ZÖHRƏ

parlaq, işıqlı; gözəl (Venera planetinin ərəbcə adı); Karvanqıran; eşq ilahəsi.
ZOYA
ZÖHRƏBANU
OBASTAN VİKİ
Zöhrə
Zöhrə— İranın Xuzistan ostanının Hindican şəhristanının Çəm Xələf İsa bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,282 nəfər və 267 ailədən ibarət idi.
Zöhrə Abdullayeva
Zöhrə Abdulla qızı Abdullayeva (18 dekabr 1952, Şuşa, DQMV – 26 may 2021, Bakı) — Azərbaycanlı müğənni, Azərbaycan Respublikasının Əməkdar Artisti (2011). Zöhrə Abdullayeva 16 dekabr 1952-ci ildə Şuşada anadan olub. Azərbaycan Dövlət Texnologiya Universitetini bitirib. Sara Qədimova, Əbülfət Əliyev, Yavər Kələntərli kimi sənətkarlardan fərdi muğam dərsləri alıb. İlk müəllimi Rəhilə Həsənova olub. Peşəkar səhnəyə isə İslam Rzayev gətirib. Əvvəl "Lalə qızlar anasmblının", sonralar isə Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi fəaliyyət göstərmişdir. Zöhrə Abdullayeva daha çox Məmmədbağır Bağırzadə ilə ifa etdiyi duetlərə görə tanınmışdır. Bundan başqa, xalq və bəstəkar mahnıları, muğamlar da ifa etmişdir. Dünyanın otuz ölkəsində Azərbaycan musiqisini tərənnüm edib.
Zöhrə Ağamirova
Zöhrə Ağamirova (8 avqust 2001, Bakı) — Azərbaycanlı bədii gimnast. Zöhrə Ağamirova 2001-ci il avqustun 8-də anadan olub. Atası Atil Ağamirov Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyasının prezidenti, anası Könül Ağamirova isə cərrahdır. Üç yaşında anası Zöhrəni ahrobatihaya gətirdi, amma Zöhrə dörd yaşında televiziyada gimnastların çıxışlarına baxdıqdan sonra bədii gimnast olmağı istədi. Zöhrə Ağamirova 2007–2018-ci illərdə Nizami rayonu 277 nömrəli tam orta məjtəbdə təhsil alıb. 2018–2022-ci illərdə isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ali təhsil alıb. Subaydır. Zöhrə Ağamirova 2011-ci ilin mayında Portuqaliyada baş tutan beynəlxalq turnirin qalibi oldu. Həmin ilin noybarında isə Zöhrə Ağamirova 2001-ci il təvəllüdlü gimnastlar arasında Azərbaycan Çempionatının bürünc medalına sahib oldu. 2011-ci ilin son turnirində isə Zöhrə Ağamirova Polşada baş tutan beynəlxalq turnirin qalibi oldu.
Zöhrə Cuya
Zöhrə Cuya(fars. زهره جویا‎)—İran müğənnisi. Zöhrə Cuya İranın Xorasan ostanının Məşhəd şəhərində anadan olub. Atası əslən Əfqanıstanın Herat şəhərindəndir. Anası isə İranlıdır. Ulu babaları Azərbaycan türklərindəndir. Azərbaycanca "Ay işığında", "Dağları duman alanda" mahnılarını oxuyur.
Zöhrə Rəhmətullina
Zöhrə Yıhanur qızı Rəhmətullina (doğ. 26 avqust 1961, BMSSR. Aşağı Lemez kəndi) — fəlsəfə elmləri doktoru, professor; Başqırdıstan Respublikası Təhsil Naziri (2004-2006); Rusiya Federasiyasının VI çağırış Dövlət Dumasının (2011-2016-cı illər); Rusiya Federasiyası VII çağırış Dövlət Dumasının deputatı (2016-cı ildən). 1985—1986 illər. laborat, baş laborant, Başqırd Dövlət Universitetinin oktyabr inqilabınbın 40-cı ildönümü mühəndisi. 1986—1991 illər. Başqırd Dövlət Universitetinin Oktyabr inqilabının 40-cı ildönümü aspiranturasında təhsil almışdır. 1991—1996 illər. Başqırd Dövlət Universitetinin oktyabr inqilabınbın 40-cı ildönümü kafedrasının asistenti, baş müəllim, dosent. 1996—1999 illər. Başqırd Dövlət Universitetinin Oktyabr inqilabının 40-cı ildönümü doktoranturasında təhsil almışdır.
Zöhrə ulduzu
Venera, köhnəlmiş adı Zöhrə — Günəş sistemində yerləşən ikinci planet. Günəş ətrafında hərəkətini 224,7 Yer gününə başa vurur. Günəş sistemində yerləşən digər planetlərə nisbətən ən uzun öz oxu ətrafında dönmə perioduna (243 gün) sahibdir və digər planetlərdən fərqli olaraq əks istiqamətdə fırlanır. Venera təbii peykə sahib deyildir. Onun adı Roma mifologiyasındakı sevgi və gözəllik ilahəsi olan Veneradan gəlir. Venera gecə səmasında Aydan sonra ən parlaq şəkildə görünən ikinci təbii göy cismidir və −4,6-ya çatan ulduz ölçüsü ilə kölgə yarada biləcək qədər parlaqdır və nadir hallarda aydın gündüzlərdə adi gözlə görülə bilər. Yerin orbiti daxilində dönən Venera daxili planetdir və heçvaxt Günəşdən çox uzaqlaşmır; Günəşdən maksimum bucaq uzaqlığı 47,8°-dır. Venera Yer tipli planetdir və bəzən Yerin bacı planeti olaraq adlandırılır. Oxşar ölçüləri, kütləsi, tərkibi və Günəşə yaxınlığı səbəbindən belədir. Digər tərəfdən Yerdən ciddi şəkildə fərqlənir.
Zöhrə Əsgərova
Zöhrə Əsgərova (tam adı: Zöhrə Qulamhüseyn qızı Əsgərova; 2 aprel 1951, Bakı) — nasir, publisist, 1989-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1980). Zöhrə Əsgərova 1951-ci il aprelin 2-də Bakı şəhərində anadan olmuşdur. 1968-ci ildə 199 saylı şəhər orta məktəbini bitirmişdir. Bədii yaradıcılığa erkən başlamışdır. M. Ə. Sabir kitabxanası nəzdində ədəbiyyat dərnəyinin fəal üzvü olmuşdur. İlk qələm təcrübələri – məqalə və mənsur şeirləri "Azərbaycan gəncləri" qəzetinin 1969-cu il tarixli sayında dərc edilmişdir. 1971-ci ildə Zaqafqaziya komsomol məktəbinin 6 aylıq kursunda siyasi təhsil almışdır. 1969–1973-cü illərdə M. A. Əliyev adına İncəsənət İnstitutunun mədəni-maarif fakültəsində təhsilini davam etdirmişdir. 1973-cü ildə Azərdövsulayihə İnstitutunda klub müdiri, 1974–1978-ci illərdə R. Mustafayev adına İncəsənət muzeyinin əməkdaşı olmuşdur. Azərbaycan ədəbi-gənclər birliyi yığıncaqlarında fəal iştirak etmişdir.
Zöhrə Akçurina
Zöhrə Akçurina (krımtat. Зөһрә Акчурина) Bibi-Zöhrə Əsfəndiyar qızı Qaspralı (Qasprinskaya) (krımtat. Биби-Зөһрә Әсфәндияр кызы Гаспралы (Гаспринская)) bəzi mənbələrdə Zöhrə (Bibi-Zöhrə) Əsfəndiyar qızı Akçurina (krımtat. Зухра (Биби-Зегра) Асфандияровна Акчурина; 1862 – 13 aprel 1903, Tavriya quberniyası[d]) — ilk krım tatar qadın jurnalist, “Tərcüman” qəzetinin naşirlərindən biri. Görkəmli Krım tatar pedaqoq İsmayıl Qaspıralının həyat yoldaşı, “Tərcüman” qəzetinin naşirləri, jurnalistlər Rüfət Qaspıralı və Şəfiqə Qaspıralının anası, tatar əsilli Türkiyə siyasətçisi və yazıçısı, Türk Tarix Qurumunun ilk sədri Yusif Akçuranın əmisi qızı. == Həyatı == Zöhrə Akçurina 1862-ci ildə Simbirsk quberniyasının Sengileyevski rayonunun Staraya Timoşkina kəndində məşhur tatar knyazları nəsli olan Akçurinlər ailəsində anadan olub. Atası - Əsfəndiyar Akçurin, anası - Fatimə Akçurina idi. Zöhrə uşaqlığını Koromışlovka kəndində keçirib. Artıq uşaqlıqdan həmyaşıdlarından fərqlənirdi: “gözəl, çevik, özünəməxsus iti zehni ilə seçilən və yaxşı danışıq qabiliyyətinə malik idi”. Uşaqlıqdan evdə təhsil almış, ona dərs deyən bir rus dayəsi olmuşdur.
Zöhrə Vəfayi
Zöhrə Vəfayi — (1953, Təbriz, İran - 2004, Təbriz, İran) Əslən Azərbaycanın Güneyindən olan yazar, şair, jurnalist, ictimai xadim. == Həyatı == Təbriz xalq məşəti, xalq sənətinin tədqiqatçılarından olan Zöhrə Vəfayi 1955-ci ildə Təbriz şəhərinin Əmirbağı məhəlləsində doğulmuşdur. Zöhrə Vəfayinin atası Gəncədə anadan olmuş, 7 yaşında olarkən sosialist inqilabı ərəfəsində ailəsi ilə birlikdə Təbrizə köçmək məcburiyyətində qalmışdılar. Özünün verdiyi məlumata görə, onun babası vaxtilə Gəncədə parça, kəlağayi fabriki işlətmiş, məlum hadisələrdən sonra fabriki bağlayıb Təbrizə qayıdaraq burada çalışmışdır. Parça, fərş işinə yenidən Təbrizdə başlayan ailə güzəranlarını bununla yaxşılaşdırmağa çalışmışdır. Zöhrə Vəfayi 6 yaşında olarkən Əmirbağda ilk mədrəsə təhsilini almış, daha sonra iki ayrı-ayrı mədrəsələrdə 3 il ardıcıl olaraq təhsilini davam etdirmişdir. Hələ kiçik yaşlarından ədəbiyyat, xüsusilə folklora böyük maraq göstərmiş, sərbəst yazılar, məqalələr yazmaqla ilk ədəbi axtarışlara qoşulmuşdur. Özünün qeyd etdiyinə görə, bəzən varlı uşaqlarına inşalar hazırlamış, hətta gənc qızlara aşiqanə məktublar yazmaqda da köməklik göstərmişdir. Zöhrə Vəfayi hələ mədrəsədə təhsil aldığı illərdə divar qəzetlərinə yazdığı məqalələri ilə yaşıdlarından seçilmişdir. O, 1975-ci ildə Tehran Universitetinə daxil olmuş, yeni mühit, yeni dostlar onun həyatında mühüm rol oynamışdır.
Zöhrə xanım Qovanlı-Qacar
Zəhra Xanım Tacəssəltənə (14 fevral 1883, Tehran – 25 yanvar 1936, Tehran) — İran şahzadəsi və Qacarlar sülaləsinin memuaristi. Nasirəddin şah Qacarın Turan Əssəltənədən olan qızı. Zəhra Xanım Tacəssəltənə 1884-cü (bəzi mənbələrdə 1883) ildə Nəsrəddin şah Qacarla onun həm də əmisi qızı olan həyat yoldaşı Məryəm Turan əl-Səltənənin qızı olaraq dünyaya gəlmişdir. Uşaqlıq illərinin böyük bir hissəsi onun təlim tərbiyəsi ilə məşğul olan tərbiyəçi qadın və tibb bacısı ilə keçmişdir. Belə ki, o anasını gün ərzində yalnız iki dəfə görürdü. Hər dəfə şah Tehrana gələndə onu gündə 1 dəfə də atasının yanına aparırdılar. Tacəssəltənə sonralar öz xatirələrində uşaqlıq illərini acı və tənqidi xatırlayır. Tacəssəltənə ibtidai təhsilinə 7 yaşında kral məktəbində başlasa da, 1893-cü ildə nişanlanması onun təhsilini yarımçıq qoymuşdur. Sonrakı illərdə onun bir neçə şəxsi tərbiyəçisi var idi. Onların bəziləri haqqında xatirələrində ətraflı məlumatlar vermişdir.
Böyükgüllü zöhrəçiçəyi
Böyükgüllü zöhrəçiçəyi (lat. Cypripedium macranthos) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin zöhrəçiçəyi cinsinə aid bitki növü.
Zöhrəmi
Zöhramı — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Kənd 19 iyul 2013-cü ildə ölkə Prezidentinin iştirakı ilə açılışı olmuş Şabran-Pirəbədil-Zeyvə avtomobil yolunun üstündədir. Sərdar Zülfüqarov — Azərbaycan alimi.
Zöhrəotu
Zöhrəotu (lat. Mercurialis) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinə aid bitki cinsi.
Zöhrətüklü adiant
Zöhrətüklü adiant (lat. Adiantum capillus-veneris) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinin əsl qıjılar dəstəsinin pteriskimilər fəsiləsinin adiant cinsinə aid bitki növü. Məhəmməd Möminə (1697) görə adiant həlimi ilə sarğı saç tökülməsinə, qızılcaya və babasilə qarşı xeyirlidir. Xarici vasitə kimi istifadə olunduqda adiant otu keçəlləşmədə və yeni saçın çıxması üçün kömək edir. Adiantın qurumuş "saçı"nın həlimi ishala qarşı xeyirlidir. Bu bitkinin yarpaqlarındın hazırlanan mərhəm irinli yaraları müalicə edir, həşəratlar dişləyərkən xeyirlidir. Həlimini içmək və həmçinin yarpağının tozu ilə inək sümüyünün iliyini qarışdırıb başa kompres qoymaq və məlhəm sürtmək baş ağrısına xeyirlidir. Adiantın yanmış tozu irinli yaralarda və qoturda istitfadə olunur. Adiantın həlimi astmada, ürək döyüntüsü, sinədə ağrılarda, sarılıqda, daşlarda və doğuşdan sonrakı qanaxmada xeyirlidir. Həddindən artıq qəbul etdikdə dalağa ziyan gətirir, bunu mastika ağacının kitrəsi tarazlaşdırır.
Zöhrəvi xəstəliklər
Zöhrəvi xəstəliklər, bəzən cinsi yolla keçən xəstəliklər (CYBX) kimi qeyd olunur — cinsi fəaliyyət, xüsusən vaginal əlaqə, anal seks və oral seks yolu ilə keçən infeksiya. Bu cür xəstəliklər başlanğıcda simptomlara səbəb olmur, bu da infeksiyanın başqalarına keçmə ehtimalını artırır. CYBX-ın simptomlarına və əlamətlərinə vaginal axıntı, penis boşalması, cinsiyyət orqanlarında və ya ətrafında yaralar və çanaq ağrısı daxildir. Otuzdan çox müxtəlif bakteriya, virus və parazit cinsi fəaliyyətlə yoluxa bilər. Bakterial CYBX-lərə xlamidiya, qonoreya və sifilis daxildir. Viruslu CYBX-lərə genital herpes, QİÇS və cinsiyyət orqanlarının siğilləri daxildir. Parazitik CYBX-lərə trixomonoz daxildir. Bəzi CYBX-lər donor toxuması, qan, doğuş zamanı və ya ana südü yolu ilə yayıla bilər. CYBX-lərin qarşısını almağın ən təsirli yolu cinsi əlaqədə olmamaqdır. Bəzi vaksinasiyalar, hepatit B və bəzi HPV növləri daxil olmaqla, infeksiyaların riskini azalda bilər.
Zöhrəçiçəyi
Zöhrəçiçəyi (lat. Cypripedium) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinə aid bitki cinsi. Hündürlüyü 20—60 sm-dir. Tamkənarlı yarpaqları növbə ilə düzülür. Müxtəlif rəngli iri çiçəkləri gövdənin uçunda yerləşir. Şimali Amerika, Avropa və Asiyanın mülayim zonalarında təqrqribən 50, Azərbaycanda 1 növü — Əsl zöhrəçiçəyi (Cypripedium calceolus) yayılmışdır. Dekorativ bitki kimi beçərilir. Cypripedium arietinum Cypripedium acaule Cypripedium californicum Cypripedium candidum Cypripedium calceolus Cypripedium dickinsonianum Cypripedium fasciculatum Cypripedium flavum Cypripedium formosanum Cypripedium franchetii Cypripedium guttatum Cypripedium henryi Cypripedium irapeanum Cypripedium japonicum Cypripedium kentuckiense Cypripedium montanum Cypripedium macranthos Cypripedium pubescens Cypripedium parviflorum Cypripedium reginae Cypripedium tibeticum Arietinum Beck Cypripedilon St.-Lag. in A.Cariot Calceolaria Heist. ex Fabr.
Əsl zöhrəçiçəyi
Əsl zöhrəçiçəyi (lat. Cypripedium calceolus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin zöhrəçiçəyi cinsinə aid bitki növü. Calceolus marianus Crantz, 1769 Cypripedium boreale Salisb., 1796, nom. illeg. Cypripedium ferrugineum Gray, 1821, nom. illeg. Cypripedium atsmori C.Morren, 1851 Cypripedium cruciatum Dulac, 1867, nom. illeg. Calceolus alternifolius St.-Lag., 1880 Cypripedium alternifolium St.-Lag., 1880, nom. illeg.
Birillik zöhrəotu
Birillik zöhrəotu (lat. Mercurialis annua) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin zöhrəotu cinsinə aid bitki növü.

Значение слова в других словарях