Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şayəstə Qadınəfəndi
Şayəstə Qadınəfəndi (1838, Suxumi – 11 fevral 1912, İstanbul) — 31. Osmanlı sultanı Əbdülməcidin on yeddinci xanımı. == Həyatı == Şayəstə xanım 1838-ci ildə Abxaziyanın Suxumi bölgəsində dünyaya gəlmişdir. Atası abxaz əsilli Tataş bəy İnalpa, anası isə onun xanımı Saray xanım idi. Valideynlərini erkən yaşda itirən Şayəstə xanım və bacısı Fatma Mihrifələk xanım əmisi tərəfindən İstanbula gətirildi və Osmanlı sarayındakı həmyerlisinə təhvil verildi. Burada əsl türk-İslam tərbiyəsi alan bacılar gənclik illərini Topqapı sarayının hərəmində keçirdi. 14 yaşına çatan Şayəstə xanım 1852-ci ildə Sultan Əbdülməcidlə evləndirildi. Evləndikdən bir il sonra oğlu Abdullah Əfəndini dünyaya gətirsə də, şahzadə 9 yaşında vəfat etdi. 1856-cı ildə o, ikinci övladı Nailə Sultanı dünyaya gətirdi. Övladlarının dünyaya gəlişindən sonra məsrəflərini artıran Şayəstə xanım bu həyat tərzini 1861-ci ildə ərini itirdikdən sonra da davam etdirdi.
Arəstə Baxışova
Arəstə Kərim qızı Baxışova (4 may 1989, Qımılqışlaq, Xaçmaz rayonu – 23 oktyabr 2020, Qubadlı) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsinin yeganə qadın şəhidi. == Həyatı == Arəstə Baxışova 1989-cu il mayın 4-də Xaçmaz rayonunun Qımılqışlaq kəndində anadan olub. Arəstə Baxışovanın 2 qardaşı olub. Onun atası — baş leytenant Kərim Baxışov Azərbaycan Fövqəladə Hallar Nazirliyi Mühafizə İdarəsinin rəisi vəzifəsində çalışıb və Arəstənin 4 yaşı olanda vəfat edib. Arəstə Baxışova 1995–2004-cü illərdə Biləcəri qəsəbəsində yerləşən Şuşa şəhər 3 saylı tam orta məktəbdə təhsil alıb. 2004–2008-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji Kollecində "İngilis dili" üzrə təhsil alıb. Mərdan adında oğlu və Zəhra adında qızı yadigar qaldı. == Hərbi xidməti == Arəstə Baxışova 2018–2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Mərkəzi Hərbi Klinik Hospitalında tibbi statist olaraq çalışıb. 2019-cu il iyulun 12-dən isə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissədə operator vəzifəsində xidmət edirdi. Arəstə Baxışova oktyabrın 23-də şəhid olub.
Nadir mirzə Arəstə
Nadir mirzə Bədiəzzəman mirzə oğlu Qovanlı-Qacar (1893, Təbriz – XX əsr, Tehran)—diplomat, nazir == Həyatı == II Nadir mirzə Bədiəzzəman mirzə oğlu 1893-cü ildə Təbriz şəhərində doğulmuşdu. Saray təlim-tərbiyəsi, təhsili görmüşdü. Rus, ingilis və fransız dillərini bilirdi. Rusiyada 1917-ci il inqilabına qədər Peterburqdakı İran missiyasına başçılıq etmişdi. Sonra Aşxabadda Baş konsul işləmişdi. XX əsrin 20–30-cu illərdə İngiltərədə, Cənubi Amerikada, Polşada, Almaniyada diplomatik işdə çalışmışdı. 1943-cü ildən Nazir təyinatına qədər birinci ostanın osqandarı işləmişdi. İngiltərəyə meyl edirdi. Mürtəzaqulu Bayatın kabinetində Poçt və teleqraf naziri olmuşdu. == Ailəsi == Nadir mirzə Əşrəfsəltənə xanım Miftahla ailə qurmuşdu.
Abeşe
Abeşe (fr. Abéché, ərəb. أبشي‎) — qədim Ouaddai krallığının köhnə paytaxtı olmuşdur. Çadın şərqində indiki Ouaddai regionunda yerləşir və Sudanla sərhəddi var. Maşın ilə paytaxt Ncamenadan 2 günlük məsafədədir. 2012-ci il məlumatına əsasən əhalisi 76 492 nəfərdir..
Migel Valente
Migel Valente (16 iyul 1993) — Braziliyalı üzgüçü. Migel Valente Braziliyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Migel Valente birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 1500 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 15:22.57 saniyəlik nəticəsi ilə 31-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Valaste şəlaləsi
Valaste şəlaləsi (eston. Valaste juga) — Estoniyada və Baltikyanı ölkələrdə ən hündür şəlalə. Şəlalənin hündürlüyü 30,5 m.-dir. 1996-cı ildə Estoniya Elmlər Akademiyasının komissiyası onu Estoniyanın təbii irsi və milli simvolu elan etdi. == Coğrafiyası == Şəlalə Fin körfəzi sahilinə yaxın olan Kohtla-Yarve şəhəri yaxınlığında İda-Virumaa vilayətində yerləşir. == Geoligiyası == Şəlalə tarlalardan artıq suyu boşaltmaq üçün təşkil edilmiş süni kanalla yaradılmışdır. Su Baltik-Ladoqa qlintinin əhəngdaşlarından ibarət qayadan axır. Soyuq qış aylarında şəlalə donur. == Əhəmiyyəti == Valaste şəlaləsi Estoniyanın ən məşhur və ən çox ziyarət edilən şəlalələrindən biridir. Turistlər üçün şəlalə ilə üzbəüz müşahidə mtydançası tikilib, oradan şəlalənin mənzərəsi açılır, çimərliyə eniş quraşdırılıb.
Varese BK
Varese — Italiyanın eyniadlı şəhərini təmsil edən basketbol klubu. == Tarixi == Varese basketbol komandası 1946-cı ildə Varese şəhərində təşkil olunmuş, ilk vaxtlar öz çıxışı ilə fərqlənməmişdir. İlk böyük uğurunu 1961-ci ildə, İtaliya çempionatının qalibi kimi qeyd etmişdir. 1970-ci ildə isə klub ilk dəfə çempionlar kubokunu qazanmış, sonralar daha 4 dəfə Avropanın bu əsas turnirinin qalibi olmuşdur. Komandanın sonuncu uğuru 1999-cu ildə milli birinciliyin və İtaliya superkubokunun qalibi olmasıdır. Varese basketbol komandası hazırda A seriyası üzrə çıxış edir. == Titulları == Basketbol üzrə İtaliya çempionu (10 dəfə): 1961, 1964, 1969, 1970, 1971, 1973, 1974, 1977, 1978, 1999 Çempionlar kuboku (5 dəfə): 1970, 1972, 1973, 1975, 1976.