunluğu 10-16 mm-ə qədərdir, kirəmit kimi bir-birinin üzərinə sərilmişdir, azca əyridir, neştərvarı-xətvarıdır, ucu qısa və sivridir, üst tərəfi azca novaoxşardır, alt tərəfində küt bir tili vardır. Qozaları saplaqsız və ya qısa ayaqcıqlar üzərində kürəşəkilli, qara rəngdədir, üstündə göyümtül ləkə vardır, diametri 6-9 mm, yarpaqları boyda və ya çox vaxt onlardan bir qədər uzundur.
Uzunsov danaayağı
Uzunsov danaayağı (lat. Arum elongatum) — bitkilər aləminin baqəvərçiçəklilər dəstəsinin aroidkimilər fəsiləsinin danaayağı cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Çoxillik bitkidir. Kök yumruları yastıtəhərdəyirmidir.Gövdə yarpaq saplağından uzundur. Örtük neştərvaridir, uzanmışdır,xaricdən yaşıl və ya tünd qırmızıdır, sivri sonluğu gərilmişdir. Yarpaqları saplaqdan qısadır,uzanmış-nizəşəkilli formadadır, orta bölümü kütləşmişdir, uzunsovdur, kənardakılar 2-3 dəfə qısadır, qabarıq və ya geriyə qatlanmışdır. Qıça törəmələri iyşəkillidir, qısa saplaq üzərindədir, qalındır və uzunluğu 20 sm-ə qədərdir, örtükdən azacıq qısadır,bənövşəyi və ya tünd-qırmızı rəngdədir. May ayında çiçəkləyir və elə may ayında da meyvə verir. == Azərbaycanda yayılması == Otlu yamaclarda, dərələrdə, kolluqlarda və meşədə bitir. BQ (Quba), Qobustan, BQ şərq, Kür düzənliyi, KQ (hər yerində) Naxç.
Uzunsov xırdaləçək
Uzunsov xırdaləçək (lat. Erigeron elongatus) — xırdaləçək cinsinə aid bitki növü.
Uzunsov zirinc
Uzunsov zirinc (lat. Berberis oblonga) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü. == Təbii yayılması == Təbiətdə növün arealı Tyan-Şyan və Pamir-Alay dağlarını əhatə edir. Qırğızıstanın Çatkal rayonunda təsvir edilmişdir. == Botaniki təsviri == Hündürlüyü 2,5 m-dək olan budaqlı koldur. Cavan budaqları qonur, qocaları boz olur. Yarpaqları tərs yumurtavarı, uzunsov və ya ellipsvarı, uzunluğu 6 sm-dək, küt, saplaqlı, kənarları bütöv və ya bir az dişli, üstü bozumtul-yaşıl, alt tərəfi göyümtüldür. İynələri sadə və ya 3 yerə bölünmüş, uzunluğu 15 mm-dəkdir. Çiçəklərin diametri 1 sm-dək, şaxələnmiş süpürgəvarı salxımlarda, əsasən 10-20 ədəd, bəzən çoxdur. Çiçək saplaqlarının uzunluğu 8 mm-dəkdir.
Uzunsov zəravənd
Ağəsməyəbənzər zəravənd (lat. Aristolochia clematitis) — zəravəndkimilər fəsiləsinin zəravənd cinsinə aid bitki növü.
İbrahim Uzunca
İbrahim Uzunca - Türkiyəli keçmiş futbolçu və futbol məşqçisi.Sonuncu iş yeri Azərbaycanın "Şahdağ" Quba FK-olmuşdur. PRO kateqoriyalı məşqçi "Şahdağ"la 2019-cu ilin avqustunda 3 illik müqavilə imzalamışdır. Dekabr ayında klubdakı maliyyə problemlərinə qarşılıqlı razılaşma əsasında müqaviləsinə xitam verildi. 2022-ci ilin yanvarında Azərbaycan Region Liqasında çıxış edən "Xan Lənkəran" klubu ilə yeni müqavilə bağlamışdır.