Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Peyk vasitəsilə müşahidə üsulu
Peyk vasitəsilə müşahidə üsulundan istifadə etməklə Yer kürəsi üzərində buludluq sahəsinin paylanması, yerdən kosmosa qayıdan qısadalğalı və uzundalğalı radiasiya axınları barədə televizion informasiyanı almaq olar.
Elektrometriya vasitəsilə axtarış (film, 1936)
Nəqliyyat vasitəsi
Nəqliyyat — insanların, yüklərin, siqnalların və informasiyaların bir yerdən başqa bir yerə daşınması, ictimai maddi istehsalın ən mühüm sahələrindən biridir. Müasir nəqliyyat sisteminə ümumi istifadəli dəmiryolu nəqliyyatı, avtomobil nəqliyyatı, dəniz nəqliyyatı, çay nəqliyyatı, hava nəqliyyatı daxildir. Daşınma işini yerinə yetirmək üçün texniki avadanlıqlar olan nəqliyyat vasitələrindən istifadə edilir. Kütləvi halda daşımalara imkan verən nəqliyyat vasitələrinə avtomobilləri, qatarları, gəmiləri və təyyarələri aid etmək olar. Hazırda informasiya kommunikasiya texnologiyalarının inkişaf etməsi ilə nəqliyyat vasitələrinin hərəkəti haqqında məlumatların əhaliyə çatdırılması üçün qabaqcıl ölkələr onun onlayn təchizatını həyata keçirməyə başlayıblar. Bu məqsədlə nəqliyyat şirkətləri xüsusi veb-səhifələr yaradır və Google Maps xidmətindən istifadə edirlər. Bəşər tarixində ən vacib kəşflərdən biri olan nəqliyyat vasitələri ictimai istehsalın müəyyən vasitəsi kimi özünü göstərməklə, çox böyük əməli və xalq təsərrüfatı əhəmiyyəti kəsb edir. Nəqliyyat vasitələri, eləcə də onların hərəkəti üçün vacib yolların olması ayrı-ayrı tarixi dövrlərdə hər bir xalqın maddi mədəniyyətinin inkişaf səviyyəsini göstərən mühüm amildir. Nəqliyyat vasitələri ilə istehsal alətlərinin, əmək məhsullarının və insanların yerdəyişməsi həyata keçirilir. Nəqliyyat vasitələri hər hansı bir ərazinin təbii-coğrafi şəraitindən, onun relyef quruluşunun xarakterindən asılı olaraq yaranmışdır.
Nəqliyyat vasitəsi kodu
Nəqliyyat vasitəsi kodu — nəqliyyat vasitəsinin individual qeydiyyat nişanı (nömrəsi). Bu kod bir qayda olaraq naqliyyat vasitəsinin ön və arxa hissələrinə bərkidilmiş işıqqaytaran metal və ya plastmas lövhəcik üzərində, ya da salondan nəqliyyat vasitəsinin ön və arxa şüşəsinə yapışdırılmış kağız və ya karton parçası üzərində əks olunur.
Vasitəsiz və vasitəli nitq
Vasitəsiz və vasitəli nitq — danışarkən və ya yazarkən bəzən başqasının nitqini (onun dediyini və yazdığını) dinləyiciyə, oxucuya çatdırmaq lazım gəlir. Başqasının nitqi iki üsulla verilə bilər: vasitəsiz və vasitəli. Başqasının nitqi eyni ilə, dəyişdirilmədən verilərsə, ona vasitəsiz nitq deyilir. Vasitəsiz nitqli cümlələr iki hissədən ibarət olur: müəllifin sözlərindən və vasitəsiz nitqdən. Müəllifin sözü M(m), vasitəsiz nitq V(v) ilə işarə olunur. Müəllifin sözlərində xəbər, əsasən, nitq və təfəkkür feillərindən ibarət olur. Vasitəsiz nitq müəllif sözlərinə qoşulur,yazıda dırnaq işarəsi və ya tire ilə ayrılır. Müəllif təhkiyəsinə daxil olduqda dırnaqlar arasında,dialoqlarda tire ilə verilir. Vasitəsiz nitqin işlənmə formaları: M:"V". "V?"-m.
Yüngül kommersiya nəqliyyat vasitəsi
Yüngül kommersiya nəqliyyat vasitəsi (LCV) avtonəqliyyat və kommersiya məqsədli nəqliyyat vasitəsi növüdür. Avropa İttifaqında bu, ümumi çəkisi 3,5 tondan çox olmayan kommersiya nəqliyyat vasitələri üçün rəsmi termindir. İxtisaslaşdırılmış yüngül kommersiya avtomobillərinə pikaplar, panel furqonlar, mikrofurqonlar, mikroavtobuslar və üç təkərli nəqliyyat vasitələri daxildir.
Alabama nəqliyyat vasitəsi qeydiyyat nişanları
Alabama ştatında 1911-ci ildən ştat avtomagistrallarında istismar edilən motorlu nəqliyyat vasitələri üçün nəqliyyat vasitəsi qeydiyyat nişanları istifadəsinə başlanılmışdır. Bəzi Alabama bələdiyyələri həmin tarixə qədər atlı nəqliyyat vasitələri, eləcədə motorlu vasitələr üçün öz nömrə nişanlarından istifadə edirdilər ki, bunun da mövcüd olan ən qədim nümunəsi Bessemer şəhəri tərəfindən iki atlı arabaya verilən 1 nömrəli bürünc nişandır. Məlum olan ilk avtomobil nömrə nişanı isə Birminqem şəhəri tərəfindən 1906-ci ildə 1904-cü il istehsalı olan 6 slindirli Ford markalı avtomobilə verilmişdir. 1911-ci ildə çıxan qaydaya əsasən ştat tərəfindən verilən nişanın ölçüsü eni 4.5 dyüm, uzunluğu isə 12 dyümə qədər olmalı, sol hissədə şaquli olaraq "ALA" hərfləri qeyd edilməli, yarım dyüm ştrixə malik 3 dyüm ölçülü rəqəmdən istifadə olunmalı idi. 1 nömrəli nişan Montqomeridə fəaliyyət göstərən Lik Dəfn Mərasimi Evinə təsis edilmişdi. 1916-cı ildə çini lövhə əvəzinə metal lövhə istifadə edilməyə başladı. 1917-ci ildən başlayaraq nişanın verilmə ili qeyd edildi və 1919-cu ildə isə nişanın ölçüsü 6 x 15 dyümə qaldırıldı. 9122-ci ildə nişanlara çəki sinfi kodları əlavə edildi və 1928-ci ildə nişanların istehsalı Kilbi Cəzaçəkmə Müəssisəsinə verildi. 1942-ci ildə hər qraflıq üçün kodlardan istifadə edilməyə başlanıldı. 1,2 və 3 kodları ən çox əhalisi olan Cefferson, Mobil və Montqomeri qraflıqlarına, digər kodlar isə əlifba sırası ilə digərlərinə verildi.
Adsorbentlər vasitəsi ilə ağır metal ionlarının zərərsizləşdirilməsi