Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
ATV Vivace
ATV Vivace — 18 sentyabr 2016-cı il tarixində ATV Classic adı altında fəaliyyətə başlayan, Azərbaycanın özəl kanallarından biri.Azad Azərbaycan Müstəqil Teleradio Yayım şirkətinin layihələrindən biridir. Azərbaycan və dünya klassik musiqisinin, ölkədə təbliğatı və tanınmasında mühüm rola malikdir. ATV Vivace nəinki operanın beşiyi olan Azərbaycanda, eləcə də Qafqazda və Şərqdə ilk klassik musiqi kanalıdır. İnsan ruhunu oxşayan klassik musiqini səsləndirməklə daxili harmoniyanı, klassik musiqiyə olan tələbatı ödəmək bu kanalının üzərinə düşür. 24 saat yayımlanan kanalda həm Azərbaycan, həm də dünya klassiklərinin əsərləri səslənir. Xarici teleşirkətlərlə əməkdaşlıq nəticəsində ərsəyə gəlmişdir.