Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vərəzət
Vərəzət — Azərbaycan Respublikasının Şəki rayonunun Baş Zəyzid kənd inzibati ərazi dairəsində kənd. Kəndin əhalisi 1790 nəfər təşkil edir ki, onun da 920 nəfəri kişi, 870 nəfəri isə qadındır. Kənddə Varəzət kənd məscidi dini icması fəaliyyət göstərir.
Bərəzil (Meşkinşəhr)
Bərəzil (fars. بارزيل‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 465 nəfər yaşayır (117 ailə).
Vərəzqan (Vərziqan)
Vərəzqan (fars. ورزقان‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 131 nəfər yaşayır (34 ailə).
Vərəzət bələdiyyəsi
Şəki bələdiyyələri — Şəki şəhərində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Vereya
Vereya — Rusiya Federasiyasında yerləşən şəhər, Moskva vilayətinə daxildir.
Versal
Versal (şəhər) —
Voreal
Voreal (fr. Vauréal) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — L'Otiy. Əhalisi — 15.602 nəfər (2006). Bələdiyyə Paris şəhərinin təxminən 31 km şimal-qərbdə, Serji belediyyənin 3 km qərbdə yerləşir.
Tereza
Tereza — qadın adı. Tereza Ana — katolik rahibə, Nobel Sülh Mükafatı laureatı. Tereza Franssinetti — İtaliyanı təmsil edən su poloçusu. Tereza Pellati — İtaliya aktrisasıdır. Tereza Rassell — ABŞ aktrisası və modeli.
Berəzan (Urmiya)
Berəzan (fars. ‎‎‎برازان‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1.298 nəfər yaşayır (212 ailə).
Lizyölü Tereza
Lizyölü Tereza, anadan olub Marie Françoise-Thérèse Martin (d. 2 yanvar 1873, Alanson, Fransa — 30 sentyabr 1897, Lizyö, Fransa) — Fransız Diskalted Karmelit rahibəsi və mistiki. 1925-ci il mayın 17-də Papa XI. Pius tərəfindən müqəddəsləşdirildi. 1997-ci ildə Papa II İohan Pavel tərəfindən Kilsə Doktoru elan edilmişdir. Fransisk Xavier ilə birlikdə o, katolik missionerlərin himayədarıdır. Xatirə günü 3 oktyabrdadır. == Həyatı == Tereza dini həyata erkən çağırış aldı və müxtəlif maneələri dəf etdikdən sonra, 1888-ci ildə Normandiya bölgəsindəki bir kommuna olan Lizyödə rahibə olmaq üçün 15 yaşında Karmelit ordeninə qoşuldu. Monastırda sadə və adi bir həyat sürdü. İncillə yanaşı, o, Tomas Kempisin Məsihə Oxşamaq kitabını daim oxudu və bu kitab ona kamilliyə gedən yolda kömək etdi.
Mariya Tereza
Mariya Tereza (13 may 1717[…], Hofburq sarayı[d], Avstriya hersoqluğu, Müqəddəs Roma imperiyası – 29 noyabr 1780[…], Vyana, Avstriya hersoqluğu, Müqəddəs Roma imperiyası[…]) — 1740-cı ildən, 1780-ci ilə qədər Habsburqlar sülaləsi mülklərini və 1745-ci ildən Müqəddəs Roma İmperiyasını idarə edən şəxsdir. Avstriyalı Mariya Tereza (1816–1867) və İspaniyalı Mariya Tereza (1845–1927) ilə qarışdırılmamalıdır. 1740-cı ildən ölümünnə qədər Macarıstan və Bohemiya kralıçası, Avstriya Hersoqinyası idi. Bundan əlavə həyat yoldaşı I Fransisk Müqəddəs Roma İmperatoru seçiləndən sonra Müqəddəs Roma İmperatriçası oldu. Öz dövrünün ən güclü qadınlarından biri olmuş, Müqəddəs Roma İmperatoru II İosifin və Fransız Burjua İnqilabında edam edilən Fransız kraliçası Mariya Antuanettanın anasıdır. Mariya Tereza maliyyə və təhsil islahatları etmiş, ticarət və kənd təsərrüfatı onun dövründə özünün "qızıl əsrini" yaşamışdır. Prussiya ilə mübarizə davam etdirilir, Yeddiillik müharibə və Bavariya İrsi uğrunda müharibədə ölkəsini idarə etmişdir. Əri I Fransiskin ölümündən sonra oğlu II İosif 1765-ci ildə imperator oldu. Mariya Tereza oğlunun bir çox hərəkətlərini tənqid edirdi, lakin Polşanın birinci bölünməsini təqdir etmişdi (1722). XVIII əsr Avropa güc balansında açar rolunu oynayırdı.
Tereza Ana
Tereza Ana (tam adı Kəlküttəli Tereza Ana, əsl adı Aqnes Qonca Boyaçı. albanca Agneze Gonxhe Bojaxhiu; 26 avqust 1910[…], Üskub, Kosovo vilayəti, Osmanlı imperiyası – 5 sentyabr 1997[…], Kəlkətə) — katolik rahibə, rahibələr konqreqasiyası olan və kasıblara, xəstələrə xidmət edən Şəfqət Ordeninin yaradıcısı, Nobel Sülh Mükafatı laureatı. Tereza Ana Katolik Kilsəsi tərəfindən müqəddəslər sırasına daxil edilmişdir. O, 1997-ci ildə ABŞ-nin ali mükafatı olan Konqresin qızıl medalı ilə təltif edilib. Əsl adı Aqnes Qondja Boyadjiu olan Tereza Ana 26 avqust 1910-cu ildə köhnə Yuqoslaviyanın Makedoniya bölgəsində anadan olub. Aqnes gənc ikən "Qardaşlar" adlı yerli təşkilata qoşulmuşdu. Katolik rahibin başçılığı ilə keçirilən mərasimlərdə iştirak edən Aqnes missionerliyə maraq göstərməyə başladı. 17 yaşı olanda Allah tərəfindən onun qarşısına müəyyən vəzifələrin qoyulduğunu iddia etdi. İrlandiyanın Loretto adlı missioner təşkilatına qoşulduqdan sonra Tereza adını götürdü. Hindistanda Müqəddəs Meri məktəbində dini dərslər keçməyə başladı.
Tereza Franssinetti
Tereza Franssinetti (24 dekabr 1985, Genuya) — İtaliyanı təmsil edən su poloçusu. Tereza Franssinetti, İtaliya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasına 8:10 hesabı ilə məğlub olan İtaliya yığması, XXIX Yay Olimpiya Oyunlarını altıncı pillədə başa vurdu. Daha sonra Tereza Franssinetti, İtaliya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Birləşmiş Krallıq yığmasını 11:8 hesabı ilə məğlub edən İtaliya yığması, London Olimpiadasını yeddinci pillədə başa vurdu. Tereza Franssinetti, İtaliya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasına 5:12 hesabı ilə məğlub olan İtaliya yığması, Rio-de-Janeyro Olimpiadasının gümüş medalına sahib oldu.
Tereza Knorr
Tereza Cimmi Fransina Knorr (ing. Theresa Jimmie Francine Knorr; 14 mart 1946, Sakramento) — amerika cinayətkarıdır, öz iki uşağına ölümünə qədər əzab vermişdir. 11 oktyabr 1993-cü ildə həbs edilmişdir və ömürlük həbsə məhkum edilmişdir. Tereza Knorr 14 mart 1946-cı ildə Sakramento şəhərində doğulmuşdur, Cimin və Svanni Qay Krosların ailəsində kiçik uşaq idi. Cim pendir istehsalçısı işləyirdi, Svanni — qələm istehsalçısı. 3 fevral 1961-ci ildə, nə vaxt ki, Terezanın 15 yaşı var idi, onun anası ürək tutmasından öldü, nəyə görə Tereza uzun müddətli depressiyaya düşdü. Nəticədə o iddia edirdi ki, uşaqlıqda ögey ana tərəfindən zorakılığa məruz qalırdı. Ailənin dostları tərəfindən göstərilən informasiyaya əsasən Tereza öz bacısı Rozmariyə paxıllıq edən bağlı uşaq idi. 29 sentyabr 1962-ci ildə Kliffard Klayd Sandersa ərə getdi. 16 iyul 1963-cü ildə onların oğlu Hovard Klayd doğuldu.
Tereza Master
Tereza Master (21 sentyabr 1989) — Malavili marafonçu. Tereza Master Malavini 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. Tereza Master birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 48 dəqiqə 34 saniyəyə qət edərək 157 marafonçu sırasında 98-ci yeri tutdu.
Tereza Mey
Tereza Mey (ing. Theresa Mary May, qızlıq soyadı Brasier; 1 oktyabr 1956[…], İstborn[d], Şərqi Susseks qraflığı[d]) — Böyük Britaniya siyasətçisi, Böyük Britaniyanın baş naziri (2016-cı ildən), Böyük Britaniyanın sabiq daxili işlər naziri (2010–2016), qadınlar və bərabərhüquqluq üzrə nazir (2010–2012), Böyük Britaniya İcmalar Palatasının üzvü (1997-ci il — h.h.), Böyük Britaniya Mühafizəkarlar Partiyasının üzvü. Böyük Britaniyanın Baş Naziri (2016–2019) Oksford Universitetini cöğrafiya ixtisasını bakalavr pilləsi üzrə bitirib. 1986–1994-cü illərdə Londonun Merton bürosu yerli şurasının deputatı olub. 1992-ci ildə Böyük Britaniya parlament seçkilərində Nort-Vest-Darem dairəsindən və növbədənkənar 1994-cü il seçkilərində Barkinq dairəsində iştirak etsə də, uğursuzluqla qarşılaşdış 1997-ci il parlament seçkilərində ilk dəfə yeni yaranan Meydenhed dairəsindən parlamentin icmalar palatasına deputat seçilir və o zamandan deputat seçilir. 1997–2002-ci illərdə mühafizəkarlar partiyasının"kölgə" kabinetlkərində ikinci dərəcəli vəzifələr tutub. 2002-ci ildə ilk dəfə Mühafizəkarlar Partiyasının qadın sədri seçilir və liderdən fərqli olaraq partiyanın texniki fəaliyyət məsələləri ilə məşğul olurdu. 2003–2005-ci illərdə "kölgə kabinetində" həm nəqliyyat, həm də ərzaq və ekologiya naziri oluг. 2005-ci ilin may ayından dekabr ayınadək "kölgə kabinetində" mədəniyyət, KİV və idman naziri olur. 6 dekabr 2005-ci il tarixində İcmalar Palatasının "kölgə" lideri olur.
Tereza Pellati
Tereza Pellati (italyanca:Teresa Pellati) — İtaliya aktrisasıdır. Tereza Pellati — Internet Movie Database saytında.
Tereza Raken
Tereza Raken — XIX əsr fransız naturalist nəsrinin simalarından biri olan Emil Zolyanın (1840-1902) romanı. Roman müxtəlif dillərə tərcümə edilib. Ehtirasın doğurduğu cinayət və qatillərin cinayətdən sonrakı psixoloji sarsıntıları, peşmançılıq və özünə haqq qazandırmaq cəhdi roman boyu oxucunu arxasınca aparır. Romandakı sevgi iki insanın bir-birinə öyrəşməyi öyrəşməyi üzərində qurulub. Xalası oğlu xəstəhal Kamillə xalası xanım Rakenin istəyi əsasında evlənməyə məcbur olan Tereza ərinin dostu Loranın simasında sevginin və ehtirasın gerçək dadını çıxarmaq istəyir, amma arada divar kimi olan Kamil bu yaxınlığa böyük maneədir. Məşuqlar Kamilli aradan götürməklə azadlığa qovuşacaqlarını güman edirlər,lakin hər şey əksinə olur. Kamilin kabusu onları bir an belə rahat buraxmır.
Tereza Rassell
Tereza Rassell (ing. Theresa Russell; doğ. 20 mart 1957) — ABŞ aktrisası və modeli. Tereza Rassell 20 mart 1957-ci ildə Kaliforniya ştatının San-Dieqo şəhərində anadan olub.
Tereza Sampsonia
Tereza Sampsoniya (doğum adı Sampsoniya, evləndikdən sonrakı adı isə Ledi Şirli olmuşdur; 1589, Səfəvilər – 1668, Roma) — Səfəvilər İmperiyasından olan zadəgan qadın. O, İngiltərə sərgüzəştçisi Robert Şirlinin həyat yoldaşı idi və onu Avropa ölkələrinə səyahət edir və Səfəvi padşahı I Şah Abbasın elçiliklərinin rəhəbi adı ilə müşayiət edirdi. Tereza, aralarında İngiltərə sahzadəsi Henri Frederik və Danimarkalı Annanın (övladının vəliləri), həmçinin Tomas Herbert və Antonio Van Deyk kimi çağdaş dövrün yazıçı və sənətkarları da olmaqla Avropanın bir çox kral evində qonaq olmuşdur. Herbert, Robert Şirlini "dövrünün ən böyük səyyahı" hesab etsə də, "qorxmaz xanım Tereza"ya daha çox heyran qalmışdı. 1628-ci ildə Terezanın əri dizenteriyadan vəfat edir. Bunun ardınca o, Abbasın xələfi və nəvəsi olan Səfinin hakimiyyəti dövründə məhkəmə böyükləri və səlahiyyətlilərin yaratdığı maneələr səbəbiylə ölkəni tərk edir. Tereza qalan ömrünü Romadakı bir manastırda yaşayaraq xeyriyyəçilik və dinə həsr etmişdir. Mömin bir xristian olduğundan və ərinə olan sevgisi səbəbiylə Tereza, əri Robert Şirlinin qalıqlarını İsfahandan Romaya gətirdərək burada dəfn edir. O, özünün və yoldaşının yanaşı qazılmış qəbrlərinin başdaşı üzərində səyahətlərini qeyd etmiş və öz nəcib Çərkəz mənşəyinə işarə etmişdir. Teresa və Robert Şirlinin səyahətləri bir çox müasir ingilis, italyan, Latın və ispan mənbələrində, o cümlədən şahidlərin ifadələrində qeyd edilmişdir.
Versal (rayon)
Versal (fr. Versailles) — Fransanın İl-de-Frans regionun rayonlarından (fr. Arrondissement) biri . Departamenti — İvelin. Suprefektura — Versal. Rayonun əhalisi 2006-cı ildə 356 980 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 2164 nəf / km² . Rayon ərazisi — 165 km².
Versal (şəhər)
Versal- Fransanın şəhərlərindən biridir.İvelin departamentinin inzibati və mühüm turizm mərkəzidir.Əhalisi 104 min nəfərdir(1978).Əsası 1624-cü ildə qoyulmuşdur.Fransız dilində "kotan şırımı","yamac döşü" mənasındadır.
Versal sarayı
Versal sarayı (fransızca: Le château de Versailles) - Fransanın paytaxtı Parisdə yerləşən tarixi saray. Versal sülh müqaviləsi burada imzalanmışdır. Sarayın ilk binasının tikintisinə 1661-ci ildə başlanmış və daha sonra müxtəlif illərdə genişlətdirilmişdir. Hazırda saray muzey kimi fəaliyyət göstərir. Roma İmperatorluğundan sonra ilk dəfə böyük ölçülər bu sarayda tətbiq edimişdir. Bunun səbəbi sabit və mərkəzi monarxiya idarəsi idi. İtaliya, Almaniya, İngiltərədə siyasi şərait fərqli olduğundan uzun müddət oralarda belə saray tikilə bilməmişdir. Sarayın maraqlı cəhəti tikilərkən tualet və ya vanna yerləşdirilməməsidir. Bunun səbəbi o dövrdə zadəgan anlayışına görə zadəganların istədiyi yerdə ehtiyaclarını qarşılamaları idi.Bu səbədən Avropada Versal sarayının qoxusunu "Avropadaki bütün saraylardan fərqli" (Memoirs: Duc de Saint-Simon ) adlandırırdılar. 1768-ci ilə qədər sarayda tualet olmamışdır.
Mariya-Tereza (rif)
Mariya-Tereza rifi (ing. Maria Theresa Reef, fr. l'île Tabor) — Yeni Zelandiyanın şərqindən Tuamoru arxipelaqının cənubuna doğru hissədə yerləşən "kabus-ada", rif. İlk dəfə Asaf P.Taber tərəfindən qeydə alındığına görə onun doğulduğu Mariya Terezanın şəhərinin şərəfinə belə adlandırılmışdır. Bir fərziyəyə görə isə gəminin adı ilə adlandırılmışdır. Coğrafi koordinatları 37°00′ c. e. 151°13′ q. u. kimi təyin olunmuşdur.
Mariya Tereza Rafaella
Mariya Tereza Rafaella (isp. María Teresa Antonia Rafaela de Borbón y Farnesio) (11 iyun 1726, Madrid – 22 iyul 1746, Fontenblo) – İspaniya kralı V Filippin qızı. 1744-cü ildə Fransa kralı XV Lüdovikin oğlu və Fransa dofeni Lüdoviklə evləndi. Ancaq 2 il sonra doğum əsnasında vəfat etdi. Dünyaya gələn qız uşağı isə 2 yaşında vəfat etdi. == Mənbə == Armstrong. Edward: Elisabeth Farnese: The Termagant of Spain, London, 1892 Broglie. Emmanuel de: Le fils de Louis XV, Louis, dauphin de France, 1729–1765, E. Plon, 1877 Mitford.