Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
General
General (lat. generālis — ümumi; tarixi Azərbaycandilli mənbələrdə سرتیب Sərtib sözü işlənirdi) — polkovnikdən sonra və marşala qədər quru və hava qüvvələrində yüksək rütbəli zabitlərə verilən hərbi rütbədir. Donanmadakı ekvivalenti “admiral”dır. Müraciət edərkən yalnız general-leytenanta və dörd ulduzlu generala “general” deyə müraciət edilərkən, briqadir və general-mayor rütbəli zabitlər birbaşa bu rütbələri ilə çağırılırlar. Ümumi olaraq general rütbələri bunlardır: Briqada generalı: Briqada komandiri General-mayor: Diviziya komandiri General-leytenant: Korpus komandiri Dörd ulduzlu general: Ordu komandiriMarşal və ya Böyük Admiral: Ordu Komandiri olaraq üç döyüşdə qalib gələn generallara verilən tituldur. Bununla birlikdə, hərbi vəzifələrdən əlavə təşkilati vəzifələrə təyinatlarla əlaqədar olaraq hər Briqadir bir briqada komandiri və ya hər general-mayor bir diviziya komandiri deyildir.
Venera
Venera — qadın adı.
General-feldmarşal
General-feldmarşal (alm. Generalfeldmarschall‎) — alman və rus ordusunda quru qoşunlarında ali hərbi rütbə, dünyanın bir çox ölkələrində anoloji rütbə -feldmarşal. General-feldmarşal rütbəsi ilk dəfə XVII əsrdə — 1620-ci ildə Bohemiyada tətbiq edilmişdir.. Sonralar bu rütbədən (1657-ci ildən) Brandenburqda (Prussiyada) istifadə olunmuş və eyni zamandau bu rütbə digər alman dövlətlərində (Bavariyada, Saksoniyada, Hannoverdə, həmçinin Avstriyada və Niderlandda feldmarşal variantında hərbi rütbələr sırasına daxil edilmişdir. Rusiyada general-feldmarşal rütbəsi 1699-cu ildə I Pyotr tərəfindən tətbiq edilmişdir. Fransada və bir sıra digər ölkələrdə general-feldmarşal rütbəsinə uyğun olan marşal rütbəsindən istifadə olunmuşdur.
General-leytenant
General-leytenant — Azərbaycan Silahlı Qüvvələrində ali hərbi rütbə. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə vitse-admiral rütbəsidir.
General-mayor
General-mayor — Azərbaycan Silahlı Qüvvələrində ali hərbi rütbə. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə kontr-admiral rütbəsidir.
General-polkovnik
General-polkovnik — Azərbaycan Silahlı Qüvvələrində ən yüksək hərbi rütbə. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə admiral rütbəsidir.
General (1970)
== Məzmun == Film tanınmış azərbaycanlı general, hərbi xadim, artilleriya general-leytenantı, Rusiya-Yaponiya müharibəsinin iştirakçısı, Port Arturun müdafiəsində göstərdiyi igidliyə görə qızıl qılıncla mükafatlandırılmış, Nikolay ordusunda "artilleriyanın allahı" hesab olunan Əliağa Şıxlinskinin həyat və fəaliyyətindən bəhs edir. == Film haqqında == Film-tamaşa yazıçı Qılman İlkinin eyniadlı povestinin motivləri əsasında çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Quruluşçu rejissor: Rauf Kazımovski Ssenari müəllifi: Qılman İlkin Quruluşçu operator: Nəriman Şıxəliyev Səs rejissoru: İsgəndər Kərimov === Rollarda === Yusif Vəliyev — Əliağa Şıxlinski Süleyman Ələsgərov Yusif Yulduz Ətayə Əliyeva — Nigar Məmmədağa Dadaşov Hacıbaba Bağırov Nadir Əsgərov Sadıq Hüseynov Muxtar Avşarov Bahadur Əliyev Məmməd Məcidov Məmmədsadıq Nuriyev Məmməd Sadıqov Əliheydər Həsənzadə == Mənbə == “Humay”ın laureatları. [Onların arasında mərhum televiziya rejissoru Rauf Kazımovskinin də adı vardır] //Xalq.- 2002.- 3 dekabr.
General (dəqiqləşdirmə)
General — Hərbi rütbə. General (film, 1970) — Əliağa Şıxlinskinin həyat və fəaliyyətindən bəhs edən film. General Aslanov (film, 1970) — Həzi Aslanovun şanlı döyüş yoluna həsr olunmuş film. General Motors — ABŞ şirkəti.
General Dynamics
General Dynamics: Amerika Birləşmiş Ştatlarına məxsus olan müdafiə sənayesi şirkətidir. Türk Hava Qüvvələri və başqa ölkələrin istifadə etmiş olduğu F-16 hərbi təyyarəsinin əsil istehsalçısıdır. Bir çoxları F-16 layihəsi Lockheed Martin şirkətinin hesab etsə də, əslində bu təyyarənin ilkin dizaynı və elektron sistemləri General Dynamics şirkətinə məxsusdur.
General Motors
General Motors — 1908-ci ildə ABŞ-də yaradilib. Rəsmi adı General Motors Corporation olan bu şirkətin əsası Uliyam Dyurant tərəfindən qoyulmuşdur. Uliyam Dyurant həmin vaxt artıq Buick şirkətinin sahibi idi. İlk vaxtlar şirkətin binası Flint şəhərində olsa da daha sonra sənaye mərkəzi olan Detroyt şəhərinə köçürülmüşdür, elə həmin il 1897-ci ildə yaradılan Oldsmobile şirkəti satın alınmışdır. 1909-cu ildə Dyurant Cadillac, Elmore, Oakland şirkətlərini də GM tərkibinə daxil edərək şirkəti daha da gücləndirdi. 1910-cu ildə Dyurant böyük miqdarda borclar və satışların az olma səbəbindən bankirlərin etibarını itirdi. Bir neçə il sonra "Dyurant Chevrolet Motor car" şirkətinin əsasını qoyur və həmin şirkət vasitəsi ilə gizli olaraq General Motorsun səhmlərini satın alır. 1920-ci ildə şirkətin başına keçən Alfred Sloyen General Motors şirkətini dünyanın ən böyük sənaye şirkəti etdi. 1931-ci ildən 2008-ə qədər dünyanın ən böyük avtomobil istehsalçısı olub. == Azərbaycanda fəaliyyəti == Azərbaycanda General Motors’un istehsalı olan maşınları Performans Centerdən əldə etmək olar.
General Tanaka
Miloslu Venera
Miloslu Venera heykəli (yun. Ἀφροδίτη τῆς Μήλου, Aphroditē tēs Mēlou) və ya "Miloslu Afrodita" (Milos adasından tapılmış Afrodita) heykəli – məşhur antik heykəl olub, e.ə. 130 – 100 illərə aid edilir. == Heykəlin aid olduğu dövr == Makedoniyalı İsgəndərin çoxsaylı istilaları yunan mədəniyyətinin Ellada xaricində yayılmasına imkan verirdi. Bu işğallardan sonra bir sıra xalqlar Yunanıstanın bilavasitə qonşusuna çevrildi. Yaranan qonşuluq həmin dövr yunan incəsənətinə reallıq gətirdi. Rəssamlar insan təbiətinin müxtəlif hədlərinin təsvirinə üstünlük verməyə başladılar. Hətta ilahə heykəlləri insan simalarına malik idilər. == Müəllif və quruluşu == Sevgi ilahəsi Afroditanın heykəli (təx. e.ə.
Seylor Venera
Seylor Venera (セーラーヴィーナス, Sērā Vīnasu) — Naoko Takeuçi tərəfindən yaradılmış "Seylor Mun" manqasından personaj. Əsl adı Minako Ayno (愛野 美奈子, Aino Minako) olan Seylor Venera Günəş sistemini qorumaq üçün yaradılmış Seylor döyüşçüləri komandasının üzvüdür. Minako Aynonun kandzi tərcüməsi "sevgi" (愛, ai), "vətəndaş" (野, no), "gözəlik" (美, mi), "necə" (奈, na) və "uşaq" (子, ko) şəklindədir. Minako Ayno Usaqi tərəfindən tapılmış 4-cü və sonuncu Seylor döyüşçüsü olsa da, güclərini əldə edən ilk Seylor döyüşçüsüdür. Gücləri məhəbbət və gözəllik əsasında qurulmuşdur. Manqalarda və animelərdə ən böyük arzusu məşhur kumir olmaqdır. Minako əvvəlcə Naoko Takeuçinin 1991-ci ildə yaratdığı "Codename: Sailor V" manqasında peyda olmuş və manqanın baş qəhrəmanı olmuşdur. Daha sonra "Gözəl Qoruyucu Seylor Mun" a keçmişdir. Bu manqada və "Seylor Mun" un əvvəllərində Minako Seylor Venera deyil, "Venera" sözünün qısaltması ilə əmələ gəlmiş Seylor V (セーラーV, Sērā V) təxəllüsündən istifadə etmişdir. Seylor Venera həm də Seylor Mars ilə birlikdə "Rey və Minakonun qız məktəbi döyüşü" manqasında yer almışdır.
Urbinolu Venera
Urbinolu Venera — 1538-ci ildə italiyalı rəssam Tisianın yağlı boya ilə çəkdiyi rəsm əsəri. Rəsmdə ilahə Venera ilə assosiasiya olunan çılpaq gənc qadın İntibah dövrü sarayında yataqda uzanılı vəziyyətdə əks olunmuşdur. Veneranın uzanma tərzi digər görkəmli italiyalı rəssam Corconenin yaratdığı və Tisianın özünün tamamladığı "Yatan Venera" rəsmindən götürülmüşdür. Şəkil Urbino qrafı tərəfindən sifariş verilmiş və ehtimal ki, nikahının şərəfinə hazırlanılmışdır.
Venera (dəqiqləşdirmə)
Venera (planet) — Günəş sisteminin planetlərindən biridir. Venera (mifologiya) — Qədim Roma mifologiyasında bahar ilahəsi. Venera layihəsi — Jak Freskonun gələcəklə bağlı planlarını reallaşdırmaq məqsədiylə qurduğu təşkilat.
Venera (ilahə)
Venera — Qədim Roma mifologiyasında bahar, sevgi və gözəllik ilahəsi. E.ə. 293-cü ilin 18 avqust tarixində ilahə Venera şərəfinə Romada ən qədim məbəd inşa olunmuşdur. Bundan başqa, rəssamların əsərlərində Veneraya tez-tez rast gəlmək olar. == Həmçinin bax == Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Venera (mifologiya)
Venera — Qədim Roma mifologiyasında bahar, sevgi və gözəllik ilahəsi. E.ə. 293-cü ilin 18 avqust tarixində ilahə Venera şərəfinə Romada ən qədim məbəd inşa olunmuşdur. Bundan başqa, rəssamların əsərlərində Veneraya tez-tez rast gəlmək olar. == Həmçinin bax == Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Venera (planet)
Venera, köhnəlmiş adı Zöhrə — Günəş sistemində yerləşən ikinci planet. Günəş ətrafında hərəkətini 224,7 Yer gününə başa vurur. Günəş sistemində yerləşən digər planetlərə nisbətən ən uzun öz oxu ətrafında dönmə perioduna (243 gün) sahibdir və digər planetlərdən fərqli olaraq əks istiqamətdə fırlanır. Venera təbii peykə sahib deyildir. Onun adı Roma mifologiyasındakı sevgi və gözəllik ilahəsi olan Veneradan gəlir. Venera gecə səmasında Aydan sonra ən parlaq şəkildə görünən ikinci təbii göy cismidir və −4,6-ya çatan ulduz ölçüsü ilə kölgə yarada biləcək qədər parlaqdır və nadir hallarda aydın gündüzlərdə adi gözlə görülə bilər. Yerin orbiti daxilində dönən Venera daxili planetdir və heçvaxt Günəşdən çox uzaqlaşmır; Günəşdən maksimum bucaq uzaqlığı 47,8°-dır. Venera Yer tipli planetdir və bəzən Yerin bacı planeti olaraq adlandırılır. Oxşar ölçüləri, kütləsi, tərkibi və Günəşə yaxınlığı səbəbindən belədir. Digər tərəfdən Yerdən ciddi şəkildə fərqlənir.
Venera Abbasova
Abbasova Venera Vaqif qızı (1 sentyabr 1978, Sumqayıt, Azərbaycan SSR) — Azərbaycan aktrisası. == Həyatı == Venera Abbasova 1978-ci il sentyabr ayının 1-də Sumqayıt şəhərində doğulub. 2004-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Estrada aktyorluğu fakültəsini bitirib. 2000-ci ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktrisa kimi çalışıb. Bir müddət Səməd Vurğun adına Rus Dram Teatrında çalışdıqdan sonra yenidən 2014-cü ildə Gənc Tamaşaçılar Teatrında fəaliyyətini davam etdirmişdir.
Venera Məmmədova
Venera Məmmədova (tam adı: Məmmədova Venera Yusif qızı; 14 mart 1954, Ərəbyengicə, Noraşen rayonu) — pedaqoq, Azərbaycan Respublikasının əməkdar müəllimi, SSRİ Ali sovetinin XI çağırış deputatı == Həyatı == Məmmədova Venera Yusif qızı 14 mart 1954-cü ildə Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Şərur rayonunun Ərəbyengicə kəndində anadan olub. === Təhsili === 1978-ci ildə Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutu (indiki Bakı Slavyan Universiteti) və 1991-ci ildə Bakı Dövlət Univeristetinin nəzdində təşkil olunmuş parktiki psixoloqlar kursunu bitirmişdir. == Fəaliyyəti == === Əmək fəaliyyəti === 1978-90-ci illərdə Sədərək kəndində rus dili müəllimi, 1985-90-ci illərdə Şərur rayonu Qadınlar Şurasının sədri olmuşdur.1992-ci ildən Bakının Xətai rayonundakı 48 saylı orta məktəbdə müəllim-psixoloq işləyib. === Siyasi fəaliyyəti === SSRİ Ali sovetinin XI çağırış deputatı seçilib. == Təltif və mükafatları == Maarif əlaçısı 1987— Azərbaycan Respublikasının əməkdar müəllimi == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 318. ISBN 5-8066-1468-9.
Venera Qanieva
Venera Qanieva (tatar. Венера Әхәт кызы Ганиева; 24 mart 1955, Kazan) — tatar əsili Sovet və Rusiyanın opera müğənnisi, Rusiya Sovet Federativ Sosialist Respublikasının xalq artisti, Tatarıstan Respublikasının və Rusiya Federasiyasının xalq artisti. == Bioqrafiyası == Kazanda musiqiçi ailəsində anadan olub. Atası akkordeonda ifaçı edir, anası isə qonaqlarla görüşlərdə mahnı səsləndirərdi. Q. İbragimov adına 89 nömrəli tatar məktəbini bitirir. Burada Rıfkat Qumerovun rəhbərliyi ilə məktəb xorunda və "Saz" ansamblında mahnılar oxuyuur. Auxadeev adına Musiqi Məktəbini (müəllim — K. Z. Şerbinina) və 1982-ci ildə Kazan Dövlət Konservatoriyasını (müəllimlər — V. A. Lazko və N. K. Dautov) bitirmişdir. 1982-ci ildən Musa Cəlil adına Tatar Akademik Opera və Balet Teatrının solistidir. N. K. Dautovun səhnələşdirdiyi J. Bizetanın "Karmen" operasında Fraxitanın qaraçısı kimi debütünü gerçəkləşdirir. O, həmçinin İ. Kalmanın "Qaraçı Premyeri" operettasında oynayır.
Venera Qimadiyeva
Venera Qimadiyeva (tatar. Венера Фәрит кызы Гыймадиева 28 may 1984, Kazan) — tatar əsilli rus opera müğənnisi (soprano), Böyük Teatrın solisti (2011—2017). Rusiya Federasiyası Prezident mükafatçısı (2012) və Qızıl Maska Teatr Mükafatı (2014) laureatı. Baykal Gölü Vəqfi İctimai Şurasının üzvüdür. == Bioqrafiyası == Qimadiyeva Tatarıstanın Qazan şəhərində hərbçi və riyaziyyat müəllimi ailəsində anadan olub. 2003-cü ildə Qazan Musiqi Kollecini xor dirijorluğu ixtisası üzrə bitirib. 2004-2009-cu illərdə Venera Sankt-Peterburq Konservatoriyasında oxuyuR. Rimski-Korsakov Opera müğənniliyi kafedrasında, professor Svetlana Vladimirovnanın sinfində təhsil alır. 2008-ci ildə Venera Yu. I. Aleksandrovun rəhbərliyi ilə Sankt-Peterburq Operasına solist kimi dəvət edildi. Məhz orada Lusiya (Qaetano Donizettinin "Lusiya di Lammermur" əsəri), Qilda (Cüzeppe Verdinin "Riqoletto"), Lusiya (Benjamin Britten "Cızıqlanmış Lukresiya") kimi partiyalarda debüt edir.
Venera layihəsi
Venera layihəsi (ing. The Venus Project) — Jak Freskonun gələcəklə bağlı planlarını reallaşdırmaq məqsədilə qurduğu təşkilat. İnternet saytı vasitəsilə yayımlanan video və sənədli filmlərlə cəmiyyəti inkişaf etdirmək və daha irəliyə daşımaq məqsədi üçün çalışan, ehtiyat-əsaslı iqtisadiyyata keçməyi, şəhər modellərinin texnoloji baxımdan yenidən qurulmasını, enerji effektivliyini artırmağı, təbii qaynaq idarəetməsini və avtomatlaşdırma əhəmiyyətini cəmiyyətə fayda təmin edəcək yöndə artırmağı təklif edən layihədir. == Tarixi == Təşkilatın təməli Jak Fresko və Roksana Midouz tərəfindən 1995-ci ildə qoyulmuşdur. Layihənin adı olan Venera, Floridada, Okiçobi gölü yaxınlığında yerləşən, 85.000 m² sahəyə sahib olan bir araşdırma mərkəzinin adından qaynaqlanır. == Ehtiyat əsaslı iqtisadiyyat == Venera layihəsi yoxsulluğun, qıtlığın, cəmiyyətdəki hər növ problemin, cinayətlərin və müharibələrin səbəbinin, müasir cəmiyyətin xeyrinə olan texnoloji tərəqqini şüurlu şəkildə yavaşladan mənfəət və rəqabət əsaslı iqtisadi sistem olduğunu hesab edir. Jak Fresko, qazanc məqsədi güdən iqtisadi sistem tərəfindən texnologiyanın inkişafında şüurlu şəkildə yaradılan yavaşlamanın "mənfəət"dən xilas edildiyində daha çox insan üçün daha çox ehtiyat bolluğu və buna bağlı olaraq daha çox məhsul təmin edəcəyi, həmçinin qıtlıq, yoxsulluq və aclığı aradan qaldıracağı nəzəriyyəsini inkişaf etdirir. Bu iqtisadi modelə əsasən, insanların eqoizm, rüşvət və acgözlüyə olan meyli aradan qalxa və onların bir-birinə olan etibarı arta bilər. Fresko hesab edir ki, pula əsaslanan iqtisadi sistem və onun nəticəsində ortaya çıxan əmək fəaliyyəti və rəqabət kimi proseslər insanları həqiqi potensiallarını ortaya qoymaqdan saxlayaraq, cəmiyyəti geriyə aparır. Freskonun bu fikirləri Böyük böhran illərində formalaşmışdır.
Venera məbədi
Venera məbədi (latınca:Templum Veneris Genetricis), Romada Sezar Forumunda Roma ilahəsi Veneraya həsr edilmiş məbəddir. == Tikilməsi == Məbəd e.ə 46-ci ildə Yuli Sezar tərəfindən tikdirilmişdir. Başlanğıcda Sezar məbədi Venus Victrix (Müzəffər Venera) adına tikdirməyi planlamışdı, lakin e.ə. 48-ci ildəki Farsal döyüşünə görə inşaat ertələnmişdi. Sonradan Sezar, məbədi mənsubu olduğu Julius ailəsinin əcdadı qəbul edilən Aeneasın anası Venera Genetrixə (analığın və məişət həyatının ilahəsi Ana Venera) həsr etməyi qərara almışdır. == Yerləşməsi və restovrasiyalar == Məbəd Roma şəhərində yeni tikilmiş olan Sezar Forumunda inşa edildi. Forum boyunca uzanan divarın sonunda yerləşirdi. Bu romalıların etrusklardan aldığı bir ənənə idi və Roma imperiyası boyunca standart memari xüsusiyyət halına gəlmişdi. Bu sahə 80-ci ildə baş verən yanğından ziyan görmüşdü. Daha sonra məbəd Domitianus tərəfindən yenidən inşa edilmiş və 113-cü ildə Trayan tərəfindən restavrasiya edilmişdi.
Venera planeti
Venera, köhnəlmiş adı Zöhrə — Günəş sistemində yerləşən ikinci planet. Günəş ətrafında hərəkətini 224,7 Yer gününə başa vurur. Günəş sistemində yerləşən digər planetlərə nisbətən ən uzun öz oxu ətrafında dönmə perioduna (243 gün) sahibdir və digər planetlərdən fərqli olaraq əks istiqamətdə fırlanır. Venera təbii peykə sahib deyildir. Onun adı Roma mifologiyasındakı sevgi və gözəllik ilahəsi olan Veneradan gəlir. Venera gecə səmasında Aydan sonra ən parlaq şəkildə görünən ikinci təbii göy cismidir və −4,6-ya çatan ulduz ölçüsü ilə kölgə yarada biləcək qədər parlaqdır və nadir hallarda aydın gündüzlərdə adi gözlə görülə bilər. Yerin orbiti daxilində dönən Venera daxili planetdir və heçvaxt Günəşdən çox uzaqlaşmır; Günəşdən maksimum bucaq uzaqlığı 47,8°-dır. Venera Yer tipli planetdir və bəzən Yerin bacı planeti olaraq adlandırılır. Oxşar ölçüləri, kütləsi, tərkibi və Günəşə yaxınlığı səbəbindən belədir. Digər tərəfdən Yerdən ciddi şəkildə fərqlənir.