TƏQSİM

is. [ ər. ] Hissələrə bölmə, bölüşdürmə; bölgü.
…Vərəsələr bu təqsimə razı idilər. S.Hüseyn.

□ Təqsim etmək – bölmək, bölüşdürmək.
Çünki Sərdar Rəşidin vərəsələri Təbrizə gəldikdən və ev şeylərini öz aralarında təqsim etdikdən sonra, orada Mahru üçün heç bir şey qalmırdı. M.S.Ordubadi.

Təqsim olunmaq – bölünmək, bölüşdürülmək.
[Molla Xəlil] kəndlilərin boynuna böyük bir minnət qoyardı, çünki kəndin ölüləri onun namazı və quranı ilə dəfn edildiyi kimi, malları da onun əli ilə vərəsələr arasında təqsim olunar(dı). S.Hüseyn.

Синонимы

  • TƏQSİM bölmə — ayırma
TƏQRİR
TƏQSİR

Значение слова в других словарях