Uzundağ

UzundağOrdubad rayonu ərazisində dağ (hünd. 1109,7 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Yağlıdərə yüksəkliyindən (hünd. 3825,9 m) cənub-qərbə ayrılan Girdəni qolunun qurtaracağında zirvə. Düylünçayla Vənəndçayın suayırıcısında, Vənənd kəndindən 1,3 km qərbdədir. Alt Eosenin İpr mərtəbəsinin yuxarı hissəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin mərkəzi strukturu olan Şurud-Vənənd sinklinalının cənub-qərb qanadını mürəkkəbləşdirən Xoşkeşin-Düylün sinklinalının nüvə hissəsində yerləşir.[1]

Uzundağ
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 1109,7 m
Yerləşməsi
38°56′39″ şm. e. 45°54′22″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon
Uzundağ xəritədə
Uzundağ
Uzundağ
  1. Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.