Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Varikoz genişlənmə
Vena genişlənməsi ya Varikoz genəlmə venaların genişlənərək divarının nazikləşməsi, elastikliyini itirməsi ilə əlaqəli venoz sistemində rast gəlinən patoloji prosesdir. Adətən varikoz genəlmə dedikdə Aşağı ətrafların varikoz genəlməsi başa düşülür. lakin əmələgəlmə nahiyəsindən asıli olaraq varikoz genəlmə bir neçə növlərə malikdir: Aşağı ətrafların varikoz genəlməsi həm müstəqil həm də yanaşı gedən xəstəlik olub, aşağı ətraflarda: topuq, baldır, bud nahiyələrində dərialtı venaların genişlənməsi, damar divarının nasikləşməsi, tromblaşmış vena düyünlərinin üzə çıxması ilə xarakterizə olunur. Varikoz genəlmə venoz təzyiqin artması nəticəsində xüsusən qapı venasında təzyiqin artması — portal hipertenziya zamanı qida borusu venalarının, qarın nahiyəsində dərialtı venaların meduza şəkilli genəlməsinə səbəb olur. Bu cür varikoz genəlmə müstəqil deyil, hər hansı bir xəstəlik: qaraciyər serrozu, şişi zamanı meydana çıxmış olur. Düz bağırsaq venalarının genəlməsi, babasil ya hemorroy xəstəliyi adlanır. Kişilərdə xaya venalarının varikoz genəlməsi, varikosel adlanır. Varikosel kişi sonsuzluğuna səbəb ola bilir.
Varikoz genəlmə
Vena genişlənməsi ya Varikoz genəlmə venaların genişlənərək divarının nazikləşməsi, elastikliyini itirməsi ilə əlaqəli venoz sistemində rast gəlinən patoloji prosesdir. Adətən varikoz genəlmə dedikdə Aşağı ətrafların varikoz genəlməsi başa düşülür. lakin əmələgəlmə nahiyəsindən asıli olaraq varikoz genəlmə bir neçə növlərə malikdir: Aşağı ətrafların varikoz genəlməsi həm müstəqil həm də yanaşı gedən xəstəlik olub, aşağı ətraflarda: topuq, baldır, bud nahiyələrində dərialtı venaların genişlənməsi, damar divarının nasikləşməsi, tromblaşmış vena düyünlərinin üzə çıxması ilə xarakterizə olunur. Varikoz genəlmə venoz təzyiqin artması nəticəsində xüsusən qapı venasında təzyiqin artması — portal hipertenziya zamanı qida borusu venalarının, qarın nahiyəsində dərialtı venaların meduza şəkilli genəlməsinə səbəb olur. Bu cür varikoz genəlmə müstəqil deyil, hər hansı bir xəstəlik: qaraciyər serrozu, şişi zamanı meydana çıxmış olur. Düz bağırsaq venalarının genəlməsi, babasil ya hemorroy xəstəliyi adlanır. Kişilərdə xaya venalarının varikoz genəlməsi, varikosel adlanır. Varikosel kişi sonsuzluğuna səbəb ola bilir.
Aşağı ətrafların varikoz genəlməsi
Aşağı ətrafların varikoz genəlməsi aşağı ətrafın səthi venalarının genişlənməsi, vena qapaqcıqlarının çatışmazlığı nəticəsində qan axınının pozulması- Varikoz termini lat. varix; varicis sözündən götürülmüş, mənası "köpmüş, gərilmiş, üfürülmüş" deməkdir.
Narkoz
Narkoz(q.yun. νάρκωσις — uyuşmaq) — yuxunun baş verdiyi, şüurun itirilməsi, skelet əzələlərinin rahatlaşması, bəzi reflekslərin azalması və ya sıradan çıxması, ağrı həssaslığının yox olması ilə müşayiət olunan, mərkəzi sinir sisteminin süni şəkildə induksiya edilmiş geri qaytarıla bilən süni vəziyyətidir. Bütün bunlar, müəyyən bir xəstənin fərdi xüsusiyyətlərini nəzərə alaraq və tibbi prosedurun növündən asılı olaraq anestezioloq tərəfindən seçilən optimal doza və birləşməsi olan bir və ya daha çox ümumi anesteziyanın tətbiqi ilə baş verir. Narkoz vəziyyəti şüurun itirilməsi, həssaslığın (ilk növbədə ağrı) və refleks reaksiyalarının yatırılması və skelet əzələlərinin tonusunun azalması ilə mərkəzi sinir sisteminin geri dönən depressiyası ilə xarakterizə olunur. Narkoz üçün vasitələr həyəcanın mərkəzi sinir sisteminə neyronlararası (sinaptik) ötürülməsini maneə törədir. Eyni zamanda, afferent impulsların ötürülməsi pozulur, kortikal-subkortikal əlaqələr, ara, orta və onurğa beyni funksiyası dəyişir, bu da anesteziyanın inkişafına səbəb olur. Mərkəzi sinir sistemi və müxtəlif morfofunksional təşkilatın müxtəlif səviyyələrdə sinaptik formalaşması anestezik agentləri eyni dərəcədə həssas deyil. Bu, narkoz üçün dərmanların təsirinin mərhələlərini izah edir. "Narkoz" termini bədənin ümumi anesteziyasına aiddir. Yerli (yerli) ağrısızlaşdırma haqqında danışarkən, "yerli anesteziya" və ya lokal anesteziya termini istifadə olunur.
Pyotr Jarikov
Pyotr Pavloviç Jarikov (rus. Пётр Павлович Жариков; 26 iyun (8 iyul) 1888, Moskva – 9 yanvar 1969, Bakı) — Azərbaycan-sovet teatr aktyoru və rejissoru, Azərbaycan SSR xalq artisti (1941), Azərbaycan SSR Ali Sovetinin III çağırış deputatı. Pyotr Jarikov 26 iyun (8 iyul) 1888-ci ildə Moskvada anadan olmuşdur. 1912-ci ildə Moskva Bədaye Teatrının studiyasını bitirmişdir. O, bu teatrda işləməyə isə hələ 1911-ci ildən başlamışdır. 1918-ci ildən Moskva Kamera Teatrında çalışmış, 1920–1927-ci illərdə Saratov, Kazan, Penza, İrkutsk, Samara, Krasnodar və digər şəhərlərin teatrlarında fəaliyyət göstərmişdir. 1928–1963-cü illərdə isə Azərbaycan Dövlət Rus Dram Teatrında çalışmışdır. Pyotr Jarikov 1921-ci ildən pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Bundan əlavə, Azərbaycan SSR Ali Sovetinin III çağırış deputatı seçilmişdir. Pyotr Jarikov 9 yanvar 1969-cu ildə Bakıda vəfat etmişdir.
Valiko Juğeli
Valiko Juğeli (gürcücə: ვალიკო ჯუღელი; 1 yanvar 1887, Tiflis – 30 avqust 1924, Gürcüstan) — gürcü hərbçi və siyasətçi. Qatı bolşevizm əleyhdarlığı ilə seçilir.) Gürcüstan Demokratik Respublikasının Sovet Rusiyası tərəfindən işğal edilməsindən sonra Qırmızı Orduya qarşı Gürcüstanda müxtəlif dövrlərdə üsyanlar təşkil etməyə çalışmışdır. İlk əvvəllər, Rusiya Sosial Demokrat Fəhlə Partiyasının üzvü olmasına baxmayaraq, daha sonra bolşeviklərdən uzaqlaşmış və menşeviklərlə yaxınlaşmışdır. Bundan sonra o, menşeviklərin Gürcüstandakı ən məşhur üzvlərindən birinə çevrilmişdir. Valiko Juğeli 1887-ci ilin 1 yanvar tarixində Gürcüstanda anadan olmuşdur. O dövrdə Gürcüstan torpaqları Rusiya imperiyasının ərazilərinə daxil idi. Həyatının erkən dövrlərindən siyasətlə maraqlanmışdır. Gürcüstanda Sovet İttifaqına qarşı üsyan təşkil etməyə çalışarkən ətrafındakı şəxslərlə birlikdə həbs edilmiş və qısa müddətlik araşdırma, məhkəmə prosedurlarından sonra güllələnərək edam edilmişdir. XX əsrin əvvəllərində Rusiya imperiyasının bir parçası olan Gürcüstanda marksist hərəkatlarla maraqlanmışdır. İlk əvvəllər Rusiya Sosial Demokrat Fəhlə Partiyasının üzvü olmasına baxmayaraq, dahasonra menşeviklərə qatıldı və bu qanadın Gürcüstandakı ən təsirli üzvlərindən biri oldu.
Veriko Ancaparidze
Veriko İvlianovna Ancaparidze (23 sentyabr (5 oktyabr) 1897, Kutaisi, Rusiya imperiyası – 31 yanvar 1987, Tbilisi) — Aktrisa Veriko İvlianovna Ancaparidze 6 oktyabr, 1900-cü ildə Kutaisidə (Gürcüstan) anadan olmuşdur. 1916–1917-ci illərdə S. V. Aydarovun Moskva dram studiyasında və Q. Cabadarinin Tiflisdəki studiyalarında təhsil almışdır. 31 yanvar, 1987-ci ildə Tbilisidə vəfat etmişdir. 1918–1921-ci illərdə Ş. Rustaveli adına teatrın aktrisası, 1921-ci ildən isə K. A. Marcanişvilinin rəhbərliyi altında olan dram teatrının aktrisası olmuşdur. 1933-cü ildən N. P. Oxlopkovun rəhbərliyi altında Moskva real teatrında işləmişdir. K. A. Marcanişvili adına teatrın bədii rəhbəri, Ş. Rustaveli adına Tbilisi teatr institutunun pedaqoqu olmuşdur. 1992-ci ildə "Who is Who" (London) ensiklopediyası redaksiya heyətinin qərarına əsasən V. Ancaparidze XX əsrin 10 ən yaxşı aktrisası sırasına daxil edilmişdir. Kinoda 1923-cü ildən fəaliyyət göstərmişdir. SSRİ Xalq Artisti (1950) SSRİ Dövlət Mükafatı (1943, 1946, 1952) "Lenin Ordeni" Gürcüstan Dövlət Mükafatı (1975, 1979) Sosialist Əməyi Qəhrəmanı (1979) 26 komissar (film, 1932) (tammetrajlı bədii film) (rol: fəhlə arvadı) Onu bağışlamaq olarmı? (film, 1959) (tammetrajlı bədii film) (rol: ana) Qəm yemə!
Katalin Kariko
Katalin Kariko (17 yanvar 1955, Solnok, Macarıstan Xalq Respublikası) — macar mənşəli amerikalı biokimyaçı. Dryu Vaysman ilə "COVID-19-a qarşı effektiv mRNT peyvəndlərinin hazırlanmasına imkan verən nükleozid bazası modifikasiyaları ilə bağlı kəşflərə" görə 2023-cü il Fiziologiya və tibb üzrə Nobel mükafatının qalibi. == Həyatı == Orta məktəbdə o, bəzi fənlərdə fərqlənir və Moritz Zsigmond İslahat Gimnaziyasını bitirir. Seqed Universitetində fəlsəfə doktoru dərəcəsi aldıqdan sonra Kariko tədqiqatlarını davam etdirdi və Macarıstan Bioloji Tədqiqatlar Mərkəzinin Biokimya İnstitutunda postdoktorluq təqaüdünə başladı. 1985-ci ildə o, əri və iki yaşlı qızı ilə Macarıstandan ABŞ-a getdi.
Sarıkök
Kurkuma (lat. Curcuma) — zəncəfilkimilər fəsiləsinə aid bitki cinsi. Sarıkök yalnız plov üçün ideal ədviyyat deyil, həm də bioloji aktiv maddədir. Sarıkök diabetin müalicəsində istifadə edilir. İsti südün içərisinə 1 çimdik sarıkök əlavə edib içməklə aktiv şəkildə arıqlamaq və döşlərin ölçüsünü böyütmək mümkündür. Südlü sarıkök axşam içilərsə orqanizm üçün çox faydalı olar, həzm problemlərinin həllinə kömək edər, gecə rahat yuxunu təmin edər, immuniteti qaldırar, qanda xolesterinin miqdarını azaldar. Cəmi bir ay bu təbii ədviyatı qida rasionunuza daxil etsəniz, bədəniniz əhəmiyyətli dərəcədə dəyişəcək. Sarıköklə müalicə 1. Yeməyə sarıkık əlavə edəndə, mütləq ona bir çimdik də qara istiot da qatın. İstiot sarıkökün tamamilə mənimsənilməsinə kömək edəcək.
Barıkov burnu
Barıkov burnu (çuk. Ылвылю) — Berinq dənizinin Anadır körfəzi suları yuyulan burun. Uqlovaya buxtasının ucqar şimal çıxışını təkil edir. İnzibati cəhətdən Çukot Muxtar Dairəsi ərazisinə daxildir. Burun 1886-cı ildə burunda araşdırma işləri aparmış Kreyserin ekipajı olmuş miçman Fyodr Barikovun şərəfinə adlandırılmışdır. Çukot dilində Ылвылю — «Vəhşı maral» mənasınında işlədilir. 5 km cənub-qərbində Berinq limanı yereləşir. Qayalıqda dəniz quşları yuva qurur. Barıkov burnunda gələcəkdə daş kömürün hasilatı məqsədi ilə dərin bir limanın inşası planlaşdırılır.
Birmeyvəli sarıkol
== Təbii yayılması: == Aralıq dənizi sahilində, Şimali Amerikada, Cənubi Afrikada və İspaniyada yayılmışdır. == Botaniki təsviri: == Hündürlüyü 4 m-ə çatan, uzun sallanan budaqlara malik olan kol və ya alçaqboylu ağacdır. Çiçəklərinin ləçəkləri ağ rəngli olub, mərkəzi bənövşəyi-qırmızımtıl, incə və ətirli, gümüşü rəngli yarpaqların fonunda olduqca dekorativ görünür. Paxlaları uzunsov, hər iki tərəfi iti, toxumları açıq-darçını rəngdədir. Kök pöhrələri və toxumla çoxaldılır. == Ekologiyası: == Torpağa az tələbkar, quraqlığa davamlıdır, lakin, kütləvi çiçəkləməsi üçün vaxtaşırı suvarma tələb olunur. Şaxtaya davamsızdır, qış aylarında bitkinin kök boğazına qədər yerüstü hissəsi donur, lakin, yazda güclü pöhrə verərək bərpa olunur. == Azərbaycanda yayılması: == Dendrologiya İnstitutunun təcrübə sahəsinə introduksiya edilmişdir. == İstifadəsi: == Dekorativ bitki kimi yaşıllıqlarda istifadə oluna bilər. == Məlumat mənbələri == Azərbaycan Dendroflorası III cild-Bakı:"Elm",2016,400 səh.
Sarıgöz göyərçin
Sarıgöz göyərçin (lat. Columba eversmanni) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin göyərçinkimilər dəstəsinin göyərçinlər fəsiləsinin göyərçin cinsinə aid heyvan növü.
Sarıgöz pinqvin
Sarıgöz pinqvin, və ya Möhtəşəm pinqvin, Antipodov pinqvini (lat. Megadyptes antipodes) — pinqvinlər fəsiləsinə, nəsli kəsilməyən Megadyptes cinsinə aid olan yeganə növ. Maori dilində Xoixo adlandırılır. Bu vcanlıların bədən quruluşu daha çox Kəkilli pinqvinlərə bənzəyir. İri fərdlərin boyu 70–75 sm, çəkisi 6–7 kq olur. Orta ömür müddəti 10–12 ildir. Bəslənmə şəraitində isə bu 20 ilə qədər uzana bilir. , Dişilərin böyük qismi artıq 2 yaşında yumurta qoyur. Xarici görünüş baxımından isə digər pinqivinlərə bənzəyirlər. Başları qızılı-sarı həm də qara tüklərlə örtülürlər.
Uzun sarıkök
Uzun kurkuma (lat. Curcuma longa) — sarıkök cinsinə aid bitki növü.