Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vaut Veqorst
Vaut Veqorst (7 avqust 1992, Amsterdam) — İngiltərə Premyer Liqasında çıxış edən Mançester Yunayteddə icarə əsasında çıxış edir.
Deus vult
Deus vult (Latınca tələffüz: [ˈde.us ˈwult], latın dilindən – "Tanrı istəyir" və ya "Tanrının iradəsi"; fr. Dieu le veut) — ilahi qüvvəyə aid edilən xristian şüarı. Bu, ilk dəfə 1095-ci ildə Klermon Kilsə Məclisində Papa II Urban tərəfindən elan edilən Birinci Səlib yürüşü zamanı istifadə edilmişdir. Müasir dövrdə bu şüar kontekstdən asılı olaraq müxtəlif mənalara malikdir. Puritanlar kimi tarix boyu xristianlar tərəfindən "tanrının iradəsi"nə istinad edən bir metafor və ya Yerusəlim Müqəddəs Məqbərə ordeni kimi cəngavər ordenləri tərəfindən bir şüar kimi istifadə edilmişdir. XXI əsrdə bu şüar ifrat sağçı və xristian milliyətçi hərəkatları tərəfindən tutumlu ifadə kimi qəbul olunmuşdur. == Həmçinin bax == İnşallah == İstinadlar == == Xarici keçidlər == Dieu le volt // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
Calut
Calut (Oğuz) — Azərbaycan Respublikasının Oğuz rayonunda eyniadlı inzibati ərazi vahidinin mərkəzi. Calut monastırı — Oğuz rayonunun Calut kəndində yerləşən V–VI əsrlərə aid alban monastır. Calut (sərkərdə) — Qurani Kərimə görə Həzrət Davud peyğəmbər (s) tərəfindən sapandla öldürülmüş fələstinli nəhəng sərkərdə.
Coult.
Tomas Koulter (ing. Thomas Coulter; 28 sentyabr 1793 – 28 noyabr 1843) — İrlandiya botaniki. == Əsərləri == == Şərəfinə adlandırmalar == Coulterophytum B.L.Rob. bitki cinsi Coulterella Vasey et Rose bitki cinsi == İstinadlar == == Ədəbiyyat == Frederick V. Coville. The Botanical Explorations of Thomas Coulter in Mexico and California. Botanical Gazette, Vol. 20, No. 12 (Dec., 1895), pp. 519–531 Hadfield, Miles, et al. 1980.
Faust
Faust və ya Faustus məşhur alman əfsanəsinin qəhrəmanı şeytanla müqavilə bağlamış, kimyagər obrazdır. Fausta və buna oxşar obrazlara təkcə alman xalq ədəbiyyatında deyil, eləcə də həmin regiona xas olan ədəbi nümunələrdə də rast gəlinir. Fasutla bağlı əfsanə bir sıra məşhur əsərlərin mövzusuna çevrilmişdir. Məsələn Kristofer Marlou, Tomas Man, Berlioz, Frans List, Oskar Vayld kimi müəlliflər bu obraza dəfələrlə müraciət etmişlər. == Qəhrəman haqqında == 1540-1585-ci illər arasında Almaniyada Faust haqqında yazılan yarı gerçək, yarı əfsanəvi yazılarda İohann Faustus adında bir adamın sehrbazlıqla məşğul olması və bu sahədə böyük şöhrətə malik olması göstərilir. Belə ki, 1488-ci ildə anadan olan bu şəxs gəncliyində sehrbazlığa həvəs göstərmiş, Wittenberg və ya Heidelberg üniversitetində həkimlik ixtisasına yiyələndikdən sonra kəndbəkənd gəzərək öz bacarıqlarını xalqa nümayiş etdirmişdir. Rəvayətə görə, şeytan onun qaynı imiş. Başqa bir rəvayətdə isə Faustun daim yanında gəzdirdiyi itin şeytan olduğu bildirilir. Öz bacarıqları ilə böyük şöhrət qazanan Faust bir gecə Würtembergdə qaldığı mehmanxanada şeytan tərəfindən öldürülmüş,səhər üzü qorxunc bir vəziyyətdə tapılmışdır. Faustun bu şəkildə qorxunc bir vəziyyətdə ölümü xalqda onun həqiqətən də ruhunu şeytana satdığı ilə bağlı düşüncələr yaratmışdır.
Paulet
Paulet (vulkan) — Antarktida ərazisində yerləşən vulkan. Paulet adası — Antarktida ərazisində yerləşən vulkanik ada.
Salut
Salut (alm. salut‎) — hörmətlə Salamlamaq bir jest və ya hərəkətdi. Əsas hərbi silahlarda istfadə olunur. Salut (kənd) — Ermənistanda kənd.
Vafli
Vafli (nid. Waffel) — səthində müxtəlif bəzəkləri olan nazik biskvit növü Vafli sözü mənşəyini holland sözü olan «waffel» gotürüb. Bu söz XVIII əsrdə waffle sözünə dəyişmiş və dilimizə bu şəkildə keçmişdir. Vafli qatları arasına daha çox krem, zövqə uyğun olaraq dondurma, giləmeyvə və s. Içliklər də çəkilir. Vafli həmçinin digər qənnadı məmulatlarında da istifadə edilə bilər. == Hazırlanması == Vafli əsasən xüsusi sənaye avadanlığı vasitəsilə hazırlanır. Onu ev şəraitində hazırlamaq üçün isə dəmir vafli qabından istifadə olunur.
Valun
Valun – (rus. валун, ing. boulder, cobble) cilalanmış iri (girdə) süxur parçası (sal daş), eninə ölçüsü 10 sm və daha çox olur. Buzlaq, delüvial, prolüvial və allüvial mənşəli olur.
Varlı
Varlı (Salyan)Birinci Varlı — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. İkinci Varlı — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd.Varlı Həyat — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd.
Vasit
Vasit (ərəb. وَاسِط‎ Wāsiṭ) — İraqın Vasit mühafəzəsində tarixi şəhər.
Raul
Raul — Kişi adı. Raul Kastro — Dövlət Şurasının sədri (2008) Raul Serkeyra — Portuqaliyalı keçmiş üzgüçü. Raul Qonsales — ispan futbolçu. Raul Albiol — ispaniyalı futbolçu Raul Meyreles — Portuqaliyalı futbolçu.
Vaal
Vaal (yunan transkripsiyasında Vaal, assur-babil transkripsiyasında Baal) — Qədim Finikiya, Fələstin və Suriyada bərəkət tanrısıı. Vaala sitayiş başqa xalqlara Finikiyalılardan yayılmışdır. Bu zaman Vaalın xarakteri dəyişikliklərə məruz qalmışdır. Belə ki, yəhudi mifologiyasına görə Vaal Elin oğlu və Günəş tanrısıdır, Misir mifologiyasında isə ildırım tanrısı kimi tanınır. Adətən buğa buynuzlu və ildırım əsası ilə təsvir olunur. == Xarici keçidlər == Baal - Canaanite Sun God Baal Baal Phoenician God Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Vahl
Martin Val (dan. Martin Vahl, 10 oktyabr 1749, Bergen – 24 dekabr 1804, Kopenhagen) — Danimarka (Norveç) botaniki və zooloqu. == İstinadlar == Christensen, Carl (1932) Martin Vahl, pp. 85–88 in: Meisen, V. Prominent Danish Scientists through the Ages. University Library of Copenhagen 450th Anniversary. Levin & Munksgaard, Copenhagen. == Xarici keçidlər == Flora Danica. The Royal Copenhagen Porcelain Manufactory’s page on the Flora Danica dinner set. Facsimile of Enumeratio plantarum, Hauniae, 1805–1806.
Valf
Valf — cihaz. Onunla (qazlar, mayelər, bərkilmiş mayelər, duru məhlullar) axını, yönünü bağlanıb açılmasınan tənzim və idarə etmək olar. Adətən, axıcı təzyiqinin mühüm əhəmiyyət kəsb etdiyi sistemlərdə təzyiqin yüksəlməsi halında sistemdən kənara axıcı azad edərək təzyiqi salan və ya təcili bir vəziyyətdə axıcı əlaqəni kəsən təhlükəsiz vasitədir. Hidravlik sistemlərdə xüsusən təyyarələrdə olduğu kimi tək bir hidravlik sistemlə müxtəlif nəzarətlər idarə edilən hidravlik sistemlerde- şərtə bağlı olaraq hidravlik təzyiqin hansı idarəyə çatdıracağı da valfler vasitəsilə müəyyən olunur.
Kult
Kult — adətən xarizmatik olan və öz-özünü təyin etmiş, deviant sayılan, cəmiyyət normalarından kənarda bir sıra hərəkətlərə və təcrübələrə sarsılmaz sədaqət tələb edərək üzvlərinə hədsiz dərəcədə nəzarət edən rəhbəri olan nisbətən kiçik qrup üçün nəzərdə tutulmuş, bəziləri tərəfindən alçaldıcı hesab edilən termin. Bu termin həmçinin, onun qeyri-adi dini, mənəvi və ya fəlsəfi inancları və ritualları, yaxud konkret şəxsiyyət, obyekt və ya məqsədə ümumi marağı ilə müəyyən edilən yeni dini hərəkat və ya digər sosial qruplar üçün istifadə olunur.
Adult Swim
Adult Swim (translit. Edalt svim; [adult swim] olaraq üslublaşdırılıb) — axşam və gecə saatlarında fəaliyyət göstərən ABŞ televiziya kanalı. Cartoon Network-un yayımlamaq istəmədiyi böyüklər üçün serialları və verilişləri yayımlayır. == Serialları == "ATHF" "Off The Air" "Ventura qardaşları" (The Venture Bros.) "Qetto" (The Boondocks) "Uşaq Xəstəxanası" (Childrens Hospital) "Ev videosu" (Home Movies, bəzi seriyaları UPN göstərilib, daha sonra [adult swim] davamını sifariş etdi) "Həmişəlik ideal sad düzümü" (Perfect Hair Forever) "Kosmik ruh" (Space Ghost: Coast to Coast) "Lüsi, Şeytanın qızı" (Lucy, The Daughter of the Devil) "Metallopokalipsis" (Metalocalypse) Moral Orel" (Moral Orel) "Qiymətləndirin!" ("Check It Out! with Dr.
Ancelika Vayld
Ancelika Vayld (ing. Angelika Wild; 30 oktyabr 1982, Katovitse[d]) — İtaliyada yaşayan Polşa pornoaktrisası.
Birinci Varlı
Birinci Varlı — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Salyan rayonunun Varlı kənd inzibati-ərazi vahidi tərkibindəki Varlı qəsəbəsi Varlı kəndi hesab edilmiş, Varlı kənd inzibati-ərazi vahidi tərkibindəki Varlı kəndi Birinci Varlı kəndi adlandırılmışdır. Varlı kənd inzibati-ərazi vahidi tərkibindəki Birinci Varlı kəndinin bir hissəsi İkinci Varlı kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. == Toponimikası == == Tarixi == == Əhalisi == === Görkəmli şəxsləri === Əlirza Əlirzayev — hüquqşünas Rövşən Həsənov — hüquqşünas Çingiz Heydərov — hüquqşünas Xudabaxış Cəfərov — təhsil işçisi Əmirxan Nəzərov — təhsil işçisi Bəylər Heydərov — təhsil işçisi Ənvər Həsənov — təhsil işçisi Əlipənah Nəzərov — təhsil işçisi Mirsadıq Kərimov — təhsil işçisi Ramazan Niftiyev — dövlət xadimi Eldar Heydərov — dövlət xadimi Həsənağa Həsənov — hərbçi, zabit. == İqtisadiyyatı == 2016-cı ilin Avqustun 17-də Salyan rayonunun Birinci Varlı kəndinə yenidən təbii qaz verilib. SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əhalisinin sayı 1345 nəfər olan kənddə, 256 abonentlik kəndin qazlaşdırma işləri zamanı 21 min 152 metr uzunluğunda müxtəlif diametrli borularla qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.[mənbə göstərin] == Din == Kənddə I Varlı kənd məscidi dini icması fəaliyyət göstərir. Kəndin axundu Hacı Məhəmməd Hüseynovdur.
Calut (sərkərdə)
Calut (e. ə. XI əsr – təq. e.ə. 1023) — Qurani Kərimə görə Həzrət Davud peyğəmbər (s) tərəfindən sapandla öldürülmüş fələstinli nəhəng sərkərdə. Əhdi-Ətiqdə adı Qoliaf kimi keçir.
Calut monastırı
Calut monastırı — Oğuz rayonunun Calut kəndində yerləşən V–VI əsrlərə aid alban monastırıdır. Kompleksə zəngin bəzədilmiş böyük kilsə, kiçik qədim bazilika və köməkçi binaların xarabalıqları daxildir. Qədim Calut bazilikası iri zal məbədidir. Məbədin qərb və cənub divarları qismən saxlansa da, şimal və şərq divarlarının çox az hissəsi salamat qalmış, daşları isə məbədin içinə tökülmüşdür. 1811-ci ildə kompleksə əlavə edilmiş Böyük kilsə isə dörd daxili sütuna malik, günbəzsiz, iri üçnefli bazilikadır. == Kompleksə daxil olan tikililər == Monastır Oğuz rayonunun Calut kəndinin şimal-şərqində yerləşir. Kompleksə zəngin bəzədilmiş böyük kilsə, kiçik qədim bazilika və köməkçi binaların xarabalıqları daxildir. === Qədim bazilika === Qədim Calut bazilikası iri zal məbədidir. Onun ibadət zalı 6×4.30 m, altar apsidası isə 3,65×1.75 m ölçüyə malikdir. Məbədin qərb və cənub divarları (2–2.6 metr arası hündürlükdə) qismən saxlansa da, şimal və şərq divarlarının çox az hissəsi salamat qalmış, daşları isə məbədin içinə tökülmüşdür.
Chaetura vauxi
Chaetura vauxi (lat. Chaetura vauxi) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinin uzunqanadlar fəsiləsinin i̇ynəquyruq cinsinə aid heyvan növü.
Con Faulz
Con Faulz (ing. John Robert Fowles ; 31 mart 1926[…], Li-on-Si[d], Birləşmiş Krallıq – 5 noyabr 2005[…], Laym-Recis[d], Birləşmiş Krallıq) — İngiltərə yazıçısı. == Həyatı == == Yaradıcılığı == İngilis yazıçısı Con Faulz, "Fransız generalın qadını" adlı romanında, Çarlz adlı varlı bir zadəganın Sara adında bir xidmətçiyə bir anda aşiq olub, onun birdən-birə itməsindən sonra içindəki o haradan gəldiyi müəyyən olmayan böyük bir inamla illərcə bu əsrarəngiz qadının axtarmağa başlayır. Həyatda olduğunu belə bilmədən, şəhər – şəhər gəzərək, günlərlə, aylarla onu axtarır . Nə olursa olsun Çarlzın içindəki inanc bitmir, çünki tək dayağı o idi. Təəssüf ki, görə bilmədiyi bir şeyə inanmışdı.
Dauıt (Əbyəlil)
Dauıt kəndi (başq. Дауыт) - Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Ravilov kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Dauıt kəndinin milli tərkibi: başqırdlar 100 %. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askorovo): 3 km., kənd sovetliyindən (Askorovo): 3 km., ən yaxın dəmiryol stansiyasından (Maqnitaqporsk stansiyası): 50 km. == İstinadlar == == Mənbə == Совет муниципальных образований Республики Башкортостан.
Faust (opera)
"Faust" ya "Marqarita" (fr. Faust) — fransız bəstəkarı Şarl Fransua Qunonun 4 pərdəli opera əsəri. Operanın librettosu Jül Barbye, Mişel Karre tərəfindən Yohann Volfqanq Götenin "Faust" dram poemasının birinci hissəsinin süjeti əsasında yazılmışdır. "Faust" operasının ilk primyerası Parisin “Teatr lirik” səhnəsində 19 mart 1859-cu ildə oynanılmışdır. == Yaranma tarixi == Götenin “Faust” dram-poemasının süjeti əsasında Qunonun opera yazmaq fikiri hələ 1839-cu ildə olmuşdur. Lakin həyata keçirmək 17 il sonra mümkün olmuşdur. Librettonu yazmaq üçün Jül Barbye, Mişel Karre böyük həvəslə razılıq verirlər. Bəstə üzərində iş bitər-bitməz Parisin teatrlarında melodram Faust peyda olur. Sifarişçi rəqabətdən ehtiyatlanaraq operanı tamaşaya qoymaqdan imtina edərək Qunoya yeni bir opera yazmağı təklif edir. Bundan ruhdan düşməyən Şarl Quno operanın üzərində axıra qədər işləyərək bitirir və 19 mart 1859-cu ildə Parisdə səhnəyə qoymağa müfəssəl olur.