Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vərəsəlik
Vərəsəlik (və ya "irs") — kiminsə ölümündən sonra onun qalan mülkiyyətinə malik olma prosesi. Vərəsəliklə alınan mülkiyyət "irsi mülkiyyət" adlanır. Vəfat edənin mülkiyyəti ya onun vəsiyyətnaməsi və ya məhkəmə qərarı ilə birdəfəlik yolla və tam şəkildə keçir. İrslə həmiçinin aristokrat titulu və mənəvi mədəniyyət də keçir. Xalqların və cəmiyyətlərin əvvəlki nəsillərin mədəniyyətinə irsən malik olmaları da qəbul edilib. Monarxiyalı dövlətlərdə dövlət hakimiyyətinin də nəsil irsi ilə keçməsi hüququ mövcuddur. == Mənbə == a b C.E. Bosworth et al, ed (1993). "Mīrāth". Encylopaedia of Islam. 7 (second ed.).
Kerəşenlər
Kerəşenlər və ya kryaşenlər (tatar. керәшеннәр, tatar. керәшен татарлары; rus. крещён - xaç suyuna salınan və ya xristian olan) — Volqayanı və Ural bölgələrdə yaşayan tatar xalqının subetnik qrupu. == Tarix == Kerəşenlərin mənşəyi mübahisəlidir. Akademik mənbələrin çoxluqunda onlar tatar xalqının tərkibi hissəsi kimi sayılır. Eyni zamanda onların bəziləri özlərini ayrı xalq kimi sayır. Etnoqraflar və tarixçilər kerəşenlərin formalaşmasını XVI-XIX əsrlərdə həm könüllü, həm də zor şəkildə baş verən xristianlaşma ilə əlaqəndirir. Kerəşenlərin ilk dalğası Qazan və Həştərxan xanlıqların işğalından az sonraki zor xristianlaşmalar nəticəsində baş verib. Halbuki, onların çoxu sonra İslama geri qayıdıb və beləliklə Xristianlıq o tatarlar arasında kiçik sıçrayış eləyib.
Mərəşilər
Mərəşilər, Maraşılar (maz. مرعشیون)-İranın Təbəristan regionunda qurulmuş ərəb əsilli və Şiə sülaləsi idi.Bu sülalənin banisi Mirbozorg idi.O, Mərəşi seyidlərindən idi ki, nəsəbləri İmam Zeynül-Abidinin törmələrindən olan Əli əl Mərəşə yetişirdi.Paytaxtları Sari, Amul və Vatasan şəhərləri olub.
Yereşənlər
Yereşənlər (lat. Soricidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin həşəratyeyənlər dəstəsinə aid heyvan fəsiləsi. == Xarici görünüşü == Çox xırdadan orta ölçülərə qədər müxtəlif siçanşəkilli heyvanlardır. Bədəni uzunsov, vərdənəvarı, ətrafları gödəkdir. Gözləri çox xırdadır qulaq seyvanları adətən zəif inkişaf etmişdir. Bədəninin böyürlərində və əsasında yerləşmiş dəri vəziləri növə görə spesifik iyi - maddə ifraz edir. Xəz örtüyü sıx və yumuşaqdır. Kəlləsi uzunsov formada, üz hissəsi daralmışdır. Dişləri qırmızı-qəhvəyi və ya ağ rəngdə olur. == Həyat tərzi == Bütün yerqazanlar üçün daimi fəallıq səciyyəvidir.
Yereşənlər fəsiləsi