per

präp. ilə, vasitəsi ilə; ~ Post poçtla, post ilə, poçt vasitəsilə; wir sind ~ du biz sənlə danışırıq (bir-birimizə sən deyirik)
Peperoni
perfekt
OBASTAN VİKİ
PeR
PeR — 2007-ci ildə qurulmuş Latış musiqi qrupu. PeR Latviyanı 2013 Avroviziya Mahnı Müsabiqəsində "Here We Go" mahnısı ilə təmsil edib.
Per Forsskol
Per Forsskol (isv. Pehr Forsskål, 11 yanvar 1732[…], Helsinki – 11 iyul 1763) — İsveç təbiətçisi – ilk növbədə botaniki və antropoloqu, səyyahı. Karl Linney 1764-cü ildə öz şagirdinin şərəfinə ərəb ot bitki cinsinə Forsskaolea adını vermişdir. Forsskolun şərəfinə həmçinin çoxlu növlər də adlandırılmışdır. Bunları International Plant Names Index (IPNI) verilənlər bazasında tapmaq olar. Philippe Provençal.
Per Günt
Per Günt - norveç dramaturqu Henrik İbsen və norveç bəstəkarı Edvard Qriqin məşhur dram əsəri. İbsen bu əsəri 1867-ci ildə tamamlamış və 24 fevral 1876-cı ildə səhnəyə qoymuşdur. Bu əsərə böyük uğur gətirən səbəblərdən biri tanınmış norveç bəstəkarı Edvard Qriqin əsərə bəstələdiyi musiqi olmuşdur. İbsen Per Günt dramını İtaliyada qələmə almışdır. Əsər ilk dəfə 1867-ci ilin 14 noyabr tarixində Kopenhagendə nəşr edilir. Əsərin tezliklə böyük uğur əldə etməsinə digər səbəb kimi İbsenin bundan bir az öncə qələmə aldığı Brənd dramını göstərirlər. İbsenin sonrakı əsərlərindən fərqli olaraq Per Günt nəzm formasında yazılmışdır. Buna səbəb əsərin tamaşa üçün deyil, sadəcə bir yazılı ədəbiyyat nümunəsi kimi təqdim edilməsi idi. Əsərdə səhnələrin bir-birini sürətlə əvəzləməsi (əsərin bir pərdəsində isə hadisələrin tamamilə qaranlıqda cərəyan etməsi) əsərin səhnəyə qoyuluşunu mürəkkəbləşdirir. Bu əsəri İbsenin digər dram əsərlərindən fərqləndirən ən mühüm cəhətlərdən biri də Per Güntun realistik faciədən çox mistik-fantastik xarakter daşımasıdır.
Per Lagerkvist
Per Laqerkvist (isv. Pär Lagerkvist; 23 may 1891[…] – 11 iyul 1974[…]) — isveçli yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1951). Per Fabian Laqerkvist İsveç romançısı, şair və dramaturqdur. Sadə ailənin övladı idi. Atası əvvəlcə fermer, sonra isə dəmiryol fəhləsi olmuşdu. Ailədəki yeddi uşağın içərisində Per erkən yaşlarından ağlı və fərasəti ilə fərqlənirdi. Orta təhsilini bitirdikdən sonra iki il Upsala universitetində incəsənət və ədəbiyyatı öyrənmişdi. 21 yaşında ilk yazılarını – bir neçə şeir və "İnsanlar" povestini dərc etdirmişdi. 1913-cü ildə Parisdə olması Laqerkvistin ədəbiyyat və sənətə baxışlarında inqilab yaratmışdı. O, fovizm və kubizm cərəyanları ilə ciddi maraqlanmışdı.
Per Mertezaker
Per Mertezaker (alm. Per Mertesacker‎; d. 29 sentyabr 1984, Hannover, AFR) — alman futbolçusu. Londonun Arsenalfutbol klubunun kapitanı və müdafiəçisi. 198 santimetr boya malik Mertezaker həm də Almaniya milli futbol komandasının oyunçusudur. Per Mertezaker öz futbol karyerasına "Pattensen" klubu ilə başlamış, 1995-ci ildə, 11 yaşında "Hannover 96" klubuna keçmişdir. Bundesliqada ilk matçını 2003-cü ilin noyabrında 19 yaşında "Köln" klubuna qarşı oynamışdır. Bu zaman o, müdafiəçi və yarımmüdafiəçi mövqelərində oynamışdır. Mertzaker peşəkar müqaviləni imzalamaqla, dörd ay ərzində Bundesliqa üçün növbəti çağırışı gözləmək məcburiyyətində qaldı. Baş məşqçi Edvard Linenenin yanında "Hannover" klubunun əsas oyunçusu kimi mərkəz mövqeyini möhkəmləndirdi.
Per Noel
Şaxta baba (rus. Дед Мороз və ya Дедушка Мороз; belar. Дзед Мароз; ukr. Дід Мороз; serb. Деда мраз; bolq. Дядо мраз; sloven. Dedek Mraz; mak. Дедо мраз; xorv. Djed Mraz ) — Yeni il bayramının əsas nağıl personajı.
Per Hekkerup
Per Hækkerup (25 dekabr 1915 – 13 mart 1979, Danimarka) — 25 dekabr 1915-ci ildə adan olmuş və 13 mart 1979-cu il tarixində vəfat etmişdir. O, 1962–1966-cı illərdə Danimarkanın Xarici İşlər Naziri vəzifəsində çalışmış və Danimarka Sosial Demokrat partiyasına üzv siyasətçi idi. O, danimarkalı siyasətçi və Sosial Demokrat jurnalının redaktoru Hans Kristian Hækkerupun oğlu idi. Hækkerup İkinci Dünya Müharibəsinin bitməsindən 1979-cu ildə ölümünə qədər ölkəsində siyasətdə fəal iştirak edib. O, 1946–1952-ci illərdə Danimarka Sosial Demokratlar Partiyasının gənclər təşkilatının sədri, 1946–1951-ci illərdə isə Sosialist Gənclərin Beynəlxalq İttifaqının baş katibi vezifələrini tutub. Hækkerup beynəlxalq siyasi arenada daha çox Norveç naziri Yens Evensen ilə əldə etdiyi razılaşma ilə tanınır. Bu razılaşma Norveçə Şimal dənizində neftlə zəngin Ekofisk neft yatağını verir. Şəhər əfsanəsinə görə Hækkerup müqaviləni imzalayanda sərxoş imiş. Lakin Danimarka tarixçiləri bu gün razılaşmanın çox ədalətli olduğuna və Hækkerupun sərxoş olmadığı mövzusunda həmfikirdirlər. O, Grethe Hækkerup ilə ailə həyatı qurmuşdu .
Per Hækkerup
Per Hækkerup (25 dekabr 1915 – 13 mart 1979, Danimarka) — 25 dekabr 1915-ci ildə adan olmuş və 13 mart 1979-cu il tarixində vəfat etmişdir. O, 1962–1966-cı illərdə Danimarkanın Xarici İşlər Naziri vəzifəsində çalışmış və Danimarka Sosial Demokrat partiyasına üzv siyasətçi idi. O, danimarkalı siyasətçi və Sosial Demokrat jurnalının redaktoru Hans Kristian Hækkerupun oğlu idi. Hækkerup İkinci Dünya Müharibəsinin bitməsindən 1979-cu ildə ölümünə qədər ölkəsində siyasətdə fəal iştirak edib. O, 1946–1952-ci illərdə Danimarka Sosial Demokratlar Partiyasının gənclər təşkilatının sədri, 1946–1951-ci illərdə isə Sosialist Gənclərin Beynəlxalq İttifaqının baş katibi vezifələrini tutub. Hækkerup beynəlxalq siyasi arenada daha çox Norveç naziri Yens Evensen ilə əldə etdiyi razılaşma ilə tanınır. Bu razılaşma Norveçə Şimal dənizində neftlə zəngin Ekofisk neft yatağını verir. Şəhər əfsanəsinə görə Hækkerup müqaviləni imzalayanda sərxoş imiş. Lakin Danimarka tarixçiləri bu gün razılaşmanın çox ədalətli olduğuna və Hækkerupun sərxoş olmadığı mövzusunda həmfikirdirlər. O, Grethe Hækkerup ilə ailə həyatı qurmuşdu .
Per-Egil Rüqq
Per-Egil Rüqq (norv. Per-Egil Rygg; 5 fevral 1959, Bergen – 31 oktyabr 2016) (norv.) — Norveç Hərbi Hava Qüvvələrinin keçmiş rəhbəri; Norveç ordusunun zabiti. Per-Egil Rüqq 5 fevral 1959-cu ildə Norveçin Bergen şəhərində anadan olmuşdur. 31 oktyabr 2016-cı ildə vəfat etmişdir.
Per-Laşez məzarlığı
Per-Laşez qəbiristanlığı (fr. Cimetière du Père-Lachaise) – Parisdəki ən böyük (43,93 hektar) və ən məşhur qəbiristanlıqdır. Edmond About Onore de Balzak Anri Barbüs Jak-Lui David Jorj Bize Frederik Şopen Yılmaz Güney Ahmet Kaya Siyavuş Əmirli. "Maraq və qorxu yaradan qəbiristanlıqlar" (az.). lacin.info. 09-03-2015. 2015-04-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-03-19.
Per-Laşez qəbiristanlığı
Per-Laşez qəbiristanlığı (fr. Cimetière du Père-Lachaise) – Parisdəki ən böyük (43,93 hektar) və ən məşhur qəbiristanlıqdır. Edmond About Onore de Balzak Anri Barbüs Jak-Lui David Jorj Bize Frederik Şopen Yılmaz Güney Ahmet Kaya Siyavuş Əmirli. "Maraq və qorxu yaradan qəbiristanlıqlar" (az.). lacin.info. 09-03-2015. 2015-04-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-03-19.
Per Fredrik Avesli
PelleK və ya əsl adı ilə Per Fredrik Avesli (21 dekabr 1986, Sanneford) – norveçli rok və metal ifaçısı, aktyor. PelleK YouTube-da ən çox izlənən Norveç müğənnisidir. 21 dekabr 1986-cı ildə Norveçin sahil şəhəri olan Sannefordda anadan olmuş və burada böyümüşdür. Kiçik yaşlarda Norveç kanallarında uşaqlar üçün nəzərdə tutulmuş verilişlərə çəkilmişdir. Məktəbi bitirdikdən sonra intensiv şəkildə musiqi ilə məşğul olmağa başlamış, işlərini YouTube vasitəsilə paylaşmağa qərar vermişdir. 2013-cü ilin sentyabrında ABŞ və Avropa turnesinə çıxmış, 11 ölkədə 16 konsert vermişdir. PelleK 4 orijinal albom və 16 kover albomu buraxmışdır. 2014-cü ilin noyabrında YouTube-da ən çox izlənən norveçli müğənni olmuşdur. 2014-cü ilin sentyabrında ən sürətlə böyüyən 500 kanaldan biri olmuşdur. 4 aprel 2015-ci ildə PelleK Square Enix şirkətinin video oyunları üçün mahnılar ifa edəcəyini açıqlamışdır.
Per Laşez qəbiristanlığı
Per-Laşez qəbiristanlığı (fr. Cimetière du Père-Lachaise) – Parisdəki ən böyük (43,93 hektar) və ən məşhur qəbiristanlıqdır. Edmond About Onore de Balzak Anri Barbüs Jak-Lui David Jorj Bize Frederik Şopen Yılmaz Güney Ahmet Kaya Siyavuş Əmirli. "Maraq və qorxu yaradan qəbiristanlıqlar" (az.). lacin.info. 09-03-2015. 2015-04-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-03-19.
5 Centimeters Per Second
Saniyədə 5 santimetr (秒速5センチメートル, 5 Centimeters Per Second) – 2007-ci ildə çəkilmiş tam metrajlı anime. Animenin rejissoru Makoto Şinkaydir. Film baş qəhrəman Takaki Tononun heyatının 10 ildən çox müddətini əhatə edir və 1990-cı illərin ortalarından başlayan üç hekayədən ibarətdir. Tam olaraq anime 3 hissədən ibarətdir — (Sevgi, zaman və məsafə haqda üç hekayə): Çiçəklənən sakura — Okasho (桜花抄) Kosmonavt — Cosmonaut (コスモナウト) Saniyədə 5 santimetr — Byosoku 5 Senchimetoru (秒速5センチメートル). Mənzərələr və adi səhnələrin çoxu Yaponiyada olan real yerlərin əsasında çəkilmişdir. İbtidai məktəbi bitirdikdən sonra Takaki Kono və onun yaxın rəfiqəsi Akari Şinoharaayrılmalı olurlar. Akarini Toçiqi prefekturasında yerləşən məktəbə göndərirlər, Takaki isə təhsilini Tokiodaki orta məktəbdə davam etdirir. Onlar biri birinə məktub yazır və yenidən hisslərini paylaşa bilməkdən sevinc hissləri keçirirlər. Lakin bir vaxt sonra Takakinin ailəsi Kaqoşima prefekturasına köçməli olurlar. Buna görə o, Akarilə görüşmək istəyir.
Per Daniel Amadeus Atterbum
Per Daniel Amadeus Atterbum (19 yanvar 1790[…] – 21 iyul 1855[…], Stokholm[d] və ya Uppsala[d]) İsveç romantik şairi və İsveç Akademiyasının üzvü idi. Atterbom bir kənd papazının oğlu idi və 19 yanvar 1790-cı ildə Osterqotland əyalətində anadan olmuşdur. 1805–1815-ci illərdə Uppsala universitetində oxumuş və 1828-ci ildə orada fəlsəfə professoru olmuşdur. Atterbom, Lorenzo Hammarsköldün tənqidi əsəri ilə başlayan , İsveç ədəbiyyatında inqilab edəcək romantik hərəkatın ilk böyük şairi idi. 1807-ci ildə Upsalada üzvlərinə VF Palmblad , Anders Abraham Grafström , Samuel Hedborn (1849-cu ildə vəfat edib) və bəzi digər gənclərin daxil olduğu Aurora Liqası adlı bədii cəmiyyət qurdu. Bu cəmiyyət öz nəsillərində böyük əhəmiyyət kəsb edir. Onların ilk qəzeti, Polyfem cox irəli gedə bilmədi və tezliklə tərk edildi, lakin 1810-cu ildə Atterbom tərəfindən redaktə edilən və üç il davam edən klassik İsveç ədəbiyyatında yer tapan Fosforos jurnalı çap olunmağa başladı. Jurnal bütünlüklə şeir və estetik-polemik oçerklərdən ibarət idi. Təkcə Atterbom deyil, Hammerskijld, Dahlgren, Palmblad və başqalarının ilk əsərləri üçün vasitə oldu. Daha sonra isə Poetisk Kalenderi (1812–1822) və yeni tənqidi qəzet olan Svensk Litteraturtidning (1815–1824) çap olundu.
Cubili (personaj)
Cubili (ing. Jubilee) — Marvel Comics tərəfindən yaradılan mutant superqəhrəman. Əsl adı Cubileyşın Lidir. Cubili bir mutant olub müxtəlif gücdə enerji plazmaları yarada bilməkdədir. O, bu plazmaları idarə edə bilər, müxtəlif şəkillərə soxa, hətta istəsə partlada bilər. Bu plazmalar kürə formasında olub partladıqda müxtəlif rəngdə çox parlaq işıq saçdığından baxan insanı müvəqqəti kor edir. Cubilinin bədəni zərər görmədən bu plazmaları uda bilir. İki zəngin çinlinin qızı olan Cubili Beverly Hillsdə əziyyətsiz böyüdü. Amma daha sonra onların işlərinin pisləşməsi və muzdlu qatillərin valideynlərini qonşuları ilə səhv salıb öldürməsi həyatını tamamilə dəyişdirmişdir. Yetim qalan Cubili Los-Anceles şəhərində yetimxanaya göndərildi.
Cəzalandıran (personaj)
Cəzalandırıcı (ing. Punisher) — Marvel Comics tərəfindən yaradılmış komiks qəhrəmanı. İlk dəfə 1974-cü ilin fevralında "Heyranedici Hörümçək-adam" komiksinin 129-cu sayında peyda olmuşdur. Cəzalandırıcının əsil adı Frenk Kastldır. Cəzalandırıcı cinayətlə mübarizə aparmaq üçün adam qaçırmaq, insan öldürmək, işgəncə vermək kimi vasitələrdən istifadə edir. Ailəsi Nyu-York Mərkəzi Parkda bir mafiyanın törətdiyi cinayətin şahidi olduğundan mafiya tərəfindən öldürülür. Bundan sonra Frenk cinayətkarlara qarşı mübarizə aparan Cəzalandırıcıya çevrilmişdir. Bir çox onun ailəsinin intiqamını almaq istədiyini düşünür, amma əsil məqsədi bütün cinayətkarları cəzalandırmaqdır. Frenk Kastl Nyu-Yorkun Qvins rayonunda anadan olmuşdur. Katolik kilsəsində papaz işləmək üçün təhsil almış, amma cinayətkarları bağışlaya bilmədiyi üçün bu işdən əl çəkmişdir.
Cəzalandırıcı (personaj)
Cəzalandırıcı (ing. Punisher) — Marvel Comics tərəfindən yaradılmış komiks qəhrəmanı. İlk dəfə 1974-cü ilin fevralında "Heyranedici Hörümçək-adam" komiksinin 129-cu sayında peyda olmuşdur. Cəzalandırıcının əsil adı Frenk Kastldır. Cəzalandırıcı cinayətlə mübarizə aparmaq üçün adam qaçırmaq, insan öldürmək, işgəncə vermək kimi vasitələrdən istifadə edir. Ailəsi Nyu-York Mərkəzi Parkda bir mafiyanın törətdiyi cinayətin şahidi olduğundan mafiya tərəfindən öldürülür. Bundan sonra Frenk cinayətkarlara qarşı mübarizə aparan Cəzalandırıcıya çevrilmişdir. Bir çox onun ailəsinin intiqamını almaq istədiyini düşünür, amma əsil məqsədi bütün cinayətkarları cəzalandırmaqdır. Frenk Kastl Nyu-Yorkun Qvins rayonunda anadan olmuşdur. Katolik kilsəsində papaz işləmək üçün təhsil almış, amma cinayətkarları bağışlaya bilmədiyi üçün bu işdən əl çəkmişdir.
Daff Killiqan (personaj)
Daff Killiqan (ing. Duff Killigan) - "Kim Possibl" serialının mənfi obrazlarından biridir. Daff Killiqan ən qəzəbli şotlandiyalıdır. "Qolf üzrə təhlükəli oyunçu" ləqəbi ilə məşhurdur. Daff Killiqan əvvəllər məşhur peşəkar Qolfçu idi. Lakin oyunun qaydalarına riayət etmədiyinə görə, onu peşəkar Qolf yarışmasından qovlanmışdır. Killiqanı hətta mini-qolf meydançasında da oynamasına icazə verilmirdi. Daff Killiqan Kim Possiblın başqa rəqiblərindən nisbətən təhlükəlidir. Killiqan öz qəsrində qolf oynamağa başlayır. Onun əsas niyyəti dünyanı ələ keçirməkdir.
Dalbergia pervillei
Dalbergia pervillei (lat. Dalbergia pervillei) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin dalbergiya cinsinə aid bitki növü.
Decastylocarpus perrieri
Donald Dak (personaj)
Donald Dak və ya Ördək Donald (ing. Donald Duck) — 9 iyun 1934-cü ildə "Walt Disney Animation Studios" kompaniyası tərəfindən yaradılan cizgi filmi personajıdır. Tam adı Donald Fauntleroy Dak (ing. Donald Fauntleroy Duck) kimi səslənir. 1934-1985-ci illər ərzində Klorens "Daki" Neş ölümünə qədər Donald Dakı səsləndirmişdir. 1985-ci ildən başlayaraq bir müddət personajı Toni Anselmo səsləndirmişdir. Donald Dak personajı Skandinaviya ölkələrində daha çox populyarlıq qazanmışdır. 2004-cü ilin avqust ayında Şöhrət xiyabanında ulduzu qazanmışdır. Donald Dak məşhurluğunu daha çox İkinci dünya müharibəsi dövründə qazanmışdır. Döyüşə gedən əsgərlərdə daha çox sevinc hissi yaratmaq üçün 1943-cü ildə "Fürerin üzü" adlı qısametrajlı cizgi filmi nümayiş etdirilir.
Dorstenia peruviana
Dorstenia peruviana (lat. Dorstenia peruviana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin dorsteniya cinsinə aid bitki növü.
Drakula (personaj)
Qraf Drakula (ing. Count Dracula) - Brem Stoker tərəfindən 1897-ci ildə yazılmış Drakula əsərinin baş mənfi personajıdır. Qraf Drakula personajı Brem Stokerin Drakula əsərində baş mənfi personaj kimi göstərilib. Bu personaj IV əsrdə İrlandiyanı idarə etmiş qəddar hakim olan Drakula əsasında yaradılmışdır. Əsərin sonunda Drakulaya qalib gələn yeganə şəxs həkim Van Helsinq olur. İlk dəfə teatrda 1927-ci ildə Londonda göstərilmişdir.
Dronqo (personaj)
Dronqo — Azərbaycan yazıçısı Çingiz Abdullayevin ədəbi obrazı, 119 əsərin baş qəhrəmanı. Dronqo adını ilk dəfə eşidənlərin hamısında təbii bir sual yaranır: bu nə addır, mənası nədir? Həqiqətən də Dronqo insan qulağının öyrəşmədiyi adlardandır və nahaq yerə bir çoxları müxtəlif lüğətləri eşələyib bunun hansı xarici dilə aid olduğunu öyrənməyə çalışırlar. Təbii ki, bunun heç bir nəticəsi olmayıb, çünki Dronqo hər hansı bir xalqa məxsus insan adı deyil. Dronqo quş adıdır. Ç. Abdullayev ilk romanı olan "Mavi mələklər"də öz qəhrəmanının dilindən bu ləqəbin mənasını izah edir — Dronqo təbiətdə çox az rast gəlinən kiçik bir quşun adıdır. Bu quşun bir fərqli cəhəti də başqa quşların səslərini böyük müvəffəqiyyətlə imitasiya etməyi bacarmasındadır. Dronqo barədə ilk romanda onun yalnız hansısa cənub ölkəsindən olduğu barədə dumanlı məlumatlar verilir. Yalnız son romanlarında Ç. Abdullayev açıq şəkildə bildirir ki, Dronqo əslən bakılıdır, valideynləri hələ də bu şəhərdə yaşayır, hətta onun Bakıdakı ünvanını da yazır — Xaqani 25 (Əlbəttə, çoxları bilir ki, bu ünvanda Azərbaycan Yazıçılar Birliyi yerləşir və maraqlısı odur ki, bura mütəmadi olaraq Dronqonun ünvanına yazılmış məktublar gəlir). Mavi mələklər Ağlasığmaz bir qətl Ov edən adam Peşəkar Oyunlar Apokalipsisi gözləyirik Peşəkarların qaydası Ölümünüzü seçin Məntiq qaydaları (Monpelyedəki cinayətlər.
Duglas Pereyra dos Santos
Erigeron peregrinus
Erigeron peregrinus (lat. Erigeron peregrinus) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Erigeron perennis
Çoxillik qızçiçəyi (lat. Bellis perennis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin qızçiçəyi cinsinə aid bitki növü. Hündürlüyü 5-17 sm, gövdəsi tək və ya bir neçə sayda, zəif və sıx tüklü, qısa kökümsovları olan çoxillik ot bitkisidir. Çiçəkli gövdəsi yarpaqsızdır və eni 10 mm olan tək səbəti vardır. Köküstü rozetdə yerləşmiş yarpaqlar belşəkillidir, əksinəyumurtaşəkilli, bəzən kənarları dəyirmi dişli və yaxud tamkənarlıdır, uc hissəsi küt və saplağa daralmışdır. Qın yarpaqcıqları uzunsov, küt, tükcüklü və qaramtıl rəngdədir. Dilcikləri iki dəfə qından uzundur, ağ rənglidir, sonu çəhrayıdır. Çiçək yatağı qabarıqdır. Toxumları əksinəyumurtaşəkilli və çılpaqdır, kəkilsizdir, uzunluğu 1 mm-ə qədərdir. May-iyun aylarında çiçəkləyir, iyun-iyul aylarında meyvə verir.
Erik Persson
Erik Persson (12 yanvar 1994) — İsveçi təmsil edən üzgüçü. Erik Persson İsveçi 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Erik Persson birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 100 m qurbağalama stildə, təsnifat mərhələsində iştirak etdi. 1:01.20 saniyəlik nəticəsi ilə 32-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Ernani Pereyra
Ernani Pereyra 1978-ci il yanvarın 22-də Braziliyanın cənub-şərqindəki Belu-Orizonti (Minas-Jerays ştatı) şəhərində anadan olub. Vətənində o, əsasən, ortabab klublarda oynayıb. Məsələn, Ernani "Quarani"nin (Kampinas) şərəfini qoruyub. Bu komanda yalnız 1978-ci ildə Braziliya çempionu olması ilə öyünə bilər. Hazırda Braziliya çempionatının B seriyasında yarışan "Quarani"ni azərbaycanlı futbolsevərlərə daha yaxından tanıtmaq üçün vaxtilə bu klubda Kareka, Calminya, Sonni Andersson, Aylton, Elano və s. futbolçuların oynadığını qeyd etmək olar. Ernani 2003-cü ilin yayında Avropaya – Türkiyəyə üz tutdu. Onda "Konyaspor" Superliqaya yeni vəsiqə qazanmışdı. Heyətini Zafer Biryol, Cenk İşler və məşhur Ogün Temizkanoğlu kimi futbolçularla gücləndirən Konya təmsilçisinin transferləri arasında Ernani də vardı. 2003/04 mövsümündə braziliyalı müdafiəçi cəmi 10 oyunda komandanın formasını geyinsə də, "Konyaspor" Superliqada yerini qorudu (11-ci yer).
Esmeralda (personaj)
Esmeralda — Fransız yazıçı Viktor Hüqonun 1831-ci ildə yazdığı qotik və romantizm janrlarında olan və fransız ədəbiyyatında tarixi roman janrının zirvəsi hesab olunan Paris Notr-Dam kilsəsi rəsərinin əsas qəhrəmanlarından biri. Əsl adı Agnès olan Esmeralda roman-fransız, qaraçı qızıdır. Küçə rəqqasəsidir. Ecaskar rəqsləri ilə bütün kişilərin ağlını başından alır. Cali adlı keçisi var. Təxminən 16 yaşlarında, incə lakin mərd bir ürəyə sahibdir. Olduqca gözəldir.
Eşşək arısı (personaj)
Arı (ing. Wasp) — Marvel Comics tərəfindən yaradılmış super qəhrəman personajı. Sten Li və Cek Körbi tərəfindən yaradılmış və ilk dəfə "Heyranedici hekayələr" komiksinin 1963-cü ilin iyununda çıxan sayında yer almışdır. "Şirin" ləqəbli bu personajın əsas gücləri böcək qanadları vasitəsilə uçmaq, əlindən bioelektrik iynələr göndərmək və böyüdüb-kiçilməkdir. Arı Qisasçıların qurucu üzvlərindəndir və uzun illər komandanın üzvü olmuşdur. Partneri və həyat yoldaşı Henk Pim olmuşdur. 2011-ci ilin martında IGN "Ən yaxşı komik super qəhrəmanları" siyahısında Arını 99-cu yerdə göstərmişdir. "Comics Buyer's Guide" jurnalının "Ən cazibədar qadın komiks super qəhrəmanları" siyahısında 94-cü yeri tutmuşdur. 2013-cü ildə isə Marvel.com saytı tərəfindən ən yaxşı 5-ci Qisasçı seçilmişdir. Canet van Din zəngin alim Vernon van Dinin qızı kimi Nyu Cersinin Kriskill şəhərində anadan olur.
Fabian Perez
Fabian Perez 2 noyabr 1967-ci ildə Buenos-Ayresdə Argentinada dünyaya göz açıb. Hələ yeniyetməlik dövründə o, hərbi incəsənət və rəssamlığı ilə maraqlanırdı və bunun nəticəsində hər iki sahəni mənimsəməyə çalışırdı. Karate onun xarakterinə əhəmiyyətli dərəcədə təsir göstərmiş və onun yüksək intizamlı şəxs kimi formalaşmasında yaxından kömək etmişdir, həmçinin onun qarşısında incəsənətin digər sahələri üçün yol açmışdır. Onun rəssamlıq qabiliyyətinə hər şeydən çox Şərq incəsənətini dərindən mənimsəməsi təsir göstərmişdir. 22 yaşındaykən Fabian Argentinanı tərk edir , yaşamaq üçün İtaliyaya gedir və 7 il burada yaşayır. Məhz burada onun ədəbi və rəssamlıq yaradıcılığı şərq istiqaməti aldı. İtaliyada o, tezliklə ABŞ-də dərc olunan "Arzuların (obrazların) əksi" kitabını yazır. Sonradan o, bir illik Yaponiyaya gedir. Burada qubernatorun iqamətgahında yerləşdiriləcək olan "Yapon bayrağı" və "Medium insan" obrazlarını yaradır. Öz həyatını ədəbi və rəssamlıq yaradıcılığı ilə digər insanlara və onların hisslərinə təsir göstərməyə həsr edən Fabian Yaponiyanı tərk edərək hal-hazırda yaşadığı Los-Anceles şəhərinə təşrif buyurur.
Falco peregrinus
Şahin (lat. Falco pelegrinoides) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.
Farah (Prince of Persia)
Farah (ing. Farah) - Prince of Persia oyun seriyasının qəhrəmanıdır. Farah personajı Prince of Persia: The Sands of Time və Prince of Persia: The Two Thrones seriyalarında peyda olur. Farah Prince of Persia seriyasında Şahzadə personajının uzunqulağının adı olur və bu ad keçmiş seriyalardakı Farah personajına hörmət olaraq xatırlanmışdır. Farah Hind maxaracasının qızıdır. Fara nəinki cazibədar xarakterə malikdir, o cümlədən, ox atmaq və akrobatik hərəkətlər üzrə ustadır. Atası Zaman adasında gəzinti zamanı "Sehrli medalyon" tapır və qızı Faraha bəxş edir.
Florentino Peres
Florentino Peres (8 mart 1947, Madrid) — ispan biznesmen. Real Madrid klubunun prezidenti. İlk dəfə 2000 və 2004-cü illərdə Madrid təmsilçisinin prezidenti olan Peres 2006-cı ilə istefa vermişdi. 2009-cu ildə isə o, yenidən Realın rəhbəri seçilmişdi. Florentinonun dövründə madridlilərin heyətində Zinəddin Zidan, Luiş Fiqu, Kriştiano Ronaldo kimi bir çox məşhur futbolçular çıxış edib. Kral klubunun idarə heyətinin qərarı ilə Peresin səlahiyyətləri 2017-ci ilə qədər davam edəcək.
Florentino Perez
Florentino Peres (8 mart 1947, Madrid) — ispan biznesmen. Real Madrid klubunun prezidenti. İlk dəfə 2000 və 2004-cü illərdə Madrid təmsilçisinin prezidenti olan Peres 2006-cı ilə istefa vermişdi. 2009-cu ildə isə o, yenidən Realın rəhbəri seçilmişdi. Florentinonun dövründə madridlilərin heyətində Zinəddin Zidan, Luiş Fiqu, Kriştiano Ronaldo kimi bir çox məşhur futbolçular çıxış edib. Kral klubunun idarə heyətinin qərarı ilə Peresin səlahiyyətləri 2017-ci ilə qədər davam edəcək.
Frankenşteynin bədheybəti (personaj)
Frankenşteynin bədheybəti - Oslodan olan Şahzadə. e.ə 200 cü ildə dünyaya gəlib. Boyu - 286 sm Çəkisi- 90 kq Rəngi- Sarı Elmi bilen,sərkərdə Azqartda Zefs tərəfindən övladlığa götürülüb. Frank adını Məşhur sərkərdə Frankı öldürüb adı qazanıb. 2000 dən çox elmi məqalənin sahibidir. 2021 ci il də mifologiyaya görə Yaşıl adam adını alacaqdır.Yaşıl adam Yaş möhtəşəm,ədalətli il isə imperator demekdir. 2017-ci ildən Türmələrə düşməli,2000-ci ildə çıxmalıdır. 2017 ci ildən sevdiyi insan ona zəyanət edəcək və ölümünün səbəbkarı olacaqdır. 2021-ci ilin noyabrın 27 də Zefs tərəfindən öldürülməyə cəhd ediləcək. Məhz noyabr ayının 27 də onun yazdığı qanunlar qüvvəyə minəcək.
Fransielle Pereyra
Fransielle Pereyra (10 noyabr 1995) — Braziliyanı təmsil edən bədii gimnast. Fransielle Pereyra 2016-cı ildə Braziliyanı XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Qabrielle da Silva 2016-cı ildə Braziliya bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Morqana Qmaç, Emanuelle Lima, Cessika Mayer və Qabrielle da Silva ilə birgə təsnifat mərhələsində 32.649 xal topladı və 9-cu yeri tutaraq mübarizəni dayandırdı.
Fritillaria persica
Fritillaria persica (lat. Fritillaria persica) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin zanbaqca cinsinə aid bitki növü.

Значение слова в других словарях